1- ci
... İSTİQBAL-İ DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ KARİB (YAXIN) ZƏNN ETMİŞLƏR... (Sözlər, səh.318)
USTADIN BU İFADƏSİ "SÖZLƏR" RİSALƏSİNDƏ KEÇİR. SÖZLƏR RİSALƏSİ 1926 –CI (HİCRİ 1345-Cİ) İLDƏ TAMAMLANMIŞDIR. YƏNİ HİCRİ 1300-CÜ İL ƏRZİNDƏ USTADIN BÜTÜN ƏSƏRLƏRİ TAMAMLANMIŞDIR VƏ HİCRİ 1300-CÜ İLDƏ VƏFAT ETMİŞDİR. HALBUKİ USTAD BU SÖZÜNDƏ HZ. MEHDİ (Ə.S.)-IN HİCRİ 1400 –CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.
Səkkizinci Əsl: Cənabı Hakimi Mütləq, bu təcrübə və imtahan meydanı çox mühüm şeyləri, çox əşyanı içində saxlayır. Saxlamaqla çox hikmətlər, çox işlər bağlıdır. Məsələn: Qədr gecəsi, ümumi ramazanda; duanın qəbul edildiyi saatı, cümə günündə; məqbul vəlisini, insanlar içində; əcəli, ömür içində və qiyamətin vaxtını dünya həyatı içində saxlamış. Çünki insanın əcəli müəyyən olsa, yarı ömrünə qədər qəti bir qəflət, yarıdan sonra dar ağacına addım-addım yaxınlaşmaq kimi bir dəhşət verəcək. Halbuki axirət və dünya tarazlığını mühafizə etmək və hər vaxt qorxu və ümid hissləri vəziyyətində olmaq lazımdır ki, hər dəqiqə həm ölmək, həm yaşamaq mümkün olsun. Bu halda naməlum tərzdə keçən iyirmi il ömür min il ömürdən daha məsləhətlidir. . Elə qiyamət də dünyanın əcəlidir. Əgər vaxtı aşkar olsaydı, bütün ilk dövr və orta dövr qəti bir qəflətə dalacaq idilər və yeni dövr və ilk dövr dəhşətdə qalacaqdı.
Allah Quranda : "Qiyamət yaxınlaşdı, ay yarıldı. (Qəmər surəsi, 1)" - deyir. "Qiyamət yaxındır" xəbərdar edir. Min bu qədər il keçdikdən sonra qiyamətin qopmaması o demək deyil ki, qiyamət qopmayacaq. Qiyamət dünyanın əcəlidir. Dünyanın ömürünə nisbətən min və ya iki min il, bir ilə nisbətlə bir-iki gün və ya bir- iki dəqiqə kimidir. Qiyamət saatı tək insanlığın əcəli deyil ki, onun ömürünə müqayisə edilib uzaq görülsün. Elə bunun üçündür ki, Mütləq Hakim, beş bilinməyən şey ( qiyamətin nə vaxt qopacağı, yağışın nə vaxt yağacağı, rəhmlərdə olanı, adamın sabah nə qazanacağı və adamın harada, nə vaxt öləcəyi.) olaraq elmində saxlayır. Elə bu gizli sirrindəndir ki, hər əsr, hətta həqiqətə görə əsr olan Əsri səadət də daxil olmaqla daim qiyamətdən qorxmuşlar. Hətta bəziləri, " əlamətləri artıq çıxmış" demişlər.
Bu həqiqəti bilməyən insafsız insanlar deyərlər ki: "Axirətin şərhini (açıqlamasını) dərs alan bəsirətli, ürəkli, iti nəzərli olan səhabələr, nə üçün 1000 il həqiqətdən uzaq olaraq, İSTİQBALİ DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ YAXIN ZƏNN ETMİŞLƏR.
Cavab: Çünki, səhabələr, Peyğəmbərimizin söhbətinin bərəkəti ilə hər kəsdən çox axirət yurdunu düşünərək, dünyanın keçiciliyini bilərək, qiyamətin naməlum vaxtda ilahi hikməti anlayaraq əcəli şəxsi kimi dünyanın əcəlinə qarşı da daim gözləyən bir vəziyyət götürərək, axirətlərinə ciddi işlər görmüşlər. Rəsulu Əkrəm Əleyhissalatu Vəssalamın "Qiyaməti gözləyin, intizar edin" ifadəsini təkrar etməsi, bu hikmətdən irəli gəlmiş bir xəbərdarlıq olmuşdur. Yoxsa müəyyən bir hadisəyə dair bir vəhyin hökmüylə deyil ki, həqiqətdən uzaq olsun. Xəstəlik ayrıdır, hikmət ayrıdır. Elə Peyğəmbər Əleyhissalatu Vəssalamın bu cür sözləri aydın olmayacaq şəkildə olması gizli danışma hikmətindən irəli gəlir. Həm bu sirdəndir ki, Mehdi, Süfyan kimi axırzamanda gələcək şəxsləri çox zaman əvvəl hətta hz.Məhəmməd (s.ə.v)-in səhabələriylə görüşmüş, onlardan hədis dinləmiş və dərs almış olan müsəlmanların zamanında belə Mehdini gözləmişlər, yetişmək əməlində olmuşlar. Hətta, bəzi əhli vəlayət "Onlar keçmiş" demişlər. Elə bu da, qiyamət kimi, hikməti İlahiyyəyə möhtacdır ki, vaxtları müəyyən olmasın. Çünki hər vaxt, hər əsr, mənəvi qüvvətin möhkəmlətməsinə vəsilə olacaq və ümidsizlikdən qurtaracaq "Mehdi" mənasına möhtacdır. Bu mənada, hər əsrin bir hissəsi olmaq lazımdır. Həm qəflət içində pislərə uymamaq və nəfsin düzümünü buraxmamaq üçün, nifaqın başına keçəcək müdhiş şəxslərdən hər əsr çəkinmək və qorxmaq lazımdır.
İndi Mehdi kimi şəxslərin haqqındakı rəvayətlərin ixtilafatı və sirri budur ki: hədisi təfsir edənlər, hədisin tam mətnini təfsirlərinə və istinbatlarına (Müctəhid və ya böyük bir alimin gizli bir mənanı ictihad ilə meydana çıxarması) tətbiq etmişlər. MƏSƏLƏN: SƏLTƏNƏT MƏRKƏZİ O VAXT ŞAMDA VƏ YAXUD MƏDİNƏDƏ OLDUĞUNDAN, HZ. MEHDİ (Ə.S) VƏ SÜFYANIN HADİSƏLƏRİNİ SƏLTƏNƏT MƏRKƏZİ ƏTRAFINDA OLAN BASRA, KÜFƏ, ŞAM KİMİ YERLƏRDƏ TƏSƏVVÜR EDƏRƏK ELƏ TƏFSİR ETMİŞLƏR. HƏM DƏ O ŞƏXSLƏRİN ŞƏXSİ MƏNƏVİSİNƏ VƏ YA TƏMSİL ETDİKLƏRİ CAMAATA AİD BÖYÜK ƏSƏRLƏRİ O ŞƏXSLƏRİN ÖZLƏRİNDƏ TƏSƏVVÜR EDƏRƏK ELƏ TƏFSİR ETMİŞLƏR Kİ, O ŞƏXSLƏR ÇIXDIQLARI VAXT BÜTÜN XALQ ONLARI TANIYACAQ KİMİ BİR ŞƏKİL VERMİŞLƏR. HALBUKİ BU DÜNYANIN TƏCRÜBƏ MEYDANI OLDUĞUNU DEMİŞDİK. AĞILA QAPI AÇILAR, LAKİN İXTİYARİ ƏLİNDƏN ALINMAZ. ELƏ İSƏ O ŞƏXSLƏR, HƏTTA, O BÖYÜK DƏCCAL DA ÇIXDIĞI ZAMAN ÇOXLARI, HƏTTA ÖZÜ DƏ BAŞLANĞICDA DƏCCAL OLDUĞUNU BİLMƏZ. BƏLKƏ İMANIN NURUYLA, O AXIR ZAMAN ŞƏXSLƏRİ TANINA BİLƏR. (Sözlər, səh. 318)
2- ci
USTAD BU SÖZÜ " MİLADİ 1936-CI İLDƏ, YƏNİ HİCRİ 1355-Cİ İLDƏ İFADƏ ETMİŞDİR. BU TARİXƏ GÖRƏ BİR ƏSR SONRASI HİCRİ 1400- Cü İLƏ UYĞUN GƏLİR.
... Əgər şəddəli "lamlar" və "mimlər" iki sayılsa bundan bir əsr sonra zülmü dağıdacaq şəxslər hz. Mehdinin tələbələri ola bilər."( Şüarlar, 1. Şüa, səh. 605), (Sikkəsinin Təsdiqi Qeybi, səh. 90)
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1).
"Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlayar.(Tövbə surəsi, 32) ayəsindəki, "...Allah, Öz nurunu tamamlayar " cümləsinin əbcəd dəyəri: hicri 1424-cü il, yəni miladi 2004 –cü ildir.
3-cü
"HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS" ...(Kastamonu Lahikası, səh.61-62)
USTAD BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ BU İFADƏSİNİ, 1936-CI (HİCRİ 1354-CÜ) İLDƏ YAZDIĞI KASTAMONU LAHİKASINDA İFADƏ EDİR. BU TARİXLƏR HİCRİ 1300-Cü İLLƏRƏ UYĞUN GƏLİR. USTADIN "BİR ƏSR SONRA..." ŞƏKLİNDƏ İFADƏ ETDİYİ 100 İL SONRASI İSƏ, HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ETDİYİ HİCRİ 1400-CÜ İLLƏRƏ UYĞUN GƏLİR.
...SİZİN FÖVQƏLADƏ SƏDAQƏT VƏ YÜKSƏK SƏYİNİZDƏN ÇIXAN BİR HƏFTƏ ƏVVƏLKİ MƏKTUBUNUZA QARŞI HÜSNÜ ZƏNNİNİZİ BİR DƏRƏCƏ AŞAĞI SALAN MƏNİM CAVABIMIN HİKMƏTİ BUDUR Kİ, "…HAL HAZIRKI ZAMANDA ELƏ FÖVQƏLADƏ HAKİM CƏRƏYANLAR VAR Kİ, HƏR ŞEYİ ÖZ HESABINA GÖTÜRDÜYÜ ÜÇÜN, HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS DƏ BU ZAMAN GƏLSƏ, HƏRƏKATINI O CƏRƏYANLARA BURAXMAMAQ ÜÇÜN SİYASƏT ALƏMİNDƏKİ VƏZİYYƏTDƏN FƏRƏQƏT EDƏCƏK VƏ HƏDƏFİNİ DƏYİŞDİRƏCƏYİNİ TƏXMİN EDİRƏM.
ÜÇ MƏSƏLƏ VARDIR Kİ: BİRİ HƏYAT, BİRİ ŞƏRİƏT, BİRİ İMANDIR. HƏQİQƏT NÖQTƏSİNDƏ ƏN MÜHÜMÜ İMAN MƏSƏLƏSİDİR. Lakin, indiki cəmiyyətin gözündə və dünya şərtlərinin çətinliklərində ən mühüm məsələ, həyat və şəriət göründüyündən o şəxs indi olsa da, üç məsələnin birdən dünyada vəziyyətlərini dəyişdirmək insanlar üçün etibarlı olan ədalətə uyğun gəlmədiyindən, hər halda ən böyük məsələni əsas edib, o biri məsələləri əsas etməyəcək. BELƏ Kİ, İMAN XİDMƏTİ ƏSİLLİYİNİ XALQIN GÖZÜNDƏ SİLMƏSİN VƏ O XİDMƏTİN BAŞQA MƏQSƏDLƏRƏ VASİTƏ OLMADIĞI TƏSDİQLƏNSİN." (Kastamonu Lahikası, səh. 61-62)
4-cü.
YETMİŞ BİRDƏ FƏCRİ SADİQ BAŞLADI VƏ YA BAŞLAYACAQ. ƏGƏR BU, FƏCRİ QAZİB DƏ OLSA, OTUZ-QIRX İL SONRA FƏCRİ SADİQ ÇIXACAQ..." (Xütbəsni Şamıya, səh. 23)
"...Bəli indi olmasa da 30-40 il sonra fənn və həqiqi bacarıq və mədəniyyətin o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib dağıtmaq üçün həqiqət meyarını və insaf və söhbəti insaniyəyi o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr sonra onları darmadağın edəcək." (Xütbəsni Şamıya, səh. 25)
USTAD BU SÖZÜNÜ HİCRİ 1327 (MİLADİ 1911-Cİ) İLDƏ ŞAMDA ƏMƏVİ MƏSCİDİNDƏ VERDİYİ XÜTBƏSİNDƏ SÖYLƏMİŞDİR. BURADA USTAD, İSLAM ALƏMİNİN, HİCRİ 1371-Cİ İLƏ YƏNİ, MİLADİ 1951-Cİ İLİN ƏN SONRAKI GƏLƏCƏYİNƏ İSTİQAMƏTLİ İZAHLAR ETMİŞDİR. USTADIN XÜTBƏSNİ ŞAMİYADA VERDİYİ TARİXLƏRİN HAMISI HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI OLAN HİCRİ 1400-CÜ İL İÇİNDƏDİR.
...."...Həm də İslamiyyət günəşinin tutulmasına, parlaqlığının sönməsinə və insanlığı işıqlandırmasına maneə olan pərdələr açılmağa başlamışdır. O mane olanlar çəkilməyə başlayırlar. Qırx beş il əvvəl əlamətləri göründü. YETMİŞ BİRDƏ FƏCRİ SADİQ BAŞLADI VƏ YA BAŞLAYACAQ. ƏGƏR BU, FƏCRİ QAZİB DƏ OLSA, OTUZ-QIRX İL SONRA FƏCRİ SADİQ ÇIXACAQ..." (Xütbəsni Şamıya, səh. 23)
"...Bəli İNDİ OLMASA DA 30-40 İL SONRA fənn və həqiqi bacarıq və mədəniyyətin gözəlliklərini, o üç qüvvəti tam təchiz edib, maddi mənəvi alətlərini verib o doqquz maneələri məğlub edib dağıtmaq üçün doğrunu axtarma meylini və insaf və insan sevgisini o doqquz düşmən tayfasının cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA ONLARI DARMADAĞIN EDƏCƏK." (Xütbəsi Şamiyə, səh. 25)
Ustad burada, hicri 1371-dən, yəni miladi 1951-ci ildən sonrakı islam aləminin gələcəyinə istiqamətli izahlar edir,
hicri 1371 + 30 = 1401 (miladi 1981-ci il) (30 il sonrası)
hicri 1371 + 40 = 1411 (miladi 1991-ci il) (40 il sonrası)
hicri 1371 + 50 = 1421 (miladi 2001-ci il) (yarım əsr sonrası)
5- ci
AXIR ZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ, ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ TƏLƏBƏLƏRİ CƏNABI HAQQIN İZNİ İLƏ GƏLİB O DAİRƏNİ GENİŞLƏDƏR...(Kastamonu Lahikası, səhifə 72, Tarixçəsni Həyat, səhifə 258, Xidmət Rəhbəri, səhifə 267, Sikkəsni Təsdiqi Qeybi, səhifə 153)
USTAD, KASTAMONU LAHİKASINI 1936-CI İLDƏ HAZIRLAMIŞDIR. BU ƏSƏRİNDƏ " AXIR ZAMANDA...." İFADƏSİYLƏ RİSALƏİ NURUN ƏSL SAHİBLƏRİ OLARAQ XARAKTERİZƏ ETDİYİ HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİNİN ÖZÜNDƏN DAHA ÇOX SONRAKI BİR VAXTDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞDİR.
Axır zamanda, Müxbiri Sadığın xəbər verdiyi "qalibiyyətlər qazanmaq və zülmü dağıtmaq zamanın az qala gəlməsi və zəminin meydana gəlməsi" deyə lətifəsinə, bütün ruhu canımızla rəhməti İlahiyyədən xahiş edirik. Risaləi Nur tələbələri isə, vəzifəmiz xidmətdir; vəzifəsini İlahiyyəyə qarışmamaq və xidmətimizi onun vəzifəsinə bina etməklə bir cür təcrübə etməməklə birlikdə, miqdara deyil, keyfiyyətə baxmaq, həm çoxdan bəri əxlaq itkisinə və dünya həyatını hər cəhətlə axirətə seçdirməyə sövq edən dəhşətli səbəblər altında Risaləi Nurun indiyə qədər qalibiyyəti və kafirlərin və dəlalətdəkilərin hücumlarını qırması və yüz minlərlə biçarələrin imanlarını qurtarması və hər biri yüzə və minə müqabil yüzlərlə və minlərlə həqiqi mömin tələbələri yetişdirməsi, Müxbiri Sadığın xəbərini eynilə təsdiq etmiş və hadisələrlə isbat etmiş və edir, inşaAllah edəcək və elə kökləşmiş ki, inşaAllah heç bir qüvvə Anadolunun sinəsindən onu (Risaləi nuru) çıxara bilməz. AXIR ZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ, ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ TƏLƏBƏLƏRİ CƏNABI HAQQIN İZNİYLƏ GƏLİB O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKR EDƏRİK.(Kastamonu Lahikası, səhifə 72, Tarixçəi Həyat, səhifə 258, Xidmət Rəhbəri, səhifə 267, Sikkəi Təsdiqi Qeybi, səhifə 153)
6-cı.
LAKİN O İRƏLİDƏ GƏLƏCƏK ƏCAİB (heyrət oyandıran, bənzəri görülməyən, qəribə) ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA YER HAZIR EDƏCƏK BİR DÜMDARI (ordunun geridən gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK KOMANDİRİN PİŞDAR (qabaqcıl) BİR ƏSGƏRİ OLDUĞUMU ZƏNN EDİRƏM.(Barla Lahikası, səh. 162)
SƏİD NURSİ HƏZRƏTLƏRİ "BARLA LAHİKASI" ƏSƏRİNİ 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD, HZ. MEHDİ (Ə.S)-IN İRƏLİDƏ GƏLƏCƏYİNİ AÇIQ BİR ŞƏKİLDƏ İFADƏ ETMİŞDİR. ÖZÜNÜN HZ. MEHDİ (Ə.S)-IN QABAQCILI VƏ ONA ZƏMİN HAZIRLAYAN BİR XİDMƏTÇİSİ OLDUĞUNU İFADƏ ETMİŞDİR.
Sənin bu aciz və kasıb və heç olan qardaşın, min dərəcə həddimin üstündə olaraq, özümü o gələcək adam (Hz.Mehdi (ə.s)) olduğumu iddia edə bilmərəm, heç bir cəhətdə səlahiyyətim yoxdur. LAKİN O İRƏLİDƏ GƏLƏCƏK HEYRƏT OYANDIRAN ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA YER HAZIR EDƏCƏK BİR TƏHLÜKƏSİZLİK QÜVVƏSİ VƏ O BÖYÜK KOMANDİRİN QABAQCIL BİR ƏSGƏRİ OLDUĞUMU ZƏNN EDİRƏM. (Barla Lahikası, səh. 162)
7- ci.
... AXIR ZAMANDA GƏLƏCƏK ƏN BÖYÜK MÜCƏDDİDİ İŞARİ MƏNADA XƏBƏR VERİRLƏR. (Tilsimlər Məcmuəsi, səh. 168)
TİLSİMLƏR MƏCMUƏSİ, RİSALƏİ NURUN MÜXTƏLİF QİSİMLƏRİNDƏN YIĞILMIŞ BİR KİTABDIR. TİLSİMLƏR MƏCMUƏSİNDƏ USTAD "O GƏLƏCƏK ŞƏXS…" İFADƏSİYLƏ ÖZ ZAMANINDA HƏLƏ MEHDİ (Ə.S)-IN YAŞAMADIĞINI, AXIR ZAMANDA GƏLƏCƏYİNİ İFADƏ ETMİŞDİR. BUNUNLA YANAŞI AXIR ZAMANA QƏDƏR GƏLƏN HEÇ BİR MÜCƏDDİDİN TOPLU OLARAQ ETMƏDİYİ 3 VƏZİFƏNİN MEHDİ (Ə.S.) TƏRƏFİNDƏN EDİLƏCƏYİNİ DƏ İFADƏ ETMİŞDİR.
AXIR ZAMANDA GƏLƏCƏK ən böyük mücəddidi işari mənada xəbər verən bəzi ayələr və hədislər vardır. Lakin O GƏLƏCƏK ŞƏXSİN və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçik görünən imanı qurtarmaq və iman həqiqətlərini günəş kimi göstərmək vəzifəsini Risaləi Nur və şagirdlərinin şəxsi mənəvisi tam etdiklərindən, O GƏLƏCƏK ŞƏXSƏ DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ, RİSALƏİ NURUN ŞƏXSİ MƏNƏVİSİNƏ HƏTTA BƏZƏN TƏRCÜMƏÇİSİNƏ DƏ TƏTBİQƏ ÇALIŞMIŞLAR VƏ ŞƏRİƏTİ DİRİLTMƏ VƏ XİLAFƏTİ TƏTBİQ OLAN ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU İKİ MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. Onların qənaətləri, onların Risaləi Nurdan istifadə cəhətində faydalıdır, zərərsizdir. Lakin Nurun peşəsindəki ixlasa və heç bir şeyə əlaqəli olmamasına və dünyəvi və mənəvi məqamı axtarmamasına zərər verdiyi kimi, Nurların gözətçiləri hər taifənin, xüsusilə siyasi taifənin tənqidinə və hücumuna vəsilə ola bilər... (Tilsimlər Məcmuəsi, səh. 168)
8- ci.
BU HƏQİQƏTDƏN AYDIN OLUR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS, RİSALƏİ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK. (Sikkəsni Təsdiqi Qeybi, səhifə 11, Beyanat və Tənvirlər, səhifə 310)
SƏİD NURSİ HƏZRƏTLƏRİ "SİKKƏ-İ TƏSDİQ-İ QEYBİ"Nİ 1928-Cİ İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD BU ƏSƏRİNDƏ HZ. MEHDİ (Ə.S.)-DAN BƏHS EDƏRKƏN ÖZÜNDƏN "SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXSİN..." YƏNİ HZ. MEHDİ (Ə.S.)-IN USTADIN HAZIRLAMIŞ OLDUĞU VƏ ƏSL SAHİBİNİN HZ. MEHDİ (Ə.S.) OLDUĞUNU İFADƏ ETDİYİ RİSALƏİ NURLARI NƏŞR VƏ TƏTBİQ EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR.
Əziz, sadiq qardaşlarım,
Əvvəla: ... On ildən bəri qənaətlərini düzəltməyə çalışdığım halda, o cəsur qardaşlar qənaətlərində irəli gedirlər. Bəli, onlar, On səkkizinci məktubdakı iki əhli ürək çobanın macərası kimi, haqq bir həqiqəti görmüşlər, lakin təbirə möhtacdırlar. O həqiqət də budur:
ÜMMƏTİN GÖZLƏDİYİ, AXIR ZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTLİSİ OLAN SARSILMAZ BİR İMANI YAYMAQ VƏ ƏHLİ İMANI DƏLALƏTDƏN QURTARMAQ İSTİQAMƏTİYLƏ, O ƏN ƏHƏMİYYƏTLİ VƏZİFƏNİ EYNİLƏ RİSALƏİ NURDA GÖRMÜŞLƏR. İmam Əli və Qavsı əzəm və Osman Xalid kimi şəxslər, bu nöqtə üçündür ki, o gələcək şəxsin mövqesini Risaləi Nurun şəxsi mənəvisində kəşfən görmüşlər kimi işarə etmişlər. Bəzən də o şəxsi mənəvini bir xidmətçisinə vermişlər, o xidmətçiyə hörmətlə baxmışlar. BU HƏQİQƏTDƏN AYDIN OLUR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS, RİSALƏİ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK.
O şəxsin ikinci vəzifəsi, şəriəti icra və tətbiq edir. Birinci vəzifə, maddi qüvvəylə deyil, bəlkə qüvvətli etiqad və ixlas və sədaqətlə olduğu halda, bu ikinci vəzifəyə çox böyük maddi bir qüvvə və hakimiyyət lazım ki, o ikinci vəzifə tətbiq edilə bilsin. O şəxsin üçüncü vəzifəsi, islam xəlifəliyi İslam birliyinə bina edərək, dindar xristianlarla ittifaq edib İslam dininə xidmət etməkdir. Bu vəzifə, çox böyük bir səltənət və qüvvə və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə, o iki vəzifədən üç-dörd dərəcə daha çox qiymətlidir. Lakin o ikinci, üçüncü vəzifələr çox parlaq və çox geniş bir dairədə və parıltılı bir tərzdə olduğundan, ümuminin və avamın nəzərində daha əhəmiyyətli görünürlər. Elə ona xas nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və şərhə möhtac fikirlərini ortaya atmaq, əhli dünyanı və əhli siyasəti təlaşa verər və hücumlarına vəsilə olar. ÇÜNKİ, BİRİNCİ VƏZİFƏNİN HƏQİQƏTİNİ VƏ QİYMƏTİNİ GÖRƏ BİLMİRLƏR, O BİRİ CƏHƏTLƏRƏ HƏMLƏ EDƏRLƏR (fədakarlıq).
Qardaşlarımın ikinci iltibası (səhv):
Fani və çürüdülə bilər bir şəxsiyyəti, bəzi istiqamətləriylə birinci vəzifədə liderlik edən nur tələbələrinin şəxsi mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki, bu iki səhv də Risaləi Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi mövqelərə də alət olmamasına bir cəhətdə zərər verdiyi kimi, əhli siyasəti də həyəcana salıb Risaləi Nurun nəşrinə zərər gəlir. Bu zaman, şəxsi mənəvi zamanı olduğu üçün, belə böyük və qalıcı həqiqətlər, fani, aciz və sükutu pozula bilən şəxsiyyətlərə bina edilməz.
Xülasə: O GƏLƏCƏK ŞƏXSİN ADINI VERMƏK, üç vəzifəsi birdən xatirə gəlir, səhv olar. Həm heç bir şeyə vasitə olmayan nurdakı ixlas zədələnər, möminlərin nəzərində həqiqətlərin qüvvəsi bir dərəcə nöqsanlaşar. Qəti dəlillər də, qəbula məzhər olmuş hökm və iddiaları zənni qalib halına gətirər, daha inadçı dəlalətə və haqqı qəbul etməkdə müqavimət göstərən dinsizlərə tam mənasıyla üstün gəlməsi, heyrətə düşən, əhli imanda görünməməyə başlayar. Əhli siyasət yanlış fikirə və müəllimlərin bir qismi etiraza başlayar. Onun üçün, Nurlara o adı vermək münasib hesab edilmir. Bəlkə "Mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır)" deyilə bilər. Ümumi qardaşlarımıza minlərlə salam olsun. (Sikkəi Təsdiqi Qeybi, səh. 9-11)
Ümmətin gözlədiyi, axirzamanda gələcək şəxsin üç vəzifəsindən ən mühümü, ən böyüyü və ən qiymətlisi olan imanı araşdırma, yayma və əhli imanı batilə yönəlməkdən qurtarmaq istiqamətləriylə, o ən əhəmiyyətli vəzifəni eynilə Risaləi Nurda görmüşlər. İmamı Əli və Qavsı əzəm və Osmanı Xalidi kimi şəxslər bu nöqtə üçündür ki, o gələcək şəxsin mövqesini Risaləi Nurun şəxsi mənəvisində kəşfən görmüşlər kimi işarə etmişlər. Bəzən də o şəxsi mənəvini bir xidmətçisinə vermişlər, o xidmətçiyə iltifat edərək baxmışlar. BU HƏQİQƏTDƏN AYDIN OLUR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS, RİSALƏİ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK. (Beyanat və Tenvirler, səhifə 310)
9-cu.
ÇİÇƏKLƏR BAHARDA GƏLİR. ELƏ QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIR ETMƏK LAZIMDIR VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ŞƏXSLƏRƏ ZƏMİN HAZIRLAYIRIQ ...(Sikkəi Təsdiqi Qeybi, səh. 189) (Barla Lahikası, 28. Məktubdan 7. Risalə Olan 7. Məsələ)
SƏİD NURSİ HƏZRƏTLƏRİ "BARLA LAHİKASI"NI 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD RİSALƏLƏRİNDƏ YAŞADIĞI DÖVRÜN QIŞ
OLDUĞUNU İFADƏ EDƏN İZAHLAR EDƏRKƏN HZ. MEHDİ (Ə.S.)-DAN BƏHS ETDİYİ BU HİSSƏDƏ MEHDİ VƏ TƏLƏBƏLƏRİNƏ XİTAB OLARAQ ONLARIN BAHARDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞ, ETDİYİ BU İŞLƏRLƏ ÖZÜNDƏN SONRA GƏLƏCƏK OLAN O MÜBARƏK İNSANLARA MÜHİT HAZIRLADIĞINI İFADƏ ETMİŞDİR.
Beşinci səbəb: Çox zaman əvvəl övliyadan olan kəslərdən eşitdim ki: O şəxs, köhnə vəlilərin qeybi işarələrindən bəzi mənfəət güdülmüş və qənaətə gəlinmiş ki, "Şərq tərəfindən bir nur zühur edəcək, bidətlərin (xurafat) zülmünü dağıdacaq." Mən belə bir nurun zühurunu çox ümid edərək gözlədim və gözləyirəm. LAKİN ÇİÇƏKLƏR BAHARDA GƏLİR. ELƏ QÜDSİ ÇİÇƏKLƏRƏ ZƏMİN HAZIR ETMƏK LAZIMDIR VƏ ANLADIQ Kİ, BU XİDMƏTİMİZLƏ O NURANİ ŞƏXSLƏRƏ ZƏMİN HAZİRLAYIRIQ. Madam ki, özümüzə aid deyil, əlbəttə, bu sözlər adındakı nurlara aid olan İlahi köməkləri bəyan etməkdə öyünmək və qürur ola bilməz, bəlkə şükür səbəbi və Cənabı Haqqa qarşı şükrünü əda etmək və təşəkkür etmək məqsədiylə qovuşduğu neməti başqalarına izah etmək olar. (Sikkəi Təsdiqi Qeybi, səh. 189) (Barla Lahikası, 28. Məktubdan 7. Risalə olan 7. Məsələ)
10- cu.
AXIR ZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA, ƏLBƏTTƏ ƏN BÖYÜK BİR MÜCTƏHİD, HƏM ƏN BÖYÜK BİR MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD, HƏM QÜTBÜ ƏZƏM OLARAQ BİR ŞƏXSİ NURANİNİ GÖNDƏRƏCƏK VƏ O ŞƏXS DƏ, ƏHLİ BEYTİ NƏBƏVİDƏN OLACAQ. ..(Mektubat, 411-412)
SƏİD NURSİ HƏZRƏTLƏRİ “MƏKTUBATI” 1929-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTADIN DÖVRÜNDƏ AXIR ZAMANIN ƏN BÖYÜK FƏSADI OLAN DARVİNİZM, MATERİALİZM VƏ ATEİZMİN CƏMİYYƏT ÜZƏRİNDƏKİ TƏSİRİ BU GÜNKİ KİMİ ŞİDDƏTLİ DEYİLDİ. HALBUKİ HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ƏSRİ OLAN HİCRİ 1400-CÜ İL, BU DİNSİZ AXINLARIN ÇOX SÜRƏTLİ TƏKAN QAZANDIĞI, İNSANLAR VƏ CƏMİYYƏTLƏR ÜZƏRİNDƏ TƏSİRLƏRİNİ ƏN ŞİDDƏTLİ HALA GƏTİRDİKLƏRİ BİR ƏSR OLMUŞDUR. DÖVRLƏRİNDƏ ETDİKLƏRİ XİDMƏTLƏR ETİBARİLƏ, USTADIN ŞƏXSİ DƏ, ONDAN ƏVVƏL GƏLƏN MÜCTƏHİDLƏR DƏ HAMISI HZ. MEHDİ (Ə.S)-DA TOPLANACAQ OLAN ƏN BÖYÜK MÜCƏDDİD, ƏN BÖYÜK MÜRŞİD, MÜCTƏHİD, HAKİM, MEHDİ VƏ QÜTBÜ ƏZƏM SİFƏTLƏRİNƏ BİR YERDƏ SAHİB OLMAMIŞLAR.
CAVAB: Cənabı Haqq, ən yüksək rəhmətindən, İslami hökmlərin təhsilinə, qorunmasına bir əlamət olaraq, hər bir fəsad zamanında bir islah edici və ya bir mücəddid və ya şanlı bir xəlifə və ya ən böyük bir qütb və ya qüsursuz bir bələdçi və yaxud bir cür Mehdi hökmündə mübarək şəxsləri göndərmiş, fəsadı aradan qaldırıb, milləti islah etmiş. Din-i Əhmədiyə (s.ə.v) mühafizə etmiş. AXIR ZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA, ƏLBƏTTƏ ƏN BÖYÜK BİR MÜCTƏHİD, HƏM ƏN BÖYÜK BİR MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD, HƏM QÜTBÜ ƏZƏM OLARAQ BİR NURLU ADAMI GÖNDƏRƏCƏK VƏ O ŞƏXS DƏ, PEYĞƏMBƏRİMİZ (S.Ə.V) -İN SOYUNDAN OLACAQ. Cənabı Haqq, bir dəqiqə ərzində göy və yerin arasını buludlarla doldurub boşaltdığı kimi, bir saniyədə dənizin fırtınalarını və bahar içində bir saatda yaz mövsümünün nümunəsini və yayda bir saatda qış fırtınasını icad edən Qadiri Zülcəlal, Mehdi ilə də, İslam aləminin qaranlıqlarını dağıda bilər və vəd etmişdir, vədini əlbəttə edəcək. Qüdrəti İlahiyyə nöqtəsində baxılsa, çox asandır. Əgər səbəblər dairəsi və Allahın hikməti nöqtəsində düşünülsə, yenə o qədər məqbul və meydana gəlməyə layiqdir ki; “Əgər müxbiri Sadiqdən rəvayət olmazsa da, hər halda elə olmaq lazımdır və olacaq” deyə təfəkkürdə tapılanlar hökm edər. ..... Hz. İbrahim (ə.s)-ın soyu kimi elə bir vəziyyət götürmüş ki, ümumi mübarək silsilələrin başında, açıqlıq sahələr və gizli toplanma yerlərində o nurani şəxslər komandirlik edirlər.Elə sıx və çoxdurlar ki, o komandirlərin hamısı böyük bir ordu təşkil edirlər. Əgər maddi şəklə girsə və bir həmrəyliklə bir diviziya vəziyyətini götürsələr, İslamiyyət dinini mübarək birlik hökmündə həmrəylik nizamı və oyanış içində tutsalar, heç bir millətin ordusu onlara qarşı dözə bilməz. O çox sıxlıq, güc çatdıran ordu, Məhəmməd Əleyhissalatu Vəssəlamdır və Həzrəti Mehdinin xas ordusudur. Bəli, bu gün dünya tarixində heç bir nəsil soyu ilə, sənədlərlə, ənənə ilə bir-birinə bitişik və ən yüksək şərəf, Əli hasəb və zadəgan (soyla) görkəmli (imtiyazlı) heç bir nəsil yoxdur ki, Əhli- Beytdən gələn seyidlər nəsli qədər qüvvətli və əhəmiyyətli olsun. Onlar keçmiş zamandan bəri bütün əhli həqiqətin təriqətləri başında olanlardır və əhli kamalın (yetkin və dəyərli kəslər) məşhur, adlı sanlı rəisləri yenə onlardır. İndi də, kəmiyətən (sayca) milyonları keçən bir nəsili mübarəkdir. Mütənəbbih (ağıllı, məsuliyyət sahibi) və ürəkləri imanlı və söhbəti Nəbəvi (Peyğəmbər sevgisi) ilə dolu və dünyaya dəyər (dünyanın ən qiymətlisi) şərəfi intisabıyla (mənsub olmasıyla) serfirazdırlar (məqam baxımından irəlidə olanlardır). BELƏ BÖYÜK BİR CAMAAT İÇİNDƏKİ MÜQƏDDƏS QÜVVƏNİ COŞDURACAQ VƏ OYANDIRACAQ BÖYÜK VƏ ƏHƏMİYYƏTLİ HADİSƏLƏR MEYDANA GƏLİR. ƏLBƏTTƏ, O BÖYÜK QÜVVƏDƏKİ ŞƏRƏF VƏ MÜQƏDDƏSATI QORUMA DUYĞUSU HİDDƏTƏ GƏLƏCƏK VƏ HƏZRƏTİ MEHDİ BAŞINA KEÇİB DOĞRU YOLA VƏ HƏQİQƏTƏ İSTİQAMƏTLƏNDİRƏCƏK. BELƏ OLMAQ VƏ BELƏ OLMASINI, BU QIŞDAN SONRA BAHARIN GƏLMƏSİ KİMİ, ADƏTULLAHDAN VƏ ALLAHIN RƏHMƏTİNDƏN GÖZLƏYƏRİK.
MEHDİNIN ÜÇ VƏZİFƏSİ (Emirdağ Lahikasısı, səh. 231-233.)
11-ci.
MEHDİNIN ÜÇ VƏZİFƏSİ (Emirdağ Lahikasısı, səh. 231-233.)
USTAD BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAM SUSDURARAQ İNSANLARIN İMANINI QURTARMAĞA VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ İŞLƏR GÖRƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD, ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQLA HƏR DÖVRDƏ BİR MEHDİ XÜSUSİYYƏTİNƏ SAHİB İNSANLAR GƏLDİYİNİ, ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ BİR YERDƏ ETMƏ QÜDRƏTİNƏ SAHİB OLA BİLMƏDİKLƏRİNİ İFADƏ ETMİŞDİR.
Mehdinin üç vəzifəsi Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) məndən soruşdu ki: "Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, çox təkidlə olaraq axırzamanda gələn Əhli-Beytin böyük bir mürşidi səni zənn edirlər və o qədər çəkindiyin halda onlar təkid edirlər. Sən də bu qədər təkidlə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə, onların əlində bir həqiqət və qəti bir hüccət (dəlil) var və sən də bir hikmət və həqiqətə görə onlara razılıq (icazə) etmirsən. Bu isə bir təzaddır (ziddiyyət), hər halda həllini istəyirik." Mən də bu şəxsin təmsil etdiyi çox məsələlərə cavab olaraq deyərəm ki: O xas nurçuların əllərində bir həqiqət var. Lakin, iki cəhətdə bir təbir və şərh lazımdır.
Birincisi: ÇOX VAXT MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ RƏSULUN TƏMSİL ETDİYİ MÜQƏDDƏS CAMAATININ ŞƏXSİ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMAZSA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMAZSA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATI EDƏCƏYİNİ RƏHMƏTİ İLAHİYYƏDƏN GÖZLƏYİRİK VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ.
Birincisi : Fənn və fəlsəfənin təsiriylə və maddiyyun və tabiiyyun taunu bəşər içinə yayılmasıyla, hər şeydən əvvəl fəlsəfəni və materializm, darvinizm və ateizm epidemiyasını, fikirini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. İman edənləri azğınlıqdan qorumaq və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla çox zaman tədqiqlərlə məşğul olmağı tələb etdiyindən, Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxtı və halı yol verə bilməz. Çünki Xilafəti-Məhəmmədiyə (s.ə.v) istiqamətindəki səltənəti, onun ilə məşğul olmağa vaxt buraxmır. HƏR HALDA O, VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAİFƏ BİR CƏHƏTDƏ GÖRƏCƏK. O ŞƏXS, O TAİFƏNİN UZUN TƏDQİQLƏRİ İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ. BU VƏZİFƏNİN DÖZDÜYÜ QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD (HƏMRƏY) SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM TƏLƏBƏLƏRİDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ DƏYƏRLİ SAYILARLAR.
İkinci vəzifəsi : XİLAFƏTİ-MƏHƏMMƏDİYƏ (S.Ə.V.) ÜNVANI İLƏ İSLAMA AİD DƏYƏRLƏRİ CANLANDIRMAQDIR. İSLAM ALƏMİNİN BİRLİYİNİ DAYAQ NÖQTƏSİ ƏLDƏ EDİB, İNSANLIĞI MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ BƏLADAN QURTARMAQDIR. BU VƏZİFƏNİN, DAYAQ NÖQTƏSİ VƏ XİDMƏTÇİLƏRİ, MİLYONLARLA DƏSTƏKÇİSİ OLAN ORDULAR LAZIMDIR.
Üçüncü vəzifəsi : ZAMANA BAĞLI DƏYİŞMƏLƏRLƏ QURANIN BİR ÇOX HÖKMÜNÜN ZƏDƏLƏNİLMƏSİYLƏ VƏ ŞƏRİƏTİ MƏHƏMMƏDİYƏNİN (S.Ə.V.) QANUNLARI BİR DƏRƏCƏ TƏTİLƏ UĞRAMASIYLA O ŞƏXS, BÜTÜN ƏHLİ İMANIN MƏNƏVİ KÖMƏKLƏRİYLƏ VƏ İSLAM BİRLİYİNİN KÖMƏYİLƏ VƏ BÜTÜN ÜLƏMA, ÖVLİYANIN VƏ XÜSUSİLƏ ƏHLİ- BEYTİN NƏSİLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏLİ VƏ İZDİHAM OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İŞTİRAKLARIYLA O ÇOX BÖYÜK VƏZİFƏSİNİ ETMƏYƏ ÇALIŞAR.
İndi həqiqət halı belə olduğu halda, ən birinci vəzifəsi, ən yüksək peşəsi olan imanı qurtarmaq və imanın doğruluğunu isbat edərək bir surətdə ümumiyə dərs vermək, hətta avamın da imanını təhqiq etmək vəzifəsi isə, mənən və həqiqətən hidayət edici, doğru yolu nümayişçi mənasının tam açıqlığını ifadə etdiyi üçün nur şagirdləri bu vəzifəni bütünlüklə Risaləi Nurda gördüklərindən, ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir deyə Risaləi Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Mehdi qəbul edirlər. O şəxsi mənəvinin də bir nümunəsi, nur şagirdləri təsanüdündən (qarşılıqlı yardımlaşma) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür müməssili (təmsil edən) olan yazıq tərcüməçisini zənn etdiklərindən, bəzən o adı ona da verirlər. Hərçənd bu, bir qarışdırma və bir səhvdir, lakin onlar onda məsul deyildirlər. ...
Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, HƏRÇƏND HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİLDİRLƏR, lakin xilafəti Məhəmmədiyə (s.ə.v) və İslam Birliyi ordularıyla yer üzündə səltənəti İslamiyəni sürmək cəhətində hər kəsdə, xüsusilə avamda, əhli siyasətdə, xüsusilə bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə geniş görünür və bu ad bir adama verildiyi vaxt, siyasət mənasını hiss etdirər, bəlkə bir şan, şərəf, mövqepərəstlik və şöhrətpərəstlik arzularını göstərər.Əvvəldən bəri və indi də çox safdil və mövqepərəst şəxslər "Mehdi olacağam," deyə iddia edərlər. HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI GÖTÜRMƏMİŞLƏR.
Həm məhkəmədə Dənizli əhli vüqüfü (məlumat sahibi kəsləri), bəzi şagirdlərin (tələbələrin) bu etiqadlarına (inanclarına, düşüncələrinə) görə mənə qarşı demişlər ki:
"ƏGƏR MEHDİLİK İDDİA ETSƏ, BÜTÜN ŞAGİDLƏRİ (TƏLƏBƏLƏRİ) QƏBUL EDƏCƏKLƏR." MƏN DƏ ONLARA DEMİŞDİM: "MƏN, ÖZÜMÜ SEYİD BİLMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ, AXIR ZAMANIN O BÖYÜK ŞƏXSİ, ƏHLİ BEYTDƏN (PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN NƏSLİNDƏN) OLACAQ. Hərçənd mənəvi cəhətdən mən həzrəti Əli (r.ə)-ın mənəvi bir övladı hökmündə ondan həqiqət dərsini götürdüm və Məhəmməd Əleyhissalam bir mənada həqiqi nur tələbələrini də əhatə etdiyi üçün, mən də Peyğəmbərimiz (s.ə.v)-in nəslindən sayıla bilərəm. Lakin bu zaman şəxsi mənəvi zamanı olmasından və nurun peşəsində heç bir istiqamətdən mənlik, şəxsiyyət və şəxsi mövqeləri arzu etmək və şan şərəf qazanmaq olmaz. Səmimiyyətin sirrinə tərs düşməsindən, Cənabı Haqqa sonsuz şükür edirəm ki, məni özümə bəyəndirməməsindən, mən elə şəxsi və öz sərhədlərimdən sonsuz dərəcədə çox mövqeyə gözümü dikmərəm. Nurdakı pozmamaq üçün, ührəvi (axirət) mövqe də mənə verilsə, buraxmağa özümü məcbur bilirəm" dedim, o əhli vüqüf (məlumat sahibi kəslər) susdu. Emirdağ Lahikası-1, səh. 231-233.