Əxlaqi tənəzzül
ucgen

Əxlaqi tənəzzül

1950

Hazırda, yaşadığımız dövrdə dünyadakı xalqların sosial quruluşlarını təhdid edən çox böyük təhlükə var. Bu təhlükə insan bədəninin ölümə sürükləyən viruslara oxşar bir şəkildə gizli fəaliyyət göstərərək cəmiyyətləri dağılmağa məhkum edir. Bu təhlükə bir insan cəmiyyətini ayaqda saxlayan əxlaq dəyərlərinin pozulmasıdır. Eyni cinsdən olanların əlaqələrinin, pozğunluğun ticarətinin, evlilikdən kənar əlaqələrin, təcavüzlərin, pornoqrafiyanın, cinsi xəstəliklərin artması əxlaqi süqutun bəzi mühüm nişanələridir. Qeyd edilən bu məsələlər həmişə dünya ictimaiyyətinin gündəmindədir. İnsanların çoxu ətrafında baş verən təhlükəni dərk etmir və ya bunları sosial həyatın bir hissəsi kimi dəyərləndirərək bu qəflətin içinə düşür. Ancaq statistika təhlükənin ölçülərinin görünməmiş bir artımla hər gün daha da böyüdüyünü göstərir.

Cinsi xəstəliklərin artması bəşəriyyətin qarşısındakı problemlərin böyüklüyünü göstərən əsas meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qeydlərinə görə, cinsi yollarla keçən xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini təşkil edir. Əldə edilən məlumatlar hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərir. Bunlara əlavə olaraq QIÇS (AIDS) böyük bir problem olmaq xüsusiyyətini hələ də qoruyur. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarında bu günə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi bildirilir. Adıçəkilən təşkilatın QIÇS-lə bağlı 2000-ci ilə aid raportundakı bu ifadələr məsələni çox yaxşı xülasə edir: “QIÇS sosial, iqtisadi və demoqrafik quruluşlar üzərindəki dağıdıcı təsiri ilə bənzərsiz bir bəladır”.

Qorxuducu inkişaf arasında homoseksualizmin yayılması da çox diqqətçəkəndir. Eyni cinsdən olan insanların bəzi ölkələrdə rəsmi olaraq evlənə bilməsi, evliliyin səbəb olduğu sosial haqlardan istifadə edə bilməsi, dərnək və partiyalar qurması, dünya səviyyəsində yayılmaları, müqəddəs inanclara qarşı gəlmələri, dini dəyərlərə qarşı savaş elan etmələri Peyğəmbərimizin (s.ə.v) dövründən bu günə qədər keçən 14 əsrlik müddət ərzində ancaq dövrümüzə məxsus olan hadisələrdir.

Günümüzdəki eynicinslilərin bu cürətliliyi və cəsarəti Lut xalqının başına gələnləri yada salır. Quranda bəhs edildiyi kimi, Allah hz. Lutun doğru yola dəvətinə azğınlıqla cavab verən Lut şəhərini və xalqını böyük bir fəlakətlə məhv etmişdir. Bu azğın cəmiyyətdən arxada qalanlar hələ də bir ibrət nümunəsi olaraq Lut gölünün sularının altında qalır.

Axırzaman cəmiyyətlərindəki əxlaqi pozuntuları təsvir edən hədislərin bugünkü dünyada tam mənası ilə aşkara çıxdığı açıq bir həqiqətdir. Pozğunluğun utanmağa və gizlənməyə ehtiyac qalmadan, açıq-aşkar edilməsinin qiyamətin bir əlaməti olduğu hədisdə belə bildirilmişdir:

“Pozğunluq aşkar edilmədən... qiyamət qopmaz”. (“Ramuz əl-əhadis”, 91/7)

Cəmiyyətlərdə evlilikdən kənar cinsi əlaqələrin yayılmasının bir işarə olduğu da Peyğəmbərimiz (s.ə.v) tərəfindən bu cür qeyd edilmişdir:

“Zinanın çoxalması qiyamətin əlamətlərindəndir”. (Buxari, “Təcridi” 1/16)

Əxlaq dəyərlərinin, utancaqlıq duyğusunun zəifləməsi belə təsvir edilmişdir:

“Qiyamət yaxınlaşanda... həya kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan qalxar”. (“Son zamanlarla bağlı hədislər”, səh. 97)

Çox qəribədir ki, son dövrlərdə televiziya kanallarında gizli kamera ilə çəkilmiş pozğun görüntülər nümayiş etdirilir. Yollarda insanlarla qiymət danışan küçə qadınları hamının gözləri qarşısında, yolun ortasında, açıq-aşkar pozğunluq edirlər.

Burada hədisdə qiyamət əlaməti olaraq qeyd edilən bir hadisə də qeyd edildiyi kimi zühur etmiş və milyonlarla insana bu hadisə göstərilmişdir. Hadisələr göstərir ki, eyni cinsdən olan insanların adi bir həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün əsas əlamətlərinin bir işarəsidir:

“Kişilər qadınlara bənzəyəcək, qadınlar kişilərə oxşayacaq”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 451)
“Kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənəndə... qiyamət yaxınlaşacaqdır”. (“Ramuz əl-əhadis”, 448/8; “Ölüm, qiyamət və diriliş, səh. 480)
PAYLAŞIN
logo
logo
logo
logo
logo