«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Allah`dır...»(Əraf surəsi, 54)
Quranla müasir elm arasındakı uyğunluğun bir nümunəsi də özünü kainatın yaşı məsələsində büruzə verir. Kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 günə yaradıldığı açıqlanır. İlk baxışda fərqli kimi görünən bu zaman kəsikləri arasında çox təəccüblü bir uyğunluq var. Əslində isə, əlimizdə kainatın yaşı ilə bağlı mövcud olan bu iki rəqəmin hər ikisi də doğrudur. Yəni kainat Quranda da bildirildiyi kimi, 6 günə yaradılıb və bu dövr bizim dərk etdiyimiz zaman hesabı ilə 16-17 milyard ilə uyğun gəlir.
Eynşteyn 1915-ci ildə zamanın nisbi olduğunu, məkana, səyahət edən adamın sürətinə və həmin andakı Yerin cazibə qüvvəsinə bağlı olaraq zamanın axma əmsalının da dəyişdiyini iddia etmişdi. Zamanın axma əmsalındakı bu fərqlər nəzərə alınanda Quranda 7 fərqli ayədə bildirilən kainatın yaradılma müddətinin alimlərin təxminləri ilə üst-üstə düşdüyü görünür. Quranda bildirilən 6 günlük vaxtı 6 dövr kimi də qəbul edə bilərik. Çünki zamanın nisbiliyi nəzərə alınanda «gün» təkcə bugünkü şərtlərlə dünyada dərk edilən 24 saatlıq bir zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində, başqa vaxtda və şəraitdə «gün» daha uzun müddətlik bir zaman kəsiyidir. Həmçinin bu ayələrdə («Səcdə» surəsi, 4; «Furqan» surəsi, 59; «Hədid» surəsi, 4; «Qaf» surəsi, 38; «Əraf» surəsi, 54) qeyd edilən 6 gün («sittəti əyyamin») ifadəsindəki «əyyamin» kəlməsi «günlər» mənası ilə yanaşı, həm də «çağ, dövr, an, müddət» mənalarına gəlir.
Kainatın ilk dövrlərində zaman bu gün öyrəşdiyimiz axış sürətindən daha sürətlə axıb. Bunun səbəbi budur: «Biq bənq» («Böyük partlayış») anında kainat çox kiçik bir nöqtəyə sıxışdırılmışdı. Bu böyük partlayış anından bu yana kainatın genişlənməsi və kainatın həcminin geriyə getməsi onun hüdudlarını milyardlarla işıq ili uzaqlığa apardı. Həmçinin «Biq bənq»dən bu günə kimi kosmosun gərilməsinin kainat saatına çox önəmli təsirləri oldu.
«Biq bənq» anındakı enerji universal saatın zaman axış sürətini milyon dəfə milyon (1012) dəfə yavaşıtmışdır. Kainat yaradılanda universal zamanın axış əmsalı - bu gün dərk edildiyi kimi - milyon dəfə milyon (trilyon) qat qədər daha böyük idi, yəni zaman daha sürətlə axırdı. Dolayısilə, biz Yer kürəsində milyon dəfə milyon dəqiqəni yaşadığımız əsnada universal saat üçün ancaq bir dəqiqə ötür. Zamanın nisbiliyi nəzərə alınaraq hesablananda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) günə uyğun gəlir. Çünki universal saat Yer kürəsindəki saatın axış sürətində milyon dəfə milyon daha sürətli ötür. 6 trilyon günün əvəzi olan illərin sayı təxminən 16,427 milyarddır. Bu rəqəm günümüzdə kainatın təxmin edilən yaş aralığındadır.
6 000 000 000 000 gün / 365,25 = 16 427 104 723 il.
Digər tərəfdən, yaradılışın 6 gününün hər biri - bizim zaman idrakımızla - bir-birindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olmaqla azalmasıdır. «Biq bənq»dən etibarən kainatın böyüklüyü hər ikiyə qatlananda zamanın axma əmsalı yarıya düşüb. Kainat böyüdükcə kainatın ikiyə qatlanma sürəti də getdikcə artan tərzdə yavaşıyıb. Bu genişlənmə nisbəti «Fiziki kosmologiyanın əsasları» adlı dərs kitablarında qeyd olunan, dünyanın hər yerində geniş şəkildə yayılan və bəlli olan elmi həqiqətdir. Yaradılışın hər gününü dünya zamanı ilə hesablayanda qarşımıza aşağıdakı mənzərə çıxır:
* Zamanın başladığı andan etibarən baxıldıqda, yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam edib. Ancaq bu müddət bizim zamanı dünyada dərk etdiyimiz şəkli ilə 8 milyard ilə bərabərdir.
* Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam edib. Ancaq bu, bizim dərk etdiyimiz əvvəlki günün yarısı qədər davam edib. Yəni 4 milyard il.
* 3-cü gün (3-cü dövr) isə yenə əvvəlki gün olan 2-ci günün yarısı qədər davam edib. Yəni 2 milyard il.
* 4-cü gün (4-cü dövr) 1 milyard il çəkib.
* 5-ci gün (5-ci dövr) 500 milyon il davam edib.
* 6-cı gün (6-cı dövr) 250 milyon il davam edib.
* Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü dünyadakı zaman növü əsasında cəmlənəndə bu zaman kəsiyi 15 milyard 750 milyon ilə bərabər olur. Bu rəqəm müasir dövrümüzdəki təxminlərlə böyük ölçüyə uyğun gəlir.
Bu nəticə XXI əsr elminin ortaya qoyduğu həqiqətlərdir. Elm 1400 il əvvəl Quranda xəbər verilən bir həqiqəti bir daha təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allah`ın vəhyi olduğunun möcüzəli sübutlarından biridir.