Bəzilərinin mehdiyyətə qarşı çıxaraq ifadə etdiyi "Hz. Mehdi (ə.s.) ilə əlaqədar hədislər səhih və dəqiq deyil" iddiası qətiyyən doğru deyil və İslam aləminə salınmış bir fitnədir. Mehdiyyətə qarşı olan bəzi insanlar "Mehdiyyətlə əlaqədar hədislər "Buxari"də, "Müslim"də qismən mövcuddur, "İbni Macə", "Sünəni Nəsəi", "Sünəni Davud" və "Tirmizi"də də bir az vardır" deyərək bu mövzunu öz aləmlərində zəiflədib, səssiz şəkildə ortadan qaldırmağı düşünürlər. Öz ağıllarına görə bu hədislərin heç bir dəyəri yoxdur mənasına gətirməyə çalışırlar. Bu çox səmimiyyətsiz və etibarsız bir davranışdır.
Hz. İsanın (ə.s.) enəcəyi ilə əlaqədar hədislər səhih və mütəvatir hədislərdir.
"Səhihi Buxari" və "Müslim"də, axır zamanda Hz. İsa (ə.s.) gəldikdə Müsəlmanların başında imamları, yəni Hz. Mehdinin (ə.s.) olacağı bildirir. Hz. İsanın (ə.s.) enəcəyi, İslam əxlaqının dünyaya hakim olacağı açıq-aşkar ifadə edilir. Fərz edək ki, hədislərdə Hz. Mehdi (ə.s.) ilə əlaqədar heç nə olmasa belə Hz. İsa (ə.s.) vasitəsiylə İslamın dünyaya hakim olacağı mütəvatir hədislərlə və Quranın üç ayəsiylə sabitdir. Lakin burada çox əhəmiyyətli bir məsələ vardır: Hz. Mehdi (ə.s.) ilə əlaqədar hədislərdə ifadə edilən hadisələr eynisiylə reallaşdısa (hansı ki, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi 100-lərlə əlamət Hicri təqvimlə1400-cü ildən etibarən ardıcıl olaraq reallaşmışdır), artıq o hədislər üçün "görəsən səhihdirmi, dəqiqdirmi?" deyə bir mübahisə etmək olmaz. Belə olduqda, artıq reallaşmış olan hədislərin səhih olduğu aydın olar və təsdiqləndiyi üçün mütəvatir hədisdən də daha güclü hala gələr.
Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) iləəlaqədar hədislər
Əbu Hureyrədən (r.a.) rəvayətə görə Rəsulullah (s.ə.v.): "İbni Məryəm göydən sizin yanınıza endiyi zaman dövlət rəisiniz (Hz. Mehdi (ə.s.)) özünüzdən, namazda imamınız olduğu (İsa da imamınıza iktida etdiyi) halda baxaq necə olacaqsınız?" buyurmuşdur." (Səhihi Buxari Müxtəsəri Təcridi Sarih Tərcüməsi və Şərhi, Hədis Nömrə: 1406, Diyanet İşleri Başkanlığı Nəşrləri, Ankara 1986, c. 9, s. 182)
... Nəhayət Məryəm oğulu İsa Müsəlmanların (mənəvi) əmri (Hz. Mehdi (ə.s.)) ona: Gəl bizə namaz qıldır, deyər. Buna cavab olaraq Hz. İsa (as): "Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisiminiz digər bir qisiminiz üzərinəəmrlərsiniz", deyər. (Hz. Mehdini (ə.s.) imamlığa keçirdər) (Səhihi Müslim, c. 1, s. 209)
Abdullah ibn Məsuddan (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu: "Əhli-beytimdən adı adıma bənzəyən bir adam (Hz. Mehdi (ə.s.)) Ərəblərin başına keçib idarələrini əlinə alana qədər dünyanın sonu gəlməyəcək" (Əbu Davud, Mehdi, 7)
"Dünyanın bir günlük ömürü qalsa belə o kimsənin (Hz. Mehdi (ə.s.)) başa keçməsi üçün Allah o günü uzadar" (Əbu Davud, Mehdi: 7)
Mənliyimə hakim olan şəxsə and içərəm ki, Məryəmin oğulunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O, Xaçı qıracaq (xaça tapınmağı qaldıracaq), donuzu öldürəcək (donuz əti yemənin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal çoxalacaq ki, kimsə onu qəbul etməyəcək. (Süneni Tirmizi, 4/93)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalar qırmızı rəngdədir. Sarıya boyalı iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün mübarizə aparacaq, dəccalı təsirsiz hala gətirəcək. Sonra yer üzündə düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tirmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, s. 380)
Həyatım əlində olan Allaha and içərəm ki, Məryəm oğlunun (Hz. İsa (ə.s.)) ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz ki, yaxındır. O, səlibi (xaçı) qıracaq (xaça tapınmağı qaldıracaq), donuzu öldürəcək (donuz əti yemənin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal o qədər çoxalıb daşacaq ki, heç kim mal qəbul etməyəcək. (Səhihi Müslim, 6/532)
İsa bin Məryəm ədalətli bir hakim vəədalətli bir imam olaraq enmədikcə qiyamət qopmayacaq. O, xaçı qıracaq (xaça tapınmağı qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq. Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (Süneni İbni Macə, 10/340)
...Ümmü Sələmə (r.a.) belə demişdir: Rəsulullah (s.ə.v.) belə buyurarkən eşitdim: "Mehdi mənim ailəmdən, Fatimənin oğullarındandır." (Süneni Əbu Davud, Cild Nömrə. 14, Səhifə Nömrə. 402, 4284)
Əli (b. Əbi Talib) (ə.s)dan; Rəsulullahın (s.ə.v.) belə buyurduğu rəvayət edilmişdir. Dünyanın ömüründən yalnız bir gün qalsa belə, Allah (c. c.) mənim Əhli Beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s.)) göndərəcək. O dünyanı, (daha əvvəl) zülmlə olduğu kimi, Ədalətlə dolduracaq. (SÜNENİ ƏBU DAVUD, cild 14, səhifə 402, 4283)