Peyğəmbərimiz (s.ə.v) hədislərində hicri əsrin əvvəlində―1400-cü ildə də zühur edən ən böyük mücəddid, qütbü-əzəm və ən böyük vəli olan hz. Mehdi (ə.s)-ın gəlişini xəbər verən diqqəti cəlb edən hadisələrdən bəhs etmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bütün bu əlamətlərin, yaşadığımız hicri 1400-cü ildə ard-arda həyata keçməsi, hz. Mehdi (ə.s)-ın çıxışı dövründə olduğumuzu göstərməsi baxımından olduqca əhəmiyyətlidir.
İLKİN ƏLAMƏTLƏR
Axırzamanda baş verən və din əxlaqının, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin bütün dünyada hakim olmasına vəsilə olan hz. Mehdi (ə.s)-ın zühurunun əvvəlində meydana gələn əlamətlər ilkin əlamətlərdir. Bu əlamətlər hz. Mehdi (ə.s)-ın zühurunun yaxınlaşdığını müjdələyən ilk əlamətlərdir.
1. Hicri 1400-cü ilin (1979) əvvəlində baş verən məşhur qətliamlar
- Təxminən 60 milyon adamın həyatını itirdiyi II Dünya müharibəsi dünyanın gördüyü ən böyük müharibələrdən biri idi. Bütün Avropanı, Rusiyanı, Asiyanın bir hissəsini, Yaponiya və Amerikanı da əhatə edən döyüş geniş sahədə çox böyük qırğınlar yaşanmasına səbəb oldu.
- 1945-ci ildə nasistlərin ölüm düşərgələrinin birində (Nordhausen, Almaniya) çəkilən fotoşəkil, II Dünya müharibəsində yaşanan vəhşiliyin dəlillərindəndir.
- Almaniyanın Nuremberq şəhərinin 1945-ci ildə çəkilmiş şəkillərində II Dünya müharibəsindəki qırğın və dağıntıların ölçüləri açıq şəkildə görülür.
- 1948-ci ildə, 1956-cı ildə, 1967-ci ildə və 1973-cü ildə yaşanan Ərəb-İsrail döyüşləri əsnasında minlərlə insan həyatını itirərkən yüz minlərlə insan da yurdlarından məhrum oldu.
2. Şəhərlərin yox olması
1945-ci ildə Amerikanın Hiroşimaya atdığı atom bombasının partlayış anında və ondan sonra təxminən 100.000 adam ölmüşdür. Hiroşima fəlakətindən 3 gün sonra yenə Amerikanın Naqasakiyə atdığı digər atom bombası nəticəsində partlayış anında təxminən 40.000 adam həyatını itirmişdir. Bombalar bir tərəfdən insanların ölümünə səbəb olarkən, digər tərəfdən də çox böyük bir yaşayış sahəsi məhv olmuş, həyatda qalan bölgə əhalisində isə radiasiyaya görə nəsillər boyu düzəlməyəcək genetik və fizioloji pozulmalar meydana gəlmiş, bu şəhərlərin tam hədislərdə bildirildiyi kimi yox olmasına səbəb olmuşdur.
3. Köhnə İordaniya kralı Abdullahın öldürülməsi
Bilindiyi kimi İordaniya, Haşimi Krallığı olaraq xatırlanır. İordaniya kralı Abdullah 1951-ci ildə ingilislər tərəfindən öldürtdürülmüşdür.
4. Hicri 1400-cü ildən əvvəl öldürülən Şam və Misir məlikləri
1920-ci ildə öldürülən Suriyanın keçmiş Prezidenti Salah Al-Deen Beetar.
1921-ci ildə öldürülən Suriyanın Baş naziri Droubi Paşa.
1949-cu ildə sui-qəsdə uğrayan Suriyanın Baş naziri Muhsin əl-Bərazi.
1910-cu ildə sui-qəsdə uğrayan Misirin Baş naziri Butros Qali.
1945-ci ildə öldürülən Misirin Baş naziri Əhməd Maher Paşa.
1948-ci ildə sui-qəsd nəticəsində öldürülən Misirin Baş naziri Mahmud Nukraşi Paşa.
5. Misirlilərin əsir alınması
26 oktyabr 1956-cı il tarixində İsrail Misirə hücum etdi və Sina yarımadasının işğalına başladı. Birləşmiş Millətlər Təşkilatının birləşməsi ilə qarşıdurmalar bir müddət səngidi və İsrail sərhədinə BM Sülh Gücü yerləşdi. 1967-ci ildəki Altı Günlük müharibə isə İsrail-Misir arasındakı digər müharibə idi. 5 iyunda İsrail Hava Qüvvələri Misirin bəzi hava bazalarına hücum etdilər. Bu hücumlara görə çox böyük zərər çəkən Misir Hava Qüvvələri 5 iyundan sonrakı günlərdə baş verən qarşıdurmalarda heç bir fəaliyyət göstərə bilmədi. Sinadaki Misir orduları geri çəkildi. 9 iyunda İsrail Colan təpələrinə hücum etdi və bölgəyə hakim oldu. Bu zaman Qərb Şəriyə və Qüdsü də yavaş-yavaş ələ keçirirdilər. Bu müharibənin sonunda İsrail, Qəzzə Şeridi samariya ilə Sina yarımadasının hamısını, İordaniyanın qərb sahillərini, Qüds şəhərini və Colan təpələrini ələ keçirdi. Daha sonra aparılan razılaşmalarla İsrail Sinadan tamamilə çəkildi. Ancaq bu gün hələ də qərbi Şəriyə, Colan təpələri və Qüds İsrail işğalı altındadır. Bu döyüşlər zamanı çoxlu sayda misirli İsrail əsgərləri tərəfindən əsir alındı. Bir çox misirli da həyatını itirdi.
6. Şamda fitnələr
Şam bölgəsi yalnız Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdudlaşmır. Şam, ərəb dilində sözün lüğəvi mənası olaraq "sol" mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində olan ölkələri əhatə edir. Təxminən əlli il ərzində bu bölgədə baş verən bəzi böyük hadisələri belə sıralaya bilərik:
Birinci Ərəb-İsrail müharibəsi1948-ci il
Süveyş müharibəsi 1956-cı il
Altı Günlük müharibə 1967-ci il
Yom Kipur müharibəsi 1973-cü il
Livan Vətəndaş müharibəsi 1975-1991-cı il
Fələstin torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər... 2000 -...
7. Ayın yarılması
1969-cu ildə ilk dəfə aya səyahət edildi.
Quranın 54-cü surəsinin adı "Qəmər" dir. “Qəmər”in mənası isə "Ay"dır. Bu surənin birinci ayəsində qiyamət vaxtı ilə əlaqədar çox əhəmiyyətli işarə vardır:
Ayədə istifadə edilən "yarmaq" felinin ərəbcə qarşılığı, "şakka" dır. Bu sözün ərəb dilində fərqli mənaları vardır. Bəzi Quran təfsirlərində "ikiyə yarılma" mənası üstün olsa da, "şakka" kəlməsi ərəb dilində "torpağı şumlamaq, torpağı qazmaq" mənalarında da istifadə edilir. “Ayın yarılması” 20 iyul 1969-cu ildə ay üzərində aparılan tədqiqatlarla reallaşmışdır. Bu tarixdə amerikalı astronavtlar aya ayaq basmışlar, Ay torpağını qazaraq üzərində elmi araşdırmalar aparmışlar, daş və torpaq nümunələri götürmüşlər. Bu hadisə ayədəki ifadələrə tamamilə uyğun gəlir.
Bu barədə digər əhəmiyyətli işarə vardır. Əl-Qəmər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcəd dəyəri bizə aya ayaq basma ili olan 1969-cu il tarixini verir.
Ancaq bunu da ifadə etməliyik: Əlbəttə, ayın yarılması Allahın Peyğəmbərimiz (s.ə.v)-ə verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:
8. Allahın açıq şəkildə inkar edilməsi
19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm, darvinizm kimi Allahın varlığını və Allahın bütün kainatı yoxdan yaratdığını inkar məqsədi ilə yaradılmış fəlsəfələr xüsusilə, 19-cu əsrdən etibarilə insanlara müxtəlif təbliğat üsulları ilə qəbuluna cəhd göstərilmişdir.
9. Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl böyük hadisə baş verəcəkdir
Bu hədisin işarə etdiyi hadisə 1 may 1977-ci ildə onlarla adamın ölümünə və yüzlərlə adamın yaralanmasına səbəb olan və asfaltların qanla örtüldüyü Taksim hadisələrinə işarə edir.
Ərəbcədə Mədinə sözü eyni zamanda böyük şəhər kimi də istifadə edilir. Aşağıdakı hədis buna misaldır.
1 May Taksim hadisəsində 34 ölü və 200 adamın yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş, bu qanlar küçələrə yayılmışdır.
10. Fəratın suyunun kəsilməsi
1975-ci ildə Fərat çayı üzərinə Keban anbarı qurularaq Fəratın suyu ilk dəfə anbarla kəsilmişdir.
BAŞLANĞIC ƏLAMƏTLƏRİ
Başlanğıc əlamətləri adını verdiyimiz Axırzaman əlamətləri Peyğəmbərimiz (s.ə.v)-in, hz. Mehdi (ə.s)-ın zühur etdiyini müjdələyən və bir boyunbağının muncuqları kimi ard-arda reallaşan əlamətləri əhatə edir. Bu əlamətlərin hamısı, hicri 1400-cü illərin başlanğıcından zəncirvari olaraq bir-birinin ardınca reallaşmışdır.
1. Günahsız vətəndaşların qətli
- 1979-cu ildə Əfqanıstan ruslar tərəfindən işğal edildi, işğal illəri ərzində böyük zülmə məruz qalan Əfqanıstanda 3 milyon adam yurdunu tərk etmək məcburiyyətində qaldı.
- 1980-1988-ci illər arasında davam edən İran-İraq müharibəsi əsnasında təxminən 1 milyon insan həyatını itirdi.
- 1982-ci ildə İsrailin Livanı işğalı ərəfəsində Sabra və Şatilla düşərgələrinə edilən basqın, tarixə ən əhatəli və ən böyük soyqırımlardan biri olaraq keçdi. Xristian Falanjist qrupların İsrail əsgərlərinin dəstəyi və istiqamətləndirməsi ilə reallaşdırdıqları hücum əsnasında, çoxu qadın və uşaq olmaqla 3.000-dən çox insan qətlə yetirildi.
- 1992-1995-ci illərdə serblər tərəfindən bosniyalılara qarşı Bosniya - Hersoqovina torpaqlarında böyük soyqırım həyata keçirilmişdir. 300 min adamın öldüyü döyüşdə, yalnız Srebrenitsa qətliamı nəticəsində 8 min müsəlman bir gündə qətlə yetirilmişdir.
- Ruandada hutulərlə tutsilər arasında 1960-cı ildən etibarən davam edən qarışıqlıqlar 1990-cı ildə yüz minlərlə insanın ölməsinə və ya evlərini tərk etməsinə səbəb olan böyük daxili müharibəyə çevrilmişdir.
- 1991-ci il I Körfəz müharibəsi nəticəsində təxminən 200 min insan öz həyatını itirdi.
- 1997-ci ilin yazında 5 böyük ölkəni, Konqo, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bölgəyə təsir edən bir müharibə iki böyük qəbilə arasında baş verdi.
- 2003-cü ildə başlayan İraq işğalında aradan keçən 6 il ərzində təxminən 1 milyon adam öldü, 4 milyon insan da evini tərk edib qaçqın düşdü.
2. Əfqanıstanın işğalı
1979-cu ildə Əfqanıstan torpaqları Rusiya tərəfindən işğal edilmişdir.
3. Kəbə basqını və Kəbədə qan tökülməsi
Həcc ərəfəsində baş verən Kəbə hücumunda eynilə hədisdə təsvir edildiyi şəkildə qırğın yaşanmışdır. Çox maraqlıdır, bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və hz. Mehdi (ə.s)-ın çıxışının digər əlamətlərinin reallaşdığı dövrün əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə, məhərrəm ayının 1-i 1400 il (21 noyabr 1979-cu il) tarixində baş vermişdir. Bundan 7 il sonra 1987-ci ildə yenə Həcc ərəfəsində daha böyük qanlı hadisə baş vermişdir.
4. Dördüncü sülh və Ərəb -İsrail sülhü
İslam aləmindən bir çoxlarının qənaəti, bu hədisdə keçən "4-cü sülh"ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Camp Daviddə əldə edilən razılaşma olduğudur.
5. Səmanın alov və dumana bürünməsi
İndependenta adlı 150 min qros tonluq Rum yükdaşıyan gəmisi 1979-cu ildə İstanbul qarşısında partlamışdır. Bu hadisə nəticəsində böyük bir partlayış baş vermiş və ardınca da çox böyük alov və tüstü səmanı bürümüşdür.
6. İran - İraq müharibəsi
1980-1988-ci illərdə İran və İraq arasında 1 milyon insanın həyatını itirdiyi böyük müharibə baş vermişdir.
- Fars tərəfdən gələn: İran tərəfindən gələn
- Fars: İran - İranlı
- Düzənliyə enməli olanlar: düzənliyə enənlər (İraq düzənliyi)
- Mutık: Bölgədəki bir dağın adı
- Rakabə: Neft quyularının çox olduğu bölgədir.
"Ey Ərəblər! Siz qatı dinçiliyə daha çox meylləndiniz! Siz bunlara lazımi kimi haqq verməsəniz, sizinlə heç kim birlik qurmayacaqdır"
Hədisin bu hissəsində iki tərəf arasında irqçilikdən qaynaqlanan anlaşılmazlığın olacağına işarə edilə bilər. Bu anlaşılmazlığa görə "Yazı"ya (yəni İraq düzənliyinə) eniləcəyi və döyüşün başlayacağı aydın olur.
Allah iki ordudan heç birinə qələbə qazandırmayacaq...
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticə əldə edilməmişdir. İki tərəf də qəti üstünlük əldə etməmişdir.
7. Böyük hadisələrin və heyrətamiz şeylərin meydana gəlməsi
1970-ci illərin sonundan etibarən görünən Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.
1985-ci ildə Kolombiyanın Nevado del Ruiz vulkanının püskürməsi 20.000 adamın ölümünə səbəb olmuş böyük fəlakət idi.
1985-ci ildə Meksika zəlzələsi.
2500 illik İran şahlığı devrildi və İran şahı Rza Pəhləvi öldü.
29-30 aprel 1991-ci ildə Banqladeşdə baş verən sel fəlakətində 139.000 insan həlak olmuşdu. Təxminən yarım milyon heyvan da tələf olmuşdu.
1997-ci ildə Şimali Dakota Grand Forksda çayın daşması ilə 1.8 milyon hektar kənd təsərrüfatı sahəsi su altında qalmışdı. 1 milyard dollardan çox ziyana səbəb olan hadisə qəzetlərdə “Böyük Palçıq: Şəhər yoxa çıxdı” başlığı ilə bəhs edilmişdi
1999-cu il "Tayvanda 7.6 ballıq zəlzələ baş verdi”
Kəbəyə hücum edildi və çoxlu sayda müsəlmanın qanı axıdıldı.
- Hindistanın Bombey şəhərindəki fabrikdən sızan qaz 20.000 adamın ölümünə səbəb oldu.
- İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edən müharibə başladı.
- Ruslar Əfqanıstanı işğal etdi.
- Mexiko şəhəri şiddətli zəlzələ ilə yerlə yeksan oldu.
- Şimali Kolumbiyadakı Nevado Del Ruiz vulkanı 400 ildə ilk dəfə püskürdü. Əriyən qar və buzun yaratdığı palçığa görə Armero şəhəri xəritədən silindi. 20.000 adam öldü.
- Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.
- Xristianlığın mərkəzi olan Romanı su basdı.
- 1986-da Çin tarixində ən böyük meşə yanğını baş verdi.
- Hindistanın Baş naziri İndra Qandi, Misir prezidenti Ənvər Sədat, İsveç Baş naziri Olof Palme öldürüldü.
- Papa II Jean Paul vuruldu.
1980-ci ilin əvvəllərində ilk QİÇS xəstəliyi təsbit edildi. Bu günə qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə "Əsrin vəbası" adı verildi.
1986-cı ildə kosmik gəmi Kallengerin kosmosa buraxılmasından sonra partlayış baş verdi.
- 26 aprel 1986-cı il Ukraynadakı Çernobıl nüvə stansiyasında indiyə qədər görünən ən böyük nüvə partlayışı baş verdi. Bir çox Avropa ölkəsi, yayılan radiasiyanın təsirinə məruz qaldı.
- Ozon təbəqəsinin deşilməsi dünya iqliminə çox böyük mənfi təsir etdi.
- SSRİ dağıldı və Qorbaçovla birlikdə müstəqil dövlətlər ortaya çıxdı.
- İraqın Küveyti işğal etməsindən sonra illərlə davam edən Körfəz müharibəsi başladı.
- Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 adam evini tərk edərkən, ölənlərin sayı 40.000-i keçdi.- 1989-cu ildə Çində kommunist bölüklər tanklarla şagirdlərin üzərinə yeridi, Tiananmen meydanında 2000 şagird öldü.
- Soyuq müharibənin simvolu olan Berlin divarının tikilməsindən 28 il sonra ləğv edildi.
- 1990-cı ildə Kəbədə tuneldəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.
- 1991-ci ildə Banqladeşdə baş verən sellərin nəticəsində təxminən 139.000 adam öldü, on milyonlarla insan evsiz qaldı.
- Son 20 ildir Amerikada fırtınalar, qasırğalar və sellər ara vermir. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və dəymiş ziyan milyard dollarla ölçüldü.
- Bosniya və Kosovadakı qırğınlarda yüz minlərlə müsəlman öldürüldü və yüz minlərlə insan yurdundan çıxarıldı.
- Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.
- Əli Nino bütün dünya ölkələrinə böyük fəlakətlər gətirdi.
- 19 oktyabr 1987-ci ildə London birjası çökdü. Baş verən böyük çaxnaşma nəticəsində 50 milyard sterlinqlik dəyər itdi.
- 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki Federal binaya edilən bombalı hücumda 168 insan öldü.
- 22 mart 1997-ci ildə Hale-Bopp quyruqlu ulduzu saatda 160 km sürətlə dünyanın 195 milyon km yaxınlığından keçdi. Adi gözlə görünən Hale-Boppun keçməsi, bütün dünyada milyonlarla insan tərəfindən böyük maraqla qarşılandı.
- 10 may 1997-ci il İrandakı 7.1 ballıq zəlzələdə 1500 adam öldü.
- 4 fevral 1998-də Əfqanıstandakı 6.1 ballıq zəlzələdə 5 min adam həyatını itirdi.
- 25 yanvar 1999-cu il Kolumbiyadakı 6 ballıq zəlzələdə 1171 adam həyatını itirdi.
- 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 ballıq zəlzələdə 2100-dən çox adam həyatını itirdi.
- 11 sentyabr 200-cü ildə ABŞ-a tarixin ən böyük terrorist hücumu təşkil edildi: İki sərnişin təyyarəsi səhər saatlarında 18 dəqiqə ara verməklə Nyu Yorkdakı Dünyanın Ticarət Mərkəzi olan iki göydələni vurdu. Ardınca bir başqa təyyarə Pentaqona düşdü. Hücumda beş mindən çox insan öldü.
- Hindistanda böyüklüyü 7.9 bal olan zəlzələ baş verdi və minlərlə adam həyatını itirdi.
- Avropadakı həddindən artıq isti hava 10 minlərlə insanın ölümünə səbəb oldu.
- 60.000 ildən bir baş verən hadisədə Mars planeti dünyaya ən yaxın mövqeyə gəldi.- Noyabr 2003-cü ildə dünyanın ən quraq bölgələrindən olan Məkkədə baş verən sel fəlakətində 12 insan həyatını itirdi.
8. Şam və Misir məliklərinin öldürülməsi
- Ənvər Sədat 1981-ci ildə rəsmi keçid ərəfəsində müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdir.
- 1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda Falanjist lideri Bəşir Cemayel öldü.
- Livanın Baş naziri Rafiq Haririyə 14 fevral 2005-ci ildə sui-qəsd təşkil edildi, Hariri həyatını itirdi.
- Livan Sənaye Naziri Pierre Cəmayel, 2006-cı ilin noyabrında sui-qəsd nəticəsində həyatını itirdi.
9. Ramazan ayında ay və günəş tutulmaları
- 1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü ay, 29-cu günü də günəş tutulmuşdur.
- Yenə "ikinci olaraq", 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü ay, 28-ci günü də günəş tutulmuşdur.
Heyrətləndirici şəkildə oxşar tutulma hadisəsi 2002 və 2003-cü illərdə də baş vermişdir.
10. Quyruqlu ulduzun görünməsi
Ancaq 76 ildən bir dünyamızın yaxınlığından keçən Halley quyruqlu ulduzu 1986-cı ildə, 76 illik fasilədən sonra yenidən dünyanın yaxınlığından keçmişdir.
Tarix boyu bu kometanın keçdiyi zamanlarda müsəlmanlar üçün çox əhəmiyyətli, hətta dönüş nöqtəsi sayılan hadisələr baş vermişdir. Bunlardan bir qismi Peyğəmbərimiz (s.ə.v)-dən köçürülən rəvayətlərdə də bildirilmişdir:
Bu ulduz çıxarkən baş verən digər əhəmiyyətli hadisələr də bunlardır:
Hz. İsa doğulmuşdur.
Peyğəmbərimiz (s.ə.v.)-ə ilk vəhy gəlmişdir.
Osmanlı dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.
İstanbul Fatih Sultan Mehmet tərəfindən fəth edilərkən də bu ulduz görünmüşdür.
11. Müsəlmanların bir-biriləri ilə vuruşmaları
Hicri 1400-cü illərin əvvəlindən etibarən bəzi müsəlman ölkələri arasında döyüş və qarşıdurmalar baş vermişdir. İran-İraq müharibəsi, İraqın 1990-cı ildə Küveytin işğalı və s. bu döyüşlərə nümunədir.
12. Sistemlərin dəyişməsi
Bu hədisdə Peyğəmbərimiz (s.ə.v), Mehdinin "zamanın kəsildiyi", yəni bir çox hədis şərhçilərinin də ifadə etdiyi kimi "zamanın fərqləndiyi", "sistemlərin dəyişdiyi" bir dövrdə gələcəyini bildirmişdir. 20-ci əsrdə dünyanın dörd bir tərəfində hakim olan kommunist rejimlərinin əsrin sonlarına doğru devrilməsi ehtimal olunur.
- 1989-cu ildə Berlin divarı yıxılmış,
- 1991-ci ildə SSRİ dağıdılmışdır.
13. Azərbaycanın işğalı
1990-cı ilin sonlarından etibarən ermənilər tərəfindən Azərbaycanın işğalı başlamışdır.
14. Şərq tərəfdən alovun görünməsi
1991-ci ildə bu hadisə reallaşmışdır. İyul ayında İraqın Küveyti işğal etməsi və Küveytə aid neft quyularını yandırması nəticəsində Küveyt, Bəsrə körfəzi çox böyük alova bürünmüşdür. Səddamın əmri ilə əsgərlər Küveytdəki neft quyularını yandırmışdılar.
15. İsrail-Fələstin sülh danışıqları
Beyti-Məqdis: Məscidi-Əqsa
Hədisdə Beyti-Məqdis deyilərək Qüdsdə baş tutacaq sülh razılaşmasından bəhs edilir. Bilindiyi kimi Fələstin torpaqlarında qarşıdurma və gərginlik əlli ildən çoxdur ki, davam edir. Ancaq 1993-cü ildə Osloda aparılan sülh danışıqları bu torpaqlara dinclik və təhlükəsizliyin olması üçün əhəmiyyətli addım hesab edilir.
16. Küləklər və qasırğalar
1987-ci ilin oktyabr ayında Cənub-şərqi İngiltərə 1703-cü ildən bəri baş verən ən böyük fırtına ilə qarşılaşdı.
1990-cı ildə Filippin adalarındakı Mike 750 adamın ölümünə səbəb oldu.
1991-ci ildə Thelma fırtınası Filippinin Leyte adasını cənginə aldı. 6 mindən çox adam öldü.
1992-də Andrev qasırğasının səbəb olduğu ziyan yalnız Meksika körfəzində təxminən 0.50 milyard dollardır.
1995-ci ildə Filippində Angela qasırğasında minə qədər adam öldü.
13 may 1996-da Banqladeşin qərbində olan fırtınalarda təxminən 500-1000 adam ölmüşdür.
1998-ci ildə Orta Amerikada, xüsusilə Honduras və Nikaraquada baş verən Mitch qasırğasında 9 mindən çox adam öldü, 15 min adamın itkin düşdüyü, 2.3 milyon adamın qasırğadan əziyyət çəkdiyi məlum oldu.
1999-cu ildə Hindistanın Orissa əyalətində baş verən fırtınada ən az 10 min adam öldü.
2002-ci ilin avqustunda Avropanın orta və şərq bölgələrində baş vermiş sel nəticəsində ölənlərin sayı 114-ə çatmışdı. 21 sentyabr 2003-cü ildə Cənubi Koreyada son 40 ildə baş vermiş ən şiddətli qasırğada isə 2 gündə təxminən 200 insan ölmüşdür.
2004-cü ildə Haitidə Jeanne qasırğasında 1890 adam öldü, təxminən 850 adam itkin düşdü.
2005-ci ildə Katrina qasırğası ABŞ-ın cənubunda xüsusilə Luiziana və Mississippidə 1500-dən artıq adamın ölümünə səbəb oldu.
2007-ci ildə Banqladeşdə baş vermiş Sidre qasırğasında ən az 4 min 400 adam öldü, milyonlarla insan evsiz qaldı.
17. Tozlu-dumanlı fitnə
11 sentyabr 2001 tarixində, Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi baş tutmuşdur. Televiziya ekranlarında və qəzetlərdə də gördüyünüz kimi, bu iki böyük terror hadisəsinin ardınca böyük toz buludu və duman ətrafı bürümüşdü.
18. Zəlzələlərin artması
1989-ci ildə San-Fransiskoda, 1988-ci ildə də Ermənistanda baş verən şiddətli zəlzələlərdə minlərlə adam ölmüş, yüz minlərlə insan evsiz qalmışdır. Dəymiş ziyan milyardlarla dollarlarla ölçülürdü.
90-cı və 2000-ci illərdə də zəlzələlər şiddətlənərək artmış, Kobedəki böyük zəlzələni, Türkiyə, Afina, Tayvan və Meksikada baş vermiş zəlzələlər davam etdirmişdir.
Alyaskada baş verən 9.2 ballıq zəlzələ nəticəsində yerdə böyük yarıqlar meydana gəlmişdir.
Kaliforniyada 17 yanvar 1994-cü ildə baş verən 6.7 ballıq zəlzələnin maddi ziyanı 40 milyard dolları keçirdi.
Kobe zəlzələsi 12 saniyə davam etməsinə baxmayaraq şəhəri tanınmaz hala salmışdı.
2008-ci ildə Çində baş verən böyük zəlzələ on minlərlə insanın həyatını itirməsinə, bir çox insanın da şikəst qalmasına səbəb olmuşdur.
1985-ci ildə Meksikada baş vermiş şiddətli zəlzələ nəticəsində 1 milyon insan evsiz qalmış, 9.000 ölmüş və 30.000-i yaralanmışdır. (Qapalı) Xarab olmuş Benito Juarez xəstəxanası.
19. Dünyada qarışıqlıq və çaxnaşmanın yayılması
(* Hərc-mərclik: İnsanlar arasında yaranan fitnə, fəsad, dağınıq, qarışıqlıq, nizamsız mühit)
Hədisdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıq, döyüşlər, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır.
Yeni Şəfəq, 29 dekabr 1999-cu il, "Qırğınlar əsri "
Zaman, 2 sentyabr 2000-ci il, "Dünya sülhə həsrət"
Vətən, 17 yanvar 2003-cü il, "Anarxizm xortladı"
Respublika, 2 yanvar 2002-ci il, "Dünya sülh istədi”
20. Müsəlmanlara təzyiqlərin artması
Dövrümüzdə və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində yaşanmış qarşıdurmalar və qarışıqlıq mühiti, bəzi müsəlman ölkələrindəki diktator idarəedicilərin səbəb olduğu zülmlər, hədislərdə xəbər verilmiş hadisələrin həyata keçməyə başladığını göstərən dəlillərdəndir
21. İnsanların bir-birindən qaçması
Son 20-30 ildə bu artım diqqəti cəlb edən bir rəqəmə çatmışdır. 2001-ci ildən etibarən təxminən 23 milyon olan dünyadakı qaçqınların sayı, 2002-ci ildə az qala 30 milyona yaxınlaşmışdır.
22. Günəşdən bir əlamətin meydana çıxması
Bu əsrin ən böyük günəş partlayışı 4 noyabr 2003-cü ildə baş vermişdir.
23. Bir ordunun itməsi
2003-cü ildə baş verən İraq müharibəsi ərəfəsində İraq ordusunun böyük qismi birdən-birə yox oldu. Bir çox qəzet və televiziyada, Respublika mühafizəkarları kimi tanınan təxminən 60.000 nəfərlik ordunun və Fədailər kimi tanınan təxminən 15.000 iraqlı əsgərin itməsi xəbər olaraq yer aldı.
24. İraqlıların pulu qalmayacaq
İraq müharibəsindən sonra İraq dinarının tədavüldən qaldırılması əsas məsələ olmuşdur. Son döyüşlə birlikdə İraq dinarının sürətlə dəyərinin itməsi və tədavüldən çıxma ehtimalı 2003-ci il tarixli qəzet xəbərlərində geniş yer almışdır.
25. Bağdadın yandırılaraq yox edilməsi
2003-cü ildə İraq müharibəsində müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardman edilən şəhərlərdən biri olmuşdur. Ağır bombardman gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi od içində yanmasına səbəb olmuşdur.
26. İraqın yenidən qurulması
2003-cü ildəki İraq müharibəsinin ardınca, İraqda bir çox şəhər yerlə yeksan olmuşdur. Bu döyüşdən sonra yaşanan talançılığın təsiri ilə böyük xarabaya çevrilən İraqın yenidən qurulması məcburi olmuşdur.
27. İraq xalqı Şama, şimala qaçır
2003-cü ildə İraq müharibəsi başlamamışdan əvvəl on minlərlə iraqlının, Suriya başda olmaqla müxtəlif ölkələrə köç etmək səyləri bu hədisdəki hadisələrlə üst-üstə düşür
28. Günəş tutulması
Günəşdəki əlamət 20-ci əsrdə baş vermiş partlayışla bərabər, ötən illərdə yaşanan böyük Günəş tutulmasına da işarə edə bilər. 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son Günəş tutulmasıdır. Bu əsrin ən böyük Günəş tutulması isə 22 iyul 2009-cu il tarixində baş vermişdir.
29. Səmadan bir əl
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədislərdə göydə bir "əl"in görünəcəyi və bu əlin hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən olduğu bildirilir. Bu dövrə qədər ixtilafların davam edəcəyi və hz. Mehdi (ə.s)-ın səmadan, yəni radio, televiziya və internet kimi ünsiyyət vasitələri vəsiləsi ilə, aramsız gündəmdə olacağı hədislərdən aydın olur.
Amerika Milli Hava və Kosmik dairəsi (NASA)-nə bağlı Chandra Rentgen rəsədxanası tərəfindən çəkilən kosmos fotoşəkilində əl formasındakı neytron ulduzlar topası başqa bir ulduz topasını tuturmuş kimi görünür. (2009)
Hədislərdə bildirilən əl ifadəsi, NASA tərəfindən "Allahın əli" olaraq adlandırılan və kosmosda baş verən göy hadisəsinin vəsilə olduğu bu görünüşə işarə edilmiş ola bilər (Doğrusunu Allah bilir).
30. Hz. Mehdi (ə.s)-ın İmam Rəbbani tərəfindən bildirilən yeni bir əlaməti də reallaşdı: Buynuzu xatırladan iki uclu ulduzun çıxışı
24 fevral 2009-ci ildə Lulin kometası dünyanın yaxınlığından keçmişdir. Elm adamlarının bu kometanın bundan sonra ancaq 1000 il sonra dünyanın yaxınlığından keçəcəyini söyləmişdilər.
31. Böyük iqtisadi böhranın olması
Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də Axırzamanda çox böyük iqtisadi böhranın baş qaldırmasıdır. Hədisdə insanların "az qazancı, bazarın durğun olması, işlərin zəifləməsi" kimi iqtisadi çətinliklərdən şikayətlənəcək böhran dövrünə giriləcəyi xəbər verilmişdir. 2007-ci ildə baş qaldıran və bütün dünyanı təsiri altına alan böyük iqtisadi böhran hələ də bütün şiddəti ilə davam edir.