BÖYÜK ƏHLİ-SÜNNƏ ALİMLƏRİ İSLAM ÜMMƏTİNİN HAKİMİYYƏT DÖVRÜNÜN HİCRİ 1500-CÜ İLƏ QƏDƏR OLACAĞINI İFADƏ ETMİŞLƏR
ucgen

BÖYÜK ƏHLİ-SÜNNƏ ALİMLƏRİ İSLAM ÜMMƏTİNİN HAKİMİYYƏT DÖVRÜNÜN HİCRİ 1500-CÜ İLƏ QƏDƏR OLACAĞINI İFADƏ ETMİŞLƏR

1481
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axır zamanda çıxacağı müjdələnən Hz. Mehdinin (ə.s.) zühur zamanı olaraq Hicri 1400-cü il verilmişdir. Peyğəmbərimiz (s.ə.v.) insanların Hicri 1400-cü ildə Hz. Mehdinin (ə.s.) ətrafında toplanmağa başlayacaqlarından, bundan sonra isə 100 il davam edəcək bir hakimiyyət dövründən bəhs edir. Bu 100 illik müddətdə İslam əxlaqı bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan Dəccaliyyət sistemi tamamilə ortadan qalxacaq. Ancaq bu dövrdən sonra, yəni Hicri 1500-cü illərdə Dünya yenidən qarışıqlığa uğrayacaq və Peyğəmbərimizin (s.ə.v) hədisləri istiqamətində şərhlər edən böyük əhli-sünnə alimlərindən olan Suyuti və Bərzəncinin fikirlərinə görə İslam ümmətinin ömrü sona çatacaq (Doğrusunu Allah bilir.)
 
1. "MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK." (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, sh. 89.) ifadəsilə dünyanın ömrünün Hicri 1500-cü illərdə sona çatacağını ifadə etmişdir. 1
 
2. "Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili aşmayacaq." 2 (Kıyamet Alametleri, 299) şəklində bildirərək Hicri 1500-cü ildən sonraya diqqət çəkmiş və Hz. Mehdinin (ə.s.) zühurundan sonra dünyanın ömrünün Hicri 1500-cü ili keçməyəcəyini ifadə etmişdir.
 
 
__________________________________________
 
ƏDƏBİYYAT:
 
1 "MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK." (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, sh. 89.)
 
2 Bu ümmətin ömrü min (1000) ili keçəcək lakin min beş yüz (1500) ili aşmayacaq. (Kıyamet Alametleri, 299)

PAYLAŞIN
logo
logo
logo
logo
logo