Peyğəmbərimiz (s.ə.v) hədisi şərifində hz. Mehdi (ə.s)-ın doğumunun gizli olacağını yəni evdə doğulacağını bildirmişdir. Ayrıca hz. Mehdi (ə.s) uzun bir dövr insanların gözündən uzaq bir şəkildə evində yaşayacaq. İnsanların arasına çıxmayacaq. Hz. Mehdi (ə.s) heç bir təriqətə mənsub olmayacaq yəni, zühur etdiyində nə Nəqşibəndi, nə Qadiri, nə də başqa bir təriqətlə əlaqəsi olmayacaq. Əksinə təriqətlərin hamısı ona bağlanacaq və hz. Mehdi (ə.s) bütün təriqətlərin üstündə olacaq. Ayrıca Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın uzun ömürlü olacağını və özü daha yaşlı olmasına baxmayaraq Allahın onu 40 yaşından daha gənc görünüşlü olaraq zühur etdirəcəyini də bildirmişdir.