Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (13 may 2012, 23:00)
Adnan Oktar: Tövbə surəsi, 111-ci ayə. Şeytandan Allaha sığınıram: "Şübhəsiz ki, Allah, möminlərdən (qarşılığında onlara mütləq cənnəti vermək üçün) canlarını və mallarını satın almışdır". Mömin canını Allaha təslim edir, bütün malını da Allaha təslim edir. Allah satın aldım deyir, lakin cənnət qarşılığında deyir. Allahın rizası və cənnət. "Onlar Allah yolunda vuruşarlar", mübarizə apararlar, cəhd edərlər, "öldürərlər və öldürülərlər". Bizim əsgərlərimizə, mehmetciklərimizə işarə edən bir ayədir eyni zamanda, "(bu), Tövratda, İncildə və Quranda Onun verdiyi həqiqi bir vəddir". Deməli, İncildə bu hökm var, Tövratda da var. O isə: "Tövrat etibarsızdır" deyir. Tövratın təhrif olunmuş hissəsi etibarsızdır. Quranda ifadə edilən bu hissələr etibarsız deyil, etibarlıdır. Qurana uyğun gələn hissələrin hamısı etibarlıdır. Allah: "Kim əhdinə, Allahdan daha çox vəfa göstərə bilər? O zaman etdiyiniz bu alış-verişdən ötrü, sevinib müjdələşin" deyir. Ey Rəbbim, mən canımı, malımı Sənə satdım, sənə məxsusdur deyir. Allah, buna sevinin deyir. ""Məhz böyük qurtuluş və xoşbəxtlik" budur" deyir.