Xəyalını qurduğumuz dünyada uşaqlar öldürülmür
ucgen

Xəyalını qurduğumuz dünyada uşaqlar öldürülmür

1802
 
Uşaqların xoşbəxt olduğu, əyləndiyi, qadınların geyiminə, fikirlərinə hörmət edildiyi, insanların yüksək həyat standartlarına sahib olduğu, rifah içində yaşadıqları, təhsil səviyyəsi yüksək, texnologiyada irəliləmiş, incəsənətdə öndə gedən, gənclərin rahat yaşadığı azad həyat yaşamağı ağlı olan hamı istəyər.
 
İnsan təbiəti etibarilə gözəlliyə, estetikaya, rahatlığa, təmizliyə, inkişaf etmiş texnologiyaya və ən əsası da azadlığa meyillidir. Gözəl evlər, yaşıl bağçalar, müasir geyimlər, son model maşınlar, ləzzətli və gözəl görünüşlü yeməklər hər insana zövq verir, hər kəs bunların olduğu həyatı yaşamağın xəyalını qurur.
 
Hal-hazırda dünyaya nəzər yetirsək, görərik ki, bəlkədə hamının xəyalını qurduğu, həsrətini çəkdiyi belə bir dünya hələ də yoxdur. Dünyanın böyük qismi sıxıntı içindədir.  Hər yerdə göz yaşı, qan, müharibə, narahatlıq, kasıbçılıq yaşanılır.
 
Uşaqların gülüşünü, sevincli səslərini eşitməyi xəyal etdiyimiz dünya hara, Suriyada, Fələstində bapbalaca bədənləri parçalanaraq ölən uşaqların yaşadığı dünya hara...
 
Arzuladığı təmiz qidaları yeyərək yetişən nəslin yaşadığını xəyal etdiyimiz dünya hara, Afrikada yemək tapa bilmədikləri üçün ölən uşaqların yaşadığı dünya hara...
 
Qadınların söz sahibi olduğunu, istədikləri kimi geyindiyini, əyləndiyini, rəqs etdiyini xəyal etdiyimiz dünya hara, Bəhreyində, Səudiyyə Ərəbistanında, Nigeriyada, Somalidə, Əfqanıstanda rəcm cəzası verilərək həbs edilən, BMT-in məlumatına görə  təxminən 130 milyon qadının öz razılığı olmadan zorla sünnət edildiyi dünya hara...
 
Hamının dəbdəbəli villalarda yaşadığını, son model maşınlardan istifadə etdiyini, texnologiyadan maksimum istifadə etdiyini xəyal etdiyimiz dünya hara, Suriyada, Qəzzada, İraqda, Əfqanistanda viran olmuş evlərin olduğu dünya hara...
 
Xəyalını qurduğumuz dünya ilə yaşadığımız dünya arasında çox böyük fərq var. Sadəcə bəzi zümrələrin bu gözəllikləri yaşaması bunun xəyal qurduğumuz dünya olduğu demək deyil. Yer üzündə bir qisim insan deyil, hər kəs gözəllikləri yaşasa, o zaman istədiyimiz dünya real olar. Əksinə, xəyalını qurduğumuz dünya ilə, reallıqdakı dünya arasındakı fərqlər arzularımızdakı dünyanın hələ də mövcud olmadığının sübutudur.
 
Beynəlxaq təşkilatların hazırladığı hesabatlarda bu acı həqiqətlər rəqəmlərlə də göstərilir. Məsələn, Birləşmiş Millətlər İnkişaf Proqramına (UNDP) görə dünya əhalisinin ən zəngin hissəsi ümumi hasilatın 40%-ni, gəlir cədvəlində ən aşağıda yerləşən digər 50%-i isə ümumi gəlirin 1%-ni alır.
 
Beynəlxalq Əmək Təşkilatı dünyada 10 milyondan artıq uşağın müxtəlif işlərdə kölə kimi işlədildiyini açıqladı. Hesabatda kölə uşaqların 6,5 milyonunun yaşı 5-14 arasında idi. UNİCEF-in məlumatına görə dünyada hər il təxminən 1,2 milyon uşaq insan tacirlərinin əlinə düşür.
 
Dünya Səhiyyə Təşkilatının məlumatına görə bütün səylərə baxmayaraq, qadınlara qarşı şiddətin qarşısı alına bilmir, daha da artır. Dünyada hər 3 qadından biri şiddətə məruz qalır.
 
Bunlar sadəcə baş verənlərin çox az bir qismidir. İnternetdə axtarışda qadın, zülm, uşaq, şiddət, aclıq sözlərini yazsanız, tapılan nəticələrdən xəyalını qurduğumuz dünyadan nə qədəq uzaq olduğumuzun bir daha şahidi olacağıq.
 
Halbuki, xəyalını qurduğumuz dünya əlçatmaz deyil. Belə dünyanın yaranmasının tək yolu var, o da sevgidir. Sevginin bütün insanların ruhuna hopdurulmasıdır...
 
İnsanların kin, qəzəb, qisas almaq, qısqanclıq, haqsız rəqabət ruhu əvəzinə sevgi dolu, şəfqətli, bağışlayıcı, xətaları düzəldən, gözəlliklərdən zövq alan bir ruh yaradılsa, hal-hazırda baş verən zülmə də son qoyulacaq. Vacib olan xəyalını qurduğumuz dünyanın qapısını bizə açan açara sahib çıxmaqdır.
 
Sevginin dünyaya hakim olmasının ən əsas yolu isə təhsildir. Bu istiqamətdə həm uşaqlıqdan etibarən məktəblərdə, həm şifahi və yazılı mətbuatda, həm də sosial mediada səbirlə və qərarlı şəkildə müsbət təlqinlər edilsə, insanlardakı nifrət ruhu getdikcə yox olar.
 
Uşaqlıqdan bəri qarşısındakının qəlbini qırmaqdan xüsusilə çəkinən, daima qarşısındakı insanın rahatlığını düşünəcək, onun nəaliyyətlərinə sevinəcək, əliaçıq, köməksevər ruhda yetişdirilən nəslin yaratdığı dünyada müharibəyə, cinayətə, günaha, pisliyə  yer qalmayacaq.
 
Adnan Oktarın Urdu Times'də nəşr edilən məqaləsi

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr