1879-cu ildə dövrün tanınmış təkamülçüləri arasından iki ad, xəyali atın təkamülü ssenarisinə dəlil olaraq göstərilməyə çalışan canlılarla əlaqədar işləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə tutacaqları at ardıcıllığını meydana gətirdilər. Amerikalı fosil tədqiqatçısı Otniel Çarlz Marş ilə Tomas Qeksli (Darvinin buldoqu olaraq da tanınar), bəzi dırnaqlı fosilləri, arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş strukturlarına görə düzərək sxem meydana gətirdi. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyracotherium adını verdiyi kiçik məməli fosili, saxta təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “fiafak Atı” mənasını verən Eohippus adını almışdı. İddialarını sxemləriylə birlikdə, “American Journal of Science” adlı jurnalda nəşr edən ikili, bir əsr boyunca muzey və dərs kitablarında Eohippusdan günümüzün atlarına doğru sıralanan -guya təkamülün dəlili olaraq göstəriləcək- silsilənin təməllərini atmışdılar. Bu xəyali silsilənin mərhələləri olaraq göstərilən əhəmiyyətli kateqoriyalar Eohippus, Orohippus, Miohippus, Hipparion və nəhayət günümüzün atı Equus idi.
Bu xəyali silsilə, sonrakı əsr boyunca atın saxta təkamülünə ən böyük dəlil olaraq göstərildi. Dırnaq sayındakı eniş, ölçüdə isə kiçikdən böyüyə doğru gedən nizamlı artım təkamülçüləri razı salmağa kifayət idi.
Qısa bir müddət içində at silsiləsi öz içində ziddiyyətlər sərgiləməyə başladı. Aparılan qazıntılarda rast gəlinən və saxta at silsiləsinə daxil edilməyə çalışılan yeni fosillər problem oldu. Çünki fosillərin yeri, yaşı, dırnaq sayı kimi xüsusiyyətlər bir-birləriylə ziddiyyətli vəziyyət meydana gətirərək silsiləni pozmağa başlayırdı. At silsiləsi bu yeni tapıntılar qarşısında əsassız və mənasız fosil yığınına çevrildi.
Zamanla bir çox darvinist atın təkamülü ssenarisinin gerçək dəlillərə əsaslanmadığını qəbul etmək məcburiyyətində qaldı. 1980-ci il noyabrda Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün qatıldığı, dörd gün davam edən və pilləli təkamül nəzəriyyəsinin problemlərinə toxunan yığıncaq təşkil edildi. Yığıncaqda söz alan təkamülçü Boys Rensberqer, atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir dayağı olmadığını və atın pilləli təkamülləşməsi kimi prosesin heç yaşanmadığını belə izah etmişdi:
Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına silsiləli pilləli dəyişiklik olduğunu qarşıya qoyan məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu uzun zamandır bilinir. Pilləli dəyişiklik yerinə, hər növün fosilləri tamamilə fərqli olaraq ortaya çıxır, dəyişmədən qalır, sonra da soyu tükənir. Aralıq formalar bilinmir.
Atın xəyali təkamülü və bəhsu keçən saxta atın təkamülü sxemindəki başqa əsassızlıq da zaman problemidir. Həkim Nikolas Kamninelis bu mövzuyla əlaqədar bu şərhi edir:
Atın təkamülü təklifindəki başqa əngəl də müddətin əsassızlığıdır. Təkamül nəzəriyyəsi, bir növün, o şəkildə həyata daha yaxşı adaptasiya olduğu üçün, bir başqa növə təkamülləşməyə meyilli olması anlayışına əsaslanar. Bu başdakı növün yox olmasına gətirib çıxarar. Atlardakı hadisədə, 3 dırnaqlı növ, tək dırnaqlı növ qədər sağlam olmamalı idi. Təkamül, növlər arasındakı keçidin reallaşması üçün milyonlarla il tələb edir ki, ilk növün ortadan itməsi üçün çox zaman vardır.
Lakin bu gün bilirik ki, həm tək dırnaqlı, həm də üç dırnaqlı növlər Şimali Amerikada birlikdə yaşamışdılar. At növlərinin eyni anda var olduğu gerçəyi, təkamül nəzəriyyəsinin şərhiylə tamamilə əsassızdır. Buna əlavə olaraq Hyracotherium, Miohippus ilə Equus arasındakı itkin halqalar əsla tapıla bilməmişdir. Təkamülə dəstək olması bir tərəfə qalsın, atın tarixi daha çox xüsusi yaradılışla uyğundur - günümüzdəki qüsursuz canlılar eyni anda yaradılmışlar.
Atın təkamülü ssenarisinin etibarsızlığının açıqca ortaya çıxmış olmasına və bu vəziyyətin darvinistlər tərəfindən də qəbul olmasına baxmayaraq, bu xəyali silsilə digər darvinist saxtakarlıqlar kimi hələ bəzi darvinist nəşr və dərs kitablarında istifadə edilir. Bu silsilə sanki gerçək kimi təqdim edilir, hətta dünya miqyasında məşhur paleontoloqların və elm adamlarının idarəsində olan təbiət tarixi muzeylərində açıqca sərgilənir. Dünyanın ən məşhur muzeylərindən biri olan Amerika Təbiət Tarixi Muzeyinin müdiri təkamülçü paleontoloq Dr. Naylz Eldric, şəxsən öz muzeyində sərgilənən at silsilələriylə əlaqədar təkamülçü iddiaların yalnız xəyal gücünə əsaslandığını təxminən 20 il əvvəl qəbul etmişdi. Eldric, bu spekulyativ silsilənin, dərs kitablarına girəcək şəkildə elmi gerçək olaraq göstərilməsini də tənqid etmişdir:
Etiraf edirəm ki, dərs kitablarına narahatedici miqdarda çox şey sanki gerçəkmiş kimi girdi. Məsələn, bunun ən məşhur nümunəsi, 50 il əvvəl hazırlanmış olan və hələ alt qatda sərgilənən atın təkamülü sərgisidir. Bu, saysız dərs kitabında müzakirəsiz gerçək kimi göstərilmişdir. Mən indi bunu təəssüf edici hesab edirəm, çünki bu cür hekayələri ortaya atan insanların, bunların [fosillərin] bir hissəsinin spekulyativ təbiətindən, şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.
Darvinist Eldricin təsbiti son dərəcə doğrudur. Qəsdli təhrif etmələr dəccaliyyətin özündə olduğu üçün, bu sistemə sahib çıxanlar da yalana üz tuturlar. Yuxarıda sayılan bütün nümunələr, darvinizm yalanının ifşa olmuş, saxtalığı darvinist elm adamları tərəfindən də məcbur olaraq qəbul edilmiş müəyyən nümunələrdir. Bu nümunələr dəccaliyyət sisteminin iç üzünü göstərmək üçün kifayətdir. Lakin əsl olaraq bunu xatırlamaqda fayda vardır: təkamül nəzəriyyəsi, yəni darvinizm ideologiyası, Allahı inkar məqsədli yalan üzərinə quruludur. Bu səbəbdən darvinizmin gətirdiyi hər iddia, hər təklif, hər dəlil yalandır. İndiyə qədər eşitdiyiniz bütün “təkamülə dəlil tapıldı” ifadələrinin, “canlılar təkamülləşdi” şərhlərinin, “insanın şimpanzeylə ortaq ataları” sözlərinin hamısı yalandır. Darvinistlər yalanı müdafiə edərlər. Bunun səbəbi dəccaliyyət sisteminə olan məntiqsiz itaət və bağlılıqları, sırf Allah inancı ilə mübarizə halında ola bilmək üçün batil darvinizm dininə istiqamətli kor-koranə sədaqətləridir.
Halbuki, batil inancın, böyük yanılmanın içindədirlər. Hər şeyin Sahibi və Yaradıcısı olan Uca Allah ayələrində belə buyurur:
İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 85)
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.” (Yunis surəsi, 66)