Pikaia mükəmməl bir Kembri dövrü canlısıdır, ara fosil olduğu haqqındakı iddialar yalandır
ucgen

Pikaia mükəmməl bir Kembri dövrü canlısıdır, ara fosil olduğu haqqındakı iddialar yalandır

198

Pikaia sahib olduğu müxtəlif xüsusiyyətlər səbəbiylə, onurğalıların da daxil olduğu xordalılar filumuna daxil edilmişdir. Bu, filumun Kembri dövrünə aid ilk nümayəndəsidir. Canlının ön hissəsində bir cüt qısa buynuzvarı quruluş var. Gövdəsi “S” formasında qıvrıla bilməyi təmin edən qalın əzələlərdən meydana gəlmişdir. Quyruq, üzgəc şəklində açılmışdır. Pikaia yerə yaxın üzməkdədir. Əzələlərini işlədərək özünü dalğalandırmaqda və bu şəkildə hərəkət etməkdədir. Üzgəcləri hərəkət etdirən xüsusi bir sistemə də sahib olduğu hesab edilir.

 

Təkamülçülərin gözləmədikləri Onurğalılar!

Onurğalılar bir onurğaya, onurğa iliyinə, sümük və ya qığırdaqdan meydana gələn skeletə, kəllə sümüyü içində qorunmuş beynə, qapalı qan dövranı sisteminə, iki, üç və ya dörd kameradan ibarət ürəyə sahib canlılardır. Balıqlar, amfibiyalar, sürünənlər, quşlar və məməlilər şəklində beş sinifdən meydana gəlirlər. Yer üzündə geniş şəkildə yayılan bu canlılar olduqca inkişaf etmiş, kompleks strukturlara sahibdirlər.

Təkamülçü paleontoloq Stefen Cey Quldun da qəbul etdiyi kimi, darvinist dərs kitabları Kembridə onurğalılara aid hər hansı bir dəlil tapılmamasını, xüsusilə ön plana çıxarıb vurğulamışdılar. Bunu Kembri  qayalarının sözdə Darvinin təkamül nəzəriyyəsini təsdiqləyən bir xüsusiyyəti olaraq önə sürməyə çalışmışdılar. Təkamülçülər onurğalıların təkamülü ssenarilərində Kembri dövrünə aid olan xordalılar tipinə məxsus Pikaianın bütün onurğalıların əcdadı olduğunu irəli sürmüşdülər.

Ancaq bu iddialarının etibarsız olduğunu qısa müddət içində gördülər.

Çindəki Kembri yataqlarında davam etdirilən qazıntı işləri təkamülçülərin onurğalılarla əlaqədar hekayələrini alt-üst edən nəticələr ortaya qoymuşdur. Nanjinq Paleontologiya və Geologiya İnstitutu professoru Cun Yan Çen (Jun Yuan Chen) və qrupu tərəfindən bu qazıntılarda ortaya çıxarılan xordalılar tipinə məxsus Haikouella adlı canlı; beyin, ürək və damar sistemi, qəlsəmələr, xorda və inkişaf etmiş bir əzələ quruluşuna və bir cüt gözə malikdir. Elmi yazıçı Fred Heeren, Haikouella tapıntısının, Pikaia ilə əlaqədar təkamülçü gözləntilərin tam ziddi nəticələr ortaya qoyduğunu belə izah edir:

Bioloq [Çen] Orta Kembri  dövrünə aid olan və daha əvvəllər dünyanın ən qədim xordalısı olaraq qəbul edilən Pikaia adlı canlının ibtidai əcdadı ola biləcək bir canlı görməyi ümid edirdi. Ancaq Çen, Pikaianın daha az kompleks bir əcdada sahib olduğuna dair dəlil tapmadı, bunun yerinə bir çox onurğalı xarakteristikası sərgiləyən və 15 milyon il daha yaşlı olan bir xordalı tapdı. (Fred Heeren, “A little fish challenges a giant of science”, The Boston Globe, 30 may 2000, s. E1) 

Təkamülçülər beləcə on illər ərzində dərs kitablarında onurğalıların əcdadı olaraq önə sürdükləri Pikaiadan imtina etmək məcburiyyətində qaldılar. Çünki ilk xordalının çox inkişaf etmiş bir anatomiyaya sahib olması, üstəlik Pikaiadan on beş milyon il əvvəl yaşamış olması, təkamül nəzəriyyəsinin iddialarını alt-üst edən bir gerçək olaraq qarşılarına çıxmışdır. Beləcə onurğalıların təkamülü ssenarisi, bu qrupun xəyali əcdadının sıradan çıxması ilə zərbə almışdır. Ancaq əsl zərbə Kembri  dövründə onurğalıların da yaşamış olduğunu göstərən tapıntılarla gəlmişdir.

Bu tapıntılar, Çinin Yunnan əyalətinin paytaxtı olan Kunminq yaxınlarında Haikouda tapılan 530 milyon il əvvələ aid fosilləşmiş bir balığın qalıqları idi. Bu fosillər təkamülçü elm adamları üçün əsl mənada şok yaratdı. Çinli, İngilis, Fransız və Yapon elm adamlarının araşdırmaları, bu canlının onurğalılara aid olduğunu göstərirdi. Canlının başı və onurğası ilə əlaqədar bütün detalları fosil qalıqlarından görmək mümkün idi. Başındakı kiçik loblar şəklindəki çıxıntılar, gözlər və olabiləcək burunla əlaqədar kisələr canlının xüsusiyyətləri ilə əlaqədar ətraflı məlumatlar verə bilirdi. (1) Onurğalı xüsusiyyəti olaraq ortaya çıxan bir çox əlamət elm adamlarının gözləri qarşısında idi. Üstəlik də 530 milyon il əvvələ aid bir fosil nümunəsi üzərində.

 

Bu balığın adı Hekuçizdir (Haikouichthy). Elm adamları bu canlının qəlsəmələri və miyotomlar adı verilən əzələlərinin düzülüş xüsusiyyətləri səbəbiylə tam olaraq balıq olduğu barədə həmfikirdirlər. Çünki bu xüsusiyyətlər yalnız balıqlara xas xüsusiyyətlərdir. (2) Üstəlik, Hekuçiz (Haikouichthy) Kembri dövrünə aid yeganə balıq fosili deyil. Çengyanda (Chengjiang) Myllokunmingia adlı digər bir balıq fosili də ələ keçirilmişdir. Parisdəki Milli Təbiət Tarixi Muzeyindən paleontoloq Philippe Janvier bunların “qəti şəkildə onurğalı” olduğunu ifadə edərək əhəmiyyətlərini belə izah edir: 

 

Bunlar əhəmiyyətlidir, çünki indiyə qədər onurğalılar həyatın “Big Bang”i dediyimiz, fosil qeydlərində bütün əsas heyvan qruplarının birdən ortaya çıxdığı qədim amma böyük Kembri  partlayışında nöqsan idilər. Qəti şəkildə deyə bilərik ki, bunlar onurğalılardır. (Richard Monastersky, Waking Up to the Dawn of Vertebrates, Science News, Vol. 156, Nömrə. 19, 6 noyabr 1999, s. 292)

Təkamül nəzəriyyəsi canlıların pilləli bir inkişaf mərhələsi ilə ortaya çıxdığını, bu səbəbdən canlılardakı kompleks strukturların ancaq xəyali təkamül prosesinin sonlarında ortaya çıxmasının gözləniləcəyini iddia edər. Kembri xordalısı Haikouella ilə Kembri  balıqları Haikouichthy və Myllokunmingia, bu baxımdan təkamül nəzəriyyəsi üçün çox böyük problem yaratmışlar. Çünki bu canlılar, xordalıların təkamülü ssenarisi üçün lazım olan zamandan 15 milyon, balıqların təkamülü ssenarisindən isə tam 50 milyon il “azaltmış”dılar. Beləliklə təkamül ssenarilərinin başlanğıc zamanı, heyvanların ani ortaya çıxış zamanına gəlib çatmışdır, bu canlıların təkamül keçirdiyini iddia etdikləri müddət sıfırlanmışdır.

 

Con Meynard Smit (John Maynard Smith):

“Burqess şisti” fosil yatağından tapılan qalıqlar təxminən 50 ildir məlum idi. Amma son zamanlarda təkrar araşdırıldılar. Kembri dövründə çox müxtəlif formaların tapıldığı və bunların bəzilərinin indiki vaxtda var olan hər şeydən fərqli olaraq tamamilə əsas bədən quruluşları ilə bir-birlərindən ayrıldıqları, indiki vaxtda açıq bir gerçəkdir. Eyni zamanda, indiki vaxtda mövcud olan bütün strukturlar, kiçik istisnalar xaricində Kembridə tam olaraq var. (John Maynard Smith, The Evolution, Cambridge University Press, 2000, s. 19)

 

Eldrec (Eldredge):

Həqiqətən də, geoloqların Kembri dövrünün başlanğıcı olaraq xarakterizə etdikləri çox müxtəlif, çox yaxşı qorunmuş haldakı fosil növlərinin birdən ortaya çıxışları bir növ təsir edici intellektual meydan oxumadır. (Duana T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, Kaliforniya, 1985, s. 66)

 

18 oktyabr 1997-ci ildə “New Scientist” jurnalındakı yazısında Bob Holmes də Kembri gerçəyini bu şəkildə təsvir etmişdir:

 

Şüşədən göydələnlər, qotika üslubunda tikilən katedrallar, Kral Corc dövrü terasları, Şinto ibadətxanaları, Viktoria tərzi qatar stansiyaları, Bauhauslar, eskimos evləri, Tudor dövrü modelləri... Bütün bu insan hünərləri olan arxitektura modellərin XV əsrin ortalarında 35 illik bir zaman içində hazırlandıqlarını xəyal edin. Dövrümüzdəki tarixçilərin, əngin yaradıcılıq pəncərəsini nəyin bacardığını anlaya bilmək üçün necə böyük bir həvəs içində bir-birlərini əzib keçdiklərini düşünün. Bu, ümumi mənada paleontoloqların Kembri partlayışı ilə əlaqədar olaraq hiss etdikləri şeydir. Heyvanat aləmi yalnız 35 milyon il ərzində təkamül üçün göz yumub açmaq qədər qısa bir zamanda planetin daha əvvəl gördüyü və ondan sonra görə biləcəyi hər şeyi kölgədə buraxan bir kəşfin meydana gəldiyi partlama ilə ortaya çıxmışdır. (http://www.newscientist.com/article.ns?id=mg15621045.100) 

 

Qaynaqlar:

  1. http://www.nature.com/nature/journal/v383/n6603/abs/383810a0.html
  2. http://news.bbc.co.uk/1/hi/sci/tech/504776.stm 
PAYLAŞIN
logo
logo
logo
logo
logo