Elmi adı Danionella serebrum, boyu dırnaq böyüklüyündə olan balıq, 140 desibel səsi, yəni dreldə eşitdiyiniz səsi çıxarır. 12 mm uzunluğunda şəffaf bədənə sahib olan balıq, bu səsi üzmə kisəsi deyilən orqanından çıxarır.
Tədqiqatçılar hesab edirlər ki, bu, ölçüsünə görə indiyə qədər tapılan ən səs-küylü balıqdır və balıq bu səsi sosial ünsiyyət üçün çıxarır.
Təbiətdə heyvan nə qədər böyükdürsə, səsi də bir o qədər yüksək olur. Məsələn, filin çıxardığı səs (125 db) ilə insanın danışıq səsi (orta hesabla 70 db) arasındakı fərqi nəzərdən keçirək. Ancaq su altında bu vəziyyət dəyişir. Myanmanın dayaz və bulanıq sularında yaşayan Danionella serebrum adlı bu kiçik balıq indiyə qədər kəşf edilən ən səs-küylü növlərdən biridir. Başqa bir nümunə də, tapançalı krevetdir. Krevet suyun altında 200 desibelə qədər yüksək səslər çıxara bilir.
Bir çox balıq növü öz əzələlərini səs çıxarmaq üçün istifadə edir, onların su altında qalmasına kömək edən qazla dolu üzmə kisəsini vurur. Danionella isə daha fərqli üsuldan istifadə edir. Balığın əzələləri büzüldükdə qabırğanı 2000 q-dan çox qüvvə ilə çəkir, bu da əzələ daxilində yerləşən qığırdaq hissəsi ilə gərginlik yaradır və qığırdaq sərbəst buraxıldıqda üzmə kisəsinə dəyir.
Bu səsi yalnız bu növün erkəkləri bir arada olduqları zaman çıxarırlar. Bəzilərinin səsi digərlərindən daha yüksək olur. Elm adamları, ən yüksək səs çıxaranların yanında digər erkəklərin səssiz qalmaları, iyerarxiya qurmağın bir metodu olduğunu hesab edirlər.
Danionella serebrumun kiçik bədəninə baxmayaraq güclü səs çıxarma qabiliyyəti, Allahın yaratmasındakı mükəmməlliyi və detalları ortaya qoyan gözəl nümunədir. Bu sistemin işləməsi üçün bütün detalları ilə mükəmməl şəkildə var olmalıdır. Balığın güclü əzələləri, onlarla ahəngdar işləyən qığırdaq və güclü zərbələrə davam gətirən üzmə kisəsi olmasaydı, bu kiçik canlı bu cür güclü səs çıxara bilməzdi. Əgər kisə, zərbələrə qarşı daha az davamlı və ya qığırdaqdan daha kəskin olsaydı, səs çıxara bilməyəcəyi kimi, balığın həyatı da təhlükə altında olacaqdı. Bütün bu detallar Allahın yaratmasındakı əzəməti və mükəmməlliyi gözlər önünə sərir.
Mənbə:
Verity A.N.O. Cook et al. 2024. Ultrafast sound production mechanism in one of the smallest vertebrates. PNAS 121 (10): e2314017121; doi: 10.1073/pnas.2314017121
https://www.sci.news/biology/danionella-cerebrum-sounds-12724.html