1974-cü il Kipr işğalından sonra Türkiyədə sərt qadağalar qoyulmuş və iqtisadi böhran yüksək həddə çatmışdır. 1960-cı il çevrilişindən sonra ölkədə hökm sürən qeyri-sabitlik sağ və solların əmələ gəlməsinə səbəb olmuşdur. Küçələrdə, universitetlərdə, demək olar ki, ölkənin hər yerində vətənin bölünməməsini müdafiə edən idealistlərlə (sağlarla), kommunist və sosialist rejim istəyən sollar arasında qarşıdurmalar baş verirdi.
Hər il minlərlə insanın həlak olduğu və yoxsulluğun baş alıb getdiyi bu mənzərə 1980-ci ildə ordunun hakimiyyəti ələ keçirməsi ilə dayandı. Ölkədə ciddi tədbirlər alındı.
Ordu ölkədə nizam-intizam yaratmağa çalışdı. Qarşıdurmaları aradan qaldıraraq problemləri öz üsulları ilə həll etmək istədi. Bəlkə də, niyyətləri yaxşı idi. Lakin edilən səhvlərə görə demokratiyaya ciddi zərərlər dəymişdi. Ötən həftələrdə təxminən 90 yaşlı generallar edam cəzası olmayan Türkiyədə ən ağır cəza olan ömürlük həbsə məhkum edildilər.
Bu yerdə Misirə qayıdaraq bəzi ortaq nöqtələri vurğulamaq istəyirəm. Məlumdur ki, Hüsnü Mübarək hakimiyyətdən getdikdən sonra Məhəmməd Morsi dövründə küçələrdə sakitlik bərqərar olmadı və insanlar oxşar narahatlıqları yaşadı. Həqiqətən də, çarəsiz qalmış Misirdə ordunun müdaxiləsi qarşıdurmaların sakitəşməsi və ölkədə sabitliyin təmin olunması üçün əhəmiyyətli görünürdü. Lakin unudulmamalıdır ki, Türkiyədə də ordunun müdaxiləsinin səbəbi bitməyən qarşıdurmalar idi.
1980-ci ildə hərbi müdaxilənin Türkiyədəki qarşıdurmaları sakitəşdirməyinə baxmayaraq, sonra alınan edam qərarları qara ləkə kimi tarixə keçdi. Hal-hazırda həmin generallar üçün ədalət məhkəməsi qurulmağının da əsas səbəbi budur.
Bu vaxta qədər Misir çox səhvlər etdi, lakin bu səhvə yol verməməlidir.
Türkiyənin 90 illik keçmişi və 68 illik çoxpartiyalı demokratiyası tarixində 4 dəfə ordu ilə üz-üzə gəlməsindən dərs götürmək lazımdır. Misir Türkiyənin bu təcrübələrindən faydalanmalıdır. Hal-hazırda Əbdülfəttah Əs-Sisinin rəhbərliyi ilə yeni səhifə açan Misir keçmişin qara xatirələrini silib demokratik azadlıq və ədalət yarada bilər. Yaxın Şərq ölkələrindən fərqli olaraq, Misiri qabaqcıl və məsud ölkəyə çevirə bilər.
Bunun üçün əvvəlcə edam cəzalarına son qoyulmalıdır. Əgər həqiqətən də ölkədə sabitliyin təmin olunması, parlaq gələcək və demokratik Misir qurmaq planlanırsa, mütləq edam hökmü qaldırılmalıdır. Əks halda, edamlar təkcə tarixin xatirələrində qara ləkə kimi qalmayacaq, eyni zamanda qəzəbli kütlələrin vəhşiliklərini daha da artıracaq. Belə bir cəmiyyətdə sevgi yaratmaq çox çətinləşər. Sevgidən məhrum qalmış bir cəmiyyət həmişə üsyankar qalar. Əvvəl Hüsnü Mübarəkə, sonra Məhəmməd Morsiyə qarşı üsyan edən xalq, sabah da Əs-Sisiyə üsyan edə bilər. İlk olaraq insanların qəlbindən bu üsyan meyilini təmizləmək lazımdır. Ölüm hökmlərinin verildiyi bir cəmiyyətdə isə bu mümkün deyil.
Bir müddətdir gərgin olan Türkiyə Misir münasibətləri prezident Abdullah Gülün Əs-Sisiyə təbrik mesajı göndərməklə düzəldi. Əlbəttə ki, qardaş ölkə Misirlə əlaqələrimizin yenidən qurulması, aradakı ittifaqın möhkəmlənməsi və bu şəraitdə Türkiyənin Misirin yanında olması vacibdir. Buna görə də yaxın günlərdə bu münasibətin təkrar dostluğa çevrilməsini ümid edirəm. Lakin Misir, gələcəyinə zərər verən cəzalardan xilas olmalıdır. Bu Misirin yeni hökuməti və xalqı üçün vacibdir. Buna görə də edam hökmləri dərhal qaldırılmalı, həmçinin həbs olunan gənc qızlar və qadınlar azad edilməlidir. Həbsxanadakı ağır şərait qadına uyğun deyil.
Unutmamaq lazımdır ki, 1980-ci ildəki hərbi müdaxilə Türkiyəni tamam başqa vəziyyətə gətirə bilərdi. Hərbçilər Türkiyədə sevgi yarada bilərdi. Problemlər sevgi və razılaşma yolu ilə həll edilməlidir. Hal-hazırda Misirin yeni prezidenti Əs-Sisinin belə bir imkanı var. Bütün edam hökmlərini qaldıraraq Misirə parlaq bir gələcək verə bilər. Türkiyə Misirin hər zaman dostu və qardaşıdır. Misir Türkiyənin təcrübələrinə güvənməli və parlaq gələcəyə doğru irəliləməlidir.
Adnan Oktarın “The Jakarta Post” qəzetində çap olunan məqaləsi: