Risalələrin ruhuna tərs düşən şərhlər etmələri, bəzi Nurçu qardaşlarımızın, Ustadı və risalələri düzgün anlamadıqlarını göstərir
ucgen

Risalələrin ruhuna tərs düşən şərhlər etmələri, bəzi Nurçu qardaşlarımızın, Ustadı və risalələri düzgün anlamadıqlarını göstərir

2508

Bu çox əhəmiyyətlidir ki; bəhs edilən Nur tələbələri Ustadın hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) haqqındakı son dərəcə açıq və dəqiq olan izahlarına çox fərqli izahlar gətirərək öz aralarında fərqli cəbhələr də meydana gətirirlər. Ancaq bu hallarıyla, əslində həm Ustadı, həm də risalələri lazım olduğu kimi anlayıb qavraya bilmədiklərini göstərirlər. Çünki öz aralarında fərqli qruplara ayrılan Nurçulardan bir qismi, Ustad hz. Mehdi (ə.s) idi deyir, bir qismi hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) daha əvvəl gəldilər və vəfat etdilər deyir, bir qismi də ikisi də vəfat etdi ruhları dabbət-ül Ərzdə toplandı və hal-hazırda  vəzifədədirlər deyir,  bir qismi hz. Mehdi (ə.s) risalələrdir deyərkən, bir qismi də hz. Mehdi (ə.s) gözlə görünməz, çünki şəxsi mənəvidir deyir, bir qismi hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) da şəxsi mənəvidirlər deyir, son olaraq da bütün bu fikirlərin hamısını bir kənara buraxaraq; "Axırzamanda tək bir Mehdi deyil, üç ayrı Mehdi çıxacaq və eyni anda zühur edəcəklər, biri siyasət, biri dəyanət, digəri isə səltənət aləmində vəzifələrini yerinə yetirəcəklər" kimi son dərəcə səhv bir fikri irəli sürürlər. Halbuki, ortaya qoyulan bütün bu məntiqlər həm əlaqədar kəslər, həm də eyni düşüncəni müdafiə edən digərləri üçün utanc vasitəsidir. Çünki ortaya atdıqları bu iddiaların hamısı risalədə yazılanlarla qəti olaraq ziddiyyət təşkil edərək  risalələrin ruhundan ayrı, Ustadın düşüncələrindən uzaq, səhv anlayışları ehtiva edir.

Sırf hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bu əsrdə bir şəxs olaraq gələcəklərini qəbul etməmək, onların gəlib keçdiyini söyləmək, mehdiyyət mövzusunu bir etibar mövzusu kimi görmək, yaxud Ustada qarşı mənəvi bir qoruma hissini müdafiə etmək üçün, (Ustadı tənzih edirik) onu yalançı mövqeyinə salan, son dərəcə açıq olan ifadələrini ancaq şərh edilərək aydın ola biləcək kompleks anlaşılmaz, aydın olmaz, təşbehli izahlarla dolu ifadələr kimi göstərən bir zehniyyət təhlükəlidir.

Hz. Mehdi (ə.s)-ın, Ustadın hazırlamış olduğu əsərlərini özünə bir proqram etməsi səbəbiylə, işinin guya çox asan olacağını və bu səbəblə də əsl Ustadın Hz. Mehdi (ə.s.) olduğu iddiası tamamilə səhvdir>>>

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo