Kəhf surəsi, 61-65, 84,95 (Axırzamana aid əbcəd hesabları)
ucgen

Kəhf surəsi, 61-65, 84,95 (Axırzamana aid əbcəd hesabları)

2261

Adnan Oktarın 13 dekabr 2009-cu il tarixli Kanal 35 və TV Kayseri müsahibəsindən

Adnan Oktar: Baxın, Kəhf surəsini açdım. Kəhf surəsində çox əhatəli olaraq hz. Mehdidən bəhs olunduğunu demişdim. Kəhf surəsi 61-ci ayədə: "Beləcə, ikisi” Hz. Musa ilə gənc köməkçisi, amma axırzamana baxan istiqamətiylə isə hz. İsa və hz. Mehdi, “İki dənizin birləşdiyi yerə çatdıqda”, iki dəniz harada birləşir? İstanbulda birləşir, elə deyilmi? Əbcədi 1984-cü il tarixini verir, yəni Mehdinin ilk çıxış illəri. Hələ tələbələrinin sayının çox az olduğu ilə işarə edir. Onsuz da burada da ”ikisi” deyir inşaAllah. 65-ci ayədə: “Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar”. Elmi Allah verir. Mən öyrəndim, mən aliməm demir. “Bəndələrimizdən birini (Xızırı) tapdılar”. Axırzamanda bu təbii ki, Xızıra işarə etməklə bərabər, axırzamana baxan istiqamətiylə Mehdiyə işarə edir. Çünki baxın, “Öz dərgahımızdan mərhəmət əta etdiyimiz”, Mehdiyə mərhəmət verilmişdir. “Və Öz tərəfimizdən özünə elm öyrətdiyimiz”, Mehdiyə xüsusi elm verildiyi hədislərdə ifadə edilir. Yəni, “Allah onu bir gecədə islah edər” -deyir. Xüsusi elmlərlə təchiz ediləcəyi ifadə edilir.

Adnan Oktar: “Bəndələrimizdən birini tapdılar”, əbcədi 2010-cu ili verir. Yəni 65-ci ayənin hamısı tam 2010-cu il tarixini verir, maşaAllah. Kəhf Surəsində, “Həqiqətən Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik”. Əbcədi 2017-ci il tarixini verir. Hərf bilənlər açıb baxsınlar. Baxın “Həqiqətən biz onu”, yəni bu Mehdiyə işarə edir, inşaAllah, “yer üzərində möhkəmləndirib qüvvətləndirdik”. Zülqərneyndən bəhs edən ayədir, eyni zamanda Mehdiyə də işarə edir. Əbcədi də 2017-ci ildir. Baxın, O (Zülqərneyn) dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim”. Yəni mənə insan qüvvənizlə kömək edin, dəstək olun, fəaliyyətlərimə davam edim deyir. Əbcədi 1987-ci ili verir. Yenə Mehdiyə işarə edir, inşaAllah. Tam axırzamana işarə edir. Yəni Kəhf surəsi axırzamana baxan tərəfiylə doludur, möcüzədir yəni, inşaAllah.

Sərvər: Bəli hocam. Eyni zamanda hadisələri izah etməklə birlikdə həmişə Mehdiyə işarə edən ayələrdir.

Adnan Oktar: Təbii ki, yəni əsl mənası o dövrə aiddir. Amma ikinci mənası Mehdiyə aid olduğunu anlayırıq. Yəni hamısında əbcədlər və verdiyi tarixlər də dəqiqdir. Tək tarix verir, həmişə axırzamanı verir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo