Peyğəmbərlərin insanların hidayətinə vəsilə olmaq xüsusiyyətləri vardır. Allahın onlara lütf etdiyi möcüzələrlə, imanlarının gücünü göstərən mənəvi dərinliklə insanların hidayətinə vəsilə olurlar. Peyğəmbərlər kimi tarix boyu gəlmiş mücəddidlərin, müctəhidlərin də insanların hidayətinə vəsilə olmaq xüsusiyyətləri vardır. Bu şəxslərdən biri də Bədiüzzaman Səid Nursi Həzrətləridir. Eyni mənəvi hal və xüsusiyyətlər Hz. Mehdidə (ə.s.) də olacaq. "Hz. Mehdi" adı, "hidayətə çatdıran" mənasını verir. Allahın "Hadi" yəni "Hidayət verən, Doğru yola çatdıran" adı, Hz. Mehdidə (ə.s.) güclü təcəlli edəcək. Hz. Mehdinin (ə.s.) üzərində, Allahın ''Hadi'', ''hidayət verən'' adının bərəkəti olacağı, içində olduğumuz axır zamanda bütün insanların hidayətinə vəsilə olacağı hədislərdə də xəbər verilmişdir:
Hz. Mehdi (ə.s.) hidayət məşəli ilə aləmdə gəzər (yəni bütün insanların hidayətinə vəsilə olar) və salehlər kimi yaşayar. (əl-Mehdiyy-il Mev'ud, c. 1, s. 281-282 və 266 və 300)
Dibel məşhur şeirlərini imam Rıza (ə.s.)ın yanında oxuduqdan sonra belə dedi: "Hz. Mehdi (ə.s.) mütləq qiyam edəcək: Allahın ad və bərəkəti ilə zühur edəcək" (Yəni imamın qıyamı qətidir.) O, Allahın adı və bərəkəti ilə qiyam edəcək." (Yenabi-ul Mevedde, c. 2, s. 197)
Allahpərəstlik nəfspərəstliyə çevrildikdən sora Hz. Mehdi gələcək və nəfspərəstliyi Allahpərəstliyə çevirəcək; Quran, fikir və düşüncələrə uyğun gəlikdən sonra Hz. Mehdi gəlib fikir və düşüncələri qurana uyğunlaşdıracaq ... (Nehc-ül Belağa, Feyz'ül İslam nəşr, s. 424, 425)
Axır zamandakı alimlərin və müəllimlərin böyük hissəsi yalnız insanların mövcud vəziyyətlərini mühafizə etməyə qarşı bir mövqedə olacaq. Bəziləri də yalnız öz fikirini və düşüncəsini bəyənən, müsəlmanları yalnız tənqid edən, amma doğrunu göstərməkdən, doğruya çatdırmaqdan uzaq bir üslub içində olacaqlar. Amma Hz. Mehdi (ə.s.) insanların mövcud vəziyyətlərini mühafizə etməyəcək, onların imanlarına hidayətlərinə vəsilə olacaq. Allahın Hadi adı onda ən güclü şəkildə təcəlli edəcək, Darvinistlərin, ateistlərin, materialistlərin, dinsizlərin, imansızların da iman etməsinə vəsilə olacaq.
Bədiüzzaman da Hz. Mehdi (ə.s.)ın bu üstün xüsusiyyətini, Hz. Mehdi (ə.s.)ın sahib olacağı xüsusiyyətləri bir-bir sayaraq təsvir etmişdir. Hz. Mehdi (ə.s.) üçün həm hakim, həm mehdi, həm mürşid, həm mücəddid, həm qütbü azam deyərək Hz. Mehdinin (ə.s.) elmi və mənəvi gücünə diqqət çəkmişdir. Bu xüsusiyyətlərin hər birini Hz. Mehdi (ə.s.) ən mükəmməl şəkildə üzərində daşıyacağını söyləmişdir. Hz. Mehdi (ə.s.)hakimlik vəzifəsini ayrı, mehdilik vəzifəsini ayrı, insanların hidayətinə vəsilə olmasını ayrı, mürşidlik vəzifəsini ayrı, müctəhidlik vəzifəsini ayrı-ayrı, bir-bir yerinə yetirəcək:
Axır zamanın ən böyük fəsadlı zamanında, əlbəttə ən böyük bir müctəhid (ayələrdən hökm çıxaran böyük İslam alimi) həm də ən böyük bir mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük islam alimi, yeniləyən, yeniləyici), həm Hakim, həm Mehdi, həm Mürşid (doğru yolu göstərən adam) həm Qütbü Azam (müsəlmanların özünə bağlayan böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir zati nurani (nurlu bir şəxsi) göndərəcək və o şəxsdə də, Əhli- beyti nəbəvidən (Peyğəmbərimiz (s.ə.v.)in soyundan) olacaq. Cənabı Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmi) buludlarla doldurub boşaltdığı kimi bir saniyədə dənizin fırtınalarına təskinlik verər (dindirər) və bahar içində bir saatda yaz mövsümünün nümunəsini və yayda bir saatda qış fırtınasını icad edən Qədri Zülcəlal (hər şeyə müqtədir olan Uca Allah) Hz. Mehdi (ə.s.) ilə də, aləmi İslamın (İslam aləminin) zülümatını (zülm dövrünü, qaranlığını) dağıda bilər. Və vəd etmişdir. Vədini də yerinə yetirəcək (Məktubat, s. 411-412)
Bədiüzzaman yuxarıdakı sözü ilə, "İslam aləminin zülüməti Hz. Mehdi (ə.s.) ilə mütləq dağılacağını" müjdələmişdir. Bu sözləri ilə, Hz. Mehdinin (ə.s.) dəccaliyyətlə olan mübarizəsinə və bu mübarizədə mütləq qalib olacağına diqqət çəkir. Dəccaliyyətlə mübarizə, Hz. Mehdinin (ə.s.) ən əhəmiyyətli xüsusiyyətlərindən biri olacaq. Hz. Mehdi (ə.s.) dövründəki İslam alimlərinin və müəllimlərinin böyük qisimində belə bir xüsusiyyət olmayacaq. Bu kəslərin əksəriyyəti nə dəccaliyyəti diaqnoz edə biləcəklər, nə də ona qarşı mübarizə apara biləcəklər. Axır zamanda Hz. Mehdi (ə.s.) xaricində bir çox alim və müəllimin ümumi olaraq təməl xüsusiyyətləri yalnız dini izah etmək və açıqlama vəzifələrini boynuna götürmələridir. Hz. Mehdi (ə.s.) isə dəccaliyyəti, böyük bir elmi mübarizə nəticəsində təsirsiz hala gətirəcək və insanların hidayətinə vəsilə olacaq.
Hz. Mehdinin (ə.s.) özünəməxsus xüsusiyyətlərindən biri də qərarlı olmasıdır. Hz. Mehdi (ə.s.)ın qərarlılığı, əziyyət çəkməsi və həbsə girməsi ilə və dəccaliyyətə qarşı icra etdiyi mübarizənin təsiri ilə dərhal bəlli olacaq. Hədislərdə Hz. Mehdinin (ə.s.) peyğəmbərlərin uğradıqları böhtanlara uğrayacağı, eynilə onlar kimi dəliliklə, özünə mənfəət təmin etməklə, cinsəllik mövzusunda günahlandırmalara məruz qalacağı geniş olaraq izah edilmişdir:
Əbu Səid El-Hudrinin (r.a) rəvayətində, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Dəccal çıxınca, ona qarşı möminlərdən bir adam (Hz. Mehdi (ə.s)) yönələr.O möminə (Hz. Mehdi (ə.s.)a) bir nçə silahlarla qarşı çıxacaqlar."(Mehdilik və İmamıya 37, (Səhihi Müslim, 11/393-dən nəql)
İmam Zeynal Abidin əleyhissələm belə buyurmuşdur:
"Bizim qaimimiz (Hz. Mehdi (ə.s)) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Eyyub və Məhəmməd sallalahu əleyhi və alih peyğəmbərlərinin hər biri ilə bənzərlikləri vardır. Nuh ilə uzun ömürlü olmasında, İbrahim ilə, doğumunun gizli olması və xalqdan uzaq dayanmasında, Musa ilə, qorxu halı (Hz. Mehdi (ə.s.)a qarşı təhlükələrin sıxlığıyla; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükə ilə iç-içə olması ilə)və qeybdə yaşamasında (davamlı gizlənərək yaşamasında), İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, "Hz. Mehdi (ə.s.) gələcək", bir qisiminin də "gəlməyəcək" deməsində); Eyyub ilə, bəladan sonra qurtuluşun yetişməsində (Hz. Mehdi (ə.s.)a da bir çox çətinlik, xəstəlik və dərd gəlməsi. Ancaq eynilə Hz. Eyyub kimi Allahın rəhməti ilə hamısından xilas olması ilə), Məhəmməd (s.ə.v.) ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimizin (s.ə.v.) müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və jiletinin, Hz. Mehdinin (ə.s.) yanında olması ilə), bənzərliyi vardır." (Kemal'ud-Din s. 322, 31. babin 3. hədis)
... Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya seçmişdir. Mənim Əhli-beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Məndən sonra Əhli-beytim bəla və çətinliklərlə qarşılaşacaqlar və zərbələrə məruz qalacaqlar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 14)
Əbdürrəhman b. Selitdən; İmam Hüseyn b. Əli b. Əbu Talib aleyhissalam belə buyurdu: "... Haqq üzrə qiyam edəcək odur (Hz. Mehdidir (ə.s.)). Yer üzü öldükdən sonra, Allah onun vasitəsi ilə yenidən onu canlandıracaq və müşriklər istəsə də Allah haqq dini digər dinlərə müzəffər edəcək... Onlara əziyyətlər veriləcək və onlara deyiləcək ki: "Əgər doğru söyləyirsinizsə bu vəd nə vaxt baş verəcək." Bilin ki, Onun qeybdəkiəziyyətlərə və təkziblərə səbr etməsi, Rəsulullah ilə birlikdə qılıncla cihad etmək kimidir ."(Uyun-ul Ahbar, c. 1, s. 68)