Adnan Oktarın Kocaeli tv-dəki canlı söhbəti
(25 Fevral 2011; 22:00)
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əhqaf surəsi, 35; "Artıq sən səbr et; Rəsullardan əzm sahiblərinin səbr etdikləri kimi". Yəni böyük Peyğəmbərlər necə səbirlidirsə, sən də elə səbirli ol. "Onlar üçün də tələsmə". Yəni küfr üçün tələsmə. Yəni müxaliflərin, əleyhdarların üçün tələsmə. "Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar". "Müdhiş bir bəla verəcəyəm" deyir Allah. "(Bu,) Bir təbliğdir". "Bunu bildirirəm" deyir Allah. "Artıq fasiq olan bir qövmdən başqası dağıldımı?". "Hamısını yıxacağam" deyir Allah, "hamısını yerlə-yeksan edəcəyəm" deyir. Səbr etməsi üçün də əmr edir Allah. Fərzdir onsuz da, möhkəm ayədir.