Son vaxtlarda sosial şəbəkələrdə artan tənhalıq və bədbinlik paylaşmaları əslində insanların çox böyük bir böhranın içində olduqlarının səssiz fəryadlarıdır.
O qədər tənhayam ki, tənhalıq da məni tərk etdi. Tənhalıq müalicəsi olmayan xəstəlikdir... Çünki həyatın yumoru budur... Xoşbəxtliyin daha çoxunu gözləsən, gülə bilməzsən...
Bu bir neçə nümunə də insanların necə dərin bir boşluqda və necə böyük bir sıxıntı içində olduqlarını görmək üçün kifayətdir...
Bir nəfər, iki nəfər deyil, demək olar ki, bütün dünya “tənhayıq, bədbəxtik” deyərək səssizcə fərhad edir. Bəlkə də bu çox da obyektiv baxılmadığı və ya insanlar eşitdikləri bu fəryadlara vərdiş etdiklərinə görə çox da nəzərə çarpmır. Ancaq bunlar əslində dünyanı xərçəng kimi bürüyən iyrənc bir bəlanın gizli əlamətləridir...
Dünyaya baxaq: Texnologiyada, demək olar ki, hər ay ciddi irəliləyişlər müşahidə olunur. İş imkanları, əyləncə və tətil yerləri çox müxtəlifdir. Mühit ecazkar və gözəldir. Hər şey insanların xoşuna gələn, zövqlərinə uyğun bir şəkildə təşkil edilir. İnsanların fiziki və zehni olaraq rahat olması üçün, demək olar ki, hər cür imkan və rahatlıq yaşadıqları mühitlərdə özlərinə təqdim edilir...
Lakin buna baxmayaraq, bütün bu imkanlar qarşısında bir çox insan axtardığı xoşbəxtliyi tapmamağın tənhalığını yaşayır. Bədənləri və ruhları heç rahat deyil. Heç bir maddi imkan qəlblərinin tənhalığını, bədbinliyini yox edə bilmir. Bəziləri: “İnsanın əlində maddi güc olarsa, həm xoşbəxt olar, həm də heç vaxt tənha qalmaz. Əsas məsələ puldur” deyə düşünür. Xoşbəxtliyin şərtinin pul olduğuna özlərini inandırırlar.
Çox varlı olanların həyatlarına baxaq. Əksəriyyətinin çox ciddi ailəvi problemləri var. Uşaqları problemlidir. Demək olar ki, heç birinin dostu, güvəndiyi, sirlərini verə bildiyi, vəfalı dostu yoxdur. Hətta bəziləri öz həyat yoldaşlarına da etibar etmirlər. Bahalı geyimlər geyinirlər, lakin bu onlara xoşbəxtlik gətirmir. İçində yaşadıqları dərin tənhalıq və bədbinlik gözlərindəki tutqunluqdan, ağrılı gülüşlərindən hiss olunur. Bu insanların pulları var, amma yalnızca hər kəsin getdiyi yerlərə gedə bilirlər, hər kəs kimi bir boşqab yemək yeyəndə doyurlar. Evləri 15 otaqlı olsa da, günlərinin böyük bir hissəsini bəzəkli parçalarla örtülmüş kreslolarda yox, ən çox rahat olduqları sadə, amma rahat mebellərlə bəzədilmiş kiçik otaqlarında keçirməyi seçirlər. Pulları çoxdur deyə daha çox yemək yesələr, ilk öncə artıq çəki, daha sonra isə bunun meydana gətirdiyi səhhət problemləri başlarına dərd olur. Bir yerə istirahətə getsələr, yenə eyni dünya şərtləri, yenə eyni əksikliklər, acizliklər... Şəxsi təyyarələri ilə dünyanın digər ucuna getmək istəsələr də, zamana bağlı olduğumuz üçün onlar da bir təyyarənin içində onlarla saat, çox çətin vəziyyətdə yol getməyə məcbur olurlar. Zamanı sürətləndirməyə pullarının gücü çatmır. Ancaq bir çox insan sadəlövhlüklə onların həyatının filmlərdəki kimi çox asan, çox rahat, heç geri qalmadan yağ kimi getdiyini zənn edərək pulun hər şeyə çarə olduğuna inanırlar.
Halbuki bura dünyadır... Dünya hər cür əksikliklərlə, acizliklərlə doludur. İnsanlar da acizliklərlə əhatə olunub. Üstəlik nə qədər çox maddi güc olsa da, pulun bu acizlikləri və əksiklikləri aradan qaldırmağa gücü çatmır. Çünki hər insan yuxusu gəldiyi zaman yatmağa, acdığı zaman yemək yeməyə, yorulduğunda istirahət etməyə məcburdur. Xəstələndiyində həmin çətinliyi və sıxıntını çəkmək baxımından kasıbla varlı arasında yenə heç bir fərq yoxdur. Varlı olan da xəstəliyin çətinliyini, ağırlığını, şiddətini eyni şəkildə hiss edəcəkdir.
Yəni bədbinliyin səbəbi kimi irəli sürülən bütün bu həqiqətlər sadəcə süni, səthi bir düşüncə tərzinin nəticəsidir. Çünki “maddiyat” nə bədbinliyin, nə də tənhalığın əsl səbəbidir. Bədbinliyin də, tənhalığın da əsas səbəbi “insanların qəlblərinin Allah’dan uzaq olması”dır.
Bu Allah’ın Quranda bildirdiyi bir həqiqətdir. Allah Rad surəsində belə buyurur:
...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)
Yəni insanlar yalnızca Allah’ı daha çox zikr edərək, Onun kainatı yaratmasındakı incəliklərin fərqinə varıb dilə gətirərək, etdikləri hər işdə Allah’ın yazdığı qədərin davam etdiyini dərk edərək axtardıqları rahatlıq və xoşbəxtliyi tapa bilərlər.
Lakin bu gün insanların əksəriyyəti Allah’ın bu sözünə qarşı laqeyd davranırlar. “İman Allah’la qul arasındadır. İzah edilməz. Göstərilməz.” kimi yalan şeytani düşüncələrlə insanların cəmiyyət içində imanlarını, Allah’a olan sevgilərini göstərmələri, Allah’dan və yaradılış möcüzələrindən danışmaları guya yanlış bir şeymiş kimi qəbul edilir.
Buna görə də insanlarda Allah’a qarşı məsafəli, soyuq bir xarakter formalaşır. Nəticədə qəlbləri və ruhları təhnalaşır, daha sonra isə özlərini tənha və bədbəxt hiss edirlər.
Çünki xoşbəxtliyin, əyləncənin, sevincin, əmin-amanlığın və rahatlığın mənbəyi yalnızca Allah’dır. Biz yalnızca Allah diləsə xoşbəxt və rahat ola bilərik. Yalnızca Allah diləsə gözəlliklərdən zövq ala bilərik. Allah’a iman istisna olmaqla bunları başqa bir yolla əldə etmək heç vaxt mümkün olmayacaq. Bütün kainatı qulları üçün yaradan Allah’dır və Allah qəlblərdə və dillərdə olduğu zaman insanlara bu nemətlərin qapılarını açar. İnsanların vicdanlarını və ruhlarını yalnızca bu yolla rahatlaşdırar. Əks təqdirdə insan necə bir imkana sahib olsa da, heç bir şey ona xoşbəxtlik və rahatlıq verməz. Hər zaman tənha və Allah’ın yardımından uzaq olmağın əzabını və sıxıntısını qəlbində hiss edər. Bu həqiqəti Allah Quranda belə buyurur:
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?... (Ali İmran surəsi, 160)
Aydın olduğu kimi, Allah’dan uzaqlaşmış bir insanın qəlbi tənha və dostsuz qalar. Bir insanın həyatındakı həqiqi Dostundan qəlbini və dilini uzaqlaşdırmağı bədbinliyin və tənhalığın içinə özünü həbs etməklə eyni şeydir. Allah’a dönmək və həqiqi xoşbəxtliyi Allah’a olan sevgidə axtarmaq isə dünyanı bürüyən bu böyük sıxıntıdan azad olmağın tək çarəsi olacaqdır.
Adnan Oktarın Blitz-də nəşr olunan məqaləsi: