Dünyada yaşayan canlıların çox möcüzəvi xüsusiyyətləri var. Hər biri bir yaradılış möcüzəsi olan bu canlılardan biri də koaladır. Evkalipt ağaclarının yarpaqları ilə qidalanan koala bu ağacın üzərində rahat həyat sürmək üçün bir-birindən möhtəşəm xüsusiyyətlərə sahibdir.
Avstraliyada yaşayan koalaların bədən quruluşu yaşadıqları mühitdə rahat şəkildə yaşaya bilmələri üçün ehtiyaclarını ödəyə biləcək qüsursuz xüsusiyyətlərə sahibdir. Məsələn, qol və pəncələri geniş gövdəli evkaliptlərə asanlıqla dırmanmalarını təmin edir. Ön ayaqlarındakı ilk iki barmaqları isə digər üçündən ayrıdır. Öz əlimizlə müqayisə etsək iki baş barmağı olduğu deyilə bilər. Arxa ayaqlardakı baş barmaqlar da digərlərindən ayrıdır və digər dörd barmaq kimi kəsici pəncələrə sahib deyil. Digər barmaqlardan fərqlənən bu baş barmaqlar daha kiçik budaqlardan tutmağa kömək edir.
Pəncələri ağacların yumşaq və düz olan gövdələrinə çəngəl kimi batan koalaların dörd ayağı da, eynilə bizim bir çubuğu tutduğumuz kimi ağac budaqlarını rahatlıqla tuta bilir və budaqlara sarılaraq dırmanmalarını asanlaşdırır. Ancaq koalaların sahib olduğu xüsusiyyətlər bunlarla məhdud deyil. Koalaların digər xüsusiyyətləri isə belədir:
Kiçik Bir Biokimyəvi Fabrik
Evkalipt yarpaqlarında yüksək miqdarda lif və qismən də zülal var. Bu yarpaqlardakı kəskin qoxulu yağlar və bir çox məməlilər üçün yeyilməyən, hətta zəhərli olan sianid xarakterli maddələr də vardır. Başqa heyvanlar üçün zərərli olan bu maddələr koalaların bədənində zəhərli təsirini itirir. Çünki, koalalar çox xüsusi bir anatomiyaya və fiziologiyaya sahib olan bir həzm sisteminə malikdirlər.
Eynilə digər ot yeyən məməlilər kimi koala da evkaliptlərin əsas maddəsi olan sellülozu həzm edə bilmir. Ancaq bunu onların korbağırsağında yaşayan mikroorqanizmlər edir.
Koalanın korbağırsağı qalınbağırsağına açılır və çox böyükdür. Belə ki, korbağırsaq bütün bağırsağın 20 %-ni təşkil edir. Uzunluğu 1.8-2.5 metrdir.
Korbağırsaq koalanın həzm sisteminin ən maraqlı hissəsidir. Yarpaqların həzm sistemindən keçişi burada gecikdirilir. Bu gecikmə nəticəsində korbağırsaqlardakı mikroorqanizmlər fəaliyyətə keçərək sellülozu koalanın faydalanacağı hala gətirirlər. Bu xüsusiyyətinə görə koalanın korbağırsağı biokimyəvi bir fabrikə bənzədilə bilər. Sellüloz bu fabrikdə emal edildiyi zaman yağlar və zəhərli xüsusiyyətə malik kimyəvi maddələr (fenol mürəkkəblər) başqa bir fabrikdə, yəni qaraciyərdə süzülür və təsirsiz hala gətirilir.
Koalanın tək qida qaynağı evkalipt yarpaqlarıdır. Bu isə heyvanın karbohidrat ehtiyacını tamamilə mikroorqanizmlərin sellülozu həzm etməsi ilə qarşıladığı mənasına gəlir. Buda mikroorqanizmlər olmadan koalaların yaşamağının mümkün olmadğını göstərir. Bu iki canlını bir-birinə uyğun yaradan şübhəsiz ki, Uca Allahdır.
Allah yaratdığı bütün varlıqların ehtiyaclarından xəbərdardır və əskiksiz yaradandır. Bu cür nümunələr Allahın sonsuz gücünü bizə sübut edir. Ağıl sahibi olan insanların bu həqiqəti anlayacaqları bir ayədə belə xəbər verilir:
Əgər düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir! (Şuəra Surəsi, 28)
Koala və Su Tarazlığı
Avstraliyalı yerlilər olan aborgenlərin dilində "koala" su içməyən mənasını verir. Çünki, koalalar heç vaxt su içmirlər. Koalanın bu xüsusiyyətinin səbəbi isə evkalipt yarpaqları ilə qidalanmasıdır.
Evkalipt yarpaqlarının 40-65 %-i su olur. Bu nisbət 40 %-dən az olmur. Çünki, su ehtiyatı 40 %-dən az olarsa yarpaqlar quruyaraq məhv olar. Bu xüsusiyyətləri ilə evkalipt yarpaqları təbii olaraq koalaya kifayət qədər su verə bilir.
Şübhəsiz ki, yalnız yarpaqların bol sulu olması bəs etmir. Eyni zamanda koalanın evkalipt ağacındakı suyu istifadə edə bilən bir bədən quruluşuna sahib olması da çox vacibdir. Koalada qüsursuz hazırlanmış bir "su itkisini idarə edən sistem" var.
Koalalardakı su itkisinə böyrəklər nəzarət edir. Daha vacibi isə koalanın həzm sisteminin su saxlama xüsusiyyətinə sahib olmasıdır. Bunun nəticəsində koalalar qəbul etdikləri suyun olduqca az bir qismini ifraz edirlər.
Koala həzm sistemindəki su saxlama xüsusiyyəti ilə çoxda sulu olmayan, ancaq sayı çox olan evkalipt yarpaqları ilə rahatlıqla susuzluğunu qarşılaya bilir. Əgər koalanın həzm sistemi bu xüsusiyyətə sahib olmasaydı heyvan mütəmadi olaraq yerə enib su axtarmaq məcburiyyətində qalardı. Bu da yerdə yaşamaq üçün lazımi xüsusiyyətlərə sahib olmayan bu canlının bir çox təhlükə ilə qarşı-qarşıya qalmasına səbəb olacaqdı. Ancaq koala xüsusi bədən quruluşu ilə belə bir çətinliklə heç bir zaman qarşılaşmır.
Koalanın Qoruyucu Kürkü
Koalanın bədən istiliyini təmin edən əsas faktor kürkdür. Heyvanın kürkü mükəmməl şəkildə istiliyi qoruya bilən bir xüsusiyyətdə yaradılmışdır:
Kürkdəki tük sıxlığı 1 mm2-ə təxminən 55 tükdür. Heyvanın bel hissəsindəki kürk bədən səthinin 77 %-ni örtür. Qarın tükləri isə bel hissəsindəki kürkün yarısı qədər sıxlığa sahibdir və bədən səthinin 13 %-ni təşkil edir.
Koaladakı tüklərin uzunluğu mövsümlərə müvafiq olaraq dəyişir. Qalın bel kürkü seyrək qarın bölgəsi tüklərindən daha tünddür. Koala bununla Günəşdən gələn istiliyi yığır. Qarın tüklərini isə seyrək olmasına baxmayaraq dikləşdirərək istiliyi nizamlaya bilir.
Küləkli günlərdə ağac üzərindəki koalalar küləyin sürəti artdıqca yalnız orta-kürək bölgələrini küləyə qarşı verirlər. Getdikcə daha çox büzülərək yumru bir top halını alırlar. Küləyin sürəti daha da artdıqda qulaqlarını da önə doğru qıvırırlar. Bu şəkildə hava axınına qarşı açıq heç bir yerləri qalmır. Koalanın bel hissəsindəki kürkü ən yüksək tənzimləməyə malikdir. Bu xüsusiyyətə Şimal qütbündə yaşayan heyvanlarda da rast gəlmək olar.
Küləyin bu sıx və döşəkcəyə bənzər bel kürkü üzərində təsiri çox azdır. Külək yüksək sürətlə əsdiyi zamanlarda da kürk bədən istiliyini qoruya bilir. Soyuq günlərdə və şiddətli küləklərdə belə kürkün istiliyi qoruma gücündəki fərq 14 % kimi kiçik bir fərqdir. Bu isə kürkün koalanın daha yüksək sürətli küləklərdə belə meşədə ağac təpələrində yaşamasını təmin etdiyi mənasını verir.
Koalanın maddələr mübadiləsinin sürəti də kürkün istilik tənzimləməsinin təsirini tamamlayacaq şəkildə nizamlanmışdır. Koalanın maddələr mübadiləsi olduqca yavaşdır. Digər kisəli heyvanların maddələr mübadiləsinin sürətinin təxminən 74 %-i qədərdir. Bu qədər aşağı sürətdəki maddələr mübadiləsi də heyvanın su itkisinin az olduğunu göstərən göstəricilərdən biridir.
Koala Təkamülçülər Üçün Böyük Problemdir...
Koalanın sahib olduğu xüsusiyyətləri xatırlayaq:
· Koalalar ağaclara dırmanmaqlarını və burada rahat şəkildə yaşamaqlarını təmin edən bir bədən quruluşuna sahibdirlər.
· Həzm sistemlərindəki xüsusi quruluşla bu ağaclarda çox olan evkalipt yarpaqlarından kifayət qədər qida və su əldə edə bilirlər.
· Evkalipt yağlarının zəhərli təsirlərini yox edən xüsusi bir fizioloji quruluşa da sahibdirlər.
· Yarpaqlardan aldıqları sudan maksimum istifadə etmələrini təmin edən bir xüsusiyyətə sahibdirlər.
Bütün bunlar koala kimi bir canlının ağac üzərində yaşaması üçün lazımlı olan faktorlardır. Koala üçün bu qədər əhəmiyyətli olan bu xüsusiyyətlər təkamülçülərin iddia etdikləri kimi təsadüfən ortaya çıxmış ola bilərmi?
Bu suala mühakiməsiz və obyektiv düşünən ağıllı bir insan belə cavab verəcək: Əlbəttə ki, xeyr. Koalanı qüsursuz xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi Uca Allahdır. Allah yaratdığı bütün canlılara verdiyi bu kimi xüsusiyyətlərlə sonsuz şəfqət və mərhəmətini göstərməkdədir. Uca Rəbbimiz yaratdığı canlılardakı möcüzələri belə bildirməkdədir:
Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. (Casiyə Surəsi, 4)