Coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Türkiyə Yəmənə bir çox ərəb ölkəsindən daha yaxındır. İstər tarixi əlaqələr, istərsə də din qardaşlığı bu yaxınlığın səbəblərindəndir. Hazırda isə Yəmənin ən çox ehtiyacı olduğu anda Türkiyənin dostluğunu bir daha göstərmə imkanı var.
Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa müddət ərzində ilk öncə Ərəbistan sonra isə İran ziyarətləri Yəmən üçün sülh ümidi ola bilər. Cənab Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun qonağı olaraq 28.02-02.03.2015-ci il tarixləri arasında Səudiyyə Ərəbistanına rəsmi ziyarəti olmuşdu. Hətta eyni dövrdə Misir prezidenti Sisinin də Ərəbistanda olması diqqəti cəlb etmişdi.
Bu ziyarətdən dərhal sonra 26 mart tarixində Misir rəhbərliyindəki koalisiya güclərinin hava hücumundan sonra Türkiyə Xarici İşlər Nazirliyindən hərbi əməliyyatın dəstəkləndiyinə dair bir açıqlama gəldi. Bu açıqlama Türkiyədə hökumətin «məzhəbçi siyasət yürütdüyünə dair» tənqid edilməsinə səbəb oldu. Ancaq Ərdoğan bu tənqidlərə «Türkiyə məzhəb yönümlü ayrı-seçkiliyə və ya rəftara doğru gedir» ifadəsini qəbul etməyimiz qəti şəkildə mümkün deyil. Bizim üçün müəyyənedici güc məzhəb deyil. Müəyyənedici anlayış və ya inanc İslamın özüdür. Bəziləri şiə ola bilər, ölkəmdə sünnilər əksəriyyət təşkil edə bilər... Ancaq inanc nöqtəsində gələcəyimizi nə sünnilik müəyyən edər, nə də şiəlik. Əsas olan İslamdır» deyərək cavab verdi. (1)
Prezident Ərdoğan oxşar açıqlamanı İranda da verdi. Bu, hərbi əməliyyatdan xeyli əvvəl planlaşdırılmış ziyarət idi. İran əməliyyata dəstək verdiyi üçün Türkiyəyə reaksiya versə də prezident Tayyib Ərdoğan İran ziyarəti əsnasında Ruhani ilə birlikdə verdiyi ortaq açıqlamada İraq-Suriya və Yəməndə baş verənlərlə bağlı olaraq yenə qanı durdurmaq və ayrılıqlara son verməyin zəruriliyini vurğuladı:
“Məni burada nə şiə, nə də sünni maraqlandırır. Məni müsəlman maraqlandırır. İnsan yaradılmışların ən şərəflisidir. Oturub danışaraq, bu qana, bu ölümə bir son verməliyik. Bir-biri ilə vuruşanları bir araya gətirək.(2)
Bu gün Ankaraya baxacaq olasaq, Türkiyənin Yəməndə müharibə deyil, sülh tərəfdarı olduğunu görərik. Türkiyə həm İran, həm də Ərəbistanla olan yaxın münasibətlərindən Yəməndə sülhün təsis edilməsi üçün aktiv şəkildə istifadə edir. Belə ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Sudan Xarici İşlər naziri Əli Əhməd Karti ilə təşkil etdiyi ortaq mətbuat konfransında bu cəhdin işarətlərini verdi. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlaması bu şəkildədir:
“Yəməndə bir yanğın var. Bu yanğını söndürməyimiz lazımdır. Yəməndə hazırkı mövcud vəziyyətdən məsuliyyət daşıyan ölkələr də var. Bunları da biz açıq şəkildə Tehranda dilə gətirdik, danışdıq. Biz siyasi dialoq və siyasi həll yolu ilə Yəmən probleminin üstəsindən gələcəyimizə inanırıq və bu mənada da Türkiyə, İran, Səudiyyə Ərəbistanı kimi ölkələrə önəmli vəzifələr düşür. Bu mövzuda iş birliyi məsələsində İranla razılaşdıq. İndi körfəz ölkələri ilə də görüşürük, əlaqələrimiz davam edəcək. Onsuzda Zəriflə hər fürsətdə telefonla əlaqə saxlayırıq. Bundan sonrakı mərhələdə də daha yaxın iş birliyi içində olacağıq. Həmçinin körfəz ölkələri və ərəb ölkələri ilə də bu təmaslarımızı davam etdirəcəyik». (3)
Həqiqətən də Türkiyə Yəməndə sülh üçün vasitəçi ola bilərmi?
Yaxın Şərqə baxdıqda Türkiyənin bölgədəki ən önəmli fiqurlardan biri olduğunu görmək mümkündür. Səkkiz il bundan qabaq Türkiyə İsrail ilə Suriyanı barışın astanasına gətirmiş, ancaq İsrail Livan əməliyyatına görə sülh təşəbbüsünü son anda iflasa uğratmışdı. İsrailin sabiq Ankara səfiri Alon Liel Türkiyənin vasitəçilik üçün etdiyi cəhdləri «Haaretz» qəzetində ətraflı şəkildə izah etmişdi.(4)
Türkiyənin Yaxın Şərqdə sülh istiqamətli cəhdlərinin bir nümunəsini də Suriyada görmək mümkündür. Türkiyə Suriyada etirazlar başladıqda Əsədə qarşı əks münasibət göstərməmiş, uzun müddət sülhün təsis edilməsi üçün cəhd etmişdi. Əsədə Suriyanın demokratikləşməsi və sabitliyə qovuşması üçün tövsiyələr vermişdi. Bundan əlavə Türkiyə Suriya vətəndaş müharibəsində zərər çəkmiş 1.6 milyon qaçqını dini və etnik mənsubiyyətindən asılı olmayaraq torpaqlarında qonaq edərək dünyaya sülh və insanlıq dərsi verdi. Bu münasibət Türkiyənin Yaxın Şərq siyasətinin din və ya etnik ayrı-seçkiliyə əsaslanmadığının da əhəmiyyətli göstəricilərindəndir.
Türkiyə oxşar siyasəti Fələstin və Livanda da yürütmüşdü. Əhalisinin əksəriyyətinin sünni olmasına baxmayaraq, İranla da dost münasibətlərinin olması Türkiyənin əlini Yəmən məsələsində gücləndirir. İran nüvə layihəsi ilə bağlı bütün dünyada təzyiq gördüyündə Türkiyə Braziliya ilə birlikdə önəmli həll yolu irəli sürdü.
Bütün bu təcrübələr və bölgə ölkələri ilə münasibətlər Yəməndə sülh üçün ümid işığı olur. Əgər Türkiyə İran və Səudiyyə Ərəbistanı ilə birlikdə Yəməndə qalıcı atəşkəs təmin edə bilsə, bu, bölgə üçün böyük uğur olacaq. Sonrakı hədəf isə Yəməndə qalıcı sabitlik və inkişaf təmin edilməsi olacaq. Bunun mümkün olması üçün ən az Türkiyədəki qədər İran, Səudiyyə Ərəbistanı və Yəməndəki müsəlmanların da bacı-qardaş olduqlarını unutmamaları lazımdır.
Dünyanın hər yerində axan müsəlman qanına Türkiyənin qan əlavə etməkdən çəkinməsi, sevgi, anlayış, dialoq və diplomatik yollara baş vurması çox vacibdir. Həll yolunun hər zaman qardaşlıqda axtarılması yalnız Yəmən üçün deyil, bütün Yaxın Şərqə nümunə və ümid işığı olacaq.
İstinadlar:
(1) http://www.haberturk.com/gundem/haber/1063709-baskanliga-335-de-yeter
(2) http://www.haber7.com/dis-politika/haber/1339747-erdogan-beni-ne-sia-ne-sunni-ilgilendirir
(3) http://www.aljazeera.com.tr/haber/cavusoglu-iranla-isbirligi-artacak
(4) http://www.bbc.co.uk/turkish/news/story/2007/01/070116_syria_israel_tr.shtml
Adnan Oktarın National Yemen'də yayımlanan məqaləsi:
http://nationalyemen.com/2015/04/15/turkey-asks-for-peace-in-yemen-not-war-3/