"Gəmiyə mindim, çünki gedəcək başqa yerim yox idi. Arxada bir evim və ya başqa heç bir şeyim qalmadı. Arakanlılar anamı və bütün qohumlarımızı öldürdülər. Kəndlilər Malayziyaya gedəcəklərini söylədiklərində mən də onlarla getməyə qərar verdim"[1]

Bu sözlər Andaman dənizi sahillərində aclıqdan qıvranan insanlarla dolu bir gəmidəki qadına məxsusdur. Sözləri insanın xəyal gücünün sərhəddindəki səfaləti bildirir. Mənzərə "dəhşətli"dir. Zərrə qədər vicdanı olan heç bir insanın dözə biləcəyi kimi deyil.

Bu, dünyadakı heç bir insanın içində olmaması lazım olan bir gəmidir. Heç kimin qarşı-qarşıya qala bilməyəcəyi insanlıq dramı.

Bu qadın, ailəsinin nəsillər boyunca yaşadığı bir ölkədə özlərinə vətəndaşlıq və seçmə hüququ verilməyən azlığın üzvüdür. Mülki hüquqlar bir yana qalsın, onlara azadlıq və hər şeydən əhəmiyyətlisi bu dünyadakı hər insanın haqq etdiyi insanlıq şərəfi verməyən bir rejim tərəfindən illərdir zülm görürlər.

Əgər dünya hadisələri ilə maraqlanan birisinizsə, yəqin ki, indiyə qədər bu insanlarla tanış olmusunuz: Rohinca müsəlmanları. II Dünya müharibəsi əsnasında bu müsəlman ölkə yaponlara qarşı ingilis ordusu tərkibində döyüşərək Myanmada nifrət edilən cəmiyyət oldular. İndi onların nəvələri - qadınlar, körpə uşaqlar, kişilər və yaşlılar - özlərinə bir vətən axtarmaq üçün dəhşətli səfərə çıxmağa məcbur olurlar. Qarşıdurmaların olmadığı dünyamızda bildiyimiz hər cür səfərin əksinə bu insanların çamadanları, yemək və suları, əksər hallarda üzərlərini örtəcək paltarları belə yoxdur.

Vətəninizdən heç bir dostunuzun və ya qohumunuzun olmadığı bir heçliyin ortasında dəhşətli şəraitdə çətin vəziyyətdə qaldığınızı xəyal edin. İnsanın bunu kabusunda görməsi belə çətindir.

Öz vətənlərində heç bir hüquqları, gələcək üçün heç bir ümidləri olmayan bu insanlar son çarə olaraq öz həyatlarını təhlükəyə atıb bu köhnə gəmilərə minirlər.

İnsan tacirləri və özlərinə aman verməyən müxtəlif donanmaların arasında açıq dənizdə qapalı qalan gəmilərdə yaşananlarının tayı bərabəri yoxdur. "Üzən tabut" adını verdikləri gəmilər dəhşətli vəziyyətləri üçün bir istinaddır.

BMT-yə görə Rohinca müsəlmanları dünyada "ən çox zülm görən azlıqlar"dan biridir. Bu gün bu vəziyyət Adaman dənizi sahilinə qonşu olan ASEAN ölkələrinin laqeyd münasibətinə görə ən amansız insanlıq faciəsi halına gəldi. Banqladeş, Myanma, Tailand, Malayziya və İndoneziya bu axına düşmüş insanları sığınacaq axtaran şəxslər olaraq öz ölkələrinə qəbul etməyi rədd etdilər. Donanmaları yalnız bir miqdar yemək və su ilə təmin edib onları açıq dənizə geri qaytardılar.

Bu gün dünya mediası bu çarəsiz insanların hekayələrinə yer verir, beynəlxalq cəmiyyət Rohinca müsəlmanlarının varlığından və çarəsiz vəziyyətlərindən xəbərdardır.

Dənizdə qalmış minlərlə köçkünün heç bir yerdə qəbul edilmədən keçirdikləri həftələrdən sonra nəhayət İndoneziya və Malayziyanın çox istəksiz bir şəkildə müvəqqəti sığınma təklifi ilə qəbul etməsi gələcəkdə bəzi həll yolları gətirilə bilər kimi görünür. Bu faciə əhəmiyyətli bir şeyi göstərdi. Bu, dünyanın bir bölgəsində olan faciə deyil, bu insanlıq faciəsidir.

Rohinca gəmi faciəsi insanlığa silinməz bir ləkə qoydu. Bu insan hüquqları fəlakətidir. Bu, insan vicdanının əxlaqi çöküşünün bir göstəricisidir və əgər hər uşağa öz uşaqlarımız üçün istədiyimiz dünya yaratmaq istəyiriksə, analiz edilməsi və üzərində düşünülməsi lazım olan bir mövzudur.

Rohinca müsəlmanları hadisəsində sərhəd ölkələrinin bu insanların saxlanması barədə narahatlıqları çox asan şəkildə aradan qaldırıla bilər. Malayziya, İndoneziya, Tailand geniş torpaqları və sahil sahələri olan ölkələrdir. Bu köçkünlərə balıqçılıq, kənd təsərrüfatı və ya heyvandarlığa şərait yaradılaraq ev sahibi ölkələrə yük olmadan həyatlarını davam etdirdikləri bir həyat tərzi təqdim edilə bilər. Belə bir mövqe bu cür çətinlik zamanlarında ən çox ehtiyacımız olan, insanlığa daha layiq bir davranışdır.

Bu faciə bəzi həyatlara dəyər verilərkən, bəzi həyatların tamamilə görməzlikdən gəlindiyini göstərən bir faciədir. Hansı irq, dövlət, din, etnik qrup və ya tayfalara bağlı olursa-olsun insan bu dünyanın əsas ünsürüdür. Bu dünyada bütün ticarət, siyasət, sənaye və bədii fəaliyyət insanlar üçün həyata keçirilir. Bu dünyanın var olma səbəbi və yaradılma səbəbi "insan"dır. Bu səbəbdən hər kəs bir insan olaraq layiq olduğu şərəf və azadlığı yaşamalıdır. Bu vicdanlı perspektiv siyasətçilər və liderlər tərəfindən mənimsənildikdə, hər cür yanlış əxlaqdan dərhal təmizlənəcək və bunu mükəmməl həll yolları izləyəcəkdir.

[1] http://www.aljazeera.com/news/2015/05/stranded-rohingya-migrants-dying-board-150517130244345.html

 

Adnan Oktar'ın Tehran Times'da yayınlanan makalesi:

http://tehrantimes.com/index_View.asp?code=246911