Mehdiyyət dövründə bütün müsəlmanlar, yəhudilər və xristianlar birlikdə əmin-amanlıq içində yaşayacaqlar
ucgen

Mehdiyyət dövründə bütün müsəlmanlar, yəhudilər və xristianlar birlikdə əmin-amanlıq içində yaşayacaqlar

732
ADNAN OKTAR: Mənim söhbətlərim tamamilə  Mehdiyyət, Məsihiyyət üzərində qurulmuşdur. Mən hz. Mehdinin (ə.s) öncülüyəm. Onun zühuruna zəmin hazırlayıram. İnsanlara “Qızıl Əsr” olan hz. Mehdi (ə.s) dövrünü müjdələyirəm. Hz. Mehdi (ə.s) dövründə nə bir damla qan axıdılacaq, nə də bir insanın burnu qanayacaq. Yer üzündəki bütün insanlar sülh və əmin-amanlığa qovuşacaq. Bütün dünya ədalətlə dolub-daşacaq. İnsanlar arasında kin, hüsumət, ədavət, düşmənçilik qalmayacaq. İnşaAllah. Peyğəmbərimiz (s.ə.v) hədislərində bu dövrü ətraflı təsvir etmişdir:
 

İnsanlar bal arıları ana arının ətrafında toplaşdığı kimi hz. Mehdinin (ə.s) ətrafında toplaşacaqlar. (Hz. Mehdi (ə.s)) Zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq. Elə ədalətli olacaq ki, yatanları oyatmayacaq və BİR DAMLA BELƏ QAN AXIDILMAYACAQ. Dünya sanki Əsri-səadət dövrünə qayıdacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,səh.29 və 48)

Hz. Mehdi (ə.s) Peyğəmbərin (s.ə.v) yolunu izləyəcək, yatanı oyatmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk Yayınları, Kıyamet Alametleri, səh.163)

(Hz. Mehdinin (ə.s.)) dövründə nə bir adam yuxusundan oyandırılacaq, NƏ DƏ BURNU QANAYACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44)

Ona (hz. Mehdiyə (ə.s)) beyət edənlər (Kəbə ətrafındakı) rükn və məqam arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZLƏR.  (El-Heytemî, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.24)

Bu (Əmir) (Hz. Mehdi (ə.s)) daha əvvəl zülmlə dolmuş YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i İbn-i Mace, 10/348)

O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA zülm və fitnə ilə dolu olan DÜNYA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20)

HZ. MEHDİNİN (Ə.S) DÖVRÜ  ELƏ ƏDALƏTLİ OLACAQ Kİ, qarət edilən bütün mallar sahibinə geri qaytarılacaq. (El-Kavlu'lMuhtasar Fi Alamet-ilMehdiyy-ilMuntazar, səh. 23)

ONUN (HZ. MEHDİNİN (Ə.S)) ƏDALƏTİ HƏR YERİ ƏHATƏ EDƏCƏK və insanlarla peyğəmbərin (s.ə.v) sünnəsinə uyğun davranacaq. Hətta bir adama mala ehtiyacı olanları çağırmağı söyləyəcək, o adam əmrini yerinə yetirdiyində yalnız bir ehtiyac sahibi gələcəkdir. (El-Kavlu'lMuhtasar Fi Alamet-ilMehdiyy-ilMuntazar, səh.  20)

Qiyamətin qopmasına yalnız bir gün qalsa belə, Allah mənim Əhli-Beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s)) göndərəcək, zülmlə dolu dünyanı O, ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i EbuDavud, 5/92)

Hz. Mehdi (ə.s) mənim nəslimdəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i Ebu Davud, 5/93)

Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kim arasında MÜNAQİŞƏ OLMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, HƏSƏDLİKLƏR YOX OLACAQ. (Sahih-i Müslim, 1/136)

... Cənabı Haqq İslamı bizimlə başlatdığı kimi, Onunla (Hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Bizimlə onlar aralarındakı ŞİRK VƏ ƏDAVƏTDƏN (DÜŞMƏNÇİLİKDƏN) XİLAS OLMUŞ VƏ ÜRƏKLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞDİR, (HZ. MEHDİNİN (Ə.S) GƏLİŞİ İLƏ) YENƏ ELƏ OLACAQ. (AhirZamanMehdisininAlametleri, CelalettinSuyuti, səh. 20)

... ONUN (HZ. MEHDİ (Ə.S)) DÖVRÜNDƏ SALEH İNSANLARIN YAXŞILIĞI ARTAR, PİSLİK EDƏNLƏRƏDƏ YAXŞILIQ EDƏRLƏR. (Kitab-ulBurhan Fi Alamet-ilMehdiyy-ilAhirZaman, səh.17) 

 
Peyğəmbərimizin (s.ə.v) rəvayət etdiyi hədislərdən də aydın olur ki, hz. Mehdinin (ə.s) hakimiyyəti dövründə bütün xalqlar arasında sülh bərqərar olacaq, yer üzünə sevgi və şəfqət hakim olacaq.  Bütün dinlərin mənsubları arasında dostluq, qardaşlıq münasibətləri qurulacaq, sülh və əmin-amanlıq bərpa olunacaq. Hz. Məsih (ə.s) (hz. İsa (ə.s)) dövründə də bol ruzi-bərəkət olacaq, sevgi, dostluq münasibətləri qorunub saxlanacaq. Bu dövrdə ona inanmayan qalmayacaq. Bütün dünya iman gətirib müsəlman olacaq. Cənabı Allah bir ayəsində bu həqiqəti belə bildirir:
 
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)
 
Hz. Məsih (ə.s) dövründə Kitab əhli, yəni yəhudi və xristianların hamısı könüllü şəkildə İslam dinini qəbul edəcəklər. Dünya müsəlmanlığa üz tutacaq, İsrail xalqı da müsəlmanlığı seçəcək. Əsla məcburiyyətə yol verilməyəcək, sevgi və şəfqətin gücü insanları buna vadar edəcək. Hər bir xristian, yəhudi öz istəyi ilə, sevərək İslam dinini qəbul edəcək. Kitab əhlinə qarşı məcburiyyət və təzyiq göstərilməyəcək, onlar qəlbən İslama yönələcəklər.
 

Hz. Mehdi (ə.s) Kitab əhlinə təhrif olunmamış İncil və Tövratla hökm edəcək

 
Hz. Mehdi (ə.s) bütün müsəlmanları gözəl Quran əxlaqına dəvət edəcək. Xristianlaraİncilin, yəhudilərəisə Tövratın təhrif olunmamış hissələri ilə hökm edəcək. Hz. Mehdi (ə.s) Kitab əhlinəİslamı qəbul etmələri üçün əsla təzyiq göstərməyəcək, onlara Tövrat və İncilin Qurana uyğun hissələri ilə hökm edəcək. Bu barədə peyğəmbərimizin (s.ə.v) bir hədisində belə bildirilir:
 

"Hz. Mehdi (ə.s)… Yəhudilər arasında Tövratla, xristianlar arasında İncillə hökm edəcək." (Cabir b. Yezid el-Co'fi, İmam Muhammed Bakır-dən rəvayət edir.)

 
Hz. Mehdi dövrünün ən böyük möcüzələrindən biri də İncilin və Tövratın orijinallarının tapılması olacaq. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) dövründə təhrif olunmamış haqq Kitabların (orijinal İncilin və Tövratın)  tapılacağını bildirmişdir:
 

...Hz. Mehdinin (ə.s) Mehdi adlandırılmasının səbəbi gizli bir işə istiqamətləndirilməsidir, Tövrat və digər səmavi kitabları Antakyada bir mağaradan tapacaq... (Cabir b. Yezid el-Co'fi, İmam Muhammed Bakır-dən rəvayət edir)

 
Şübhəsiz ki, hz. Mehdi (ə.s) Mehdi adlandırılmışdır. Çünki o, Şam dağlarından birinə tərəf hidayət olunar (istiqamətləndirilər). "Tövrat" kitablarını oradan çıxardar və onlara əsaslanaraq yəhudilərlə münazirə (bir mövzu üzərində aparılan müzakirə) edər və (nəticədə) bir qrup yəhudi onun vəsiləsi ilə müsəlman olar. (Harun b. Maruf; Zamra b. Rabia'dan, Abdullah b. Şevzeb'dən rəvayət edir.)
 

Quranda müsəlmanlara Kitab əhlinə sevgi və şəfqətlə yanaşmaq əmr olunmuşdur

 
Quranda bütün müsəlmanlara Kitab əhlinə sevgi, hörmət, şəfqət və mərhəmətlə yanaşmaq, onları qorumaq,  ehtiyaclarını ən gözəl şəkildə qarşılamaq əmr olunur.
 
Quranın Kitab əhli barədə hökmü açıq ifadə edilmişdir. Bu hökm peyğəmbərimizin (s.ə.v) sünnəsində də aydın görünür. Kitab əhli bizim "Lailahəilləllah" qardaşlarımızdır. Ermənilər, yəhudilər, ortodokslar, protestantlar, bütün xristian aləmi bizim qardaşımızdır. Hamımız eyni Allah`a iman gətirmişik. Yəhudilərin də, xristianların da, müsəlmanların da müqəddəs Kitablarında eyni Allah inancı var. Hər birimiz hz. İbrahimin (ə.s) nəvələriyik. Üç dinin mənsubları da eyni dini etiqadlara sahibdirlər. Buna görə, Kitab əhlinin varlığı özlüyündə böyük nemətdir. İslam dinindəki gözəlliklər yalnız müsəlmanlar üçün nəzərdə tutulmayıb. Eyni zamanda Quran Kitab əhlindən də bəhs edir. Qurana görə Kitab əhli də rahatlıq, dinclik içərisində yaşayacaq və müsəlmanlar tərəfindən qorunacaqlar. Kitab əhli ilə dostluq münasibətləri qurmaq, onlarla görüşmək, danışmaq, söhbət etmək, əlbəttə, Quran əxlaqının təzahürüdür. Quranda Kitab əhli ilə evlənmək, onların yeməklərindən yemək, onlarla sosial və ticarət əlaqələri qurmaq halaldır. Kitab əhlinə qarşı sevgi və şəfqət İslam dininin əmridir, müsəlmanlar üçün ibadətdir. Allah bir ayəsində belə buyurur:
 
Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)
 
Peyğəmbərimizin (s.ə.v) Kitab əhlinə aid bəzi hədisləri:
 

"Bir zimmini (ərəb ordusunda könüllü xidmət edən xristianlar) haqsız yerə öldürən kəs cənnətin qoxusunu duya bilməz. Halbuki, onun qoxusunu qırx illik yoldan duymaq olar." (Buhari, Cizye, 5)

"Kim bir zimmiyə zülm edər və ya gücü çatmayan işlə yükləyərsə, yaxud da zorla ondan bir şey alarsa, qiyamət günü mən onun düşməniyəm." (Ebu Davud, Harac, 31-33)

"Kim bir zimmiyə əziyyət versə, mən ondan şikayətçiyəm. Mən kimdən (bu dünyada) şikayət etsəm, qiyamət günündə də şikayət edərəm." (Acluni, Keşfu'l-Hafa' II, 218)

"Çəkinin! Kim belə insanlara (yəni müqavilə bağladıqları şəxslərə) qarşı zalım və sərt olsa, onların haqlarını tapdalasa, gücü çatmayanı yükləsə və ya istəmədikləri halda onlardan bir şey alsa, hökm günü onlardan şikayət edəcəyəm." (Ebu Davut, Cihat; (İslamda Devlet Nizamı, Ebu-l A'la-El Mevdudi, Hilal Yayınları, 1967, səh.71)

 
Hz. Ömər dövründə fəth edilən ölkələrdə heç bir ibadət evinə qarşı hörmətsizlik edilməmişdir. Əbu Yusuf yazır: "Bütün ibadət yerləri olduğu kimi saxlanıldı. Onları yerlə bir etmədilər, məğlub olanları isə əşya və mallarından məhrum etmədilər." (Ebu Yusuf, Kitab-ül Haraç; İslamda Devlet Nizamı, Ebu-l A'la-El Mevdudi, Hilal Yayınları, 1967, səh. 74)
 
Hz. Əli: "Kim bizim zimmimizdirsə, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız kimi mühafizə olunmalıdır" dedi. 
 
Başqa bir mənbədə hz. Əlinin belə dediyi nəql edilir: "Zimmi olduğunu açıq şəkildə qəbul edənlərin malları və həyatları bizimki (yəni müsəlmanlarınkı) qədər müqəddəsdir." (İslamda Devlet Nizamı, Ebu-l A'la-El Mevdudi, Hilal Yayınları, 1967, səh. 76)
 
Hz. peyğəmbər (s.ə.v) xristian İbn Haris b. Ka'b və dindaşlarına yazdırdığı müqavilə mətnində: "Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, malları və namusları Allah`ın, peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyyət dininin mənsubları İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan hər kim cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etməlidirlər" bəndlərini yazdırdıqdan sonra: "Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin..." (Ənkəbut, 29/46) ayəsini oxudu." (İbn Hişam, Ebu Muhammed Abdulmelik, (v.218/834), es-Siretü'n-Nebeviyye, Daru't-Turasi'l-Arabiyye, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, el-Vesaik, səh.154-155, nömrə: 96-97; Doğu Batı kaynaklarında birlikte yaşama, səh.95)
 

Quranda məcburiyyət yoxdur, terror və şiddətin bütün növləri İslamda haram buyurulmuşdur

 
İslam dinində məcburiyyət və təzyiqlərə heç bir halda yer verilməmişdir. Uca Rəbbimiz Quranda bunu bizə belə bildirir:
 
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
 
Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 22)
 
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)
 
İslam dinində şiddət  yolverilməzdir. Quranda müharibə yalnız özünümüdafiə (can, mal, namus təhlükə altında qaldıqda) xarakteri daşıyır. Belə bir vəziyyət yarandıqda da müsəlmanlar əsla həddi aşmamalı, əsirlərlə xoş davranmalı, hətta özləri ac olsa belə ilk növbədə əsirləri yedirtməli, ən qısa zamanda sülhü bərqərar etməli, məzlumları və vətəndaşları qorumalıdırlar. Peyğəmbərimizin (s.ə.v) həyatı buna ən gözəl nümunədir. Peyğəmbərimiz (s.ə.v) və səhabələr Məkkədə yaşadıqları 13 il ərzində oradakı müşriklərin ağlasığmaz işgəncələrinə, hücumlarına, iftiralarına məruz qalmış, evlərindən zorla çıxarılmış, ölümlə hədələnmişlər. Lakin bu hücum və təzyiqlər qarşısında əsla şiddətə əl atmamışlar. Məkkədəki təzyiqlər gücləndikdə isə Mədinəyə hicrət etmiş, burada yaşadıqları müddətdə yalnız özlərini müdafiə etmək üçün məcburən müharibələrdə iştirak etmişlər. Məsələn, Bədr müharibəsinin başlanmasına səbəb Məkkəli müşriklərdən ibarət ordunun müsəlmanları şəhid etmək məqsədi ilə hücuma keçməsi olmuşdur. Xəndək müharibəsində isə müsəlmanlar şəhərin ətrafına xəndəklər qazaraq özlərini qorumağa çalışmışlar. Bir sözlə, keçmişdəki müharibələr azğın bütpərəstlərin hücumlarından qorunmaq üçün məcburiyyətdən yaranmışdır. Heç biri hücum xarakteri daşımırdı. 
Qurana səmimi yanaşan, ayələri diqqətlə oxuyan hər bir insan bağışlamağın Quran əxlaqında olduqca əhəmiyyətli xüsusiyyət olduğunu dərhal anlayar. Quranda Allah müharibə şəraitində həddi aşmamağı, qarşı tərəf müharibəni dayandırarsa müsəlmanların da dərhal dayandırmalı olduğunu xəbər verir:
 
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)
 
Əgər onlar (günah işlərə) son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 192)
 
Eyni zamanda Quran müharibədə əsir düşənləri əfv etməyi və onları azadlığa buraxmağı nəsihət edir. Hətta Allah Quranda cinayət törədən bir insanın bağışlanmasının daha xeyirli olduğunu bildirir. Səmimi müsəlman isə Allah rizası üçün Qurana uyğun olaraq ən xeyirlisini seçməlidir. Allah hətta cinayətkarı da bağışlamağı nəsihət edirsə, bütün vəziyyətlərdə müsəlmanın əsas yerinə yetirməli olduğu hökm bağışlamaqdır. İslam sevgi, şəfqət, mərhəmət, sülh və əmin-amanlıq dinidir.
 
Qəflətən başlayan hücum, elan edilməmiş müharibə terror adlanır. İslam dini isə terrorun bütün növlərini (istər dövlət terroru olsun, istər fərdi şəkildə həyata keçirilən terror) lənətləyir. Quranda müharibənin şərtləri açıq şəkildə ifadə edilmişdir. İslam iki tərəf arasında bağlanmış sülh müqaviləsinin bütün şərtlərini əskiksiz yerinə yetirilməsini əmr edir. Müharibə elan etməyin də Quranda və sünnədə müəyyən şərtləri var. Müsəlman bu şərtlərə riayət etməklə məsuldur. Dövlət yalnız  bu şərtlər reallaşdıqdamüharibə elan edə bilər. Belə bir vəziyyətdə isə yuxarıda müharibə ilə əlaqədar qeyd edilən Quran əxlaqına uyğun hərəkət etmək zəruridir. 
 
Müharibə şərtlərinə riayət etmədən qan tökmək və ya sülh bağlandıqdan sonra cinayət törətmək artıq terror hesab olunur. İslam dini isə terroru lənətləyir.
 

Kitab əhli müsəlmanların himayəsindədir

 
Cənab Adnan Oktarın bu mövzuya münasibəti:
 
Aparıcı: Adnan bəy,  Ayşegül Çayırgan bizə belə bir sualla müraciət edir: “Bir neçə gün əvvəl kilsədən çıxan 6 qibti xristian atəş açılaraq öldürüldü. Bütün qərb mediası bu xəbərlə çalxalandı, hadisə müsəlman ölkəsində baş verdiyi üçün böyük etirazlara səbəb oldu. Misir hökuməti bu məsələ ilə bağlı heç bir açıqlama vermir. Bu haqda nə düşünürsünüz? 
 
Adnan Oktar: Son zamanlar bəzi xristian yoldaşlarımız, qardaşlarımız müsəlmanlarıqantökən, zalım, antidemokratik, haqq-hüquq tanımayan insanlar kimi qələmə verməyə can atırlar. Xüsusilə amerikalı protestant qardaşlarımız, yevangelistlər (müasir missioner xristianlar) keçmişdəki müharibələri nümunə kimi göstərərək belə danışıqlara yer verirlər. Keçmişdə baş vermiş müharibələrdən bəhs etməli olsaq on minlərlə insanın ölümü ilə nəticələnən tarixin ən qanlı və qəddar müharibələrindən olan Xirosima və Naqasakini mütləq dilə gətirməliyik. Naqasakidə bir göz qırpımında on minlərlə insan qətlə yetirildi. Orada həm müsəlman, həm xristian, həm də müxtəlif dinlərin mənsubları var idi. Bəs bu hansı haqqa, hüquqa sığır? Bir çox ölkədə, o cümlədən, Əfqanıstanda, İraqda qan tökdülər. Hansı hüquq çərçivəsində həyata keçirildi bu müharibələr? Müsəlmanlar bunu "İncilə tabe olanlar belədir, xristianlar belədir, qantökəndir" kimi qələmə vermədi. Biz dedik ki, "Bu mason ruhudur, masonluqda belədir. Müsəlman və ya xristian deyil, dinsiz, imansız insanlar bunu edir”. Bunu əsla xristianlıqla əlaqələndirmədik. Xristianlığın üzərinə atmadıq. Bu səbəbdən, xristian yoldaşlarımız da bir hadisə baş verdikdə müsəlmanları günahlandırmaqdaədalətli davranmırlar, bu fikirlərindən xilas olmalıdırlar. Düzdür, Quranda müharibə var, amma bu cana, mala, namusa zərər verildikdə özünümüdafiə xarakteri daşıyır. Yəni bir insanın evinə silahlı basqın edilsə, pəncərələri sındırılıb gülləbaran edilsə, o adam nə etməlidir? Belə bir vəziyyətdə məhkəməyə versin onları? Hara qaça bilər? Təbii ki, bu vəziyyətdə canını qurtarmalı, özünü müdafiə etməlidir. Özünümüdafiənin şərtləri vardır. Məsələn, insanlar əvvəlcə havaya atəş açırlar, təhdid edirlər, bu cəhdlər özünü doğrultmasa, qarşı tərəfə ciddi xətər yetirməyəcək və ya öldürməyəcək şəkildə onu yaralayaraq dayandırmağa çalışırlar. Bu özünümüdafiədir. Bundan başqa çarə varmı? Qaça bilmədiyinə görə qəfil hücumda nə etmək olar? Burda qınanmalı və ya səhv hesab edilən heç nə yoxdur. Müsəlmanlar o dövrdə güclü təzyiqlərə məruz qalırdılar, böyük zülm görürdülər, xəndəklərə atılıb üzərlərinə neft tökülərək yandırılırdılar. Belə olduqda nə etməli idilər? Gecənin bir yarısı evinə qılıncla, mizraqla basqın edilirdi. "Xoş gəldiniz, gəlin, buyurun çay içəkmi" deyəcəkdilər? Təbii ki, özlərini müdafiə etməli idilər. Özlərini müdafiə edərkən də insan tələfatı ola bilər. Bu qeyri-adi bir şey deyil. Çünki qarşı tərəf onsuz da sənin canına qəsd etmək üçün gəlib. Yəni o anda, kütləvi hücumda insanın özünü müdafiə etməsi çox çətin olar. "Mən adamı zərərsizləşdirim, huşsuz vəziyyətə gətirim” deyə bilməzdi. O dövrdə onsuz da zərərsizləşdirmək üçün imkan yox idi. Buna görə də bu barədə müsəlmanları günahlandırmaq, tənqid etmək çox yanlışdır. Bunu deyənlər özlərini tənqid etsinlər. Peyğəmbərimizin (s.ə.v) fəaliyyətlərində ən kiçik səhvə belə yol verilməmişdir. Müharibələrin heç biri hücum xarakterli deyildi.
 
Adnan Oktar: Və həmişə bağışlamaq tərəfdarıdır. Məsələn, Cənabı Allah buyurur ki, "Həddi aşmayın. Son qoysalar siz də son qoyun", "əsirləri azad edin, onlarla yaxşı rəftar edin”. Fikir verin, necə mükəmməl və insancıl nəsihətlərdir.  Cinayət törədildikdə Allah "qisas sizin haqqınızdır" deyir, yəni əslində cinayətin cəzası edamdır, ancaq “bağışlasanız sizin üçün daha xeyirlidir” buyurur. Müsəlman bağışlamağı, yəni daha xeyirli olanı seçəcəyi üçün nəticədə nə görürük? Burada sevginin, şəfqətin, mərhəmətin ən üst dərəcəsini görürük. Cinayət kimi böyük bir zülmü bağışlamaq nə deməkdir? Allah "bağışlasanız sizin üçün daha xeyirlidir" deyir. Bu səbəbdən İslamiyyət sevgi, şəfqət, mərhəmət dinidir. İncil və Tövrat da belədir. Hətta təhrif olunmuş hissələrində belə bu gözəl xüsusiyyətləri mühafizə edilmişdir. Buna görə də, öldürən, asıb-kəsən üç-beş dəlinin təxribatlarını müsəlmanlara aid etmək çox yanlış hərəkətdir. Onu da qeyd edim ki, cinayət törədənlərin əksəriyyətinin ya İngiltərədə, ya da Amerikada təhsil aldığını, darvinist-materialist təhsilə yiyələndiklərini görürük. Təsəvvüf tərbiyəsi görmüş, ağıllı bir Nur tələbəsi düşünək. Dünyanın hər hansı bir yerində Nur tələbəsinin cinayət törətdiyinə şahid olan varmı? 
 
Oktar Babuna: yoxdur, inşaAllah.
 
Adnan Oktar: Bir dəfə olsun yaralamaqla ittiham olunubmu? Milyonlarla Nur tələbəsi var, əsla belə hərəkətlərə yol verməzlər. Məsələn bir Sufinin, hər hansı  təriqət mənsubunun, məsələn xarici ölkələrdə Şazinilər, Naqşibəndilər var, bu insanların belə hadisələr törətdiyinə rast gəlirikmi?Yaxud da bir fiqh aliminin, gözəl əhli-sünnə tərbiyəsi almış bir alimin buna bənzər bir şey etdiyini görmüşükmü? Görməmişik. Kimlərdə görmüşük? İbn Miskəveyhçi olan Darvinist-materialist ideologiyanı müdafiə edən, sosializmə simpatiyası olan Çe, Ho Şi Minh pərəstişkarı, Leninin düşüncələrini İslamla uyğunlaşdırmağa çalışan, belə alçaq düşüncəyə sahib tiplərdə, bu səbəbdən, bunları ayrı tutmalıdırlar, biz gerçək müsəlmanları nəzərdə tuturuq. Gerçək Müsəlman hər zaman şəfqətli, mərhəmətli, sevgi doludur. (Adnan Oktarın 10.01.2010 tarixli Kral Karadeniz və Kanal 9 reportajından)
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr