Təkamülçülərin iddiaları doğru olsaydı, keçmişdə, həm antilop xüsusiyyəti daşıyan, həm də fərqli bir canlı növünün xüsusiyyətlərinə sahib olan bir çox qəribə canlının olması lazım idi. Qalıq qeydlərində bir çox nümunəsinə rast gəlinməsi lazım olan bu canlılar, iki fərqli növün xüsusiyyətlərini daşımalarıyla dərhal tanınmalı və təkamülçü sözdə baba-nəvə əlaqələrinin nümunəsi kimi sərgilənməlidir. Nə var ki, saysız-hesabsız nağılla və xəyali senari ilə dolu olan təkamülçü nəşrlərdə, bir dənə belə ara canlı qalığı gösdərilməməkdədir. Çünki belə bir qalıq yoxdur. Çünki belə bir canlı tarixin heç bir dövründə yaşamamışdır. Bütün canlılar, şəkildə nümunəsi görülən 83 milyon illik antilop kimi, var olduqları ilk hallarıyla günümüzə qədər gəlmişlər. Canlıların tarixi, təkamül iddialarını təkzib edir.