Yəmənin siyasətdən iqtisadiyyata, sağlamlıqdan təhlükəsizliyə qədər bir çox problemi var. Bunlardan təhsil, daha doğrusu "təhsilsizlik" Yəmənin qarşılaşdığı əksər problemlərin həll olmasına mane olur. Yəmən vətəndaşlarının aldığı təhsilin müddətinə və keyfiyyətinə nəzər salsaq, dünyanın ən ciddi təhsil problemi olan ölkələrindən biri olduğunu görərik.
Burada oxucu – yazar nisbəti təxminən 60% – dir. Qadınlar üçün isə bu nisbət 30% - ə qədər düşür. Yəni Yəməndə əlinizdə ünvan yazılan kağızı bir vətəndaşa göstərib soruşsaz, cavab alma ehtimalınız çox aşağıdır. Çünki təxminən hər iki yəmənlidən biri nə oxuya, nə də yaza bilir. Yəməndə universitetlər və peşə məktəbləri haqqında xəbərlər isə daha da ağırdır.
Yəməndəki təhsil probleminin həll edilməsi çox vacibdir. Necə ki, dünyamızda təhsil səviyyəsi yüksək olduğu halda, inkişaf etməmiş cəmiyyət göstərilə bilməz, eləcə də təhsili aşağı olduğu halda, sənayeləşmiş, inkişaf etmiş cəmiyyət göstərilə bilməz. Aparılan müşahidələr nəticəsində məlum olub ki, adam başına düşən milli gəlirin və digər iqtisadi göstəricilərin artımı təhsillə əlaqədardır. Oxucu – yazar nisbəti aşağı olan ölkənin adam başına düşən gəliri də aşağı olacaq. Çünki oxuma – yazma bilməyən birinin yaxşı gəlirli işinin olması qeyri-mümkündür. Savadı olmayan biri ya fiziki işlə məşğul olacaq, ya da ən yaxşı ehtimalla sənətkarlıq edəcək.
Yəmənin əkinçi cəmiyyətindən sənayeləşmiş müasir cəmiyyətə keçidi, hətta siyasətdə demokratiyanın inkişaf etməsi belə təhsil səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Hətta bəzi iqtisadçılar bir ölkənin bilik nisbətinə görə o ölkənin adam başına düşən milli gəlirini belə təxmin etməyi bacarıblar.
Yəməndə təhsil səviyyəsi yüksələrsə, ictimai fərqliləşmə də inkişaf edəcək. Əhalidə elm və sənət kimi fərqli maraq dairələri inkişaf edəcək. İnsanların təhsil səviyyəsi yüksəldikcə keçmişdən qalmış ön mühakimələri dəyişəcək, ətraflarına qarşı daha düşüncəli davranacaq, müxtəlifliklərə daha müsbət yanaşacaqlar.
Təhsil səviyyəsinin yüksəlməsi Yəməndə aydın siyasətin inkişafına da vəsilə olacaq. İnsanlar ətraflarındakı hadisələri, dövlətdəki yenilikləri daha yaxından izləyə biləcək. Savadı olmayan biri UNESCO – nun Yəməndə təhsilin inkişafı üçün etdiyi yardımın düzgün istifadə edilib edilmədiyi ilə maraqlanmaz, çünki buna imkanı yoxdur.
Təhsilin inkişafı Yəmənin siyasi və idarəçilik inkişafına da təsir edəcək. İnsanlar həm siyasəti izləyə biləcək, həm də şəxsən siyasətə və rəhbərliyə təsir etmə imkanları olacaq.
Hətta təhsil sayəsində ölkə birliyinin əhəmiyyəti daha yaxşı anlaşılacaq. Dərslərdə ölkə sevgisi aşılanan uşaqlar irəlidə məzhəbləri və ya tayfaları qədər ölkələrinin də əhəmiyyətli olduğunu anlayacaqlar.
Əlbəttə ki, burada təhsilin zamanı və yayılması qədər məzmunu da çox əhəmiyyətlidir. Əgər bir uşağa məktəbdə dünyanın mübarizə sahəsi olduğunu, haqsızlıqları yox etmək üçün doğru yolun inqilab olduğunu izah etsəniz, dərhal əlinə silah götürüb, inqilab edib ədaləti elə təmin etməyə çalışacaq.
Uşağa məktəbdə Allah`ın göndərdiyi dini deyil, atalarından öyrəndiyi müşrikliyi və batil inancları izah etsəniz, hər kəsin həyatına qarışar, zorla öz inandıqlarını tətbiq etməyə çalışar. Hətta Quranda olmayan və öz uydurduqları fanatik sistemə uyğun gəlməyənlərlə döyüşmək lazım olduğuna da inanarlar.
Halbuki, halal və haram Quranda çox açıq bildirilmişdir. Halal dairəsi çox genişdir, din asandır. Müsəlmanlar Allah`ın bildirdiyi sərhəd daxilində bacardıqca azad yaşayırlar. Rəbbimiz "Allah, sizə asanlıq diləyər, çətinlik diləməz" (Bəqərə surəsi, 185) buyurur.
Xüsusilə Yaxın Şərqdəki bir çox Ərəb ölkələrində olduğu kimi, Yəməndə də qadınlar başda olmaqla, təhsilsizlik problemi radikal hərəkətlərin təməlini meydana gətirir. Məsələn, Yəməndə qadınların yarıdan çoxunun oxuma – yazma bacarığı yoxdur. Bu qadınlar müsəlman olaraq yetişdikləri halda, Quran oxuya bilmirlər. Dinlərini yalnız özlərinə yaxın bəzi şəxslərdən öyrənə bilirlər. Əksəriyyəti yalnız ailələrinin öyrətdiyi qədər dinlərini öyrənir və aralarından bəziləri fanatik düşüncə sistemini ‘əsl İslam' adlandırırlar. Oxuma - yazma bacarıqları da olmadığı üçün bu məlumatların Quranda olub olmadığını öyrənə bilmirlər. Bu hal təbii ki, onların günahı deyil. Buna görə də əksər qadın xurafatçı düşüncə ilə ‘ikinci dərəcəli insan' mövqeyini qəbul edir. Təbii ki, haqqında danışdığımız yanlış düşüncə tərzi bununla da bitmir. Bu qadınların yetişdirdikləri uşaqlar da oxşar ideologiyanın təsiri altında böyüyür və cəmiyyətdə hər hansı mövqeyə gələndə də mənimsədikləri bu ideologiyaya dəstək olmağa çalışırlar.
Şübhəsiz Yəməndə uşaqlara təhsil verilərkən bütün haqq dinlərin təməli olan Yaradılış həqiqəti də təkamül nəzəriyyəsinin qarşısında təhsil prosesinə mütləq əlavə olunmalıdır. “Özünün meymunun bir az daha inkişaf etmiş versiyası olduğu” uydurmasını öyrənərək yetişən insanlardan mərhəmət, sevgi, hörmət, dözümlülük, bağışlayıcılıq gözləyə bilmərik. Bunun üçün təhsildə insanlara ‘bütün insanların ruh sahibi qiymətli varlıqlar olduqlarını' öyrətmək şərtdir.
Cənab Adnan Oktarın National Yemen'də yayımlanan məqaləsi: