Din əxlaqının yaşanmaması bir cəmiyyət üçün baş verə biləcək ən vacib təhükələrdən biridir. Belə ki, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə qısa müddətdə əxlaq pozuntusu yaşanar, cəmiyyətin dincliyi pozular. Həmçinin, bundan cəmiyyətin demək olar ki, bütün üzvləri zərər çəkər. Yaxın keçmişdə dünyanın bir çox ölkələrində bu vəziyyətin bir çox ibrətverici örnəklərinə rast gəlinmişdir.
Dinsizliklə fikri mübarizə aparmaq belə təhlükə ilə üzləşməmək üçün ən vacib məsələlərdən hesab olunur. Ancaq bu fikri mübarizəni apararkən diqqət ediləsi bəzi məqamlar vardır. Dinsizlik təhlükəsi hər zaman nizamlı olmur.
Dağınıq dinsizlik
Allah'ın varlığı və birliyinin minlərlə açıq-aşkar dəlili olmasına baxmayaraq, bəzi insanlar Allah'ı inkar etməkdə dirənir və Allah'ın bütün insanlara buyurduğu din əxlaqını yaşamaqdan daim uzaq dururlar. Şübhəsiz ki, bu cahil davranışdır. Çünki insan həyatı boyunca axtardığı əsl xoşbəxtliyi və inamı tapa bilməsinin yeganə yolu yaradılışa, başqa sözlə, Allah'ın əmr etdiyi din əxlaqına görə yaşamaqdır. Din əxlaqını yaşamayan insanlar çox şeyə sahib olsalar da, əsl xoşbəxtliyi yaşaya bilmirlər. Gün ərzində yaşanan və xoşbəxtlik kimi görünən anlar isə həm çox qısa ve keçici olur, həm də çox vaxt bu insanlar xoşbəxt olmur, sadəcə xoşbəxt görünməyə çalışırlar.
Din əxlaqı insanların səbirli, mərhəmətli, tolerant, təmkinli, vicdanlı, qısaca, gözəl həyat yaşamalarına imkan yaradır. Hər kəsin din əxlaqına uyğun yaşadığı bir cəmiyyətdə isə hüzur və təmkinlilik həmin cəmiyyətin əsas xüsusiyyətinə çevrilir və beləliklə, insanlar hər zaman bir-birlərinə sevgi bəsləyir, mərhəmətli və anlayışlı davranırlar.
Buna baxmayaraq, bu aşkar həqiqəti inkar edən insanlar din əxlaqının yaşanmaması üçün əllərindən gələni edirlər. Çünki əksər hallarda mənfəətlərini din əxlaqına uyğun olmayan tərzdə əldə etməyə çalışırlar. Lakin bu mübarizəni əksər hallarda dağınıq şəkildə həyata keçirirlər. Din əxlaqına qarşı bir vəziyyət yarandıqda isə əvvəlcə bir-birini heç tanımayan, eyni mühitdə belə olmayan insanlar eyni məqsədə görə birləşə bilirlər. Kənarda bir-birlərini heç görməyən insanlara sual versək, onlardan oxşar cavablar alarıq. Onlar fərqli məkanlarda eyni düşüncə ilə demək olar ki, eyni danışır və fərqli-fərqli yerlərdə eyni şüarları yayırlar. Ümumiyyətlə, bunlar tək bir mərkəzdən idarə olunmurlar, sadəcə olaraq şeytanın təsirindədirlər və onun məntiqi ilə hərəkət edirlər. Bu məntiq dinsizliyin məntiqidir.
Dinsizliyin məntiqini müəyyənləşdirən və yönəldən bildirdiyimiz kimi şeytandır. Şeytanın təlqinləri və yönləndirməsi ilə bu insanlar Allah'ı inkar edir və din əxlaqına qarşı mübarizə aparırlar. Onlar bu mübarizədə dünyanın hər bölgəsində eyni yanlış məntiqi irəli sürür, eyni danışır, eyni hiylələrə əl atır, eyni reaksiyalar göstərir və eyni cür davranırlar. Bir ayədə Allah inkar edənlərin şeytanın yolunda mübarizə apardıqlarını belə bildirmişdir:
“... inkar edənlər isə tağutun (şeytan) yolunda mübarizə apararlar. Elə isə şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisa surəsi, 76)
Başqa bir ayədə isə şeytanın din əxlaqı və səmimi iman gətirənlərlə mübarizəsi belə bildirilir:
“... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmaq üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər.”(Ənam surəsi, 121)
Ayədə də bildirildiyi kimi, inkar edənlərin dinsizliyi təbliğ etmələri və din əxlaqına qarşı mübarizə aparmaları üçün onları əsl yönəldən güc şeytandır. Onlar şeytanın çağırışı ilə təşkilatlanmasalar belə, yenə ortaq davrana bilərlər. Şeytan fərqli dillərdən və fərqli irqlərdən olan insanlara din əxlaqına qarşı olmaları üçün eyni təlqinləri verir. Onlar da şeytanın yönləndirməsi ilə eyni cür davranırlar. Zəruri bir vəziyyət yarandıqda isə şeytanın ilhamı ilə onun tərəfdarları nə etməli olduqlarını, hansı cümlələri söyləyəcəklərini, hansı məntiqlə davranacaqlarını və hansı yolla gedəcəklərini bilirlər. Bunun nəticəsində də dağınıq dinsizlik hərəkatı yaranır.
İman gətirənlərin qarşısındakı öhdəliklər
İman gətirənlərin Allah qarşısında ən böyük öhdəliklərindən biri yaxşılığı əmr edib, pisliyi qadağan etmələridir. Bir Quran ayəsində belə bildirilmişdir:
“Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allah`ın hüdudlarını qoruyan o möminləri müjdələ.” (Tövbə surəsi 112)
Möminlər yer üzündə pisliyi yaymağa cəhd göstərənlərə qarşı da ciddi fikri mübarizə aparmaqla böyük öhdəlik daşıyırlar. Bu vacib öhdəliyi yerinə yetirərkən hədəfin düzgün müəyyənləşməsi Allah'ın izni ilə daha tez nəticə verə bilər. Buna görə də möminlər qarşılarındakı əsl təhlükənin dağınıq dinsizlik, yəni şeytanın təlqini ilə yayılan dinsizlik olduğunu qavramalıdırlar. Allah Quranda şeytanın insanlara çox fərqli yönlərdən yanaşıb onları azdıracağını xəbər vermişdir:
“(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.” (Əraf surəsi 16-17)
Buna görə də şeytanın təlqinləri və hiylələri fərqli ola bilər, amma mahiyyət etibarı demək olar ki, eynidir.
Din əxlaqının yayılması üçün davamlı olaraq cəhd etmək
Buna görə də Allah'ın varlığının və birliyinin aşkar dəlillərinin davamlı insanlara çatdırılması, insanları din əxlaqından uzaqlaşdıran yanlış fəlsəfə və istiqamətləndirmələrin aşkar edilməsi, din əxlaqının insanlara qazandıracağı gözəlliklərin gündəmdə saxlanılması çox vacibdir. Geniş miqyasda icra ediləcək bu fikri mübarizə şeytanın bəzi insanlar üzərindəki təsirini qıracaq və insanların din əxlaqını yaşamalarına vəsilə olacaq mühüm bir yoldur. Allah bu yolda mübarizə aparacaq qullarını nailiyyət və qələbə ilə müjdələmişdir.
“And olsun (peyğəmbər olaraq) göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir.” (Saffat surəsi 171-172)
“... inkar edənlər isə tağutun (şeytan) yolu uğrunda mübarizə apararlar. Şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir.” (Nisa surəsi 76)
“... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmaq üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər.” (Ənam surəsi 12)