ƏZİM - Çox əzəmətli, böyük olan
ucgen

ƏZİM - Çox əzəmətli, böyük olan

990
Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)
 
Şübhəsiz ki, Allah`ın böyüklüyü və əzəməti  insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allah`ın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allah`ın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allah`ın əzəmətini hiss edəcək.
 
Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allah`a boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allah`ın böyüklüyünün açıq dəlillərindəndir.
 
İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:
 
Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə, kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.
 
İnsan səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:
 
Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
 
(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər.    
 

Allah`ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. Qorxasınız və ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və  ağır buludları var edən Odur. (Rəd surəsi, 9-12)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr