Ənam surəsi, 157 (Allahın hökmlərinə hökm əlavə edən, hökm çıxardan xurafatçılara işarə)
ucgen

Ənam surəsi, 157 (Allahın hökmlərinə hökm əlavə edən, hökm çıxardan xurafatçılara işarə)

1867

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (17 may 2012, 23:00)

Adnan Oktar: "Ya da: "Bizə Kitab endirilsəydi, əlbəttə, onlardan daha çox doğru yolda olardıq" deməyəsiniz deyə məhz sizə Rəbbinizdən açıq-aydın bir sənəd, bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayandan və (insanları) ondan", yəni Qurandan, "çevirəndən daha zalım kimdir?" Ayə, Allahın hökmlərinə hökm əlavə edən və hökm çıxardan xurafatçılara işarə edir. "Ayələrimizdən çevirənlərə, belə "əngəl törətmələri və çevirmələrindən" ötrü çox çətin bir əzabla cavab verəcəyik". Xalqımızın bir çox hissəsi xurafatçıların ayələri necə çevirdiyindən (tərcümə etdiyindən) xəbərsizdir. Bir çoxu: "Quranın hökmü qüvvədən düşmüşdür" deyir, "Allahın ayələri qüvvədən düşmüşdür" deyir, "Allah hökmünü ləğv etdi" deyir. Allahın ayəsi qiyamətə qədər qüvvədədir. Necə qüvvədən düşə bilər? "Ləğv edildi, hökmü qüvvədən düşmüşdür" deyir. Neçə dənə? "30 ayə var elə" deyir. Bir hissəsi də: "300-ə yaxın var" deyir. Biri də: "3 dənə filan" deyir. Hamısı saçmalayır. Çox ağılsızlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo