Müdafiəçilərinə görə bu cəza çəkindirici gücü ən yüksək olan cəza, əleyhdarlarına görə isə cəza deyil, mərhəmətsizlik göstəricisi, insanlıq nöqsanıdır. Ən sərt cəzalandırma üsulu olan edam cəzasından bəhs edirik. Dar ağacında asma, baş kəsmə, güllələnmə, elektrik stulu, dərmanla yatırtma kimi bir çox növü olan ölüm hökmü dövrümüzdə ən çox müzakirə edilən hüquqi mövzulardan biridir. Demək olar ki, insanlıq tarixi qədər qədim olan bu cəzalandırma üsulu bu gün bir çox dövlət tərəfindən həyata keçirilir. Belə ki, Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə 2015-ci ildə son 26 ildə edam cəzası ən yüksək həddə tətbiq edilib. (1)
Demokratik ölkələr arasında sayılan Avropa və Latın Amerikası dövlətləri ölüm hökmünü ləğv edib. Lakin Amerika Birləşmiş Ştatları, Qvatemala və Karib hövzəsində bu yanlış cəzalandırma üsulu hələ də tətbiq olunur. Eyni şəkildə Asiya və Afrikadakı bəzi demokratiyalarda də ölüm hökmü hələ də qüvvədədir.
Dünyada edam cəzasının ən çox həyata keçirildiyi ölkələrə baxdıqda isə bir neçəsi istisna olmaqla demək olar ki, hamısının anti-demokratik qəbul edilən, ya da tam demokratik olmayan ölkələr olduğu gözə çarpır.
Demokratik olmayan ölkələrdə ölüm hökmü olduqca geniş yayılıb. Nümunə verməli olsaq, 2014-cü ildə dünyada 1.652 edam cəzası icra edilib. Bunlardan 1.000-dən çoxu kommunist Çin tərəfindən həyata keçirilib. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilib. Edam cəzası daha çox Cənubi Asiya və Şərqi Afrikada tətbiq olunur kimi görünsə də, əslində ABŞ da bu məsələdə böyük istisnadır.
Amerika tarixi ölüm hökmü məsələsində utancla yad ediləcək bir çox insanlıq nöqsanı ilə zəngindir. 1882-1920-ci illər arasında 4.742 nəfər məhkəməsiz asıldı, yaxud da linc edildi. Bu insanların 3.345-i isə vətəndaş müharibəsindən sonra zorakılıq hərəkətlərində asılan, yandırılan, çarmıxa çəkilən və ya döyülərək öldürülən zənci amerikalılardır.
Dövrümüzdə də ABŞ-ın bir çox ştatında edam cəzası tətbiq edilməyə davam edir. ABŞ-da son 40 ildə 1.422 nəfər edam edilib. 3.000 nəfər isə edam edilmək üçün gözləyir. ABŞ-da ötən il 28 nəfər edam edilib, bu ilin əvvəlində isə 12 edam həyata keçirilib.(2) Demokratik ölkələr arasında qəbul edilməsinə baxmayaraq, ABŞ-da ölüm cəzasının çox tətbiq edildiyi diqqət çəkir.
Avropa ölkələri demokratik adət-ənənələrə və insan hüquqlarına zidd olduğu üçün edam cəzasını ləğv etdiyi halda, eyni mövqeni ABŞ-da görmək mümkün deyil. Maraqlı cəhət isə ABŞ-da hazırlanan rəsmi hesabatlarda bir çox ölkə haqqında demokratiya və insan hüquqlarının pozulması halları barədə sərt tənqidlər edilməsidir.
Başqa ölkələri tənqid edən ABŞ-ın edamla bağlı münasibətini gözdən keçirməsi və dəyişikliklər etməsi çox vacibdir.
Əvvəla, edam, məqsədi ədaləti təmin etmək olan bir məhkəmə üçün verilən ən çətin qərarlardan biridir. Çünki təqsirləndirilənin edamının tələb olunduğu məhkəmə prosesləri də çox vaxt çaşdırıcı və istiqamətverici olur. Bir çox məhkumluq çətin qəbul olunan dəlillərə əsaslanır. Bundan da əlavə ibtidai istintaq texnologiyaları tədricən dəyişir. Belə ki, Federal Təhlükəsizlik Bürosu 2000-ci ildən əvvəlki 3.000 cinayət işini yenidən araşdırmış və onlardan 90%-də nəticələrin xətalı olduğunu müəyyən etmişdir.
Edam hökmü verilərkən çox vaxt qeyri-qanuni qərarlar da qəbul edilir. Xüsusilə Anqlosakson hüququnda mövcud olan andlılar məhkəməsi bu baxımdan xətaya çox açıq mühakimə etmə üsuludur. Verilən edam qərarları andlı iclasçıların şəxsi önmühakimələri, böyüdükləri mühit, etnik kimlik, cinsiyyət və yaşlarından asılı olaraq dəyişən nisbi qərarlardır. Məsələn, zənci amerikalılar ümumi əhalinin 12%-ni təşkil etiyi halda, edam edilənlər arasında zəncilərin 41% təşkil etməsi diqqət çəkir.
Ölüm hökmü ilə bağlı mühüm məsələlərdən biri də DNT testləridir. DNT dəlilləri Amerikada 1922-ci ildən etibarən ildə birdən çox insanın bəraət etməsinə səbəb olur.(3) Əgər DNT testi texnologiyası olmasaydı, indiyə qədər onlarla insan haqsız olaraq edam edilmiş olacaqdı. Bu insanların çoxunun illərlə səbəbsiz yerə həbsdə qaldıqları da göz ardı edilməməli olan bir başqa ədalətsizlikdir. Bir insana "peşman olmaq və" özünü tərbiyə etmə imkanı verməyən bu ən ağır cəzalandırma üsulu, "böyük səhv etdik" deməklə kompensasiya edilə biləcək bir qərar deyil. Günahsız insanı dövlət əli ilə öldürmək vəhşilikdir.
Bu barədə ABŞ-dakı müstəqil, mənfəət güdməyən təşkilatlara da mühüm vəzifələr düşür. Məsələn, 1992-ci ildə yaradılan "İnnocence Project" hərəkatı bu günə qədər təqsirsiz yerə məhkum edilən 329 nəfərin azad edilməsini təmin edib. (4) Bunların 18-i edam edilməyi gözləyən məhkumlar idi. Azad edilənlərin 28-i daha ağır cəza almalarının qarşısını almaq üçün təqsirkar olduqlarını qəbul edib. Şübhəsiz ki, hüquqi və ya texniki səhvlərlə məsum insanları ölüm cərgəsinə qoymaq geri qayıdışı mümkün olmayan xətalara və ədalətsizliyə səbəb olacaq. Aydındır ki, ölüm cəzasının bərpası yoxdur.
Ölüm cəzasının müdafiə edənlərin ən mühüm iddiası edamın cinayətlərin sayını azaldacağıdır. Halbuki bu düşüncə çox yanlışdır. Belə ki, ABŞ-da ölüm hökmünün ləğv edildiyi əyalətlərdə cinayətlərin sayında artım olmayıb.
ABŞ-ın edam cəzasını ləğv etmədəki səyləri bütün dünyaya nümunə olmalıdır. Siyasətçilər və dövlət orqanları bu məsələdə məsuliyyətli davranmalı, ölüm cəzası dövlət tərəfindən dəstəklənən, təşviq edilən bir üsul olmaqdan çıxarılmalıdır.
BMT çətiri altında ölüm hökmü əleyhinə təcili bir proqram başladılmalıdır. ABŞ rəhbərlərinə və siyasətçilərinə yaraşan da bu kampaniyanın təşəbbüskarı olmalarıdır. Unudulmamalıdır ki, cinayətkarlığı azaldan ölüm cəzası deyil, marifləndirmədir. Heç bir ölüm cəzası yüksək vicdanın təsirinin yerini tuta bilməz.
1. https://www.amnesty.org/en/what-we-do/death-penalty/
2. http://www.deathpenaltyinfo.org/documents/FactSheet.pdf
3. http://www.innocenceproject.org/about/faq.php
4. Proje sayesinde kurtarılanlarla ilgili ayrıntılı bilgiye bu internet adresinden ulaşabilirsiniz:http://www.innocenceproject.org/the-innocent-and-the-death-penalty/
Adnan Oktarın «EKurd Daily»də dərc edilən məqaləsi:
http://newsbaku.info/post/47759-dunyada-legv-olunmali-merhemetsizlik-edam-cezasi.html
http://xalqxeber.az/kose/362222-dunyada-legv-olunmali-merhemetsizlik-edam-cezasi.html
http://xeberinfo.com/23596-dunyada-legv-olunmali-merhemetsizlik-edam-cezasi.html
http://arenatv.az/hadise/1865-dnyada-lv-olunmal-mrhmtsizlik.html
http://bakisesi.com/kose/2809-dunyada-legv-olunmali-merhemetsizlik-edam-cezasi.html
http://ekurd.net/capital-punishment-erased-world-2016-05-11