Sizin hər dəqiqənizi, bütün şəxsi həyatınızı 24 saat izləməyi qarşısına məqsəd qoymuş bir-biri ilə bağlı beş ayrı "göz" var...
"Beş Göz", yəni İngiltərə, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət beş ölkənin birgə kəşfiyyat şəbəkəsinin adıdır. İngiltərə və ABŞ arasında 1946-cı ilin mart ayında imzalanan kəşfiyyat bölgüsü sazişi UKUSA-ya əsaslanır. ABŞ və İngiltərə tərəfindən yaradılan UKUSA sonrakı illərdə İngilis Millətlər Birliyi "Commonwealth" üzvləri Kanada, Avstraliya və Yeni Zelandiyanı da içinə daxil edərək "Beş Göz" ittifaqına çevrildi. Beləliklə, bütün qitələrdəki rabitənəqliyyatını 5 ayrı nöqtədən izləyən və bunlarla bağlı məlumatları bir-biri ilə bölüşən nəhəng kəşfiyyat əməkdaşlığının əsası qoyuldu.
Beş anqlosaks ölkənin həmrəyliyindən yaranan bu ittifaq bir-birilərinə qarşı casusluq etməmək və aralarında hər cür kəşfiyyat məlumatının (ilkin olaraq SIGNIT adı verilən informasiya siqnal məlumatlarının) mübadiləsi əsasında quruldu. Bu 70 illik gizli ittifaq yaratdığı qlobal müşahidə bazası ilə bu gün bütün dünya rabitəsini izləyir, təhlil edir və özündə saxlayır.
Bu beş ölkənin əsas kəşfiyyat xidmətləri də bu qlobal müşahidə sisteminin əsas elementlərini təşkil edir: ABŞ-ın "NSA", İngiltərənin "GCHQ", Kanadanın "CSEC", Avstraliyanın "ASD" və Yeni Zelandiyanın "GCSB" təşkilatları bunların başlıcalarındandır. Bundan başqa, bunlara bağlı digər onlarla xəbər alma təşkilatı da "5 Göz" şəbəkəsinin ən mühüm mənbələridir...
Bunlar arasında məsələn, İngiltərədəki "RAF" (Royal Air Force) dünyanın ən böyük elektron izləmə mərkəzi kimi tanınır. Burada dünya üzərindəki bütün xəbərləşmələrə müdaxilə edilərək Böyük Britaniya və ABŞ üçün kəşfiyyat toplanır. Təkcə NSA və RAF-ın belə bu sistemə daxil olduğu düşünüldükdə "5 Göz"ün kəşfiyyat tutumunun gücü və sərhədləri daha yaxşı başa düşülə bilər.
Məlum olduğu kimi, 2013-cü ildə keçmiş CIA və NSA əməkdaşı olan kompüter mütəxəssisi Edvard Snoudin tərəfindən "5 Göz" ölkələri arasındakı gizli əlaqələrin və bunlar tərəfindən aparılan qlobal kəşfiyyat əməliyyatlarının sənədləri ifşa edildi. "The Guardian", "Washington Post", "Der Spiegel" və "New York Times"da çap olunan sənədlər "5 Göz"ün qanunsuz izləmə və məlumat toplama əməliyyatlarının detallarını üzə çıxardı.
Sənədlərə görə, ingilis kəşfiyyatının NSA ilə əməkdaşlıq çərçivəsində qulaq asdıqları arasında G20 zirvəsindəki diplomatlar, Almaniya, Braziliya və Meksika da daxil olmaqla 35 ölkənin dövlət başçıları, siyasətçilər, BMT nümayəndəlikləri, səfirliklər, mətbuat orqanları yer alır. İngilis gizli kəşfiyyatının bacarıqları arasında İraq Müharibəsinin başladığı dövrdə Kofi Annanın ofisinin dinlənilməsi kimi hadisələr də qeyd edilə bilər.
Dünya miqyasındakı böyük səfirliklərdə, hərbi bazalarda, nümayəndəliklərdə NSA və İngilis GCHQ-nun peyk antenaları, dinləmə və izləmə stansiyaları var. Bunlar demək olar ki, bütün ölkələrdəki təhlükəsizlik kameralarına daxil ola bilir. Çin sahilləri yaxınlığında hərəkət edən İngilis və ABŞ gəmiləri regionda ratsiya rabitəsini dinləyir. Marylanddəki Fort Meade bazasında yerləşən peyk antenaları isə bütün dünyada bank əməliyyatlarını izləyir.
The Guardianın xəbərinə görə, İngiltərə, dünya miqyasında telekommunikasiya məlumatlarını sızdırmaq üçün telefon danışıqlarını, mesajlaşmaları və internet trafikasiyası daşıyan 200 qitələrarası fiber-optik kabelə gizli şəkildə çıxış əldə edərək hər cür xüsusi şəxsi məlumatı əldə edib. İngilis gizli kəşfiyyat agentliyi GCHQ eyni anda bunların 46-ından məlumat toplaya bilir.
Kod adı "Tempora" olan bu gizli proqram xəbərin verildiyi tarixlərdə 18 aydır fəaliyyətdə idi və yalnız o müddət ərzində belə toplanan məlumatların (telefon qeydləri, sms mesajları, emailler, facebook, və s. kimi sosial media məlumatları, internet istifadəsi, saytlara giriş qeydləri...) miqdarı nəhəng ölçüdə idi. Məsələn, təkcə bir gündə 600 milyon telefon danışığı qeydiyyata alınmışdı. Gündəlik toplanan məlumat həcmi isə 192 İngilis Milli Kitabxanasındakı məlumata ekvivalent idi.
Snoudin bu casusluq şəbəkəsinin yalnız ABŞ-a aid edilməli olduğunu, əsas aktyorun İngiltərə olduğunu bildirir və ingilis kəşfiyyatının sərhəd tanımadığını vurğulamaq baxımından "İNGİLTƏRƏ ABŞ-dan DA PİSdir" deyir.
Tempora kimi ifşa olan Prism, XKeyscore da 5 Gözün istifadə etdiyi məlumat toplama, analiz, süzmə məqsədli inkişaf etmiş texnologiyalı kəşfiyyat proqramları arasındadır. Bunlar bir çox xarici ölkənin hərbi və diplomatik qurumlarındakı kompüter serverlərinə, peyklərinə qoşula bilir. Bir vaxtlar casus filmlərinə tez-tez mövzu olan yenə 5 Göz məhsulu ECHELON isə bunların ən qədim və primitiv versiyasıdır.
Qeyd etməliyik ki, Yeni Zelandiyanın elektron müşahidə agentliyi olan GCSB də digərlərindən geri qalmır. Asiya-Sakit Okean xəttində baş verən kommunikasiya məlumatlarını NSA-in mübahisəli XKeyscore proqramı ilə toplayaraq böyük məlumat paketləri halında İngiltərə və ABŞ-dakı müdirlərinə çatdırır. Snoudin sənədlərinə görə, GCSB tərəfindən toplanan bu məlumatların təhlükəsizlik təhdidi ilə əlaqəsi yoxdur. Əksinə GSBC casusluq fəaliyyətlərini Yeni Zelandiyanın dostları, biznes tərəfdaşları və yaxın Sakit Okean qonşularından ibarət geniş spektrə istiqamətləndirib.
Təkcə bu yazıda keçən məlumatlar belə, dünya miqyasında ümumi yanılmanın əksinə ABŞ-ın 5 gözdən yalnız biri olduğu, bütün gözlərin bağlı olduğu, onları əsl idarə edən beyinin isə əsrlərdir dəyişmədən Böyük Britaniya adasında olduğu həqiqətini bir daha göstərir. Bu beyin isə mühit, şərait və planlara görə bəzən ön plana çıxır, bəzən də arxa planda gizlənir.
5 Gözün fəaliyyətləri heç bir qanun və sərhəd tanımadan, şəxsi həyat və məxfiliyi heçə sayaraq bütün sürəti ilə davam edir. Bu məxfi təşkilatlanma qeyri-qanuni əməliyyatlarını, hər cür imperialist hərəkətində olduğu kimi, "terror təhdidi", "təhlükəsizlik məsələsi" kimi stereotiplərin arxasına gizlənərək həyata keçirir.
Aydın məsələdir ki, bu quruluşun əsas məqsədi hər zaman olduğu kimi, dünya üzərində ən güclü siyasi, hərbi və iqtisadi hakimiyyəti təmin etmək, zəif, gücsüz və çarəsiz kütlələri əzəcək ən qabaqcıl istismar rejimini, ən yüksək və inkişaf etmiş maraq çarxlarını qurmaqdır.
Bu cür hiyləgər quruluşlar gücünü gizliliklərindən alırlar. Bu səbəbdən 5 Göz kimi quruluşlarla ən yaxşı mübarizə onları ifşa etmək və gizlətdiklərini qaranlıqlardan aydınlığa çıxarmaq, şəffaflaşdırmaqdır. Bu mübarizənin uğurlu olması üçün yaxşılar ittifaq etməli və bir-birlərini dəstəkləməlidirlər.
«Five Eyes» adı 5 ölkənin daxil olduğu bir quruluşu izah etmək üçün istifadə edilir. Bu 5 gözə hakim olan və gələn məlumatları dəyərləndirib "görülməsini" təmin edən bir beyinə ehtiyac var. Bu beyini isə Britaniya adasında axtarmaq lazımdır.
Adnan Oktarın «Daily Mail» və «The China Post»da dərc edilən məqaləsi:
http://www.chinapost.com.tw/commentary/china-post/special-/2016/11/06/483109/THE-SPY.htm
http://dailymailnews.com/2016/11/19/five-eyes-one-brain-the-spy-alliance-is-watching-you/