Canlı tarixinin ən qədim dövrlərindən biri olan Kembri dövrü 543-490 milyon il əvvəli təmsil edir. Bu dövrdən əvvəl tək hüceyrəli canlılar və bir neçə çoxhüceyrəli növü hökm sürürkən ani surətdə tam və mükəmməl şəkildə qeyri-adı canlı müxtəlifliyi meydana gəlmişdir. Bu canlıların hamısı əvvəlki canlılardan çox fərqli şəkildə dövrümüzün canlılarına aid qeyri-adi mürəkkəb xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyəti ilə Kembri dövrü təkamül nəzəriyyəsinə böyük zərbədir.
Kembri dövrünə aid fosilləri tapılan canlılar dövrümüzdə mövcud olanlar da daxil olmaqla, 55 şöbənin nümunəsini verir (növ: canlıların əsas bədən quruluşlarına görə təsnif olunduqları “aləmdən” sonrakı ən böyük kateqoriya). Digər sözlə, dövrümüzdəki canlıların hətta çoxunun əsas bədən quruluşu dövrümüzdən təqribən 540 milyon il əvvəl mükəmməl forması ilə mövcud olmuşdur (dövrümüzdə 35 növ canlı var). Kembri dövrünün canlıları dövrümüzdəki mükəmməl kompleksliyə malik canlılardan fərqlənmir. Bu, Darvinin xəyali təkamül ağacına ziddir, xəyali təkamül prosesi üçün müəyyən edilmiş saxta inkişafı alt-üst edir. Darvinin təkamül nəzəriyyəsinə əsasən, təsadüfən əmələ gələn ilk hüceyrənin ardınca tək hüceyrəlilər yer üzündə hökm sürməli, bunun ardından da ibtidai quruluşlu çox hüceyrəlilərlə başlayan hərəkətli həyat suda yaşayan tək növ ilə davam etməlidir. Növün sayı zaman ərzində artmalı, bununla əlaqədar şəkildə də növlər çoxalmalıdır. Lakin Kembri dövrünə aid tapıntıların üzə çıxardığı həqiqət belə deyil.Darvinin təkamül ağacının tamamilə əksinə, dövrümüzdəkindən daha çox sayda müxtəliflik canlı tarixinin hələ lap əvvəllərində tək hüceyrəlilərdən dərhal sonra özünü göstərmişdir (ətraflı məlumat üçün bax: “Darvinin başa düşmədiyi Kembri dövrü”, Harun Yəhya)
Darvinist ideologiyaya sıx bağlı olan qatı darvinist üçün bunu kəşf etmək, şübhəsiz, böyük məhvdir. ABŞ-ın ən məşhur muzeylərindən Smitsonian Muzeyində (Smithsonian Institution) rəhbər və paleontoloq olan Çarlz Dulitl Uolkot da bu batil dinin ən sadiq mənsublarından olduğu üçün ilk dəfə 1909-cu ildə kəşf etməyə başladığı Kembri fosillərinin müxtəlifliyi qarşısında dəhşətə gəlmişdi. 1917-ci ilə qədər davam edən fəaliyyətində cəmi 65.000 fosil nümunəsi toplamışdı. Bunların hamısı Kembri dövrünün mürəkkəb canlılarına aid idi.
Darvinist saxtakarlıqlar nəzərə alındıqda darvinizmin süqutunun xəbərçisi olan bu fosillərin bir darvinist tərəfindən tapılması və ardından eyni darvinist tərəfindən gizlədilməsi də, şübhəsiz, sürpriz deyil. Uolkot mənsub olduğu batil dini bir növ məhv edən, inanclarına zidd olduğu üçün onu dəhşətə salan bu fosilləri gizlətməyə qərar verdi. Çəkdiyi rəsmləri və sənədləri Smitsonian Muzeyindəki siyirmələrdə kilidlədi. Bu xüsusi və mühüm fosillər ancaq 70 il sonra üzə çıxacaqdı. İsrailli elm adamı Qerald Şröder bununla bağlı belə deyir:
Əgər Uolkot istəsəydi, fosillər üzərində işləmək üçün bir orduluq tələbəni toplaya bilərdi. Amma təkamül gəmisini batırmamağı üstün tutdu. Bu gün Kembri dövrünün fosilləri Çində, Afrikada, Britaniya adalarında, İsveçdə, hətta Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) partlayış dünya səviyyəsində baş vermiş hadisədir. Amma bu qeyri-adı hadisənin xüsusiyyətini müzakirə etmək mümkün olmazdan əvvəl məlumat gizlənmişdir.
Uolkotun tapdığı Burqes Şeyldəki Kembri dövrünün fosilləri Uolkotun ölümündən on illər sonra yenidən tədqiq edildi. “Kembric qrupu” kimi tanınan və Harri B. Vitinqtin, D. Briqqs və Simon K. Morrisdən ibarət mütəxəssis qrupu 1980-ci ildə fosilləri hərtərəfli şəkildə tədqiq etdilər və faunanın Uolkotun müəyyən etdiyindən daha müxtəlif və qeyri-adi olduğu nəticəsinə gəldilər. Fosillərin bir qisminin dövrümüzdə məlum olan canlı kateqoriyaları altında təsnif olunmasının mümkün olmadığını, ona görə, indikindən fərqli canlı şöbələrinə aid olduqlarını bildirdilər. Canlılar 543-490 milyon il əvvəl davam etmiş Kembri dövründə mükəmməl və mürəkkəb formaları ilə ani şəkildə ortaya çıxmışdılar.
Əldə edilən nəticə darvinistlər üçün o qədər gözlənilməz idi ki, elm adamları bu ani hadisəni partlayış adlandırdılar. “Kembri partlayışı” elm tarixinin ən bənzərsiz, təkamülçü elm adamları üçün isə ən açıqlamasız hadisələrin önündə gəlirdi. Hər məsələdə çıxılmaz vəziyyətdə olan təkamül nəzəriyyəsi tərəfdarlarının qarşılaşdığı bu tapıntılar nəticəsində təbliğat məqsədli uydurma hekayələrə də son verməli və həyatın başlanğıcını açıqlama probleminə geri dönməli idilər (əlbəttə, bu, həyatın mənşəyinə dair ağıllı və elmi açıqlaması olmayan darvinistlər üçün problemdir. Ağlabatan, elmi və məntiqli hərəkət edənlər kainatın və canlıların uca Allah`ın əsəri olduğunu açıq-aydın görürlər). Darvinin təkamül ağacı tərsinə çevrilmişdi və bu vəziyyət təkamül nəzəriyyəsinin təməl məntiqinə tamamilə zidd idi.
Üstün canlı formalarını, Allah`ın möhtəşəm yaratmasını nümayiş etdirən kembri partlayışı darvinistlər tərəfindən hələ də səssizliklə qarşılanır. Darvinistlər əldə edilən bu qeyri-adi tapıntılar qarşısında sanki sükuta gömülüblər və sanki bu tapıntılar heç yox imiş kimi davranırlar. Canlıların tarixi haqqında uydurduqları saysız-hesabsız aldadıcı ssenarini elmi jurnallarda bir-birinin ardınca nəşr edərkən 540 milyon il əvvəlki bu hekayəni xatırlatmamağa, bunun təkamül nəzəriyyəsini tamamilə aradan qaldırdığını hiss etdirməməyə çalışırlar. Bunu açıq şəkildə etmiş və bütün fosilləri gizlətmiş Ç.D.Uolkot darvinizm yalanının nələr edəcəyinin ən böyük dəlil və nümunələrindən biridir.
Əgər darvinizm, həqiqətən, elm olsaydı, darvinizmi müdafiə edənlər də əsl elm adamı olsaydılar, şübhəsiz, elmi dəyəri bu qədər böyük olan tapıntılar böyük kəşf kimi ön plana çıxarılar və dərhal elmi sayt, kitab və məqalələrə mövzu olardı. Bunun tam əksinin edilməsinin, konkret elmi tapıntıların qəsdən gizlədilməsinin səbəbi darvinizmin elm deyil, dəccalın oyunu kimi üzə çıxan saxta din olmasıdır… Yalan üzərində qurulmuş bu nəzəriyyə saxtakarlıqlarla həyatda qalmağa çalışır. Kembri fosillərinin gizlədilməsi darvinizm adından edilmiş elmi saxtakarlıqlardan sadəcə biridir.