Ədalət,insanlar arasındakı anlaşılmazlıqları həll edərkən haqq sahibinə heç birtərəftutmadan haqqını vermək mənasını verir. AmmaQuran əxlaqına əməl etməyən insanlar əsasən tam və qəti ədalət anlayışı ilə hərəkət etməzlər. Bir çox xarici amillər onların ədalətli qərar qəbul etmələrinə təsir göstərə bilər. Məsələn, belə bir adam özünə daha yaxın hesab etdiyi insanın lehinə qərar qəbul edə bilər. Həmçinin mənfəətinə uyğun gördüyü, özünə faydalı olan şəkildə hökm verə bilər. Yəni hər növ şəxsi mənfəət naminə verilən qərar ədalətli olmaya bilər.
Lakin insanların ədalətsizlikləri daha çox kin bəslədikləri insanlara qarşı olan davranışlarında ortaya çıxır. Nəfsinin diqtə etdiyi kin hissinə qapılan insan qarşısındakı şəxslə bağlı ədalətli qərar qəbul etməkdə çətinlik çəkə bilər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, onunla bağlı ədalətli qərar qəbul etməyə bilər. Eləcə də kin bəslədiyi insanın və ya topluluğun haqqına təcavüz edə bilər.
Bu səbəbdən də Allah kin hissinin ədalətə mane olmasına xüsusilə diqqət yetirmiş və müsəlmanları bununla bağlı xəbərdar etmişdir:
«Ey iman gətirənlər! Allah qarşısında sabit-qədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!» («Maidə» surəsi, 8)
Ayənin əmrinə əsasən müsəlmanlar yaxınlıq, mənfəət, qohumluq əlaqəsi və ya kin kimi səbəblərə görə, qarşılarındakı insan və ya topluluqla olanmünasibətdə heç vaxt ədalətsizlik etməzlər. Qarşılarındakı insanların fərqli, hətta müsəlmanların inancına zidd inanca, düşüncəyə və fəlsəfəyə malik olmaları onların həmin topluluq haqqında doğru qərar qəbul etmələrinəmane ola bilməz. Onlar heç vaxt hisslərinə qapılaraq hərəkət etməz və ağıllı mövqedən uzaqlaşmazlar. Verəcəkləri hökm əleyhlərinə də olsa, haqqı gizləməz və doğrudan kənara çıxmazlar.