Elmin istiqaməti düzgün seçilməlidir
ucgen

Elmin istiqaməti düzgün seçilməlidir

1717

"Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm."

Albert Eynşteyn

Kainatı və içindəki varlıqları tədqiq edib və Allahın yaradılış sənətini kəşf edərək bəşəriyyətə izah etməyin yolu "elmdir". Başqa sözlə din elmi Allahın yaradılış sənətindəki təfərrüatlara çatmaqda bir yol olaraq qəbul edər və buna uyğun elmi təşviq edər.

Din elmi araşdırmaları təşviq etdiyi kimi dinin bildirdiyi həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və qəti nəticələr verir. Çünki din kainatın və canlılığın necə yarandıqları sualına ən doğru və ən qəti cavabı verən tək mənbədir. Buna görə düzgün nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlılığın yaranmasına aid sirləri ən qısa müddətdə, az əmək və enerji sərf edərək aşkara çıxaracaq. Dinin yol göstərmədiyi elm isə irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt alar, hətta nəticə almaq mümkün olmaz.

Bu həqiqəti görə bilməyən, materialist elm adamları tərəfindən istiqamətləndirilən elmin, xüsusilə son iki əsrdə nə qədər vaxt itirdiyi, bu yolda görülən işlərin böyük hissəsinin, sərf edilən trilyonlarla vəsaitin necə boşa getdiyi göz önündədir.

Elə buna görə də insanların bir həqiqəti bilməsi vacibdir: Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırma istiqamətində aparıldıqda düzgün nəticələr əldə oluna bilər. Təkcə istiqaməti düzgün seçilsə elmin həqiqi məqsədinə ən qısa müddətdə çatmaq mümkündür. 

 

Elm səhv istiqamətləndirildikdə

Bir elmi prosesin ilk mərhələsi hipotezi (fərziyyəni) müəyyənləşdirməkdir və bu proses elm adamlarının mənimsədiyi əsas dünyagörüşü ilə əlaqədardır. Məsələn, elm adamları sahib olduqları əsas dünyagörüşlərinə görə "maddənin hər hansı bir şüurlu tənzimləmə olmadan öz-özünü tənzimlənməsi mümkün ola bilər" kimi bir fərziyyə irəli sürə bilərlər. Sonra da bu fərziyyəni təsdiqləmək üçün illərlə davam edən araşdırmalar apara bilərlər. Amma maddənin belə bir xüsusiyyəti yoxdur və bilavasitə bütün bu səylər müvəffəqiyyətsizliklə nəticələnər: ortaya çox böyük vaxt və imkan itkisi çıxar. Halbuki, əgər əvvəldə "maddənin hər hansı bir şüurlu tənzimləmə olmadan öz-özünü tənzimləməsi mümkün deyil" fikri ilə işə başlanılsa, buna əsaslanan elmi araşdırmalar çox sürətli və səmərəli şəkildə də irəliləyər.

Diqqət yetirilsə bu nöqtə, yəni fərziyyəni düzgün müəyyənləşdirmək nöqtəsi elmi tapıntılardan fərqli bir qaynağı tələb edir. Bu qaynağı doğru təsbit etmək isə çox vacibdir, qaynağın səhv müəyyənləşdirilməsi elm dünyasına illərlə hətta, əsrlərlə vaxt itkisi yaradar. Məhz bu axtarılan qaynaq, Allahın insanlara çatdırdığı vəhydir. Çünki Allah kainatın və bütün canlıların Yaradıcısıdır və bilavasitə bunlar haqqındakı ən doğru, mübahisəsiz məlumat Allahdan gələn məlumatdır. Necə ki, Allah Quranda bu mövzular haqqında bizə əhəmiyyətli məlumatlar verir. Bunların ən diqqət çəkənlərini belə sıralaya bilərik:

1) Kainat Allah tərəfindən yoxdan var edilmişdir. Elə bir şey yoxdur ki, təsadüfi hadisələr nəticəsində və ya özbaşına meydana gəlsin. Təbiətdə və bütün kainatda təsadüflərin yaratdığı bir xaos deyil, şüurlu bir dizaynla yaradılan qüsursuz bir nizam var.

2) Yaşadığımız Yer planetinin bütün xüsusiyyətləri insan həyatı üçün uyğun şəkildə xüsusi olaraq nəzərdə tutulmuşdur. Ulduzların və planetlərin hərəkətində, yer səthinin formalarında, suyun ya da atmosferin xüsusiyyətlərində, insan həyatı üçün şərait yaradan müəyyən bir məqsəd var.

3) Bütün canlı növləri Allah tərəfindən yaradılmışdır. Əlavə olaraq bu canlıların hərəkətləri də Allahdan gələn xüsusi bir ilhamla həyata keçir.


 Yer üzündəki heç bir canlı təsadüflərin məhsulu deyil. Onların hər biri sahib olduqları qüsursuz dizaynlarla, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır.

Bu faktları əsas götürən bir elm anlayışı da heç şübhəsiz çox böyük bir müvəffəqiyyət əldə edəcək, çox səmərəli bir şəkildə bəşəriyyətə xidmət edəcək. Belə ki, tarixdə bunun açıq nümunələri vardır. Müsəlman alimlərinin dünyanın ən qabaqcıl mədəniyyətinə liderlik etdikləri IX və X əsrlər elmin yuxarıda sadalanan düzgün təməllər üzərində olması sayəsində mümkün olmuşdur.

Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrinin bütün qabaqcılları, Allahın varlığına inanan və Onun yaratdıqlarını araşdırmaq məqsədi ilə tədqiqat aparan böyük elm adamlarıdır. Ancaq XIX əsrin ortalarından bəri elm dünyası bu İlahi təməldən uzaqlaşdırılmış və materialist fəlsəfənin təsiri altına düşmüşdür. Materializm maddənin mütləq varlığına inanar və Allahı inkar edər. Materializm bu iddialarını elm dünyasına mərhələli şəkildə mənimsətmiş və XIX əsrin ikinci yarısından etibarən elmi tədqiqatların əhəmiyyətli bir hissəsi bu iddiaların dəstəklənməsinə həsr olunmuşdur. Ancaq bu gün geriyə dönüb baxdıqda materializmin iddialarının elmə yalnız vaxt itkisi gətirdiyini görərik. Çünki bu iddiaların hər birini isbat etmək üçün illərlə saysız–hesabsız alimlər çalışmış, ancaq ortaya çıxan nəticələr bu iddiaların əsassızlığını göstərmişdir. Tapıntılar eynilə Quranda xəbər verildiyi kimi kainatın yoxdan yaradıldığını, insan həyatına nəzarət etmək məqsədi ilə hazırlandığını, həyatın təsadüflərlə meydana gəlməsi və təkamül keçirməsinin qeyri-mümkün olduğunu isbat etmişdir.

Yer üzündəki heç bir canlı təsadüflərin məhsulu deyil. Onların hər biri sahib olduqları qüsursuz dizaynlarla, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. 

 

-Materialistlərin "sonsuz kainat" fərziyyəsi ilə elmin itirdikləri

XX əsrin əvvəllərinə qədər elm dünyasındakı ən geniş yayılmış fikir kainatın sonsuz ölçülərə sahib olduğu, sonsuzdan bəri mövcud olduğu və sonsuza qədər də mövcud olacağı şəklində idi. Materialist fəlsəfənin əsasını təşkil edən bu fikir kainatın yaradıldığını da rədd edirdi. Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş bir çox elm xadimi, bəhs olunan "sonsuz kainat" modelini elmi fəaliyyətlərində əsas hesab edirdi. Astronomiya və fizika sahələrindəki bütün tədqiqatlar maddənin sonsuzdan bəri mövcud olduğu fərziyyəsinə əsaslandı. Nəticə olaraq, bir çox elm xadimi uzun illər əbəs yerə cəhd göstərdi. Çünki elm çox keçmədən bu əfsanələri yerlə-yeksan etdi. Aparılan hesablamalar nəticəsində kainatın, "Big Bang" adı verilən "Böyük Partlayış" ilə yoxdan var olduğu, yəni yaradıldığı ortaya qoyuldu.

 

- "Kainatda dizayn yoxdur" iddiası nəticəsində elmin itirdikləri

Materialistlər kainatda bir məqsəd və nizam olmadığını da iddia etmişlər. Kainatdakı bütün tarazlıq, ahəng və uyğunluğun yalnız təsadüflərin bir əsəri olduğu fikrini irəli sürmüşdülər. Bu iddia da yenə XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi tədqiqatlara istiqamət vermişdir. Məsələn, kainatda bir dizayn olmadığını göstərmək məqsədi ilə, "xaos nəzəriyyəsi" adlı bir nəzəriyyə ortaya atılmışdır. Bu nəzəriyyə əsasında, xaosun (qarışıqlığın) içindən öz-özünə nizamın meydana gələ biləcəyi iddia edilmiş və bu iddianı dəstəkləyən bir çox elmi tədqiqatlar aparılmışdır . Riyazi hesablamalar, nəzəri fiziki tədqiqatlar, təcrübələr və kimyəvi araşdırmalar, həmişə "kainatın bir xaosun məhsulu olduğu necə göstərilə bilər" sualına cavab tapmaq üçün davam etdirilmişdir.

Halbuki, aparılan hər yeni araşdırma, xaos və təsadüf fərziyyələrini daha çox əsassız etmiş və kainatda çox böyük bir dizayn olduğunu göstərmişdir. Xüsusilə, 1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki tarazlıqların insan həyatı üçün çox mükəmməl bir şəkildə nizamlandığını ortaya qoymuşdur. 

 

-Təkamül cəfəngiyyatını sübut etmək üçün göstərilən səylərin nəticəsində elmin itirdikləri

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük səhvi olmuşdur. Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül keçirərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir. Amma elmi dəlillər həmişə nəzəriyyənin əleyhinə olur. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamül keçirmədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir. 

Təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar açıb, konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Həqiqi olmayan bir iddia üçün minlərlə alimin araşdırması, külli miqdarda pul və vəsaitin sərf edilməsi insanlıq üçün böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar faydalı şəkildə istifadə edilsəydi, bu günə qədər elmdə əhəmiyyətli sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi.

Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Məsələn, Amerikalı filosof Malkolm Maqeric bu barədə belə deyir:

«Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-dəqiq bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar». 1

 

Nəticə

Ətrafımızda və yaşadığımız kainatda yaradılışa aid saysız-hesabsız dəlillər vardır. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuz quşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi mürəkkəb və mükəmməl bir orqan və milyonlarla varlıqlar iman gətirmiş insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılışı qəbul edən bir alimi də təbiəti bu düşüncə ilə tədqiq edərək,  apardığı hər müşahidədən, keçirdiyi hər təcrübədən böyük zövq alacaq, yeni araşdırmalar üçün daha da şövqlənəcəkdir.

Halbuki, təkamül və materializm kimi xurafatlara inanmaq və bunu elmi əsasları olmadan müdafiə etməyə çalışmaq elm xadimlərinə psixoloji cəhətdən də sıxıntı gətirər. Kainatdakı ahəng və ya canlılardakı nizam onlar üçün böyük bir sıxıntı mənbəyidir. Gördükləri açıq-aşkar dəlillərə göz yuman bu kəslərdə, təbii olaraq həqiqətlərə qarşı laqeydlik və bununla bağlı  mühakimə yürütmək problemi yaranar. Xristianlara səslənərkən: "Əgər bir heykəlin sizə əl elədiyini görsəniz də, möcüzə ilə qarşı-qarşıya olduğunuzu sanmayın... Çox kiçik bir ehtimaldır, amma bəlkə də heykəlin sağ qolundakı atomların hamısı təsadüfən eyni vaxtda, eyni istiqamətdə hərəkət etməyə meylli ola bilərlər"2 deyən məşhur təkamülçü Riçard Davkins bu mühakimə yürütmək pozuntusunun kliniki bir nümunəsidir.

Elmin irəliləyə bilməsi üçün XIX əsrin əsassız fikirlərindən imtina edilməli və sərbəst düşünən, gördüyü həqiqəti qəbul etməkdən çəkinməyən elm xadimləri olmalıdır.


Qaynaqlar

1. Malcom Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 59
2. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton, 1986, səh. 159

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr