Yəhudilər Kral Məsihin əxlaqı ilə hərəkət etməlidirlər
ucgen

Yəhudilər Kral Məsihin əxlaqı ilə hərəkət etməlidirlər

1764
Mehdiyyət İslam dini ilə yanaşı, Yəhudilik və Xristianlıqda da əhəmiyyətli yer tutur.Tövratda yəhudilərə əmr olunan fərz ibadətlərdən biri də hz. Mehdinin (ə.s) (yəhudi mənbələrdə Kral Məsih) gəlişinə iman gətirməkdir. XII əsrdən bu günə qədər ən böyük Tövrat alimi hesab edilən xaxam Maimonides (İbni Meymun) yəhudiliyin on üç əsas dini etiqadından on ikincisinin “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olduğunu bildirmişdir. Yəhudilərin bu təmələ əsaslanan “Mehdi” inancları belə ifadə edilir: “Məsihin  (Mehdinin) gələcəyinə bütün qəlbimlə inanıram, gəlişi geciksə belə hər gün onu gözləyirəm.”
 
Hz. Mehdinin (ə.s) gələcəyinə inanmayanlar isə yəhudilərin müqəddəs mənbələrindən biri olan Mişnada belə təsvir edilir:
 
“Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən insan bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı, Tövratı və hz. Musanı da inkar etmiş sayılır.” (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:1)
 
Eyni zamanda yəhudilər hər gün üç dəfə təkrarladıqları “Shmoneh Esrei” duasında Allah`dan hz. Mehdinin zühurunu tezləşdirməsini diləyirlər. Bu duada  ədalətin yenidən bərpa olunması, əxlaqsızlığın, günahın və pisliklərin nəhayətlənməsi, doğruluğun hakim olması üçün hz. Mehdinin gəlişi arzulanır.
 
Tövratda və digər yəhudi mənbələrdə Məsihin (hz. Mehdinin (ə.s)) zühur əlamətləri ətraflı şəkildə açıqlanmışdır. Məsələn, ateizmin geniş yayılması, dinsizlikdən törəyən əxlaqi tənəzzülün bütün dünyanı cənginə alması, dindarların çətinlik və sıxıntılarla üzləşməsi, küfrün və fitnənin yer üzünü bürüməsi, yoxsulluğun və haram qazancın çoxalması, bəlaların bir-birini izləməsi və müharibələrin artması, məsum insanların qətlə yetirilməsi, üsyanların, təbii fəlakətlərin və zəlzələlərin artması dövrümüzdə bir-birinin ardınca həyata keçən yüzlərlə əlamətdən sadəcə bir neçəsidir.
 
Eyni zamanda peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən Kəbədə qan axıdılması (1979-cu il), Ramazan ayında 15 gün ara ilə Ay və Günəş tutulmaları (1981-ci il), Əfqanıstanın işğalı (1979-cu il), İran-İraq müharibəsi (1980-ci il), Fərat çayının suyunun kəsilməsi, Halley və Lulin quyruqlu ulduzlarının keçməsi kimi artıq həyata keçmiş bir çox əlamətlər də Axırzamanın möcüzələrindəndir. Yaxın Şərqin qana bulanması, iri şəhərlərin yerlə yeksan olması, İraqın işğalı, İraqın üç hissəyə parçalanması, İraq ordusunun çöldə itməsi, Bağdadın alovlara qərq olması əlamətlərini də peyğəmbərimiz (s.ə.v) hədislərində kiçik detallarına qədər bildirmişdi. Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi bütün əlamətlərin Hicri 1400-cü ildən (miladi təqvimi ilə 1979-cu ildən) etibarən bir-birinin ardınca baş verməsi, təzahür forması və hamısının eyni dövrlərə təsadüf etməsi Kral Məsihin (hz. Mehdinin (ə.s)) gəlişindən və hazırda Məsih dövründə yaşadığımızdan xəbər verir.
 
Yaşadığımız dövrdə peyğəmbərimizin (s.ə.v) hədislərində hz. Mehdinin (ə.s) zühuru ilə əlaqədar bildirdiyi bütün əlamətlərmöcüzəvi şəkildə bir-birinin ardınca baş vermişdir.
 
Hz. Mehdinin (ə.s) zühur əlamətlərindən bəhs edən hədislərdən bəziləri:
 
1-Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) çıxış əlamətlərinin bir-birinin ardınca baş verəcəyini bildirmişdir. Həqiqətən də Rəsulullahın dediyi kimi bütün əlamətlər Hicri 1400-cü ildən etibarən bir-birini izləmişdir:
 
“Bu iş təsbeh dənələri kimi ardıcıl şəkildə meydana gələcək.” (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axırzaman Mehdisinin Əlamətləri, səh. 34)
 
2-Fəratın suyunun kəsilməsi
 
Fərat çayının suyunun kəsilib dayandırılması da Mehdinin çıxış əlamətlərindəndir. (Kitabül Burhan Fi Əlamətil Mehdiyyil Axırzaman, səh. 39)
 
Keban Anbarı Fərat çayının suyunu kəsdi.
 
"Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar edəcəyi zaman yaxınlaşır. Kim orada olsa, o xəzinədən heç bir şey götürməsin." (Hədis Buxari və Müslimdən rəvayət olunmuşdur. Riyazüs Salehin, 3/332)
 
İnşa edilən anbar sayəsində elektrik enerjisinin istehsal olunması, toplanan suyuntorpağın səmərəsinin artırılmasında istifadə edilməsi və nəqliyyat imkanlarının yaradılması nəticəsində buradakı torpaqlar "qızıl" dəyəri qazanmışdır.
 
3-Ramazan ayında Ay və Günəş tutulmaları
 
"Mehdi üçün 2 əlamət vardır ki... Bunlardan birincisi, Ramazanın ilk gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır." (əl-Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 49)
 
1981-ci ildə (Hicri1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü isə Günəş tutulmaları baş vermişdir. Bu hadisə 1982-ci ildə (Hicri1402-ci ildə) təkrarlanmış, Ramazan ayının 14-cü günü Ay, 28-ci günü isə Günəş tutulmaları müşahidə olunmuşdur.
 
4-Əfqanıstanın işğalı
 
"Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri var. Orada Allah’ı haqqı ilə tanıyan insanlar var. Onlar Axırzaman Mehdisinin köməkçiləridir." (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyyil Axırzaman, səh. 59)
 
5-Halley quyruqlu ulduzunun keçməsi
 
"Mehdinin zühurundan əvvəl (hər tərəfi) işıqlandıran quyruqlu ulduz doğulacaq." (Qiyamət əlamətləri, Bərzənci səh. 200)
 
1986-cı ildə (Hicri 1406) Halley ulduzu Yer kürəsinin yaxınlığından hz. Muhəmmədin (s.ə.v) peyğəmbərliklə vəzifələndirildiyi 607-ci ildən bəri 19-cu dəfə keçdi.
 
6-Kəbədə qan axıdılması
 
"Onun çıxacağı il insanlar həccə başlarında əmir olmadan gedəcəklər... Birlikdə Beyt-i Şərifi təvaf edəcək, Minaya endikdə isə itlər kimi bir-birinə hücum edəcəklər.Hacılar qarət olunacaq, Akabə Cəmrəsinin üzərinə qan axacaq." (Qiyamət əlamətləri, səh. 168-169)
 
7-İran-İraq müharibəsi
 
"Şəvval ayında qiyam, Zilqəddədə hərbi danışıqlar, Zilhiccədə isə hərb olacaq." (Qiyamət Əlamətləri, səh. 166)
 
Hədisdə ifadə olunan Şəvval, Zilqəddə və Zilhiccə ayları İran-İraq müharibəsinin mərhələləri ilə eyni tarixlərə təsadüf edir.
 
Tarixdən də məlumdur ki, İran şahına qarşıilk üsyan, hədisdə də bildirildiyi kimi, 5 şəvval 1398-ci ildə (8 sentyabr 1976-cı ildə) başlamışdır.
 
Zilqəddədə hərbi danışıqlar, Zilhiccədə isə hərb olacaq.
 
Hicri 1400-cü ilin Zilhiccə (oktyabr 1980-cı il) ayında İran-İraq müharibəsi başlamışdır.
 
Bir digər hədisdə bu müharibə ətraflı şəkildə təsvir edilmişdir:
 
"Faris istiqamətindən gələn bir qövm deyəcək: "Ey Ərəblər! Siz çox təəssübə qaçdınız! Siz bunlara lazımi şəraiti yaratmasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün onlara və bir gün də sizə verilsin və müştərək vədlər yerinə yetirilsin..." Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı Yazıya enəcəklər... Müşriklər o biri yandakı (Rakabə) deyilən qapqara çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordunu Allah zəfərdən məhrum edəcək…” (Qiyamət Əlamətləri, Əl Bərzənci, səh. 179)
 
- Faris istiqamətindən gələn: İrandan gələn
- Faris: İran - İranlı (Böyük Lüğət)
- Yazı: İraq düzənliyi
- Mutık: Bölgədəki bir dağın adı.
- Rakabə: Neft quyularının çox olduğu bölgədir.
 
"Ey Ərəblər! Siz çox təəssübə qaçdınız! Siz bunlara lazımi şəraiti yaratmasanız, sizinlə heç kim birlik qurmayacaq...”
 
Bu hədisdə irqçilik siyasətinin münaqişələrə zəmin yaratdığına diqqət çəkilir. Bu münaqişələr nəticəsində "Yazı"da (Yazı: İraq düzənliyi) müharibə başlanır.
 
Hər iki ordunu Allah zəfərdən məhrum edəcək…
 
Hədisdə də bildirildiyi kimi, İran-İraq müharibəsinin 8 il davam etməsinə və minlərlə itki verilməsinə baxmayaraq, hər iki tərəf də qəti üstünlük əldə edə bilməmişdir.
 
8-Bağdadın işğalı və alovlara qərq olması
 
Fəratla Dəclə arasındakı Zevra (Bağdad) adlanan şəhərdə qanlı döyüş olacaq. Qadınlar əsir düşəcək, kişilər qoyun kimi kəsiləcək. (Kənzül-Ümmal, Kitabül-qiyamə qismül-əfal, cild 5, səh. 38, əl-Müttəqi)
 
Axırzamanda Bağdad alovlar içindəviran qalacaq... (Risalətül-xürucul-Mehdi, 3-cü cild, səh. 177, qeyd 854)
 
9-İraq ordusunun çöldə itkin düşməsi
 
(hz. Mehdinin (ə.s)) zühur əlamətlərindən biri də... çöldə bir ordunun yerə batmasıdır. (Əl-Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 37)
 
2003-cü ildə baş vermiş müharibədə İraq ordusunun böyük bir hissəsi çöldə itkin düşmüşdür.Budövrdə dünya mediasında Cümhuriyyət Mühafizəçiləri adlandırılan təxminən 60 min əsgərdən ibarət ordu və 15 min Fədai iraqlı əsgərinin yoxa çıxması ilə çalxalanmışdı.
 
10-İraq valyutasının dəyərdən düşməsi
 
"İraqlıların əlində tərəzi və alış-veriş üçün pul qalmayacaq." (Kənzül ummal, Kitabül qiyamə qismul əfal, 5-ci cild, səh. 45)
 
11-Yer üzündə fitnə və qətliamların geniş vüsət alması
 
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaqdır... Ölümlər və qətliamlar geniş vüsət alacaqdır...(Camius-Saqir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)
 
... (O vaxtda) fitnələr, qiyamlar çoxalacaq, insanlar bir-birlərini öldürəcəklər... (Ölüm-Qiyamət-Axirət vəAxırzaman əlamətləri, səh. 482, nöm. 901, Kitabun Nihayə, İbni-Kəsir, 1/131)
 
12-Allah`ın açıq-aşkar inkar edilməsi (Allah`ı tənzih edirik)
 
Allah açıq-aşkar inkar edilənə qədər hz. Mehdi (ə.s) gəlməz. (Allah`ı tənzih edirik)  (Kitabül-Burhan fi əlamətil-Mehdiyyil- Axırzaman, səh. 27)
 
13-İman gətirənlərin çətinlik və sıxıntılara məruz qalması
 
Süfyani quraqvadidən çıxacaq... O, mədrəsə və məscidləri viran qoyacaq, rüku və səcdə edənləri  cəzalandıracaq. (Əli ibnHüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər Axıraman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, səh. 35)
 
14-Əxlaqsızlığın artması
 
Pis insanların sürətlə artması, yalançıların dürüst qəbul edilməsi qiyamət əlamətlərindəndir. (Bəyhaki, İbni Nəccar; Axırzaman hədisləri, səh. 107)
 
15-Dünyada iqtisadi tənəzzülün yaranması
 
Hz. Mehdinin (ə.s) zühurundan əvvəl xalqlar arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnəkarlıq son həddə çatacaqdır.(Əl-QövlülMüxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 39)
 
Bazarların durğunlaşması, qazancların azalması... (Qiyamət əlamətləri, səh. 148)
 
Ticarət bərəkətini itirəcək. Hamı “sata bilmirəm, ala bilmirəm, qazanc əldə edə bilmirəm” deyə fəryad edəcək.  (Qiyamət əlamətləri səh. 152)
 
Yuxarıda sadaladıqlarımız peyğəmbərimizin (s.ə.v) bildirdiyi yüzlərlə əlamətlərdən sadəcə bir neçəsidir. Axırzaman əlamətlərini ətraflı şəkildə araşdırdıqda bir əlamətin peyğəmbərimizin (s.ə.v) xəbər verdiyikimi baş verdiyini görürük. Bu möcüzəvi hadisələr Hicri1400-cü illərin (hazırda yaşadığımız dövrün) hz. Mehdinin (ə.s) fəaliyyət dövrü olduğunu şübhələrə əsas vermədən sübuta yetirir. 
 
Tövratda və yəhudi mənbələrində bildirilən və yaşadığımız dövrdə həyata keçən Kral Məsihin çıxış əlamətlərindən bəziləri belədir:
 
Davud oğlunun (Mehdinin) nəslində... Bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və nəsihətlərdən üz çevirəcəklər... (Talmud, Sanhedrin 97 a)
 
Davud oğlunun (Mehdinin) nəslində... Allah'dan qorxan insanlarla pis rəftar ediləcək.. (Talmud, Sanhedrin 97a)
 
Davud oğlunun (Mehdinin) nəslində...pis insanlar təqdir olunacaqlar... (Talmud, Sanhedrin 97a)
 
(Mehdi)... ciblər tamamilə boşalana qədər gəlməyəcək... (Talmud, Sanhedrin 97a)
 
(Mehdinin) zühurundan əvvəl 7 illik dövrün sonunda... aclıq oxları göndəriləcək... böyük bir qıtlıq hökm sürəcək və kişilər, qadınlar, uşaqlar, dindar insanlar və əzizlər öləcək... (Talmud, Sanhedrin 97a)
 
...Məhsul, meyvə yığımı olmayacaq... Gözəl tarlalar, məhsuldar meynələr üçün, xalqımın tikanlı kollar bitən torpaqları üçün, zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün sinə döyün... (Yeşaya, 32:9-13)
 
(Mehdinin) nəslində...soyğunçular və soyğunçuların da soyğunçuları olacaq... (Talmud, Ketubot 112b)
 
...İgid adam belə fəryad edəcək... Əziyyət və məşəqqətin,  viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür! (Sefanya, 1:14-15)
 
Bitməyən yeni bəlalar və şeytani qərarlar qüvvəyə minəcək; bir pislik bitmədən yenisi gələcək...(Talmud, Sanhedrin 97a)
 
(Mehdinin) nəslində... alimlərin məclisləri əxlaqsızlıq yuvalarına çevriləcək.... (Talmud, Sanhedrin 97a)
 
İnsan insanla, qonşu qonşusu ilə… həyasızcasına rəftar edəcək. (Yeşaya, 3:5)
 
(Mehdinin) gəlişindən əvvəl...sərhədlərdə yaşayanlar bir yerdən digərinə (yardım diləmək üçün) gəzəcək; ancaq onlara mərhəmət edən tapılmayacaq... (Talmud, Sota 49b)
 
…Bütün millətləri müharibə etmək üçün toplayacağam… evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək…(Zəkəriyyə, 14:2)
 
Dünya... üsyanların ağırlığı altında yerə yatacaq, bir daha qalxa bilməyəcək. (Yeşaya, 24:20)
 
… bəşər övladları arasından sevinc yox oldu. (Yoel, 1:12)
 
... Rəbbə xidmət edən kahinlər yas tutur (Yoel, 1:9)
 
... Dünyanın təməlləri sarsılacaq… sarsıldıqca sarsılacaq… yırğalanacaq... talvar kimi silkələnəcək... (Yeşaya, 24:18-20)
 
Yenidən xilas olacaqlarından ümidlərini üzmədikcə (Mehdi) gəlməyəcək... (Talmud, Sanhedrin 97a)
 
... Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, hər şeyi məhv edən od ilə sənin yanına gələcək. (Yeşaya 29:6)
 
Davud oğlunun (Mehdinin) sonunda gələcəyi yeddi illik dövrün, ilk ilində bu ayə həyata keçəcək: “Bir şəhərə yağış yağdırdığım halda digərinə yağdırmayacağam” ... (Talmud, Sanhedrin 97a)
 
* Babilhaqqında görüntü ilə nazil olan xəbərdarlıq...Onlar uzaq ölkədən, üfüqlərin o biri tərəfindən gəlir.Ölkəni tamamilə yerlə yeksan etmək üçün gəlirlər. (Yeşaya, 13:1, 5)
 
* Babil İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən qədim şəhərdir.
 
Hər kəs qovulan ceyran kimi, çobansız qoyunlar kimi öz xalqının yanına qayıdacaq, öz vətəninə qaçacaq. (Yeşaya, 13:14)
 
Mən Allah… Padşahlıqların ən gözəli olan Babili də elə yıxacağam. (Yeşaya, 13:19)
 
İncildə bildirilən və bu əsrdə həyata keçən hz. Mehdinin (ə.s) (Kral Məsihin) zühur əlamətlərindən bəziləri:
 
Onda bir çoxu imandan büdrəyəcək... (Matta, 24:10)
 
Necə ki yazılıb: «Saleh olan yoxdur, bir nəfər belə, yoxdur. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur.Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun yaxşı iş görən yoxdur».(Paveldən Romalılara məktub, 3:10-12)
 
Onda bir çoxu imandan büdrəyəcək ... Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. (Matta, 24:10, 12)
 
Son dövrlərdə...  aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. (Paveldən Timoteyə 1-ci məktub, 4:1)
 
…Axır zamanda… xudbin, təkəbbürlü, məğrur,  Allah`dan çox kef çəkməyi sevənlər, mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur… (Paveldən Timoteyə 2-ci məktub, 3:1, 4-5)
 
Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə (hz. İsanın adına görə) bütün millətlər sizə nifrət edəcək. (Matta, 24:8-9)
 
...Təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil... Zəlzələlər olacaq.  Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. (Matta, 24:6-8)
 
… Günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq. (Luka, 21:6)
 
...Təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil... Yerbəyer aclıq...  olacaq.  Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. (Matta, 24:6-8)
 
 ... Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.  (Luka, 21:25)
 
Onda... Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.  (Vəhy, 8:5)
 
Göydən adamların üstünə hərəsinin çəkisi 40 kiloqram olan böyük dolu dənələri yağdı... bu bəla çox şiddətli idi. (Vəhy, 16:21)
 
... vəba... olacaq. (Luka, 21:11)
 
Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil... Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq... Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. (Mark, 13:7-8)
 
… İzin verildi ki, yer üzündə sülhü aradan götürsün.Nəticədə insanlar bir-birini qıracaqlar... (Vəhy 6:4)
 
...Üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək... (Luka, 21:9)
 
… İnsanlar bir-birini qıracaqlar... (Vəhy 6:4)
 
Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq»  (Luka, 21:5-6)
 
...əxlaqsızlıqlarından...  tövbə etmədilər. (Vəhy 9:11)
 
Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq. İnsanlar... müqəddəslikdən və sevgidən  məhrum... olacaqlar.  (Paveldən Timoteyə 2-ci məktub, 3:1-3)
 
Həmin günlər... yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. (Luka, 21:23)
 
(Hz. İsa (ə.s)) sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr... olacaq.  (Luka, 21: 10-11)
 
Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq. (Matta, 24:22)
 
Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:  “Böyük şəhər Babil də belə zorakılıqla yıxılacaq və bir daha görünməyəcək” (Vəhy 18:21)
 
*Babil İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən qədim şəhəridir.
 
Mələklər uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı!.. (Vəhy 18:2)
 
«Vay, vay halına, incə kətan, tünd qırmızı, al rəngli parçalardan paltar geyən, qızıl, qiymətli daşlar və mirvarilərləbəzənən böyük şəhər! Bu qədər var-dövlət bir saat içində viran oldu». (Vəhy 18: 16-17)
 
... Vəhşi heyvana bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. (Vəhy 13:7)
 
Bu qanunsuz adam şeytanın fəaliyyətinə əsaslanaraq hər cür haqsızlığın hiyləsi ilə gələcək... (Paveldən  Saloniklərə 2-ci məktub, 2:9-10)
 
Peyğəmbərimizin (s.ə.v) hədisi şəriflərindən, Tövrat və yəhudi mənbələrindən, eyni zamanda İncildən əldə etdiyimiz məlumatlara əsasən hz. Mehdinin (ə.s) (Kral Məsihin) zühur əlamətləribir-birinin ardınca gerçəkləşmişdir.Bu əlamətlər yəhudilərin gözlədikləri Kral Məsihin, yəni hz. Mehdinin (ə.s) hazırda fəaliyyətdə olduğunu göstərir.
 

Kral Məsihin zühur əlamətlərini görən yəhudilər onun əxlaqına uyğun hərəkət etməlidirlər

 
Kral Məsihin dövründə yaşadığımıza iman gətirən hər bir yəhudi onun əxlaqına, Tövratda bildirilən üslubuna uyğun hərəkət etməlidir.Yəhudi mənbələrdə Kral Məsih ədalətli, məzlumun haqqını qoruyan, dürüst, sevgi dolu, sülhsevər kimi təsvir edilmişdir. Bu əlamətlər hədislərdə və İncildə təsvir edilən hz. Mehdinin (ə.s) xüsusiyyətləri ilə üst-üstə düşür. Peyğəmbərimizin (s.ə.v) hədislərinə, Tövrat və İncilə görə xilaskarımız Kral Məsih, yəni hz. Mehdi (ə.s) yer üzündəki zülmü, xaosu, müharibələri, fitnəni ortadan qaldıracaq, dünyanı hüzur və əmin-amanlıqla dolduracaq:
 
Peyğəmbərimizin (s.ə.v) hədislərində hz. Mehdinin (ə.s) (Kral Məsihin) dövründə yer üzünün xoşbəxtlik, firavanlıq və sülhlə dolacağından bəhs edilir:
 
İnsanlar bal arılarının bəyləri ətrafında toplandığı kimi, hz. Mehdinin ətrafında toplanacaqlar.Zülmlə dolu dünyanı o, ədalətlə dolduracaq. Elə ədalətli olacaq ki, heç bir yatanı oyandırmayacaq və bir damla qan axıtmayacaq. Dünya əsri- səadət dövrünə qayıdacaq. (Əl-Qğvlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 29)
 
Hz. Mehdi (ə.s) peyğəmbərin (s.ə.v) yolunu izləyəcək, yatanıoyandırmayacaq,. QAN DA AXIDILMAYACAQ. (Muhamməd B. Rəsul Əl-Hüseyni Əl Bərzənci, Qiyamət əlamətləri, Pamuk nəşriyyat, Qiyamət əlamətləri, s. 163)
 
(Hz. Mehdinin (ə.s.)) dövründə nə bir adam yuxusundan oyandırılacaq, NƏ DƏ BURNU QANAYACAQ.(Əl Qövlü'l Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 44)
 
Ona (Hz. Mehdiyə (ə.s)) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZ.(Əl-Heytəmî, Əl Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 24)
 
Bu (Əmir) (Hz. Mehdi (ə.s)) daha əvvəl zülmlə dolmuş YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.(Sünəni İbni Macə, 10/348)
 
O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA zülm və fitnə ilə doluDÜNYA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (Əl Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 20)
 
HZ. MEHDİNİN (Ə.S) DÖVRÜ  ELƏ ƏDALƏTLİ OLACAQ Kİ, qarət edilən bütün mallar sahibinə geri qaytarılacaq. (Əl Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 23)
 
ONUN (HZ. MEHDİNİN (Ə.S)) ƏDALƏTİ HƏR YERİ ƏHATƏ EDƏCƏK və insanlarla peyğəmbərin (s.ə.v) sünnəsinə uyğun davranacaq. Həttabir adama mala ehtiyacı olanları çağırmağı söyləyəcək, o adam əmrini yerinə yetirdiyindəyalnız bir ehtiyac sahibi gələcəkdir. (Əl Qövlül Müxtəsər Fi Əlamətil Mehdiyyil Müntəzər, səh. 20)
 
Qiyamətin qopmasına yalnız bir gün qalsa belə, Allah mənim Əhli-Beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s)) göndərəcək, zülmlə dolu dünyanıO, ƏDALƏTLƏ DOLDURACAQ. (Sünəni Əbu Davud, 5/92)
 
Hz. Mehdi (ə.s.) məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURACAQ.(Sünəni Əbu Davud, 5/93)
 
Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kim arasında MÜNAQİŞƏ OLMAYACAQVƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, HƏSƏDLİKLƏR YOX OLACAQ. (Səhihi Müslim, 1/136)
 
... Cənabı Haqq İslamı bizimlə başlatdığı kimi, Onunla (Hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Bizimlə onlar aralarındakı ŞİRK VƏ ƏDAVƏTDƏN (DÜŞMƏNÇİLİKDƏN) XİLAS OLMUŞ VƏ ÜRƏKLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞSƏ, (HZ. MEHDİNİN (Ə.S) GƏLİŞİ İLƏ) YENƏ ELƏ OLACAQ.(Axırzaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 20)
 
... ONUN (HZ. MEHDİ (Ə.S)) DÖVRÜNDƏ YAXŞI İNSANLARIN YAXŞILIĞI ARTAR, PİSLƏRƏ QARŞI DA YAXŞILIQ EDƏRLƏR.(Kitabul Burhan Fi Əlamətil Mehdiyyil Axırzaman, səh. 17)
 
Tövratda Kral Məsihin sülh, ədalət və sevgi ilə hökm edəcəyi bildirilmişdir:
 
(Hz. Mehdi (ə.s)) belini Ədalətlə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq. (Yeşaya, 11:5)
 
(Hz. Mehdinin (ə.s)) şahlıq əsası Ədalət əsasıdır. (Məzmurlar, 45:6-7)
 
(Hz. Mehdi (ə.s))hökm edərkən Ədaləti axtaracaq... (Yeşaya, 16:5)
 
(Hz. Mehdi (ə.s))yoxsullara haqq ilə hökm edəcək... (Yeşaya, 11:4)
 
...O (hz. Mehdi(ə.s)) ədalətli xilaskar və itaətkardır…(Zəkəriyyə, 9:9)
 
“Budur, Davud üçün saleh bir pöhrə (hz. Mehdini (ə.s)) çıxaracağım günlər gəlir… Rəbb belə bəyan edir... O (hz. Mehdi (ə.s)) ölkədə ədalətli və saleh işlər görəcək…” (Yeremya, 23:5-6)
 
“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi. (Zəkəriyyə, 4:6)
 
Döyüş arabalarını... uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız (hz. Mehdi(ə.s)) millətlərə sülh elan edəcək... (Zəkəriyyə 9:10)
 
Onun (hz. Mehdinin (ə.s)) fövqəladə ədaləti və vəsilə olacağı möhtəşəm işləri (təəccüb doğuran gözəlliklər) nəticəsində insanlar onunla sülh edəcəklər... (Maimondes, Mişna Tora, Sanhedrin 10:1)
 
Məsih (hz. Mehdi (ə.s)) dövründə... müharibələr olmayacaq və bir millət digər millətin üstünə qılınc çəkməyəcək... (Maimondes, Mişna Tora, Sanhedrin 10:1)
 
…İmdad deyib çağıran fəqirləri, məzlumları, köməksizləri o qurtarır. (Məzmurlar, 72:12)
 
Yoxsula, fəqirə rəhm edir, fəqirlərin canlarını azad edir. (Məzmurlar, 72:13)
 
Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, çünki onun gözündə bunların qanı qiymətlidir. (Məzmurlar, 72:14)
 
Məzlumları qorusun, fəqirlərin uşaqlarını xilas etsin... (Məzmurlar, 72:4)
 
Kral Məsihin sülh, ədalət və sevgi ilə hökm edəcəyinə aid İncildən bəzi hissələr:
 
O günlərdə qadın və kişi qullarımın üzərinə də Ruhumdan tökəcəyəm, onlar da peyğəmbərin əxlaqına yiyələnəcəklər. (Həvarilərin işləri, 2:18)
 
Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək.  Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.  Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. (Vəhy 21:24-26)
 
Onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq... (Vəhy 21:4)
 
Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək...  (Vəhy 21:27)
 
Bir daha nə ac, nə də susuz qalacaq... (Vəhy 7:16)
 
İsa onlara dedi: «Hər şey yeniləşəndə... Mənim adım uğrunda ya evlərini, ya qardaşlarını, ya bacılarını, ya atasını, ya anasını, ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq... (Matta 19:28-29)
 
Peyğəmbərimizin (s.ə.v) hədislərindən, Tövrat və İncilin hz. Mehdidən bəhs edən hissələrindən də aydın olur ki, Məsih ədalətli, sevgi dolu, şəfqətli, yoxsulun haqqını müdafiə edən bir zatdır. Onun dövründə yer üzündə qan axıdılmayacaq, zülm, münaqişə və düşmənçilik ortadan qalxacaq, müharibələr və qətliamlar sona çatacaqdır. Mehdiyyət dövründə bütün problemlər sevgi və ədalətlə həllini tapacaq, insanlar zülm deyil, xoşbəxtlik və hüzur içində yaşayacaqlar.
 

Tövrat yəhudilərə Kral Məsihin ədalətli hakimiyyətini istəməyi fərz qılmışdır

 
Hazırda mübarək Mehdiyyət dövrünə qədəm qoymuşuq. Bu dövrdə Allah rizasını güdən bütün səmimi yəhudilər Kral Məsihin əxlaqına yiyələnməli, bu mübarək zatın üslubuna uyğun hərəkət etməlidirlər. Hər bir yəhudi Kral Məsihin əxlaqi xüsusiyyətlərinə yiyələnməklə məsuldur. Yəni bütün yəhudilər bu mübarək dövrdə sülhsevər, səfqətli, hüzur bəxş edən, etibarlı, ədalətli, mərhəmətli, sevgi dolu olmalıdırlar. Təkcə yəhudilərə qarşı deyil, bütün dünyainsanlarına bu gözəl əxlaqi keyfiyyətlərlə yanaşmalıdırlar. İsraildəki səmimi dindar yəhudilərin Kral Məsihin sevgi və şəfqət dolu əxlaqı ilə hərəkət etməkləri və onun ədalətli dövrünə uyğun fəaliyyət göstərməkləri Tövratın əmrlərindən biridir. Əgər yəhudi qardaşlarımız Kral Məsihin əxlaqını mənimsəməz, yayılması üçün heç bir fəaliyyət göstərməz və anti-Məsih bir sistemi dəstəkləyərlərsə müvəffəqiyyətsizliyə düçar olarlar. Bu Allah`ın rizasına uyğun deyil və Allah bu sistemə müvəffəqiyyət nəsib etməz. Dolayısı ilə, İsrail hakimiyyətindəki şiddət tərəfdarı bəzi insanların yürütdükləri siyasət yəhudi etiqadına tamamilə ziddir. Qurtuluş, həll yolu və sözün əsl mənasında sülh ancaq Məsih və Məsihin əxlaqına uyğun davranmaqla mümkündür. Bundan başqa, Allah`ın rizasına uyğun olmayan bütün həll yolları heç bir nəticə verməyəcəkdir. Yəhudilər həll yolunu Kral Məsihdə və onun əxlaqında axtarmasalar arzuladıqları əsl sülhə və əmin-amanlığa qovuşmaqları, Mehdiyyətin, Məsihiyyətin bərəkətindən fayadlanmaqları mümkün olmayacaq. Uca Allah səmimi dindar yəhudilərdən sevgi, bağışlamaq, ədalətli və mərhəmətli olmaq kimi gözəl əxlaqı yer üzünə hakim etməyi istəyir.
 
Eyni zamanda unudulmamalıdır ki, müsəlmanlar Tövrata və yəhudiliyin etiqadlarına görə Bəni-Nuh insanlarıdır. Müsəlmanlarla yəhudilər tək olan Allah`a iman gətirir, Allah`ın vəhyinə uyğun yaşayır və Onun göndərdiyi elçilərə itaət edirlər. Səmimi dindar yəhudilər müsəlmanlarla münasibətlərində bu həqiqətləri qulaqardına vurmamalıdırlar. Ancaq bəzi insanlar keçmişdə müşrik və bütpərəstlər üçün nəzərdə tutulan Tövrat hökmlərinin bu gün müsəlmanlara tətbiq edilməli olduğunu iddia edərək böyük xətaya yol verirlər. Halbuki, müsəlmanlar və yəhudilər bütün kainatı və canlıları yaradan tək Allah`a iman gətiriblər. Hamımızın Allah`ın qulu olduğuna və Ona dönəcəyimizə inanırlar. Müxaliflik üçün heç bir səbəb yoxdur. Müsəlmanlar və yəhudilər eyni peyğəmbərləri sevir və hörmət edirlər. Hz. Ibrahim (ə.s), hz. İshaq (ə.s), hz. Yusif (ə.s), hz. Musa (ə.s) və ya hz. Davud (ə.s) yəhudilər və müsəlmanlar üçün eyni səviyyədə mübarək insanlardır. Bu peyğəmbərlərin yaşadığı və Allah`a xidmət etdikləri torpaqlar yəhudilər üçün nə qədər müqəddəsdirsə, müsəlmanlar üçün də bir o qədər müqəddəsdir. Elə isə, bu müqəddəs torpaqlarda sevgi və şəfqəti hakim etmək fərzdir. İsrailin əsas dini etiqadları müsəlmanlar üçün də müqəddəsdir. “İsrail” sözü Quranda təriflərləvəsf edilən və bütün müsəlmanların böyük hörmətlə yanaşdığı hz. Yəqubun (ə.s) adıdır. Hz. Davudun (ə.s) altıbucaqlı ulduzu müsəlmanlar üçün də peyğəmbər simvoludur. Qurana görə sinaqoqlar müsəlmanlar tərəfindən qorunmalıdır (Həcc surəsi, 40). Elə isə, hər iki dinin mənsubları birlikdə hüzur və sülh içində yaşamalıdırlar. Bəzi fələstinlilərin Qurandan kənar əxlaqla əliyalın və məsum yəhudiləri nişan alması nə qədər böyük günahdırsa, bəzi yəhudilərin də zorakılığa əsaslanan düşüncələri və hərəkətləri də Tövrata görə bir o qədər günahdır. Allah`ın rizasına ən uyğun davranış isə bu münaqişələri sonlandırmaqdır.
 
Tövrat yəhudilərə yer üzündə sülh və hüzuru hakim etməyi, qonşularına ədalətli davranmağı, mülayim və sevgi dolu olmağı əmr edir:
 
Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyil sal, amma bir-birinizi ədalətlə mühakimə edin.  Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm... Heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm. (Levililər, Bab 19, 15-17)
 
Tövratdan dindar yəhudilərin Məsihin zühuru ilə gözlədikləri sülh dolu dünyanı təsvir edən bir hissə:
 
Rəbb millətlər arasında hökm edəcək,
 
Bir çox xalq arasındakı münaqişələri həll edəcək
 
İnsanlar qılınclarını çəkiclə döyüb kotan dəmiri,
 
Nizələrini bağban bıçağı edəcəklər.
 
Millət millətə qılınc çəkməyəcək,
 
Artıq döyüş təlimi keçməyəcəklər. (İşaya, 2:2-4)
 
Kral Məsihin dövründəheç bir millətin bir digərinə qılınc çəkməyəcəyinə, bütün nizələrin bağban aləti olacağına, müharibələrin sonlandırılacağına inanan yəhudilərin hazırda yaşadığımız Məsih dövründə onun əxlaqına uyğun davranmaqları Tövrata əsasən fərzdir. Uca Allah səmimi yəhudilərdən Kral Məsihin sevgi dolu üslubuna uyğun hərəkət etməyi, onun sülhsevər fəaliyyətini  dəstəkləməyiistəyir. Vicdanlı, Allah`dan qorxan yəhudilər Kral Məsihin əxlaqının hakim olması üçün cəhd göstərməli, onun sevgi və əmin-amanlıq üzərində qurulmuş fikirlərini meyar kimi qəbul etməlidirlər. Allah bu gözəl əxlaqın və duanın qarşılığında Yaxın Şərqi hz. İbrahimin övladlarının hamısının qardaşcasına və əmin-amanlıq içində yaşayacaqları, Yaquboğullarının və İsmail oğullarının bir-birlərini sevgi ilə qucaqlayacaqları, birlikdə Allah`ı ucaldıb Ona dualar edəcəkləri, hüzurlu yaşayacaqları bir bölgəyə çevirəcəkdir inşaAllah.
 
İslamdakı Mehdiyyət dövrü yəhudilərin müqəddəs mənbələrində “Məsih” dövrü kimi qeyd olunur. Yəhudilərin Axırzamanda bəşəriyyətin xilaskarı kimi gözlədikləri Məsih müsəlmanların gözlədiyi hz. Mehdidir (ə.s). Ancaq xristianların yer üzünə ikinci dəfə gələcəyinə inandıqları “Məsih” hz. İsadır(ə.s), Mehdi (ə.s) deyil. Müsəlmanlar da hz. İsanın (ə.s) Axırzamanda yer üzünə ikinci dəfə gələcəyinə inanırlar, ancaq hz. İsa (ə.s) gəldikdə Mehdiyə (ə.s) tabe olacaq, Allah`ın izni ilə, hz. Mehdinin (ə.s) köməkçisi olacaqdır.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr