Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında ölkə daxilindəki etirazlar və Əsəd hökumətinin qanlı müdaxiləsi ilə başladı, getdikcə vətəndaş müharibəsinə çevrildi.
Hazırda ölkə darmadağın olmuş vəziyyətdədir. Zənginliyin və rifahın simvolu Dəməşq, Hələb kimi şəhərlər dağıntılar altındadır. Ölkə Əsəd qüvvələri, İŞİD, əl-Nusra cəbhəsi, PYD və digər müxalif qruplarının nəzarətindəki onlarla irili-xırdalı zonaya bölünüb.
Rusiya və koalisiya qüvvələrinə məxsus təyyarələr ölkəni xarabalığa çevirməyə davam edir. Quruda isə İran, Rusiya və Hizbullah dəstəkli Əsəd qüvvələri, Azad Suriya Ordusu, İŞİD və PYD kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, qəsəbə-qəsəbə döyüşürlər. ABŞ və Qərb koalisiyasının dərin dövlətləri müsəlmanları öldürür, ən dəhşətlisi isə müsəlmanlar müsəlmanları öldürür. Bəzi kürdlər ərəb və türkmənləri, şiələr sünniləri, sünnilər şiələri öldürür. Suriya vətəndaş müharibəsində baş verənlər tarixə bəşəriyyətin utancı kimi keçəcək.
Suriyaya sülh gəlməsi üçün ilk növbədə bütün iştirakçı ölkələrin birinci prioriteti axan qanın durması olmalıdır. Ölkə maraqları, beynəlxalq tarazlıqlar geosiyasi planlar üzərində aparılacaq müzakirələr atəşkəsi uzadacaq və hər keçən gün daha çox insanın ölümünə səbəb olacaq. Demokratik proses ancaq bütün silahların susduğu atəşkəsdən sonra başlaya bilər. Dinc xalqın hər gün öldürüldüyü bir şəraitdə demokratiya, seçkilər, ədalətli mühakimə, azadlıqlardan danışmaq qeyri-mümkündür. Qarşıdan qış mövsümü gəlir. Ölkədə ağır qış şəraitində həyatda qalmaq çox çətin olacaq. Qaçqın düşərgələrində və ya Avropa İttifaqı sərhədindəki yüzminlərlə suriyalının da qışı keçirməsi mümkün deyil.
Suriyada sülh cəhdləri Ərəb liqası planı ilə başladı. Sonra Rusiyanın dəstəklədiyi qeyri-rəsmi danışıqlar mərhələsi, Sarkozinin Suriya dostları qrupu, Annanın sülh planı, 1-ci və 2-ci Cenevrə görüşləri uğursuzluqla nəticələndi. Sülhü əngəlləyən qeyri-konstruktiv mövqelər oldu. Halbuki Suriyada sülhə başda Suriya xalqı olmaqla bütün dünyanın ehtiyacı var.
ABŞ, Böyük Britaniya, Rusiya, İran, Türkiyə, Çin, Misir, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Livan, İordaniya, Fransa və İtaliya xarici işlər nazirləri, həmçinin Avropa İttifaqı və BMT nümayəndələrinin iştirakı ilə keçirilən Vyana görüşü ilə birlikdə artıq üfüqdə sülh planı görünür.
Türkiyə, Rusiya və ABŞ xarici işlər nazirləri keçid planında razılaşdılar. Əsas hədəf Suriyanın məzhəpçi olmayan çox mədəniyyətli, milli bütövlüyünü qorumuş, dünyəvi, demokratik, sabit, təhlükəsiz və dövlət quruluşu olan bir ölkə olmasıdır. Plana görə 6 aylıq prosesdə Əsəd simvolik prezident olaraq qalacaq. Səlahiyyətləri müvəqqəti idarəçiliyə təhvil veriləcək. Amma real sülh ancaq bütün tərəflərin qəbulu ilə həyata keçə bilər. Tərəflərin sülh prosesindəki vəziyyətinə qısaca nəzər salaq:
Türkiyə: Əsədli keçid planını təsdiq edir, amma bu prosesin nəzarətli və idarəolunan olmasını istəyir. Suriyada Əsədin daxil olduğu bir sülhün qeyri-mümkün olduğu qənaətindədir. Bundan başqa ABŞ-ın, terrorçu PKK-nın Suriya qolu olan PYD-yə silah və təhsil köməyini dayandırmasını istəyir.
Rusiya: Əsədli keçid planına isti baxır. Rusiya sülhü təsis etmədə kilid ölkədir. İngiltərə xarici işlər naziri Filip Hammond: "Əsədi razı edəcək gücə malik yeganə bir adam var, o da Rusiya prezidenti Vladimir Putin" deyərək bu kilid rola diqqət çəkdi.
İran: 6 aylıq keçid mərhələsinə yaşıl işıq yandırır. Əsəddən sonra dövlətin necə formalaşacağına Suriya xalqının qərar verməli olduğunu müdafiə edir. Əsəddən sonra keçiriləcək seçkilər İranın sülh danışıqları üçün olmazsa olmaz şərtidir.
Səudiyyə Ərəbistanı: Suriyanın məzhəb əsaslı bir idarəçilikdən xilas olmasını istəyir. Əsədin müharibə və ya sülh yolu ilə göndərilməsini istəyir.
ABŞ: Xarici işlər naziri Con Kerri Suriyanın gələcəyinə Suriya xalqının qərar verəcəyini, siyasi prosesin suriyalıların liderliyində və sahibliyində olacağını bildirərək Suriya məsələsində yeni siyasi prosesə paralel olaraq dəqiq müəyyən edilmiş tarixdə ölkə miqyasında başladılacaq atəşkəsin üsullarını və tətbiqini müzakirə etmək məsələsində BMT ilə razılaşdıqlarını söylədi.
İngiltərə: Baş nazir Devid Kameron Bəşər Əsədin Suriyada keçid hökumətinin bir hissəsi ola biləcəyini açıqladı.
Suriya müxalifəti: Müxalifət keçid dövrü üçün yol xəritəsini açıqladı. Rejim prezident və parlament sisteminin qarışığı olacaq. Yeni konstitusiya seçki ilə gələn 290 nəfərlik konstitusiya şurası tərəfindən hazırlanacaq və referendumdan sonra qüvvəyə minəcək. Silahlı qrupların özlərini ləğv etməsi, kəşfiyyat və silahlı qüvvələrin yenidən qurulması yol planının digər mərhələsidir.
Vyana görüşündə İranla Səudiyyə Ərəbistanı və ya ABŞ-la Rusiya kimi fərqli gündəmə malik ölkələrin bir masa ətrafında toplanması sülh üçün ümid vericidir. Lakin yekun bəyannaməsi konkret addımlar ortaya qoymaqdan hələ də uzaqdır. Bəyannamənin əsas 4 vədi bu şəkildədir:
1-ci BMT Suriya hökuməti və müxalifləri "etibarlı və məzhəbçi olmayan" yeni bir siyasi proses üçün görüşə çağıracaq.
2-ci Yeni Konstitusiya və diaspor, bütün etnik qrupların yer alacağı BMT dəstəkli seçkilər.
3-ci Suriya daxilində və xaricindəki suriyalılara humanitar yardımın artırılması.
4-ci BMT ilə bütün ölkəni əhatə edən atəşkəs elanı üçün çalışılması.
Suriyada müharibəni həlli üçün cəhdlər, diplomatik marşrut və sülh planlarına baxmayaraq, hər gün onlarla günahsız müsəlman can verir. Milyonlarla məsum aç-susuz, silahların kölgəsində, xaraba şəhərlərdə yaşamaq uğrunda mübarizə aparır. Dünya dövlətlərinin birinci prioriteti bu zülmə son qoymaq olmalıdır. Uzunmüddətli atəşkəs və silahların susması Suriyanın əsas ehtiyacıdır. Sonra demokratik seçkilərlə xalq necə idarə edilmək istədiyini özü müəyyən edə bilər. Əsəd də hüquqi çərçivədə mühakimə oluna bilər. Qış gəlir. Suriyada məzlum insanların daha dayanacaq gücü qalmayıb.
Adnan Oktarın «The Hans India»da dərc edilən məqaləsi:
http://www.thehansindia.com/posts/index/2015-11-23/Immediate-call-for-peace-in-Syria-188311