Təkamülçülər, nəsli tükənmiş bəzi canlılara aid qalıqlar üzərində düzəltmələr edərək, müxtəlif ssenarilər qarşıya qoyub, insanları aldatmağa çalışırlar. Bu ssenarilərin ən məşhurlarından biri "atın təkamülü" hekayəsidir. Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada dəyişik zamanlarda yaşamış, fərqli cür canlılara aid qalıqlar təkamülçülərin xəyal gücləri istiqamətində kiçikdən böyüyə doğru düzülərək həqiqi xarici bir sxem yaradılmışdır. Dəyişik tədqiqatçıların qarşıya qoyduqları, 20 dən çox dəyişik atın təkamülü sxemi vardır. Hamısı da bir-birindən fərqli olan bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur. Təkamülçülərin xəyali nəsil ağacına ən böyük zərbə isə qalıq qeydlərindən gəlmişdir. Tapılan at qalıqları, atların həmişə at olaraq var olduqlarını isbat etmişdir.