Dünya suriyalıların çəkdiyi əziyyəti niyə görmür?
ucgen

Dünya suriyalıların çəkdiyi əziyyəti niyə görmür?

1214

Heç kim Suriyadakı müharibənin bu qədər uzanacağını və bu qədər çox əzaba səbəb olacağını təxmin etmədi. 200 min insan həyatını itirdi, 9.5 milyon insan evini tərk etmək məcburiyyətində qaldı. 10.8 milyon insan yardım gözləyir. Böyük bir millət yox olarkən geriyə sadəcə əks qüvvələrin bir-birini öldürmək üçün müharibə apardığı, dağılmış bir ölkə qaldı.

Müharibə başlayandan etibarən 1.6 milyon suriyalı onları qonaqpərvərliklə qarşılayan Türkiyəyə sığındı. Əzab çəkən suriyalı bacı-qardaşlarımız Türkiyənin yüksək səviyyəli qaçqın düşərgələrində az da olsa rahatlıq tapdılar. Təkcə bir ökənin kömək etməsi ancaq müəyyən bir yerə qədər yetərli ola bilər. Belə ki, qaçqınların sayı artdıqca Türkiyədəki düşərgələr və yardım fondları yetərsiz qaldı. Düşərgələr yalnız 220 min insan üçün nəzərdə tutulmuşdu. Digər qaçqınların sığınacaq tapması üçün metropolislərə getməkdən başqa çarəsi qalmadı. Bu «şəhərli qaçqınlar» hər gün çox böyük çətinliklərlə üz-üzədirlər. Qaçqın ailələr daha çox müdafiəsiz uşaqlar və qocalardan ibarətdir. Keçmişdə zəngin və hörmətli ailələrdən olmaları və ya gözəl yerlərdə yaşamaları artıq önəmli deyil. Hazırda evsiz, işsiz və hər şeylərini itirmiş vəziyyətdədirlər. Bir çoxu dilənçilik etmək məcburiyyətindədir. Türkiyə küçələrində qucağında uşaqları ilə pul dilənən suriyalıları görmək artıq normal haldır.

Türkiyə suriyalı qaçqınlar üçün bu vaxta kimi 5.3 milyard dollar pul xərclədi. Livan, İordaniya və İraq da qaçqınlara yardım etməyə çalışır. Bəs bu ölkələr Suriya müharibəsinin nəticələri ilə mübarizə apararkən dünyanın digər ölkələri nə edir? Elə də çox iş gördüklərini demək olmaz. Körfəz ölkələri bir qaçqına belə sığınacaq vermək üçün addım atmadı. Rusiya və Çin yardım əlini uzatmadı. 100 minsığınacaq üçünmüraciətiqəbul edən Almaniya və İsveç istisna olmaqla, Avropa İttifaqıbütün qaçqınlarınyalnız 0.17%-nə sığınacaq verməyi qəbul etdi. Digər tərəfdən hələ də Əsəd güclərinin mühasirəsi altında əzilən Yərmuk, bölgənin İŞİD tərəfindən ələ keçirilməsindən sonra daha da əziyyət görməyə başladı.

1957-ci ildə qurulan və Fələstin qaçqın düşərgəsi olan Yərmuk əvvəllər 160 min nəfərə ev sahibliyi edərkən, hazırda bu rəqəm 18 minə düşdü. Bölgə tamamilə Əsəd güclərinin mühasirəsi altında olduğu üçün ərzaq və tibbi ləvazimatlarıçatdırmaqmümkün deyil. Körpələr də daxil olmaqla, bir çox insan keçən il aclıq və soyuqdan ölərkən, bu vəziyyət rəsmi şəxslər tərəfindən «insanlıqdan kənar» olaraq qiymətləndirildi. Bu azmış kimi dini yanlış şəkildə şərh edən İŞİD-in hakimiyyəti səbəbindən Əsəd gücləri bölgəni daimi olaraq barrel bombası ilə bombardman altında saxlamağa başladılar.

BMT-nin Təhlükəsizlik Şurası bölgənin təcili sürətdə boşaldılması üçün çağırış etdi və hesabatlara əsasən, indiyə kimi 2 min nəfər insan təxliyə edildi, ancaq aralarında minlərlə uşaq olan 16 min nəfər daha var. Hələ də bütün dünya bu günahsız sivil xalqın əziyyət çəkməsinə izləyici qalır. Lakin digər fəlakətlərdə vəziyyət başqa cürdür. Məsələn, Haiti zəlzələsində 9 milyard yardım yığıldığı halda, Suriya üçün 19 milyon funt sterlinq bağışlayan ingilis xalqı 2004-cü ildə baş verən İndoneziya zəlzələsi üçün 392 milyon funt sterlinq bağışlamışdı. BMT isə yetərsiz qaynaqlara görə, suriyalılara göndərilən gida yardımlarını sona çatdırma qərarı aldı. Görəsən başqa ölkə eyni vəziyyətdə olsaydı, yenə eyni laqeydlik olardımı? Bombalardan qaçan özləri və ailələri olsaydı, belə bir laqeydliyə izləyici olardılar?Yaxud da acından ağlayan öz uşaqları olsaydı, belə olardı? Xarici ölkədə sığınacaqları bir yer və bir boşqab yemək axtaran öz ailələri olsaydı, bu cür olardı?

Şübhəsiz ki, vicdanımızın səsinə qulaq asmalı və milyonlarla günahsız insanın, qadınların, uşaqların, qocaların əziyyət çəkdiyini unutmamalıyıq. Bir milyon insanın gündə təkcə 1 dollar verməsi ilə bu insanların həyatının necə dəyişə biləcəyini bir düşünün. Bu insanların həqiqətən köməyimizə ehtiyacı var.Əgər biz kömək etmək üçün öz imkanlarımız daxilində əlimizdən gələni etməsək, bu günahsız insanlar əzab çəkməyə və heç nədən ölməyə davam edəcək.

 

Adnan Oktarın «Arabian Gazette & Gulf Daily News»də nəşr olunan məqaləsi:

http://www.arabiangazette.com/why-does-the-world-ignore-the-syrians-ordeal/

http://www.gulf-daily-news.com/NewsDetails.aspx?storyid=398559

PAYLAŞIN
logo
logo
logo
logo
logo