Müsəlman ölkələrin bir-birlərinə dəstəyi artır
ucgen

Müsəlman ölkələrin bir-birlərinə dəstəyi artır

428

Uzun illərdir arzu olunan həmrəylik, qardaşlıq və dostluq duyğuları İslam dünyasında getdikcə daha çox hakim olur. Demək olar hər gün qəzetlərdə, dövlət adamlarının və qabaqcıl insanların, müsəlmanların ittifaq etmələri lazım olduğuna işarə edən açıqlamalar yer alır. Hər keçən gün Türk-İslam dünyasının birlik olmasını sürətləndirəcək istər mədəni, istər iqtisadi bir çox irəliləyiş edilir. Bütün bu inkişaflar, Allahın icazəsiylə, Türk-İslam Birliyinin təsis edilməsinin çox yaxın olduğunun işarəsidir. 

 

Hörmətli Adnan Oktar həm kitablarında, həm də qəzet və televiziyalara etdiyi açıqlamalarında Türk-İslam Birliyinin qurulmasının əhəmiyyətinə həmişə diqqət çəkir, xüsusilə son dövrlər bu birliyin qurulmasının aktuallığı üzərində dayanır. Hörmətli Oktarın əsərlərindən faydalanılaraq hazırlanan elanlarda da, “Türk-İslam dünyasının bir olması vaxtının gəldiyi”, “Dini, dili, adəti, ənənəsi bir olan bu cəmiyyətlərin ortaq hərəkət etməməsi üçün heç bir səbəb olmadığı”, “Türk-İslam cəmiyyətləri üçün birlik olmanın böyük asanlıq və nemət olduğu”, “Mövcud ayrılığın son dərəcə süni və gərəksiz ayrılıq olduğu”, “Ümid edilən birliyin reallaşması üçün təcili edilməsi lazım olduğu”, “Türk-İslam dünyasının birlik və birlik içində hərəkət etməsi vəziyyətində, Allahın icazəsiylə, yenidən şahlanacağı” geniş olaraq açıqlanır. 

 

Hörmətli Adnan Oktarın Türk-İslam dünyasının birliyi üzərində bu dərəcə əhəmiyyətlə durmasının gözəl nəticələrindən biri də, Türkiyənin BM Təhlükəsizlik Şurası üzvlüyü üçün İKT (İslam Təşkilatı Təşkilatı) və Ərəb ölkələrinin Türkiyəyə dəstək olmalarıdır. Mətbuatda yer alan xəbərlərdə bu xüsuslar diqqət çəkir:

 

“Ərəb Qrupu və İKT üzvü ölkə nümayəndələri, TÜRKİYƏNİN ÜZVLÜYÜNÜN QLOBAL SÜLHƏ FAYDA TƏMİN EDƏCƏYİNƏ OLAN İNANCLARINI qeyd etdilər. Babacana Yaxın Şərqin firavan bölgə olması üçün göstərdikləri səylərdən ötrü təşəkkür edən Ərəb Qrupu və İKT üzvü ölkələrinin, Türkiyənin keçici üzvlüyünün çox yaxşı bir zamanlama olaraq qiymətləndirdikləri məlumatı əldə edildi. İKT üzvü dövlət nümayəndələri ayrıca Türkiyənin hər mövzuda öz tərəflərində görməkdən məmnun olduqlarını ifadə edərkən, Türk səlahiyyətlilərin az inkişaf etmiş ölkələrin problemləri üçün çözüm axtarışı içində olmasını da təqdir etdikləri qeyd edildi.”

 

Bu açıqlamalarda ən diqqət çəkici xüsuslardan biri, İslam dünyasının Türkiyənin liderliyini də könüldən dəstəkləməsidir. Hörmətli Adnan Oktar da açıqlamalarında, Türkiyənin sahib olduğu Osmanlı mirasının əhəmiyyətinə diqqət çəkərək, Türk-İslam Birliyinin öndərinin Türkiyə olacağını dəfələrlə vurğulamışdır. Yaşanan inkişaflar, hörmətli Oktarın diqqət çəkdiyi birliyə, həmrəyliyə və Türkiyənin liderliyinə bütün İslam aləminin də könüldən dəstək olduğunu göstərir.

“Zaman” qəzeti, 19 may 2008-ci il

“Yeni Asya” qəzeti, 25 iyul 2008-ci il

 

HÖRMƏTLİ ADNAN OKTARIN MÖVZUYLA ƏLAQƏDAR AÇIQLAMALARI

 

“MPL TV”, 23 aprel 2008-ci il

MPL: İndi bu təkamül nəzəriyyəsindən əlavə bir də sizin İslam Birliyi mövzusunda çox böyük çalışmalarınız vardır. Bu mövzuda addımlar atdınız. Həqiqətən də Türkiyənin baş olmasını istəyirlər, elə deyil? Yəni səbəb Türkiyənin baş olmasıdır. Bu Türkiyəyə nə qazandıracaq?

ADNAN OKTAR: Türkiyənin əvvəlcə dövlət təcrübəsi var. Yəni imperatorluq təcrübəsi var. Ölkələri idarə etmə təcrübəsi var. Və qabiliyyəti var. Bir də Türk milləti bir az təmiz qaldı. Yəni əxlaq olaraq Anadolu əxlaqı pozulmadı. Anadolu bir qutuda mühafizə edildi. Qonaqpərvərliyi, təmizliyi, gözəl əxlaqı, mehribanlığı, insanlığı, qonşuluq anlayışı, mərhəmət anlayışı, fədakarlıq anlayışı olduğu kimi qaldı. Avropa bunu itirdi. Bu gözəl əxlaq olduğu kimi qaldığı üçün, bunu da çox gözəl tətbiq etdiyi üçün türklər ən qabiliyyətli, ən bacarıqlı millətdir. Bunu təkcə biz söyləmirik. HANSI İSLAM ÖLKƏSİNƏ GETSƏK ONLAR DA DEYİRLƏR. YƏNİ SİZ LİDER OLUN. BAŞIMIZA KEÇİN... HƏR KƏSİN DÖVLƏTİ YENƏ OLDUĞU KİMİ QALSIN, AMMA BİR MƏNƏVİ BİRLİK, TÜRK İSLAM BİRLİYİ MEYDANA GƏLSİN. Çünki bütün türk ölkələri də hamısı müsəlmandır. Böyük coğrafiyada çox böyük tarazlıq ünsürü olar budur. Bunun ilk ən böyük faydası terror dərhal dayanar. Terror deyə bir mövzu qalmaz. Yəni terror dünyada silinər. İkincisi iqtisadiyyat müdhiş canlanar. Lakin ən əhəmiyyətlisi mənəvi fərahlıq və hüzur meydana gələr. Yəni hər kəsin başı dinc olar. Dinsiz də rahatlayar, dindar da rahatlayar. İslam cəmiyyətində, İslam əxlaqının məşhur olduğu bir cəmiyyətdə xristian da, yəhudi də, musəvi də, hətta buddist də hamısı rahatlayar. Onun üçün İslam əxlaqının ən qısa müddətdə bölgəyə, Orta Şərqə Türk İslam Birliyi içində hakim olmasında çox böyük fayda var. Və bu təcili ehtiyacdır.

 

“Konya TV”, 29 yanvar 2008-ci il

ADNAN OKTAR: Bu son dərəcə Amerikanın lehinədir. İslam Birliyi olduğunda, Türk-İslam Birliyi olduğunda anarxiya, terror dərhal dayanar. Müdhiş bolluq və zənginlik olar.  

ADNAN OKTAR: TÜRKİYƏ ÇOX BÖYÜK DÖVLƏT OLACAQ. TÜRK-İSLAM ALƏMİNİN LİDERİ OLACAQ İNŞAALLAH. Türkiyə onsuz da azaddır, amma daha da azad olar, daha da demokrat olar. Daha da yaxşı olar və olacaq inşaAllah.

“KON TV”: Yəni bütün bu şərtlər daxilində Türkiyənin həqiqətən, yəni bir lider ölkə olacağına inanırsınız?

ADNAN OKTAR: Bizim millətin mayası çox gözəldir, yəni millətimiz çox yaxşıdır, ÇOX RAHAT ŞƏKİLDƏ LİDERLİK EDƏCƏK GÜCƏ SAHİBDİR.

PAYLAŞIN
logo
logo
logo
logo
logo