Naim b. Hammad və Əbu Naim, Mekhul vasitəsi ilə Hz. Əlidən tahric etdilər. Dedi ki: Dedim "Ya Rəsulullah (s.ə.v.) Hz. Mehdi bizdən Ali-Məhəmməddənmi, yoxsa bizdən deyilmi?" Buyurdu ki: Xeyr, əksinə Bizdəndir. Allah bu dini necə bizimlə başlatmışsa Onunla sona çatdıracaq. Və onlar Bizimlə necə şirkdən xilas olmuşlarsa, Onunla da fitnədən xilas olacaqlar. Allah Bizimlə, insanları necə müşrik düşmənçiliyindən xilas edərək, onların ürəklərinə ülfət və məhəbbət yerləşdirmiş və din qardaşı etmişsə, Hz. Mehdi ilə fitnə ədavətindən (kin və düşmənçilikdən) xilas edəcək və qardaş edəcək.
Tabarani, Evsadda Əmr. b. Əli tariki ilə Hz. Əli b. Əbi Talibdən tahric etdi: Hz Əli Peyğəmbərə (s.ə.v.) "Ya Rəsulullah Hz. Mehdi bizdənmi yoxsa bizdən deyilmi?" deyə soruşdu. Buyurdular ki: Əksinə Bizdəndir. Cənabı Haqq İslamı necə Bizimlə başlatmışsa Onunla sona çatdıracaq. Necə, Bizimlə onlar, aralarındakı şirk və düşmənçilikdən xilas olmuş və ürəklərinə ülfət və məhhəbət yerləşmişsə, (Hz. Mehdinin gəlişi ilə) yenə elə olacaq. (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Axır Zaman Hz. Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 23, Tərcümə: Müşərrəf Gözçü - Qəhrəman Nəşriyyat)
Hədislərdə Hz. Mehdinin bütün müsəlmanlar arasındakı fitnə və bölünməni ortadan qaldıracağı; ürəklərdə ülfət və məhəbbət meydana gətirərək bütün müsəlmanların qardaşlığına səbəb olacağı bildirilmişdir.