Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından
ADNAN OKTAR: Məsələn, Fil surəsi, Rəhman Rəhim olan Allahın adıyla. "Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? Onların hazırladıqları planlarını boşa çıxarmadımı?" Məsələn, indi böyük əsgəri gücə sahib ölkələrin hazırladıqları planlar boşa çıxmışdır. İslam dünyaya hakim olur, yəni böyük tədbirlər gördülər, yəni o dövrün ən böyük silahları fillər idi, bu dövrün də ən böyük silahlarına super dövlətlər sahibdirlər. Amma bax Allah onların hazırladıqları planları boşa çıxarmadımmı deyir. Quşları göndərdi. "Onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. Nəhayət, onları əzilmiş əkin yarpağı kimi etdi". Ayədə də bir tərəfdən yenə hava bombardmanına diqqət çəkilir, yəni göydən, göydən olan hava bombardmanına diqqət çəkilir. Çünki baxın bişirilib, sərtləşdirilmiş palçıqdan daşlar atırdılar. Yəni hazırlanmış şeylərdir, adi bir şey deyil, hazır olan bir şeyi atırlar. Məsələn, bunların tarixləri də birinci dünya müharibəsinin tarixini verir, əbcədləri ikinci dünya müharibəsini verir. Yəni bu tərəfiylə də çox təəccüblüdür, çünki göydən hava bombardmanı o döyüşlərdə oldu, bilirsiniz.