Hörmətli Adnan Oktarın 8 avqust 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar
ucgen

Hörmətli Adnan Oktarın 8 avqust 2015-ci ildəki söhbətindən əhəmiyyətli başlıqlar

1669

A9 TV, 8 avqust 2015

(“Sabah” qəzeti bu gün “PKK şəhərlərə 80 min silah yığdı” başlığıyla dərc olundu. Xəbərində PKK-nın hökuməti “çözüm sürəci” mövzusunda aldatdığını, çəkilirik dediyi dövrdə silahlanmağa davam etdiyini yazdı.)

Mən söylədimmi, söyləmədimmi? Bax, çəkilmirlər, daha da inkişaf etmiş silahlarla möhkəmləndirirlər, silahlanırlar dedim, deyilmi? Şəhərdə təşkilatlanmalarını daha da artırırlar, mövqe qazanırlar, sahə hakimiyyəti qururlar, dedik. Neçə ildən bəri? İllərdən bəri söyləyirəm. Dəfələrlə söylədim. Hökumətin də bilmədiyini zənn etmirəm. Hökumət aldadılmış və s. deyil. Mən vətəndaş olaraq bilirəmsə, hökumət daha çox bilir. Hərhalda bizim bilmədiyimiz bir səbəbi var.

(Xüsusilə Hakkari, Şırnak, Ağrı kimi illər (rayonlar) və Nusaybin, Cizrə, Silopi kimi mahallarda PKK-nın güclü silahlanma apardığı ifadə edilir. MGK-də və Nazirlər kabinetində də qiymətləndirilən bu vəziyyətə qarşı əhatəli bir strategiya düşünüldü. Şam istiqamətli hava əməliyyatları aramsız davam edərkən PKK-nın ölkədaxili təşkilatlanmasına qarşı əməliyyatlar da sürətləndiriləcək.)

Amma mən onlar könüllü gətirib verməz deyə otuz dəfə söylədim. Fikir liderlərinin edəcəyi bir şey yoxdur. Silah zorla alınar. Adamlar silah verməz. Yəni belə xəyallarla vaxt itirməsinlər. Böyük, ağlı başında insandırlar, uşaq deyildirlər. Anarxist terroristlər, Stalinist kommunistlər gətirib silah verib bir anda yaxşı uşaq olacaq, “mən gedib anamın şorbasını içim” deyəcəyi harada görülüb. Bunlar xamxəyaldır, belə bir şey olmaz. İllərdən bəri söyləyirəm, silah gedib alınar. Zorla alınmalıdır. Yoxsa adam könüllü silah verməz. Harada görülüb? Mafya silah verərmi? Banda silah verməz, zorla alarsan.

(Hörmətli Davutoğlu bugünkü açıqlamasında: “İndi deyirlər ki, atəşkəsə qayıdaq. Bəli qayıdaq. Biz heç bir zaman qarşıdurmanı müdafiə etmədik. Heç bir zaman şiddəti müdafiə etmədik. Amma atəşkəsdə məqsədləri yenə başqa bir gecə irəlidə polislərimizi qətl etdikləri halda, biz səssiz qalacağıq deyə düşünürlərsə, buna icazə vermərik” -dedi.)

Amma çox gec oyandılar, bu çox-çox qəribə bir şeydir. Biz bunu açıqlaya bilmirik, bu, metafizikdir. Hər gün videolarla, fotoşəkillərlə gecə-gündüz bütün gücümüzlə boğazımızı yırtdıq. Onsuz da A9 bu mövzuda gecə-gündüz yayım etdi. Yəni dayanmadan hazır filmlər göstərilirdi. Aramsız məlumat verdik. Belə bir şey yoxdur, bunlar silahlarını buraxmazlar, bu şəkildə bir xəyal içərisində olmayın deyə hazır film olaraq ən az min dəfə yayım edildi. Nəysə gec də olsa, anlamışlar, yaxşı.

(Nazir Faruk Polad bu günkü çıxışında: “Çorum çayı yatar, amma xainlər və alçaqlar yatmazlar. Onlar alçaqlıqlarına və xainliklərinə davam edirlər. Canımızı yandıranların onlarla misliylə canlarının yandırılacağını ifadə etmək istəyirəm” -dedi.)

Lazım olanı etsinlər. Dar əhatədə edildikdə həmişə edilir, çox nəticə alına bilmir. Məsələn, bunu gündəlik 2-4-8-16 şəklində artırsınlar. Yəni bu dəfə tam dəqiq bitirəcək şəkildə mövzunu həll etsinlər. O zaman Tayyib hocam -bir də prezident idarə sistemi hadisəsinə də girməzsə- yenidən lider olar, inşaAllah.

PKK ideologiyasından imtina etmədikcə silah buraxmaz. Hökumət üzvlərinin bir qisimi bunu anlamır

Adamların bu dərəcə sahə hakimiyyəti əldə edənə qədər gözlənilməsi hökumətin çox-çox böyük bir səhvidir. Hökumət üzvlərinin bir qisimi Marksist, Leninist, kommunist, Stalinist bir adamın ideologiyasını qavraya bilmir. Anlaya bilmirlər. Stalinist bir adam əsla imtina etməz. Bu zəhərdir, bu bir xəstəlikdir. Yəni zəhərli bir fəlsəfədir. Terrorist anarxist, Stalinist kommunist olduqdan sonra o sanki yarı-yarıya dəli kimi olar. Və sənin xahişinlə hərəkət etməz. “Zəhmət olmasa, silahı gətirərsənmi?” deyir. Qardaşım, bu lağ kimi bir şeydir, belə olarmı?

PKK cənub-şərqi Anadoluda sahə hakimiyyəti qurmuş vəziyyətdədirlər

PKK Diyarbakırda döyüş bildirişləri paylayırmış. Övladını PKK-nın tərkibinə göndərməyənlərdən bədəlli pulu adı altında 10 min lirə alınırmış. Yəni ya əsgərliyini edəcək deyir, ya 10 min lirə verəcək deyir. Adamlar orada özbaşlarına dövlət qurmuşlar. Adamlar artıq hava hücumundan müdafiə raketləri gətirmişlər, bazukalar gətirmişlər. Əvvəllər tapança və s. daşıyardılar, indi küçənin ortasında bazuka daşıyırlar. Adam zenit raketləri ilə gəzir. Dağlarda iri çaplı pulemyotlar. İnanmağım gəlmir. Hələ könüllü gətirib verin, deyirlər.

(PKK-ya qarşı hava hərəkatında bu ana qədər 390 terrorist təsirsiz hala gətirildi. 400 terrorist yaralandı. Hava hərəkatında təşkilatın idarə heyətlərində olan terroristlərdən bəziləri də öldürülərkən təşkilata aid yüklü miqdarda narkotik və pulun olduğu bir sığınacaq məhv edildi. Bundan məsul olan 10-a yaxın terroristin öldürüldüyü deyildi.)

Biz kimsənin öldürülməsini istəmirik. Pul varsa, məhvə nə gərək var? Kasıblara, fəqrilərə paylasınlar. Həm də ümumiyyətlə, saylar həmişə yuvarlaq olur. Tam 490, 550 yaxud, 500 yaxud 300. Yəni nə hikmətsə kəsr ədədlər olmur, onu da anlaya bilmədim. Amma heç kimin nə ölməsini, nə də yaralanmasını istəyərik, onu da söyləyim. Bir sözlə, bu dəfə kökündən məhv etsinlər, hamısını aparıb həbs etsinlər. Biz bir daha bu PKK sözünü eşitməyək. Bax, illərdən bəri bizə əziyyət verirlər. Millət olaraq bezdik, yorulduq. Həm də bunlarla ticarət etmək də Türk Millətinin qüruruna çox ağır gələn bir şeydir. Bu iztirabı da millətə çəkdirdilər. Yəni həyati məsələ olaraq görüb mövzunu kökündən həll etmək lazımdır.

“Ak Partiya İstanbul bölgə idarəsinə hücum. Bir təhlükəsizlik işçisi yaralandı”. Adamlardakı rahatlığa bax. Bax, artıq Ak Partiya İstanbul bölgə idarəsi. Əgər bunu edənlər yenə əlini-qolunu yelləyərək getdisə, bu, ayrı bir rüsvayçılıqdır.

“Mardin Midyatda polis maşınına hücum olub. Bir polis şəhid olmuş, bir yaralı var”. Bu itləri çoxdan kökündən susdura bilərdilər. Mövzunu uzatdıqca uzatdılar. “Silahlarını betona basdıracaqlar gözləyin, sementlə üstlərini bağlayacağıq, silahlarını alıb gedəcəklər, keçi kimi keçi yolundan gedirlər”. Halbuki, elə bir hadisə yoxdur. Söylədim, belə bir hadisə yoxdur, dedim. Ancaq saxta, göstəriş üçün edirlər, dedim. Adam gedər, bir dövrə vurar geri dönər.

(Xalqların Demokratik Konqresi Spikeri Sebahat Tuncel “Öcalanın gəlib azad bir mühitdə müzakirələrə qatılmasını istəyirik” -dedi.)

Nəzərdə tutulan məhz budur. Adamlar rahat bir üslubla təkidlə eyni şeyi söyləyirlər.

(HDP, 7 iyundan aldığı nəticəni böyük müvəffəqiyyət olaraq görən Abdullah Öcalanın “sürəcin” və əldə olunan irəliləyişlərin qarşıdurmalarla heç edilməməli olduğunu söylədiyi iddia edildi.)

Qardaşım, əlbəttə, bu şərhlə insanlar: “Bunlardan bir zərər gəlməyəcək, aydındır. Bunlar yenə Türkiyəyə bağlı olarlar. Federasiyanı verək getsin. Ayrı bir rəhbərlik qursunlar. Həm anarxiya terror da olmaz, qarışıqlıq da olmaz. Nə olacaq yəni? Nə itirərik? Onsuz da Türkiyəyə də bağlı olacaqlarmış” –deyər. Halbuki, bu bir aldatmadır, kommunist- Stalinist bir taktikadır. Amma bir qisim adamlar həqiqətən belə demək olarsa, buna aldanırlar. İnanma meylindədirlər. Halbuki, Abdullah Öcalan, PKK-nın quracağı dövlətin əvvəldə pula ehtiyacı olduğuna inanır. Onun üçün Türkiyənin milli gəlirinin yarısının oraya gedəcəyinə inanır. Həm ayrı dövlət quracaqlar, həm də biz pul qazanacağıq, yarısını xərac verəcəyik. Adamlar onsuz da bayrağınızı istəyirsinizsə asın deyir. Amma hər yer PKK bayrağıyla dolu olacaq, deyir. PKK əsgərləri burada nizam yaradacaq, Stalinist-kommunist bir rəhbərlik quracağıq deyir. Həm Türkiyənin yarısını verəcəyik, həm də üstünə pul və xərac verəcəyik. Həm də kommunist dövləti xarici təhlükəyə qarşı da qoruyacağıq. Yaxşıca palazlanıncaya qədər gözləyəcəyik, palazlandığında da müstəqilliklərini elan edəcəklər, sonra Türkiyəyə hücuma keçəcəklər. Sonra da digər geri qalanını alacaqlar. Çox hiyləgərcə olduğunu zənn edirlər, amma çox pis bir hiyləgərlikdir. Buna icazə verməyəcəyimiz aydındır.

(AK Partiya koalisiya üçün etdiyi araşdırmada vətəndaşdan “çözüm sürəci” və PKK-ya qarşı edilən son əməliyyatları soruşdu. Vətəndaş edilən əməliyyatları dəstəkləyir və artaraq davam etməsi lazım olduğunu düşünür. Bununla yanaşı “çözüm sürəcinin” davam etməsi istənilir. Amma Dövlət quruluşundan da qətiyyən imtina edilməməsi tələb edilir.)

Amma vətəndaş “çözüm sürəcinin” nə olduğunu bilmir. Bəlkə bilən vardır, amma mənim gördüyüm 99%-i bilmir. Baş nazir də bilmir, nazirlər də bilmir. Kimdən soruşsaq bilmirlər. Yəni “çözüm sürəcinin” məqsədinin nə olduğunu heç kim bilmir.

(Səlahəddin Demirtaş, Silopidə PKK hücumunda şəhid olan əsgər Əbdulxaliq Arazın Özalp mahalındakı ailəsinə başsağlığı ziyarəti etdi.)

Onun da edə biləcəyi bir şey yoxdur. O yalnız vəziyyəti seyr edir. PKK yox edilsə, HDP gerçək HDP olacaq, Səlahəddin Demirtaş da gerçək bir lider olmuş olacaq. Bu ankı liderliyi təzyiq altında olan bir liderlikdir.

Qərb dünyasındakı Yaxın Şərqi əhəmiyyətsiz görmə düşüncəsinin yanlışlığını dayanmadan izah etmək lazımdır

Məsələn, PKK Türkiyədə olduğu kimi Amerikada, New Yorkda hər hansı bir küçəyə mina döşəsə, New Yorka gedən prospektlərdən birinə, yolu mina ilə korlasa Amerika dəli olar. Yerlə bir edərlər. Məsələn, Almaniyada roketatarla polis bölməsinə hücum etsələr, bütün dünya ayağa qalxar. Bunlar Türkiyəni əhəmiyyətsiz bilirlər, ucuz qəbul edirlər. Bu çox böyük bir əxlaqsızlıqdır. Bu, dayanmadan etiraz edilməlidir. Dayanmadan izah edilməlidir. Bu adamlarda Yaxın şərq ölkələrinə qarşı belə bir fikir var. Bunları onların başına mismar kimi vurmaq lazımdır, izah edərək. Bu yaramazlıqdan əl çəksinlər.

PKK-nın Şamda 6 min nəfərlik sabit heyəti var və dağa çıxacaq gənclər universitetlərdə bir il ideoloji təhsil alırlar

Dağa gedəcək şəxslər əvvəlcə universitetlərdə, normal dövlət universitetlərində 1 il ideoloji təhsil alırlar. Dağa çıxacağını bilir. Universitetlərin çoxu, az qala hamsı solun əlindədir, Türkiyədə kommunist fraksiyanın əlindədir. 1 illik təhsildən sonra dağa gedirlər, 3 il də orada əsgərlik təhsili alırlar. Sonra oradan göndərilirlər. 6 min nəfərlik sabit heyəti var. Müxtəlif təhsillər; dağda silahdan istifadə etmə təhsili alırlar, komando təhsili alırlar, bomba qurğuları haqqında məlumat alırlar. Sonra Türkiyəyə və yaxud başqa yerlərə terror törətmək üçün göndərilirlər. Ya ehtiyyatda tuturlar və yaxud həmin an fəaliyyətə keçirirlər. Bunların əksəriyyəti də universitet tələbəsidir. Yəni yalnız ibtidai təhsil almış şəxslər deyillər. Qızların da, gənclərin də böyük bir hissəsi universitet məzunudur. Diclə universiteti və s. doludur. Yəni namaz qılan, müttəqi müsəlmanın orada yaşaması çox çətindir.

PKK-lılar terror hadisəsi törətdiyi üçün tutulduğunda Xüsusi təyinatlılar lazım olanı qanuni əməliyyatı həyata keçirir, görüləcək güc hüququn hücüdür

İnşaat anbarından qumbaraatanlar çıxır, tankəleyhinə raket başlıqları çıxır, silahlar çıxır, güllələr çıxır. “Xüsusi təyinatlılar gəncləri qandalladı, niyə yatırtdılar?” -deyir. Taxtda mı gəzdirəcəklər? Nə etməlidirlərki? Onda adamları limuzinə qoyub gəzdirək, şəhid turu atdıraq. Nə qədər nalayiq izahdır! Adam əsgəri, polisi şəhid etmək üçün, polis bölmələrini məhv etmək üçün hazırlıq görür, əlbəttə ki, Xüsusi təyinatlılar da tutduğunda yerə yatırdacaq. Nə etsin? Necə olmalıdır? Xüsusi təyinatlılar heç usanmasınlar, istədikləri kimi rahat hərəkət etsinlər. Əlbəttə ki, yerə də yatırdacaq, qandallayacaq da. Prokurorluq da məhkəməyə sövq edər. Məhkəmə də həbs əmri çıxartsa, həbsə qoyacaq. Bunlar normal hadisələrdir. Dünyanın hər tərəfində edilən tətbiq budur. Etdikləri qalmaqala heç inanmasınlar.

Xüsusi təyinatlılar PKK-lıları yerə yatırdıb. Mən gördüm. “Türkün gücünü görəcəksiniz” -deyir, orada bir qoç igid, aslan. Yəni Türk millətinin gücünü görəcəksiniz; Çərkəziylə, Lazıyla, Kürdüylə, Yəhudisiylə, Ermənisiylə, Rumuyla, Özbəkiylə, Türkməniylə Türk millətinin gücünü görəcəksiniz. Yəni hüququn gücünü, qanunun gücünü görəcəksiniz. Bu dövlətin, bu millətin qanun gücü, hüquq gücü yaxanıza yapışacaq. Bu mənada söyləyir.

Allahın adətullahıdır; hər dövrdə Mehdisini çıxartmazdan əvvəl dəccallarını çıxarır

Dəccallar qan axıdırlar, zülm edirlər. Böyük bir fitnə olur, fitnə artıq səmaya çıxır. Ondan sonra Allah Mehdisini çıxarır, ortalıq sakitləşir. Sonra Allah Mehdisini alır, yenidən dəccal göndərir. Amma Allah bu dəfə gələcək son dəccalda Mehdi göndərməyəcək. Yəni bitir. Dəccal göndərir, yenə dəccal göndərir, yenə dəccal göndərir. Böyük bir dəccal yığnağı olur və bütün dünya məhv olur. Artıq mehdi qiyamət olur. Yəni İslamı, Müsəlmanları qurtaracaq olan qiyamət olur. Yəni Quranın müdafiəçisi qiyamət olur. Onsuz da Quran göyə qaldırılır. Qiyamət ədaləti təmin etmiş olur. Yəni orada meydana gələn dəhşət, orada meydana gələn qorxu Quranda təsvir edilir; qorxunun şiddətindən “saçları dümağ olar” -deyir, “siz onları sərxoş zənn edərsiniz, əslində onlar sərxoş deyildirlər” -deyir.

Bədiüzzəman təxminən hicri 1543 deyir, dünyada Müsəlman qalmır. Allahın ruhu hər yerdə gəzir, amma iman yoxdur. Yalnız dəcallar var. Bədiüzzaman “üç inqilabi azimə (böyük inqilab) olacaq” -deyir. Birincisi dəccal, ikincisi də dəccal, üçüncüsü də dəccal. Yəni dəccallar bir-birini yeyir. Başqa bir şey yoxdur. Artıq Mehdi çıxmır. İsa Məsih də Allah tərəfindən artıq Qatına ölümlə alınır. Tam mənasıyla ölür. Axirətə alınmış olur. İndi onları görəcəyik. Çox təəccüblü olacaq.

Axırzamanda insanları ən çox heyrətə salacaq olan hz. İsanın gəlişi olacaq. İsa Məsih açıq təbliğ deyil gizli fəaliyyət göstərəcək

Mehdinin çıxışı o qədər təəccüblü olmaz. Çünki sistem aləmi qiyam qaldırmış vəziyyətdədir. İslamın hakimiyyəti mümkün görünür. Amma İsa Məsihdə təəccüblənərlər. Anası, atası yoxdur. Adamlar izah edir deyir, “Biz gəldiyimizdə yatmış vəziyyətdə idi. Üstündə də bu paltarlar vardı”. Paltarlarını da gətirəcəklər. “Amma sonradan 10-12 dil öyrəndi. Quranı əzbərlədi, Tövratı əzbərlədi, İncili əzbərlədi. Nə olsa əzbərləyir” deyəcəklər. Belə bir insandır. Gözəl üzlü bir insandır. Amma İsa Məsihin elə bir təbliği olmaz. Yəni bizlər kimi, başqaları kimi təbliğ etməz. Etsə, məhv edərlər. Amerikan cəmiyyətini düşün.

(“İŞİD, Səudiyyə Ərəbistanında Cümə namazında məscid bombaladı. 42 Müsəlman şəhid olur. Siz qatil İŞİD-i müdafiə edirsiniz”. Tamaşaçı e-mailinə cavab olaraq)

Bunlar nə qədər diqqətsiz insandırlar. Müdafiə etmirəm. Mən heç bir müsəlmana söz dedirtmərəm, bunu söyləyirəm. Nə Taliban, nə Əl Qaidə, nə İŞİD, nə digərləri. Yəni öldürdülməsinə icazə vermərəm. Amma tənqid edərəm. Bu, elmlə, mədəniyyətlə olar. Məlumatla olar. Hər insanın səhvi olur. Onların da səhvi var. Səhv yoldadırlar, xəbərdar edilməlidirlər. Bu, öldürərək olmaz. Xəbərdar etməklə olar. Elmlə, mədəniyyətlə. Çünki sən onlara səhv hədis məlumatları vermisən, onlar da səhv hədis məlumatlarıyla səhv yoldadırlar. Doğrusunu Qurandan izah etsən, adam müsəlmandır, sənin dediyini dinləyər. Onlar da “Biz Mehdiyə iman gətirəcəyik, hər şey düzələcək” -deyirlər. Biz doğru yoldayıq, mükəmməlik demir. Biz Mehdini gözləyirik, deyirlər.

Meşəbəyilərin başına dövlət müstəntiq göndərsin. Polis müstəntiqi göndərsin. Amma meşəbəyilik sistemi inkişaf etdirilsin. Deyirlər ki, “cahillik edərlər, dəlilik edərlər”. Hər cəmiyyətdə olur. Amma cənub-şərqi Anadoludakı qardaşlarımız çox hörməcil, ağıllı insandırlar. Nə edəcəklərini bilərlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo