Allah, Quranda insanların nümunə götürməsi və imanlarını artırmaları üçün, heyvanların üstün xüsusiyyətlərindən müxtəlif nümunələr vermişdir. Köçəri quşların köç üçün sahib olduqları üstün təchizat və mükəmməl xüsusiyyətlər Allahın sonsuz qüdrətinin bir sübutudur.
Köç zamanını necə müəyyən edirlər?
Quşların necə və nə üçün köç etməyə başladıqları, köç qərarını necə müəyyən etdikləri əsrlərdir maraq oyadan bir mövzudur. Bəzi elm adamları köçün səbəbini mövsüm dəyişikliklərində, bəziləri də yemək axtarışında görürlər. Əhəmiyyətli olan, öz bədənlərindən başqa heç bir qorunmağa, texniki təchizata və təhlükəsizliyə sahib olmayan bu heyvanların, uzun məsafəli uçuşları necə həyata keçirdikləridir. Köç hadisəsi yol tapma, qida yığma, uzun müddət uca bilmə kimi bacarıqlar tələb etməkdədir. Bu xüsusiyyətlərə sahib olmayan bir heyvanın, birdən-birə köç edən bir heyvana çevrilməsi mümkün deyil.
Bunu müşahidə etmək üçün bağça bülbülləri, istilik və işıq kimi daxili səraiti dəyişdirilə bilən bir laboratoriyada təcrübə edilmişlər. İçəridəki şərtlər çöldəkindən fərqli olaraq təşkil edilmişdir. Məsələn çöldə qış mövsümü ikən, laboratoriyada bahar şəraiti təşkil edilmişdir. Buna görə də, quşlar içəridəki şəraitə görə bədənlərində tənzimləmələr etmişlər. Eyni köç vaxtının yaxınlaşdığı zamanlarda etdikləri kimi, enerji üçün yağ yığmışlar. Quşlar, süni mövsümə görə özlərini nizamlayıb, əvvəlcədən köç edəcəkmiş kimi hazırlansalar da, köç hərəkətinə vaxtından əvvəl başlamamışlar. Quşlar çöldəki mövsümə uyğun gəlmişlər. Bu nəticə, quşların köçə başlama qərarını, mövsüm şərtlərini müşahidə edərək almadıqlarının bir sübutudur.
Bəs quşlar köç vaxtını neyə əsaslanaraq təyin edirlər? Elm adamları bu problemin cavabını hələ də tapa bilməyiblər. Buna görə də, canlılarda, örtülü bir mühitdə zamanlama edə bilməyi və mövsüm dəyişikliklərini ayırmağı təmin edən bir "daxili saat"ın var olduğu düşünülməkdədir.
Halbuki "quşların daxili saatı var, bunun sayəsində köç vaxtını anlayırlar" cavabı elmdən kənar bir cavabdır. Bu necə bir saatdır, bədənin hansı orqanına bağlı olaraq işləməkdədir və necə meydana gəlmişdir? Bu saatın xarab olarsa, geri qalarsa nə olar? Eyni sistemin yalnız tək bir köçəri quş üçün deyil, bütün köç edən canlılara aid edərsək bu sualların cavabları daha da əhəmiyyət qazanar.
Bilindiyi kimi köçəri quşlar eyni yerdən köçə başlamazlar çünki hamısı eyni yerdə deyillər. Bir çox quş növü, əvvəl müəyyən bir yerdə toplanıb, sonra birlikdə köç etməyə başlayırlar. Bəs bu canlılar belə incə bir zamanlamanı necə etməkdədirlər? Necə olub da, quşların sahib olduqları qəbul edilən "saat"lar, bir-biri ilə bu cür uyğundur?
Köç kimi qüsursuz, planlı bir hərəkətin öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Ayrıca quşlarda və köç edən digər bütün canlılarda nə növdə olursa olsun bir saat yoxdur. Köç edən bütün canlılar bunu hər il özləri təyin etdikləri zamanlarda edirlər, amma bunu bir daxili saata görə etməzlər. Bəzi insanların daxili saat olaraq səciyyələndirdikləri şey; Allahın bu canlılar üzərindəki nəzarətidir. Kainatdakı hər şey kimi köç edən canlılar da Allahın əmrləri ilə hərəkət etməkdədirlər.
Enerji istifadəsi
Quşlar uçmaq üçün böyük enerji sərf edirlər. Buna görə də quruda və dənizdə olan bütün canlılardan daha çox yanacağa ehtiyacları var. Məsələn, 3000 km-lik Havai-Alyaska arasındakı məsafəni qət edə bilmək üçün bir neçə qramlıq "sarısalkım quşu", səfər boyu 2.5 milyon dəfə qanad çırpmaq məcburiyyətindədir və 36 saat havada qala bilməkdədir. Bu səfər ərzində sürəti isə saatda təxminən 80 km-dir. Bu qədər yorucu bir uçuş əsnasında, quşların qanındakı turşu miqdarı həddindən artıq artar və yüksələn bədən temperaturu səbəbi ilə də quş huşunu itirmə təhlükəsinə məruz qalar. Bəzi quşlar, bu təhlükəni quruya enərək qarşısını alırlar. Bəs geniş dənizlərin üzərində köç etməkdə olanlar nə edəcək? Tədqiqatçılar bu vəziyyətdə quşların qanadlarını mümkün olduğu qədər açıb, özlərini buraxaraq sərinlədiklərini müşahidə etmişlər.
Köçəri quşların maddələr mübadilələri də, buna dözəcək qədər güclüdür. Məsələn köç edən ən kiçik quş olan kolibri quşunun bədənindəki maddələr mübadiləsi, filin maddələr mubadiləsindən 20 dəfə çoxdur. Quşun bədən temperaturu 62°C-ə çatır.
Uçuş texnikaları
Allah quşları belə çətin uçuşlar üçün uyğun yaratmasından başqa, bir də onları əlverişli küləklərdən faydalanmalarını təmin edəcək qabiliyyətlərlə təchiz etmişlər.
Məsələn leylək, yüksəlməkdə olan ilıq hava axınları ilə 2000 metrəyə qədər qalxır, sonra qanad çırpmadan özünü aşağı buraxaraq sonrakı ilıq hava axınına doğru enir. Bu quşa böyük bir enerji qənaəti təmin etməkdədir.
Quş sürülərinin bir başqa uçuş texnikası isə "V" şəklindəki uçuşdur. Bu sayədə, qabaqda uçan qüvvətli və böyük quşlar, hava axınına qarşı qalxan vəzifəsi görərək, daha zəif olanların işlərini asanlaşdırırlar. Bu cür təşkilatın sürü daxilində 23 faiz enerjiyə qənaət etdiyi isbat edilmişdir.
Yüksəkdə uçuş
Köçəri quşların bir hissəsi çox yüksəkdə uçurlar. Məsələn qazlar 8000 metr yüksəklikdə uca bilirlər. Atmosferin, 5000 metrdə dəniz səviyyəsi ilə müqayisə etdikdə 63 faiz daha az sıx olduğunu düşündükdə qazların uçduğu yüksəkliyin nə qədər ağla sığmaz olduğu aydın olmaqdadır. Atmosferin bu cür seyrək olduğu bir yüksəklikdə uçan quş, daha sürətli qanad çırpmaq və buna görə də daha çox oksigen almaq məcburiyyətindədir.
Allah bu heyvanların ciyərlərini, yüksəkliklərdəki oksigendən maksimum nisbətdə faydalana biləcək şəkildə yaratmışdır. Məməli heyvanların ciyərlərindən fərqli bir şəkildə işləyən ağciyərlər, quşların seyrək havadan aldıqları enerjinin normaldan çox olmasını təmin edir.
Mükəmməl eşitmə qabiliyyəti
Quşlar köç zamanı hava hadisələrinə də diqqət yetirirlər. Məsələn yaxınlaşan bir fırtınanın mərkəzinə girməmək üçün yollarını dəyişirlər. Quşların bu xüsusiyyətini tədqiq edənlər, bəzi quşların atmosferdə çox uzaq məsafələrə yayılan son dərəcə kiçik tezlikli səsləri eşitdiklərini təyin etmişdir. Bu sayədə köçəri quş, olduğu yerdən uzaqdakı bir dağın üzərində baş verən fırtınanı və ya yüzlərlə kilometr irəlidə, dənizin üzərindəki göy gurultusunu eşidə bilməkdədir. Ayrıca, quşların köç yollarını, hava şərtlərinin ümumiyyətlə təhlükəli olduğu bölgələrdən uzaq tutduqları da bilinməkdədir.
İstiqaməti təyinetmə
Quşlar, minlərlə kilometr uçuşları əsnasında, kompas, xəritə ya da oxşar istiqamət təyin edicilərdən məhrum olaraq, necə doğru istiqaməti tapmaqdadırlar?
Bununla əlaqədar olaraq ilk qarşıya qoyulan nəzəriyyə, quşların yer şəkillərini əzbərlədikləri və beləcə yolu çaşmadan qət edə bildikləri şəklində idi. Aparılan təcrübələr, bu nəzəriyyənin səhv olduğunu göstərmişdir.
Mövzu ilə əlaqədar olaraq göyərçinlər üzərində aparılan bir təcrübədə, heyvanların gözlərinə ətrafı görmələrinə mane olan tutqun linzalar taxılmışdır. Ancaq, belə yer üzü şəkillərini görmələrinə mane yaradılmış göyərçinlər, sürülərindən bir neçə kilometr kənarda buraxılsalar belə, yenə gedəcəkləri yolu tapa biliblər.
Aparılan tədqiqatlarda, dünyanın maqnit sahəsinin xüsusilə quş növləri üzərində təsirli olduğu aydın olmuşdur. Quşların, yerin maqnit sahəsindən faydalanaraq istiqamətlərini tapmalarını təmin edən olduqca inkişaf etmiş bir "maqnereseptor" (maqnit sahə qəbul edicisi) sisteminə sahib olduqları ortaya qoyulmuşdur. Bu sistem sayəsində, quşlar, köç əsnasında dünyanın dəyişən maqnit sahəsini hiss edərək, istiqamətlərini təyin etməkdədirlər. Təcrübələr, köçəri quşların, maqnit sahəsindəki 2 faizlik dəyişməni belə hiss etdiklərini göstərmişdir.
Şübhəsiz, quşun bədən quruluşu, ağciyəri, qanadları, həzm sistemi kimi, istiqamət tapma qabiliyyətləri də Allahın qüsursuz yaratma sənətinin bir sübutudur.
"Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!" (Nəhl Surəsi, 79)