ƏNBİYA SURƏSİNİN 105-Cİ AYƏSİ AXIR ZAMAN VƏ HZ. MEHDİ (Ə.S.)A İŞARƏ EDİR
ucgen

ƏNBİYA SURƏSİNİN 105-Cİ AYƏSİ AXIR ZAMAN VƏ HZ. MEHDİ (Ə.S.)A İŞARƏ EDİR

772
BİZ KİTABDAN SONRA ZƏBURDA DA TORPAĞA YALNIZ MƏNİM SALEH BƏNDƏLƏRİMİN DAXİL OLACAĞINI YAZMIŞDIQ. (ƏNBİYA SURƏSİ, 105)
 
 
 
 
1. BİZ KİTABDAN SONRA ZƏBURDA DA...
 
 
 
Ayənin bu hissəsində Allah, Qurandan əvvəl endirdiyi digər Müqəddəs Kitablara xüsusi diqqət çəkir. Allah Hz. Davuda (ə.s.) endirdiyi (Əhdi Ətiqdə iştirak edən) Zəburda da, ondan əvvəl Hz. Musaya (ə.s.) endirdiyi Tövratda da eynilə Quranda olduğu kimi axır zamana və Hz. Mehdiyə (ə.s) işarələr olduğunu ifadə edir.
 
Həqiqətən də Quranla birlikdə digər Müqəddəs Kitablara baxıldıqnda (Tövrat, Zəbur və İncil) axır zaman və Hz. Mehdiyə (ə.s.) baxan açıq ifadələrə rast gəlinir.
 
2. TORPAĞA YALNIZ MƏNİM SALEH BƏNDƏLƏRİMİN DAXİL OLACAĞINI YAZMIŞDIQ.
 
 
Allah bu Kitablarda səmimi, Özünə könüldən bağlı, səbirli, Rəbbinə boyun əymiş, əmrinə tam təslim olan saleh qullarını mütləq yer üzünə hakim edəcəyini müjdələyir. Tövratın da bir çox yerində açıq bir şəkildə axır zamana və Hz. Mehdiyə (ə.s.) işarə edən ifadələr var.
Məsələn Tövratda hakimiyyətin Allahdan qorxanlara vəd edildiyi belə bildirilir:a
 
•    Əgər Allahın Rəbbin əmrlərinə tabe olarsansa və Onun yollarında getsən,... sizə söz verdiyi ölkədə bolluq içində yaşamanızı təmin edəcək: Rəhminizin meyvəsi müqəddəs hesab ediləcək, heyvanlarınızın balaları, torpağınızın məhsulu məhsuldar olacaq. Rəb ölkənizə yağışı zamanında yağdırmaq və bütün əməyinizi məhsuldar etmək üçün, göylərdəki zəngin xəzinəsini açacaq. Bir çox xalqa borc verəcəksiniz, siz borc almayacaqsınız və əgər bu gün sənə əmr etdiyim Allahın Rəbbin əmrlərinə tabe olmaq və icra etmək üçün onları dinləyərsənsə və başqa ilahlara qulluq etmək üçün onların ardınca getməklə, bu gün sənə əmr etdiyim bütün sözlərdən sağa-sola azmazsansa, Rəbb səni quyruq yox, baş edəcək və yalnız üstün olacaq, alt olmayacaqsan. (Qanunun Təkrarı, 28:9-14)
 
•    Rəbdən qorxan o adam kimdir?... Canı yaxşılıqda oturacaq, onun soyu yer üzünün varisi olacaq. Rəbbin sirri ondan qorxanlarla olacaq... (Mezmurlar, 25:12-14)
 
Yenə də Tövratda Allaha təvəkkül edən, təvazökar, Allaha olan imanından həzz alan insanların hakimiyyətə və Allahın nemətlərinə varis olduqları bildirir:
 
•    Sən Rəbbə güvən və yaxşılıq et... Rəbdən zövq al, O, sənin içindəki istəkləri yerinə yetirəcək. Hər şeyi Rəbbin öhdəsinə burax, Ona güvən. Rəbbə ümid bağlayanlar yer üzünün varisi olacaqlar... təvazökarlar ölkəni miras alacaq, dincliyin zövqünü dadacaq. (Mezmurlar, 37:3-11)
 
•    Təvazökarlara gəlincə, onlar yer üzünün varisi olacaqlar... Pislərin biləkləri qırılacaq və Allah doğruların dayağıdır. Allah salehlərin günlərini bilir və onların mirası əbədi olacaq. (Mezmurlar, 37:11, 17-18)
 
•    Yer üzünün dörd bucağı xatırlayıb Rəbbə dönəcək, xalqların bütün soyları Onun qarşısında yerə bağlanacaq. Çünki hakimiyyət Rəbbindir... (Mezmurlar, 22:27-28)
 
 
Ancaq Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneynin dövrlərində yaşanan hakimiyyətlər xaricində, Quranda və Tövratda bildirildiyi şəkildə İslam əxlaqının bütün dünyaya hakim olduğu, inananların rahat və güvənlik içində ibadət etdikləri, müsəlmanların böyük bir rifah və bolluq içində yaşadıqları belə bir dövr hələ olmamışdır. Peyğəmbərimiz (s.ə.v.) dövründə İslam əxlaqı ancaq müəyyən bir bölgədə hakim olmuş və inkişaf etmişdir. Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərə baxıldığında belə bir hakimiyyətin Hz. Mehdi (ə.s.) dövründə yaşanacağı, onun dövründə böyük bir bolluq və bərəkət olacağı, iman edənlərin birləşəcəyi, Allahı inkar edən fikir sistemlərinin tamamilə təsirini itirəcəyi bir hakimiyyət dövründən bəhs edildiyi görünür. Ətraflı məlumat üçün baxın. http://www.harunyahya.org/imani/hy_altincag/altincag.html
 
(Hz. Mehdinin (ə.s.) dövründə) TORPAQ ÖZ XƏZİNƏLƏRİNİ ÇIXARDACAQ. 1
 
(Hz. Mehdi (ə.s.) dövründə) Torpağın GİZLİ XƏZİNƏ VƏ MƏDƏNLƏ ortaya çıxacaq. İnsanlar bu xəzinələri həqiqətən də yer üzərində görəcəklər. 2
 
(Hz. Mehdi (ə.s.) dövründə) GÖYDƏN RƏHMƏT YAĞACAQ. AĞACLAR ÇİÇƏKLƏRLƏ BÜRÜNƏCƏK VƏ TORPAQ YAŞILLIĞINI sərgiləyəcək. 3
 
İmam Mehdinin (ə.s) hökuməti (mənəvi hakimiyyəti) əsnasında PROSPEKTLƏR ÇOXALACAQ (yəni küçələr çox böyük və geniş olacaq). 4
(Hz. Mehdi (ə.s.) dövründə) SELLƏ DOLUB-DAŞAN ÇAYLAR HƏR YERƏ AXACAQ VƏ SU, HƏR KƏS ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏN və müxtəlif olacaq. 5
O çağda (Hz. Mehdi (ə.s.) dövründə) İRİBUYNUZLU HEYVANLARIN SAYI ARTACAQ və insanlar onlardan maksimum faydanı götürəcəklər. 6
İmam Zamanın (Hz. Mehdinin (ə.s.)) mübarək varlığı səbəbiylə, YAXŞILIQ VƏ NEMƏTLƏR GETDİKCƏ ARTACAQ. 7
O çağda (Hz. MehdiNİN (ə.s.) dövründə, CÜTÇÜLÜK VƏƏKİNÇİLİK MÜMKÜN OLA BİLƏCƏK ƏN ÇOX ƏKİNİ VERƏCƏK. BİR TOXUMDAN 700 ARTIM TƏMİN EDİLƏCƏK. 8
Üstəlik, Peyğəmbərimiz (s.ə.v.), Hz. Mehdinin (ə.s.) bu dövrdəki bolluq səbəbiylə insanlara hesabsız mal  paylayacağını belə bildirir:
 
"...Cabir b. Abdullahdan rəvayət edilmişdir; Rəsulullah (s.ə.v.) buyurdu ki, ümmətimin sonunda bir xəlifə gələcək, malı adətlə saymayacaq, ovucla ovuclayacaq." 9
 
Əbu Səid əl-Hudridən rəvayət edilmişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki: "Ümmətimdə Mehdi vardır, "İnsan ona gələcək və "ey Mehdi! mənə də ver, mənə də ver!" deyəcək. Mehdi də onu daşıya biləcəyi qədər yükləyər." 10
 
 

1 Mikyaal al-Makaarim Cild 1, S.46
2 Bihar-ül Envar, Cilt 52, S.337; E’qd al-Dorar, s.149; Mo’jam Ahaadees al-İmam Mehdi (ə.s), Cild 1 səh. 230 "Sahih Müslim"dən
3 E’qd al-Dorar, s.43-44; Bihar-ül Envar, Cilt 52, Səh. 316 "Khesaal"dan nəql edir. Mikyaal al-Makaarim, Cild 1, Səh. 101, 247.
4 Bihar-ül Envar, Cild  52, Səh. 333; Mikyaal al-Makaarim, cild 1, səh. 294 Şeyx Tusi(a.r)dən nəql edilir.  
5 E'qd al-Dorar, səh. 149; Muntakhab al-Asar, səh. 157.
6 Tarikh maa Ba'd al-Zuhoor, səh.  772.
7 Muntakhab al-Asar, səh. 157.
8 Bəqərə Surəsi, 261. (2/261- Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.) E’qd al-Dorar sayfa 159; Al-Malaahem wa al-Fetan, Bölmə 204, səh. 97.
9 Səhih-i Müslim 11/351
10 Sünen-i Tirmizi, 4/93


PAYLAŞIN
logo
logo
logo
logo
logo