Döyünən ulduzlar – Pulsarlar
ucgen

Döyünən ulduzlar – Pulsarlar

1801

«And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? Zülməti yaran parlaq ulduzdur!»(«Tariq» surəsi, 1-3)

 
Quranın 86-cı surəsi olan «Tariq» «tarq» sözündən törəyən bir kəlmədir. Bu kəlmə «bir səs eşidiləcək tərzdə vurmaq, döyünmək» mənalarına gəlir. Kəlmənin ən əsas mənası - «vuruş, şiddətlə döyünən» mənaları nəzərə alınanda bu surədə çox əhəmiyyətli bir elmi həqiqətə diqqətin cəlb edildiyi görünəcək. Bu məlumata keçməmişdən əvvəl qeyd edək ki, ayədə bu ulduzları tərif edən başqa kəlmələr belədir. Yuxarıdakı ayədə qeyd edilən «əttariqi» ifadəsi gecəni, zülməti yaran, gecə doğan, deşib keçən, vuran, döyən, çalan, iti ulduz mənalarına gəlir. Bundan başqa, ayədə qeyd edilən «vav» ifadəsi ilə and içilərək and içilən şeylərin - göyün və Tariqin - əhəmiyyətinə diqqət çəkilir.
 
Jozelin Bell Barnell 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı bir radio dalğasını tutmuşdu. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi. Amma 1967-ci ildə astronavtlar öz məhvəri ətrafında fırlanan nüvədəki maddə sıxlaşdıqca ulduzun maqnit sahəsinin də sıxlaşdığını və beləliklə, ulduzun qütblərində Yer kürəsinin maqnit sahəsindən 1 trilyon dəfə çox qüvvə yarandığını müəyyənləşdirdilər. Bu qədər sürətlə fırlanan və bu qədər güclü bir maqnit sahəsinə malik olan bir nəsnənin ulduzun hər fırlanmasında çox güclü radiodalğaların yaratdığı bir şüa yaydığını fərq etdilər. Bir müddətdən sonra haqqında bəhs edilən siqnalların mənbəyinin neytral ulduzlarının çox böyük sürətdə fırlanması olduğu aydın oldu. Kəşf edilən bu neytral ulduzları «pulsar» adlandırıldı. Süpernova partlayışları ilə ölərək «pulsar» halına gələn bu ulduzlar kainatın ən ağır kütləli, ən parlaq və ən hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz ətraflarında saniyədə 600 dəfə dövr edir.
 
Pulsar kəlməsi ingilis dilində «pulse» feilindən törəyib. «American Heritage» lüğətində bu feil «düzənli və ritmik döyünmək» mənasına gəlir. «Webster» lüğətində isə eyni kəlmə oxşar kökə mənsub başqa feil olan «pulsate», yəni «ritmik olaraq genişlənmək və büzülmək, döyünmək» feilləri ilə ifadə olunur.
 
Bu kəşfdən sonra Quranda «tariq», yəni «döyünmək» kəlməsi ilə ifadə edilən pulsar adlandırılan neytral ulduzları ilə çox oxşar xüsusiyyətlərə malik olduğu üzə çıxır. Nəhəng ulduzların nüvələri çökərək nötron ulduzlarını əmələ gətirir, həddən artıq qalınlaşıb sıxlaşanda sürətlə fırlanan bu kiçik kürəşəkilli maddə ulduzun ağırlığının və maqnit sahəsinin çoxunu saxlayır və sıxışdırır. Sürətlə fırlanan bu neytral ulduzunun yaratdığı güclü maqnit sahəsinin Yer kürəsindən müəyyən edilə bilən güclü radiodalğaların yayılmasına səbəb olduğu təsdiqlənmişdir.
 
«Tariq» surəsinin üçüncü ayəsində isə deşən, deşib keçən, deşik açan, aydınladan mənalarına gələn «ənnəcmu əssaqibu» ifadəsi ilə Tariqin qaranlığı yarıb keçən parlaq ulduz olduğu bildirilir. «Tariq» surəsinin ikinci ayəsində də «Sən nə bilirsən ki, Tariq nədir?» sualındakı «ədrakə» ifadəsi qavramağı, başa düşməyi ifadə edir. Günəşin bir neçə misli olan ulduzların sıxışması nəticəsində meydana gələn pulsarlar dərk edilməsi çətin olan göy cisimlərindəndir. Ayədə sual əvəzliyi ilə bu vuruşlu ulduzların qavranmasının çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).
 
Göründüyü kimi, Quranda «Tariq» kimi bildirilən ulduzlar XX əsrin axırlarında kəşf edilən pulsarlarla böyük oxşarlığa malikdir və bizə Quranın başqa elmi möcüzəsini göstərir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr