Azərbaycan qəzeti - 525, 27 avqust 2008
Adnan Oktar: Bu, zəncirvari reaksiyadır. Yəni Azərbaycanla Türkiyə birləşsə, bu, bütün dünyanı silkələyər və Türk-İslam aləmini də silkələyər. Yəni çox böyük bir şeydir bu. Hər kəs həvəslənər. Təbii ki, Türk-İslam Birliyini seçər Qazaxıstan. Qazaxıstanda çoxlu rus əhali vardır, çox gözəl, onlar da bizim qardaşımızdır. Yəni Ruslar bizdən uzaq bir millət, uzaq insanlar deyil ki, çox gözəl insanlardır. Rusların orada olması böyük nemətdir, çünki mühəndisləri var, professorları var, sənətçiləri var, hər istiqamətdən yetişmiş bir insan birliyi, keyfiyyətli bir insan birliyidir. Onların zənginliyini Rusiya görsə, belə bir birliyə sevgisi daha da artacaq. Etibarı daha da artacaq. Öz millətindən, öz irqindən insanlara sevgi və hörmət göstərildiyini görsə, Rusiyada niyə qorxu olsun.
Adana CRT TV, 30 sentyabr 2008
Adnan Oktar: Türkiyə çox xeyirli, gözəl bir yoldadır, getdikcə təmizlənir, durulur, rahat olur, sağlamlıq qazanır… Bütün Yaxın Şərqin, Balkanların, bütün İslam aləminin, türk aləminin lideri olacaq, inşaAllah. Türk-İslam aləmi birləşəcək, böyük bir Türk-İslam Birliyi meydana gələcək, Türkiyə başa keçəcək, böyük qardaşlıq edəcək, dünyada üçüncü qüvvə olacaq, Amerika və Rusiyanın başqa bir tarazlıq amili olacaq və dünyaya sülh və salamatlıq çağı gətirəcək, inşaAllah…
|