Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın İstanbuldan çıxacağını göstərən bir çox məlumat verilmişdir. Bir hədisdə hz. Mehdi (ə.s)-ın Türkiyədən çıxacağı və mübarizəsinin sonuna qədər də buradan ayrılmayacağı belə bildirilmişdir:
HZ. MEHDİ (Ə.S) XİLAFƏT MƏRKƏZİNİN ƏVƏLLƏR OLDUĞU YERDƏN ÇIXACAQ
Axırzamanda reallaşacağı xəbər verilən hədislərin əsas mərkəzini hz. Mehdi (ə.s) və mehdiyyət meydana gətirir. Axırzamandakı əhəmiyyətli hadisələrin çoxu mehdiyyət ətrafında inkişaf edər. Bu hadisələrin yerləri haqqında müxtəlif rəvayətlər mövcuddur, ancaq Bədiüzzaman Səid Nursi, bu mövzuya bu şəkildə açıqlıq gətirmişdir:
Bir başqa sözündə isə Bədiüzzaman Səid Nursi mövzunu belə açıqlamışdır:
"Xilafət mərkəzi əvəllər İraqda, Şamda və Mədinədə olduğundan ravilər (hədis nəql edən) öz şərhləriylə daimi bu cür qalacaq kimi məna verib, (Xilafətin mərkəzi (rəhbərlik və ya inzibati mərkəz) qədimdən İraqda, Şamda və Mədinədə olduğundan, hədislərlə bağlı xəbərləri çatdıranlar öz açıqlamaları ilə sanki həmişə elə qalacaqmış kimi əlaqələndiriblər) "Mərkəz-i Xilafət-i İslamiyə" yaxınlarında təsvir etmişlər, Hələb və Şam demişlər (inzibati mərkəz yaxınlarında olaraq hazırlamışlar, Hələb və Şam demişlər). Hədisin qısa xəbərlərini öz şərhləriylə çatdırmışlar. "Hədisdəki qısaldılmış əsas izahatı bu şəkildə öz anlayışlarına görə açıqlayıb şərh etmişlər.) (Şualar, səh. 492)
Rəvayətlərdə fərqli şəhərlər keçsə də, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Peyğəmbərimiz (s.ə.v)-in iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlərinin də olduğu Xilafət mərkəzində reallaşdığıdır. Bədiüzzamanın ifadələrindən də aydın olduğu kimi, Axırzaman hədislərini köçürən alimlər, Axırzaman hadisələrini öz dövrlərindəki Xilafət mərkəzlərini əsas götürərək köçürmüşlər. Eyni zamanda, hz. Mehdi (ə.s)-ın çıxacağı yer haqqında, hər alim öz zamanının Xilafət mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdir. Hz. Mehdi (ə.s)-ın çıxış yeri haqqında rəvayətlərin fərqli olmasının səbəbi də budur. Çünki hədisi köçürən bu ravilərin (hədis nəql edən) anlayışları, məlumatları və fikirləri zamanla müxtəlif rəvayətlərə qarışaraq (rəvayətləri dövrümüzə çatdıranların fikirləri ilə qarışaraq) günümüzə qədər çatmışdır. Necə ki, Peyğəmbərimiz (s.ə.v.)-dən dövrümüzə qədər Xəlifəlik mərkəzinin olduğu yer, Şam, Hələb, Kufə, Məkkə və ən son İstanbul olmaqla bir çox dəfə dəyişmişdir.
Ancaq, Axırzaman hadisələrinin reallaşdığı yerlə əlaqədar rəvayətlərin ortaq nöqtəsi, bu hadisələrin Xilafət mərkəzində reallaşdığıdır.
Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son Xilafət mərkəzi "İstanbuldur". Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq yığışdırılmışdır və o gündən bu günə qədər dünya üzərində başqa heç bir yerə də köçürülməmişdir. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur. Bu səbəbdən, hz. Mehdi (ə.s)-ın da buradan çıxması gözlənilir. (doğrusunu Allah bilir).
HZ. MEHDİ (Ə.S), İSTANBULDA SAXLANILAN MÜQƏDDƏS ƏMANƏTLƏRLƏ BİRGƏ ÇIXACAQ
HZ. MEHDİ (Ə.S) İSTANBULU MƏNƏVİ OLARAQ FƏTH EDƏCƏK