Dərin dövlətin ifşa olunması
ucgen

Dərin dövlətin ifşa olunması

1601

ABŞ prezidenti Tramp sosial mediada prezident seçkiləri ərəfəsində Obamanın onun ofisini və telefon danışıqlarını dinlətdirdiyini iddia etdi. Bu iddia Vaşinqtonu dərin dövlət söhbətləri ilə çalxalanmasına səbəb oldu. Ağ Evin mətbuat katibi Şon Spayser ötən günlərdə brifinqdə soruşulan dərin dövlətlə bağlı sualları cavablandırmış və Obama rəhbərliyi dövründən qalan, Tramp hökumətinin“quyusunu qazan”bir qrupun mövcud olduğundan şübhə etmədiyini vurğulamışdır.

Fevral ayından ABŞ və Avropanın kütləvi informasiya vasitələrində dərin dövlətlə bağlı ard-arda məqalələr yayımlanır. “New York Times”qəzetində “Sızma xəbərlərin çoxaldığı vaxt Amerikada dərin dövlət qorxusu” başlıqlı məqalə yayımlanmışdır. Məqalədə “Amerika öz dərin dövlətinin yüksəlişinəmi şahidlik edir?” sualı qeyd olunmuş və hökumətdəki sızma xəbərlərin Trampın hakimiyyətinə mane olduğu bildirilmişdir.

CNN kanalı da canlı yayımda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Rusiya əməliyyatlarının köhnə rəhbəri Stiven Hol ilə apardığı müsahibədə “ABŞ hökumətində dərin dövlət qorxusu” yarımbaşlığı ilə mövzuya yer ayırdı.11 mart 2017-ci il tarixdəCNN-nin internet saytında “dərin dövlətin nə olduğu və bu ifadənin nə üçün son günlərdə geniş yayıldığı”ilə bağlı məqalə yayımlanmışdır. Həmin məqalədə bu ifadənin “təhlükəsizlik qüvvələri və hökumət bürokratiyasında cinayətkar birliklər” üçün istifadə olunduğu bildirilmişdir. Bundan başqa, bu terminin ilk dəfə “New York Times”ın 1997-ci ildə yayımladığı məqalədə “qanundankənar fəaliyyət göstərən qaranlıq qüvvələr zənciri” olaraq təsvir edildiyi bildirilib. ABŞ Konqressinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç  “Associated Press” agentliyinə verdiyi müsahibədə: “Əlbəttə, dərin dövlət vardır” – demişdir. Qinqriç, eyni zamanda: “hər istədiklərini edən bürokratiyalardan ibarət bir dövlət var... Öz hakimiyyətlərini əldə saxlamaq üçün mübarizə aparırlar”- deyə bildirib. Aydın olduğu kimi, bu günə qədər Yaxın Şərq ölkələrinə aidtəşkilat olduğu düşünülən “dərin dövlət” bir anda Qərb demokratiyasının mərkəzində özünü göstərdi.

ABŞ-dakı dərin dövlətin əsrlər boyu mövcud olmasını göstərən yeganə dəlil Trampa qarşı olan cərəyanlar deyildir.Avraam Linkolnun öldürülməsi və Kennedinin sui-qəsdi ABŞ dərin dövlətinin prezidentləri belə öldürə biləcək hakim gücə sahib olduğunu göstərir. Ancaq dərin dövlət bu gün ABŞ hökumətinin düşündüyü kimi Obama hökumətinə daxil olmuş bir qrupla məhdud deyil. Görünən dərin dövlətin sadəcə “aysberqin suyun üstündəki hissəsi”dir. Belə ki, Amerikanın Kentukkidəki nümayəndəsi Tomas Massinin: “Düşündüyümüzdən daha dərin olmasından qorxuram.  Bu, Rusiyavə ya digər ölkələrə qarşı təxribat təşkil etmək istəyənlərin prezidenti bu istiqamətdə təşviq etmək cəhdi də ola bilər. Buna görə bunun“Trampa qarşı Obama”deyil, “qanuniseçilmiş prezidentə qarşı dərin dövlət” məsələsi olduğunu düşünürəm” sözləri bu gerçəyi təsdiq edir.

Massinin bəhs etdiyi  “daha dərin dövlətin qolları yalnızca siyasi və bürokratik kütləyədeyil, Mərkəzi Kəşfiyyat İdarəsindən Milli Təhlükəsizlik Agentliyinə, Pentaqondan analitik mərkəzlərə, hətta akademik dairələrə və sosial media qruplarına qədər gedib çıxır. Dərin dövlətin burada çox böyük təsir gücü və hakimiyyəti var.Lakin dərin dünya dövləti bu dəfə bacarmadı. Belə ki, Tramp prezident olduqdan sonra illərdən bəri heç yaşamadığı məğlubiyyəti yaşadı vənifrətini açıq nümayiş etdirərək ilk dəfə özünü bu qədər ifşa etdi. Seçkilərdən dərhal sonra təkcə ABŞ-da deyil, bütün dünyada başlayan Tramp əleyhinə nümayişlər və anti-təbliğat kampaniyaları dərin dövlətin yalnızca ABŞ-a deyil, bütün dünyaya hakim olan təhlükəli bir qurum olduğunu göstərdi.

Buna görə də məsələ ABŞ dərin dövləti deyil, ABŞ-da əsaslı təşkilatlanan qlobal dərin dövlətdir. Bəs bu dünya dərin dövlətinin mərkəzi haradadır?

Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser “Fox News”-a verdiyi müsahibədə “dərin dünya dövlətinin” əsil mərkəzinə diqqət çəkmişdir. Spayser müsahibəsində Obamanın Donald Trampın telefonlarını dinlətdirərkən Milli Təhlükəsizlik Agentliyi (NSA), Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və ya Ədliyyə Nazirliyindən istifadə etmədiyini, kəşfiyyat idarəsi olan İngilis Hökuməti Rabitə Mərkəzindən (GCHQ) istifadə etdiyini bildirdi. Demək ki, məsələ mühüm olduğuna görəbütün axtarış sistemlərindən istifadə edilmiş və Obamaya İngiltərədəki əsas mərkəzinvə texnologiya imkanlar; verilmişdir. Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano da Obamanın zamanında 3 müxtəlif kəşfiyyat idarəsinin qeyri-qanuni olaraq İngilis Hökuməti Rabitə Mərkəzindən istifadə etdiyini bildirdi.

ABŞ-dakı dərin dünya dövləti söhbətlərindən sonra “Independent”, “The Economist”, “Daily Mail” kimi öndə gedən mətbuat orqanları dərhal hərəkətə keçdi. “sui-qəsd nəzəriyyəsi, “əsassız iddialar”, “Tramp hökumətinin yeni terminologiyaları” kimi şablon sözlərlə dərin dövlət iddialarının üzərini örtməyə çalışdılar.

Amerikada “New York Times”, “CNN” kimi mətbu orqanlar da həmin taktikadan istifadə etdi. İngiltərənin daimi müstəmləkəsi Yeni Zelandiyanın məşhur "Nzherald" qəzeti də“Bilməlisiniz ki, dərin dövlət ABŞ-ın sonuncu sui-qəsd nəzəriyyəsidir” başlıqlı məqalə yayımlayaraq dünyanın digər tərəfindən dərin dünya dövlətinə sədaqətini bir daha göstərdi.

Bu gün bir çox xalq kimi ABŞ xalqı da hind əfsanələrindəki“qaranlıqda əli ilə filə toxunaraq onu tanımağa çalışan insanlara” bənzəyir. Hər kəs öz toxunduğu yerin nə olduğunu bildirməyə çalışır. Nəticədə bir-birinə ziddbir çoxfikirlər ortaya çıxır. Halbuki diqqətlə baxdıqda ortada bircə fildən, yəni əsrlər boyu aşkar, son 50 ildə isə gizli müstəmləkə imperatorluğu olan ingilis dərin dövlətindən başqa bir şey olmadığını görmək mümkündür.

 

Adnan Oktarın “Pravda”, “News Rescue”,“Riyadh Vision”da yayımlanan məqaləsi

http://www.pravdareport.com/opinion/columnists/20-03-2017/137143-deep_state-0/

http://newsrescue.com/deep-state-comes-light/

http://www.riyadhvision.com.sa/2017/03/28/the-deep-state-comes-to-light/

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr