MEHDİNİN ÜÇ VƏZİFƏSİ
(Əmirdağ Lahikasi 1, səh. 231-233)
USTAD BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAM SUSDURARAQ İNSANLARIN İMANINI QURTARMAĞA VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ İŞLƏR EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQLA, HƏR DÖVRDƏ BİR NÖV MEHDİ XÜSUSİYYƏTİNƏ SAHİB İNSANLAR GƏLDİYİNİ ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ BİR YERDƏ ETMƏ QÜDRƏTİNƏ SAHİB OLA BİLMƏDİKLƏRİNİ İFADƏ ETMİŞDİR.
Mehdinin üç vəzifəsi
Nurun əhəmiyyətli və çox xeyirli bir şagirdi (tələbəsi) məndən soruşdu ki: "Nurun xalis və əhəmiyyətli bir qisim şagirdləri, çox təkidlə olaraq axırzamanda gələn Əhli-beytin böyük bir mürşidi olaraq səni zənn edirlər və o qədər çəkindiyin halda onlar təkid edirlər. Sən də bu qədər təkidlə onların fikirlərini qəbul etmirsən, çəkinirsən. Əlbəttə, onların əlində bir həqiqət və qəti bir hüccət (dəlil) var və sən də bir hikmət və həqiqətə görə onlara razılıq (icazə) etmirsən. Bu isə bir təzaddır (ziddiyyət), hər halda həllini istəyirik." Mən də bu şəxsin təmsil etdiyi çox məsələlərə cavab olaraq deyərəm ki: O xas nurçuların əllərində bir həqiqət var. Lakin, iki cəhətdə bir təbir və şərh lazımdır.
Birincisi: ÇOX VAXT MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ RƏSULUN TƏMSİL ETDİYİ MÜQƏDDƏS CAMAATININ ŞƏXSİ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMAZSA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMAZSA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATI EDƏCƏYİNİ RƏHMƏTİ İLAHİYYƏDƏN GÖZLƏYİRİK VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ.
Birincisi: Fənn və fəlsəfənin təsəllütiylə və maddiyyun və tabiyyun taunu bəşər içinə intişar etməsiylə, hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. Əhli imanı dəlalətdən mühafizə etmək və bu vəzifə həm dünya, həm də hər şeyi buraxmaqla, çox zaman tədqiqatı ilə məşğuliyyəti iktiza etdiyindən həzrəti Mehdinin o vəzifəsini şəxsən özü görməyə vaxt və hal icazə edə bilməz. Çünki, xilafəti Məhəmmədiyyə (s.ə.v) cəhətindəki səltənəti onunla məşğuliyyətə vaxt buraxmır. HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR CƏHƏTDƏ GÖRƏCƏKDİR. O ŞƏXS, O TAYFANIN UZUN TƏDQİQATI İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQDIR. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ QÜVVƏ VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRDİR. HƏR NƏ QƏDƏR AZ OLSALAR DA, MƏNƏVİ CƏHƏTDƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİ SAYILARLAR.
İkinci vəzifəsi: XİLAFƏTİ MƏHƏMMƏDİYYƏ (S.Ə.V) ÜNVANI İLƏ ŞƏAİRİ İSLAMİYYƏNİ CANLANDIRMAQDIR. İSLAMIN ALƏMİNİN VƏHDƏTİNİ NÖQTEYİ İSTİNAD EDİB BƏŞƏRİYYƏTİ MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ ALLAHIN QƏZƏBİNDƏN QURTARMAQDIR. BU VƏZİFƏNİN İSTİNAD NÖQTƏSİ VƏ XADİMLƏRİ, MİLYONLARLA ÜZVLƏRİ OLAN ORDULAR LAZIMDIR.
Üçüncü vəzifəsi: İNQİLABATI ZAMANİYƏ İLƏ ÇOX EHKAMI QURANİYYƏNİN ZƏDƏLƏNİLMƏSİYLƏ VƏ ŞƏRİƏTİ MƏHƏMMƏDİYYƏ (S.Ə.V) QANUNLARI BİR DƏRƏCƏ BOŞLUĞA UĞRAMASIYLA O ŞƏXS, BÜTÜN ƏHLİ İMANIN MƏNƏVİ KÖMƏYİ VƏ BİRLİYİ İSLAMIN MÜAVİNƏTİYLƏ VƏ BÜTÜN ÜLƏMA VƏ ÖVLİYANIN VƏ XÜSUSİLƏ ƏHLİ-BEYTİN NƏSLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏTLİ VƏ ÇOX OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İLTİHAQLARIYLA O VƏZİFƏYİ MÜTƏXƏSSİS ETMƏYƏ ÇALIŞAR.
İndi həqiqət halı belə olduğu halda, ən birinci vəzifəsi, ən yüksək peşəsi olan imanı qurtarmaq və imanın doğruluğunu isbat edərək bir surətdə ümumiyə dərs vermək, hətta avamın da imanını təhqiq etmək vəzifəsi isə, mənəvi cəhətdən və həqiqətən hidayət edici, doğru yolu nümayişçi mənasının tam açıqlığını ifadə etdiyi üçün nur şagirdləri bu vəzifəni bütünlüklə Risalə-i Nurda gördüklərindən, ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir deyə Risalə-i Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Mehdi qəbul edirlər. O şəxsi mənəvinin də bir nümunəsi, nur şagirdləri təsanüdündən (qarşılıqlı yardımlaşma) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür müməssili (təmsil edən) olan yazıq tərcüməçisini zənn etdiklərindən, bəzən o adı ona da verirlər. HƏRÇƏND BU, BİR YANLIŞLIQ VƏ SƏHVDİR. LAKİN ONLAR ONDAN MƏSUL DEYİLDİRLƏR. ÇÜNKİ ÇOX HÜSNÜ ZƏNN ÇOXDAN CƏRƏYAN EDİR VƏ ETİRAZ EDİLMƏZ. Mən də o qardaşlarımın hüsnü zənnlərini bir növ dua, bir xahiş və Nur tələbələrinin kamali etiqadlarının bir tərəşşühü gördüyümdən onlara çox dəyməzdim. Hətta köhnə övliyanın bir qismi, kəraməti qeybiyyələrindən Risalə-i Nuru eynilə o axırzamanın hidayət edicisi olduğu deyə kəşfləri bu tədqiqat ilə şərhi aydın olur. Deməli, iki nöqtədə bir iltibas var, şərh lazımdır. Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, HƏRÇƏND HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİL, lakin xilafəti Məhəmmədiyyə (s.ə.v) və İslam birliyi ordularıyla zəmin üzündə səltənəti İslamiyyəni sürmək cəhətində hər kəsdə, xüsusilə avamda, xüsusilə əhli siyasətdə, xüsusilə bu əsrin düşüncəsində o birinci vəzifədən min dərəcə geniş görünür və bu ad bir adama verildiyi zaman bu iki vəzifə xatirə gəlir. Siyasət mənasını hiss etdirər. Bəlkə də bir hodfüruşluk (öyünmək) mənasını ağıla gətirər. Bəlkə bir şan, şərəf, mövqepərəstlik və şöhrətpərəstlik arzularını göstərər, əvvəldən bəri və indi də çox safdil (axmaq, asan aldanan kimsə) və mövqepərəst şəxslər "Mehdi olacağam," deyə iddia edərlər. HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI GÖTÜRMƏMİŞLƏR. Həm məhkəmədə Dənizli əhli vüqüfü (məlumat sahibi kəsləri), bəzi şagirdlərin (tələbələrin) bu etiqadlarına (inanclarına, düşüncələrinə) görə mənə qarşı demişlər ki:
"ƏGƏR MEHDİLİK İDDİA ETSƏ, BÜTÜN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) QƏBUL EDƏCƏKLƏR." MƏN DƏ ONLARA DEMİŞDİM: "MƏN, ÖZÜMÜ SEYİD BİLMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ, AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ, ƏHLİ BEYTDƏN (PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN NƏSLİNDƏN) OLACAQ. Hərçənd mənəvi cəhətdən mən həzrəti Əli (r.ə)-in mənəvi bir övladı hökmündə ondan həqiqət dərsini götürdüm və Məhəmməd əleyhissalam bir mənada həqiqi nur tələbələrini də əhatə etdiyi üçün, mən də Peyğəmbərimiz (s.ə.v)-in nəslindən sayıla bilərəm. Lakin bu zaman şəxsi mənəvi zamanı olmasından və nurun peşəsində heç bir istiqamətdən mənlik, şəxsiyyət və şəxsi mövqeləri arzu etmək və şan-şərəf qazanmaq olmaz. Səmimiyyətin sirrinə tərs düşməsindən, Cənabı Haqqa sonsuz şükür edirəm ki, məni özümə bəyəndirməməsindən, mən elə şəxsi və öz sərhədlərimdən sonsuz dərəcədə artıq mövqeyə gözümü dikmərəm. Nurdakı ixlası pozmamaq üçün, ührəvi (axirət) mövqe də mənə verilsə, buraxmağa özümü məcbur bilirəm" dedim, o əhli vüqüf (məlumat sahibi kəslər) susdu.
(Emirdağ Lahikası-1, səh. 231-233)