Fasiqin xəbərinə əsasən hərəkət etməmək
ucgen

Fasiqin xəbərinə əsasən hərəkət etməmək

692

Doğ­ru yol­dan çıx­mış, Al­la­ha üs­yana söykənən hə­yat tər­zini mənimsəyən insan fasiqdir. Bu sə­bəb­dən, on­dan Quran hökm­lə­ri­nə ria­yət et­mə­yi, əda­lət, doğ­ru­luq, dü­rüst­lük, eti­bar­lı­lıq ki­mi mö­mi­nə xas xü­su­siy­yət­lə­ri göz­lə­mək mümkün de­yil. Həm­çi­nin, fa­siq Al­lah qor­xu­su ol­ma­yan, mömin­lə­rin ima­nı­na qıs­qanclıqla ya­na­şan, mö­min­lə­ri yoldan çı­xar­maq istəyən, on­la­ra zə­rər vur­maq­dan və əziy­yət ver­mək­dən zövq alan biridir. Ancaq onun bu məqsədinə çatması mümkün deyil. Çünki o, nə etsə də, özlüyündə möminlərin əleyhinə tələ qursa da, Allah onun bütün planlarını tərsinə çevirəcək və yaşanan hadisələr möminlərin xeyrinə olacaqdır. Bu­na gö­rə də, fa­siqin mömin­lə­rə verdiyi xə­bərin dəqiqliyi və doğruluğunun araş­dı­rıl­ması mütləqdir. Bu möv­zu ilə bağ­lı ayədə belə buyurulur:

«Ey iman gə­ti­rən­lər! Əgər bir fa­siq si­zə bir xə­bər gə­tir­sə, dər­hal onun doğ­ru­lu­ğu­nu yox­la­yın, yox­sa bil­mə­dən bir qöv­mə  pis­lik edər, son­ra da et­di­yi­ni­zə peş­man olar­sı­nız!» (Hu­cu­rat su­rə­si, 6).

Quranın me­yar və tə­ləb­lə­ri­nə əsasən fa­siq­dən gə­lən xə­bərin doğ­ru­lu­ğu araşdırılmadan hökm ver­mək, Al­la­hın ayə­də də bil­dir­di­yi ki­mi, «cahilcəsi­nə» bir hə­rə­kət olar. Həm­çi­nin, baş­qa bir ayə­də iman gətirənlə­rə «Bil­mə­di­yin bir şe­yin ar­dın­ca düş­mə» (İs­ra su­rə­si, 36) qada­ğa­sı qo­yul­muş­dur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr