Biz qardaşıq, amansız düşmən deyilik
ucgen

Biz qardaşıq, amansız düşmən deyilik

2283
İslam ərazisində baş verən qardaş qırğınları çox mühüm problemdir və illərdir ki, bu problem heç cür həll olunmur.
 
Qərb ölkələri isə İslam ərazisində baş verən daxili qarışıqlıq və qarşıdurmalara laqeyd yanaşır. Hətta İslam ölkələrindəki ölümlər onlar üçün heç bir şey ifadə etmir. Bir delfin və ya balina sahilə gəlsə və ölümlə üzləşsə xəbər bülletenlərində bunu ilk xəbər olaraq verən bir müxbir ordusunu hadisə yerinə göndərən bir çox kütləvi informasiya vasitələri İslam ölkələrində yaşanan kütləvi ölümləri dəyərsiz xəbərlər kateqoriyasında görürlər.
 
Digər tərəfdən, bəzi İslam ölkələri də öz daxili problemlərinə görə qonşu ölkələrdə nə cür əzabların çəkildiyini görmürlər.
 
İraqda da vəziyyət belədir və bu gün işğal şərtlərinin bitməsinə baxmayaraq, ölkədə tam mənası ilə anormal mühit yaşanmağa davam edir. Demək olar ki, hər gün partlayan bombalar, izdihamlı yerlərə gəlib cinayət törədən kamukadzelər,  ətrafa səpələnmiş insan cəsədləri və su yerinə axan qardaş qanı ölkəni cəhənnəmə çevirmişdir. Lakin bu vəhşət dünya ictimaiyyətində gündəmə belə gətirilmir, çıxış yolu haqqında danışılmır. İraq indi də İŞİD adlı radikal təşkilatın işğalına məruz qalır və beləliklə də, İraq müharibəsindən bəri dayanmayan fəlakətlərə biri də əlavə edilir.
 
Sadəcə 2013-cü ildə İraqda şiddət hadisələrinin nəticəsində ölənlərin sayı 7 minə çatmışdır. İraqın 2003-cü ildə başlayan və 2011-ci ildə sona çatan işğal dövründə isə neçə nəfərin öldüyü tam qeyd olunmamış və BBC-nin xəbərində isə İraq Body Count adlı qrupun verdiyi rəqəmlərə görə 461 nəfər həlak olmuşdur. http://blog.radikal.com.tr/Sayfa/bbcden-yeni-bir-rapor-irakta-kac-sivil-oldu-36374 The Guardian qəzetinin xəbərində yer alan ORB adlı bir araşdırma şirkətinin hazırladığı anketə görə 1.2 milyon insan həyatını itirmişdir. http://yenisafak.com.tr/Dunya/?t=16.09.2007&i=68967 İşğaldan sonra artıq aranın bir az sakitləşəcəyi gözlənərkən, şiddət hadisələri eyni şəkildə can almağa davam edir.
 
Belə ki, Independent qəzetindən Patrik Kokbön (Patrick Cockburn) “Dünya İraqı necə unutdu” başlığı ilə hazırladığı sənəddə siyasi, iqtisadi və sosial bir böhran yaşayan İraqın getdikcə daha da bölündüyünü yazmışdır. Kokbön “ABŞ və Britaniya 10 il əvvəl İraqı işğal etməyi hədəf götürdü və ortaya çıxan nəticə uğurlu və rifah içində bir ölkə olmadı..” deyərək ölkədəki vəziyyəti təsvir etmişdir. http://hepsi10numara.com/irakda-10-yilda-1-milyon-kisi-oldu/ Bunun nəticələri indi daha açıq görünür. Ölkədəki iqtisadi, sosial və məzhəb böhranı ölkənin radikal təşkilatların bir cəbhəsi olmasına zəmin hazırladı.
 
İraqın sadəcə son on ilinə deyil, Səddam və ondan əvvəlki dövrün də şiddət və cinayətlərinə baxanda görürük ki, son 40 ildir davam edən müharibə və qardaş qırğınları ardında bir milyondan artıq qadının dul qalmasına səbəb olmuşdur. Olduqca təhlükəli şəraitdə olan qadınların vəziyyəti də naməlumdur. Qısası, İraq öz-özünü yox edən bir vəziyyətə gəlmişdir. http://tr.euronews.com/2012/06/13/savasin-yalniz-biraktigi-kadinlar/
 
Neft istehsal edən ölkələr (OPEC) arasında ikinci yerdə olan İraqda iqtisadi canlanmanın izlərini Bağdad küçələrində qismən görmək mümkün ikən, şiddət ölkə rifahını tamamilə aradan qaldırır. İraqın hər düşüncədəki vətəndaşına çatacaq genişlikdə torpaq, iqtisadi imkan və fürsətlərə sahib olmasına baxmayaraq, sırf fikir ayrılıqları və cəhalət səbəbindən davam edən şiddət hadisələri nəhəng bir ölkəni qan gölünə çevirir.
 
Bəs yaşanan bu qədər əzaba dəyərdimi və ya ölkədəki vəziyyət daha da yaxşılaşdımı bununla? Müharibə apararaq və vuruşaraq dünyanın harasında nizam və sabitlik yaranıb ki, İraqda da yaransın? Özü də indi İraqın üçə bölünmə ehtimalı ciddi olaraq gündəmə gələrkən. Bu məntiqlə bir nəticənin olmayacağı aydındır.  Müsəlmanların bu mövzuda təcili addım atması, aranı sakitləşdirən açıqlamalar etməsi və radikal qrupların zehniyyətini dəyişdirmələri vacibdir.
 
Fərqli düşüncələrdə olmaq niyə vuruşmağa, öldürməyə, kin və nifrət bəsləməyə səbəb olmalıdır?
 
Əlbəttə ki, bunlara qətiyyən ehtiyac yoxdur. Digər tərəfdən, qarşıdurmalar qarşıdurmaları, şiddət şiddəti və bununla yanaşı gələn ölümlər kin və nifrəti artırmaqdan başqa heç bir nəticə vermir.
 
Belə təcavüzkar yanaşmaların hər zaman çətinlik yaradacağı da unudulmamalıdır. İnsanlar öldükcə nəsillərdən nəsillərə ötürülən bir qəzəb də əraziyə hakim olur, bundan da sadəcə İslam ölkələri və müsəlmanlar zərər çəkir.
 
İraq belə bir mühitdə yüzlərlə il keçsə də, barış və hüzuru tapmayacaq, dolayısı ilə Yaxın Şərq də bu vəziyyətdən mənfi şəkildə təsirlənəcək. Xarabaya çevrilmiş, bir-biri ilə vuruşan qardaşların olduğu bir mühitdə heç kim hüzur tapa bilməyəcək, sevgi siyasətindən də heç bəhs edilməyəcək.
 
Hər kəs öz ölkəsində sülh şəraitində, hüzurlu və xoşbəxt şəkildə ölkənin hər kəsə çatacaq təbii ehtiyatları ilə birlikdə yaşamalıdır. Dolayısı ilə vuruşmaq üçün heç bir məntiqli və etibarlı səbəb olmadığı göz qabağındadır.
 
Halbuki, hörmət, anlayış və xoşgörüş ilə yaşamaq vuruşmaqdan daha asandır. İŞİD kimi radikal qrupların səbəb olduğu vəhşət və nifrətə mənəvi təhsillə cavab verilə bilər. İslamın qorxu, qəzəb və müharibə dini deyil, sevgi, sülh və qardaşlıq dini olduğu Qurandan dəlillərlə göstərilə bilər. Özü də bu dəyərlərə lazımi kimi sahib çıxılsa, heç kim ağır əvəz ödəmək məcburiyyətində qalmaz. Heç kimin iztirab çəkəcəyi bir vəziyyət yaranmaz. Daha asanı və daha gözəli var ikən, niyə sadəcə sıxıntı və zülm gətirən bir sistem olmalıdır. Bu ağla da, məntiqə də, vicdana da zidddir.
 
Xüsusilə bu dövrdə hər müsəlman daha çox etidal çağırışı etməli, müharibə deyil, hörmət, xoşgörüş və anlayış istədiyini vurğulamalıdır. Belə ki, bu hamımızın ortaq məsələsidir. Əgər birləşib çıxış yolu tapmasaq, problemin daha da böyüyərək davam etməsi labüddür. Bu mövzuda da İƏT-nin (İslam Əməkdaşlıq Təşkilatı) bürokratik sistemi qat-qat irəliyə aparılmalı, AB modelli bir İslam Ölkələri Birliyi yaradılmalıdır. Bu birlik olanda Suriya və İraqdakı problemlər çoxalmadan həll olma imkanını tapacaq Allah’ın icazəsi ilə.
 
Adnan Oktar'ın Arab News'da nəşr olunan məqaləsi:
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr