İbni Əbu Şeybə, Əbu Cəlddən belə dediyini rəvayət etdi: “Bir fitnə görünər, bunu digər fitnələr də izləyər və BİRİNCİLƏR SONUNCULARIN QILINCLA MÜNAQİŞƏYƏ DÖNMƏYİNƏ TƏHRİK EDƏR və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə başlayar. Sonra da xəlifəlik, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir”. (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, 4.1)
Misirdə baş verən hadisələrdə Mübarək tərəfdarları etiraz aksiyaları keçirənlərə hücum etməyə başlamış, bu hücumlarda QILINC, BIÇAQ VƏ İRİ KƏSİCİ ALƏTLƏRDƏN istifadə etmişlər. Hadisələrin eynilə Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirdiyi kimi reallaşması, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə lütf etdiyi möcüzələrdən biridir.